Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-776/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyaı məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Əlizadə Fariz Ariz oğlunun iştirakları ilə, Azə rbaycan Respublikası Cinayət Məcəlləsinın 240.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əlizadə Fariz Ariz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-cu il il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər F.A.Qəribov və T.Q.Hüseynovdan ibarət tərkibdəoğlu) xx xxxxx 1987-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, «AB» massivi, ev 80, mənzil 81-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməkdə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilərək, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini d əyişməmək vəzifəsi qoyularaq onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Suraxanı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər M.Ə.Rzayev və R.O.Əsgərovadan ibarət tərkib) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi x2tərəfindən kassasiya şik ayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum əməlində cinayət tərkibi olmadığından barəsində bəraət verici əsaslarla cinayət işinə xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən, Məhkum faktiki sahibliyində olan və işlətdiyi, arvadı X2 mülkiyyətində olmaqla Şabran şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən aptekin satıcısı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın siyahısının 79-cu bəndinə daxil olan külli miqdarda təsir edi ci maddəsinin ümumi miqdarı 57,775 qram təşkil edən «Tramadol Hydrochloride» güclü təsir edən maddəsini - cəmi 71 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 3,55 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və cəmi 241 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 54,225 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» dərman preparatlarını əldə edib daşıyaraq işlətdiyi aptekə gətirməklə orada saxlamış, onun təlimatı əsasında Təqsirləndirilən şəxs 31 iyul 2019-cu il tarixdə, saat 11 radələrində qeyd olunan güclü təsir edən maddələrdən hər konvalyutda 10 ədəd olmaqla 2 ədəd konvalyutda cəmi 20 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 1,0 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və 1 ədəd konvalyutda cəmi 10 ədəd həbdən ibarət təsir e dici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatlarını aptekdə müvafiq resept olmadan 42 manata Şahid1 qanunsuz olaraq satmış, Şahid1 aptekdən çıxdıqdan sonra Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran şəhəri, Heydər Əliyev prospektində saxlanılmış və Polis Şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncudan Təqsirləndirilən şəxs tərəfindən satılmış 20 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 1,0 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və 10 ədəd həbdən ibarət təsir edici maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatları aşkar olunub götürülmüşdür. Bundan sonra, Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 31 iyul 2019-cu il tarixdə, saat 12.00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şabran şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən həmin aptekə baxış keçirilərkən Təqsirləndirilən şəxs satış üçün nəzərdə tutulan dərman preparatlarının saxlanıldığı rəfdən Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli 180-VQ nömrəli Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarı”nın siyahısının 79-cu bəndinə daxil olan Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı külli miqdarda - təsir edici maddəsinin ümumi miqdarı 54,525 qram təşkil edən «Tramadol Hydrochloride» güclü təsir edən maddəsini - cəmi 51 ədəd həbdən iba rət olan təsir edici maddəsinin ümumi miqdarı 2,55 qram təşkil edən «Tramadol Hydrochloride 50 mq» və cəmi 231 ədəd həbdən ibarət olan təsir edici maddəsinin ümumi miqdarı 51,975 qram təşkil edən «Tramadol Hydrochloride 225 mq» güclü təsir edən dərman preparatlarını polis əməkdaşlarına təqdim etmişdir. 16 aprel 2021-ci il tarixə təyin olunmuş kassasiya şikayətinə dair məhkəmə baxışı zamanı Məhkumn müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasına dair ərizəsini Ali Məhkəmənin Cinayət kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi barədə məhkumun ərizəsini yoxlayıb, ərizənin təmin edilməsi barədə dövlət ittihamçısının və müdafiəçinin çıxışını nəzərə alaraq hesab edir ki, məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən Kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürmək hüququna malik olduğundan Məhkum ərizəsi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA A L İ R: Ərizə təmin edilsin: Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi x2tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-776/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-776/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver