Məhkəmə qərarları › İş №1(102)-776/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-776/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-776/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum – Məhkum və Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarından dövlət i ttihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 1(101)-112/2024 nömrəli 3 may 2024-cü il tarixli hökmü ilə xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, hal-hazırda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum yeni hökmlə təyin olunan 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Məhkum cəza çəkdiyi 5 ay 21 gün qəti cəza müdd ətinə hesablanmaqla çıxılmış və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli hazırda baxılan iş üzrə tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansınması müəyyən edilmişdir. Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilərək ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmışdır. Hökmlə maddi sübut və məhkəmə xərci məsələsinə də qiymət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və Şahid1 Firdovsi oğlundan ibarət tərkibdə) 1(103)-1476/2024 nömrəli 2 iyul 2024-c ü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 may 2024-cü il tarixli, 1(101)112/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ay artırılaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin hökmlə təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəz asının çəkilməmiş 04 (dörd) il 01 (bir) ay 14 (on dörd) gün müddət ilə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilmiş və Məhkum üzərində 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hazırkı iş üzrə məhkum edilmiş şəxs Məhkum həbsdə qaldığı 06 (altı) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 06 (altı) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxarılaq üzərində qəti olaraq 06 (altı) il 02 (iki) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi iste hlak miqdarından artıq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamışdır. Belə ki, Məhkum naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi əldə edib yaşadığı ünvan 2 ünvanda saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 12:00-də Suraxanı RPİ-nin NMB-nin və Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhkum yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə videoçəkilişlə axtarış və baxış keçirilən zaman həmin evin həyətində olan tikilidən 01 ədəd ağ rəngli polietilen bağlamada təmiz çəkisi 950 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurud ulmuş marixuana aşkar edilərək protokolla götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Kassasiya protestinin, kassasiya şikayətinin və ona əlavənin dəlilləri: Dövlət ittihamçısı5 kassasiya protestini onunla əsaslandırmışdır ki, qeyd edilməlidir ki, cinayətlərin məcmusu və onların residivi mürəkkəb sosial-hüquqi hadisə olmaqla təqsirləndirilən şəxsin ictimai təhlükəliliyinin artmasına, hətta bu şəxsin kriminal peşəkarlığına və təşkilatçılığına dəlalət edir. Məhz bu səbəbdən cinayət qanunvericiliyi mürəkkəb cinayətlərə hüquqi qiymət verilərkən daha sərt cəzaların təyin olunmasını müəyyən etməklə, sosial ədalətin bərpası və cəzanın məqsədinə nail olunmasını rəhbər tutmuşdur. Habelə xüsusilə vurğulanmalıdır k, təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs olmaqla, hazırki iş üzrə cinayəti əvvəllər törətdiyi barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi ağır cinayətə görə məhkumluğunun ödənilmədiyi götürülmədiyi dövrdə törətmişdir ki, qeyd edilən halda məhkəmə CM-in 18, 61 və 65-ci maddələri nəzərə alınmaqla cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi müəyyən etməklə, təhlükəli residivə görə cəza təyin etməli idi. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradı r. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Konstitusiya Məhkəməsi Plenumurun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1- ci maddələrinin şərh edilməsinə dair" 2010-cu il 6 sentyabr tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin "məhkum olunmuş şəxs" müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yenidən qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğ un ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Göründüyü kimi, residivin əsas elementlərindən biri əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsidir. "Məhkum olunmuş şəxs” isə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olan şəxs hesab edilir. CM-in 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göründüyü kimi, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddəti 5 il 4 aydan az ola bilməzdi. Beləliklə, məhkəmə kollegiyası CM-in 67.1-ci maddəsinə əsasən qəti cəza müəyyən edərkən, Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2023-ci il tarixli hökmü ilə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı cəza ilə birləşdirsə də, yeni hökmlə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasın nəzərə alıb residivə nisbətdə cəza təyin etməsi tam qanunsuz və əsassızdır. Kassasiya şikayətində və əlavədə qeyd edilmişdir ki, Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiyaprotestinə münasibətdə cəza təyin edilməsi və cinayət qanunu normasının düzgün tətbiqedilməsi ilə bağlı dəyişdirilməsi qeyd olunmuşdur. Hesab edirik ki, Bakı Ağır Cinayətlər Məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki,Məhkəmə təqsirləndirilən şəxs Məhkum cəza çəkməsinin əvvəli iləbağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Məhkum cəza çəkməsinin əvvəli hazırda baxılan iş üzrə tutulduğu 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkum baxılan iş üzrə 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2 022-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən fasiləsiz olaraq məhkəmə hökmü çıxarılnadək həbsdə saxlanılmışdı. Qeyd olunanlara əsasən Ağır Cinayətlər Məhkəməsi düzgün olaraq belə nəticəyəgəlmişdir ki, Məhkum cəza çəkməsinin əvvəli 15 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasəntəqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Məhkum əvvəlki cinayətinə görə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından sonra, AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarla Apellyasiya Məhkəməsinin X11. Məhkum i səxx.xx.2022-ci il tarixində növbəti dəfə AR CM-nin 234.1-1-ci maddəsiylə ittihamolunaraqbarəsində həbsqətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli yeni hökmü ilə əvvəlki cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il hökmü ləğv oplunaraq barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə 6 il müddətinəazadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Həmin müddətdə isə Məhkum2- ci cinayətə görə artıq 7 ay idiki həbsqətimkan tədbirinə əsasən azadlığı məhdudlaşdırılmışdır. AR CPM-nin 158.2, 158.2.1 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsintutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun qərarı Bakı şəhəri №4 25 iyun 2003-cü il Könüllü gəlib təqsirini boynuna almış şəxs cinayət mühakimə icraatının sonrakı mərhələlərində təqsirini inkar etdiyi halda da könüllü gəlib təqsirini boynuna alma Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hesab edirik ki, dövlət ittihamçısının mövqeyi yalnışdır, Prostesti əsassızdır. Bakı Apellyasiya Məhkəməsi Qərarında cinayətlərin məcmusu üzr ə hesablanma aparılaraq yekun cəza təyin edilməli və cəzanın əvvəli xx.xx.2024-cü ildən deyil, Məhkumfaktiki tutulduğu xx.xx.2022-ci ildən hesablanmalı idi. Cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçəcinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törətdildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluğlar nəzərə alınır. Bu halda cəza CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və yahökmlərin məcmusu üzrə qəti cəza isə müvafiq olaraq CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmi ş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-in eyni maddəsi ilə (məsələn, CM-in 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-in 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin, kassasiya şikayətinin və ona əlavənin dəlillərini araşdırıb, dövlət ittihamçısının, məhkumun və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, kassasiya şikayəti və ona əlavə qismən təmin edilməlidir. Hüquqi məsələl ər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tə ləblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum əməlində qanunsuz olaraq cinayətlərin residivi düzgün müəyyən edilməmiş, kassasiya şikayətində isə cəza çəkmə müddətinin başlanğıcı düzgün hesablanmamış və cinayət qanununun müddəalarına uyğun müəyyən edilməmişdir. Kassasiya protestinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-c i maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından və işdə olan məhkəmə aktları ilə müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli həmin Məcəllənin 2 34.1ci maddəsinə tövsif edilməklə o, həmin maddə ilə təqsirli bilinib 02 il 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinə əsasən işə apellyasiya qaydasında baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. İşə kassasiya qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bundan sonra işə yenidən apellyasiya qaydasında baxan Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, hökmə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmünə əsasən Məhkum şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün ona təyin olunan 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmış və onun üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay 9 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və Məhkum dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. Hökmlə M əhkum cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Hökm çıxarıldığı gün – xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyası məhkumun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmündən verdiyi kassasiya şikayətinə baxmış, Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2023- cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2. Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən isə, cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Həmin Məcəllənin 65-ci maddəsinə müvafıq olaraq residivə görə cəzanın təyin edilməsi aşağıdakı qaydada həyata keçirilir. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlə rin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alın madan təyin olunur. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs əvvəllər törətdiyi ağır cinayətə görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs olmaqla, hazırki iş üzrə cinayəti əvvəllər törətdiyi barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi ağır cinayətə görə məhkumluğunun ödənilmədiyi və götürülmədiyi dövrdə törətmişdir ki, qeyd edilən halda məhkəmə CM-in 18, 61 və 65-ci maddələri nəzərə alınmaqla cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi müəyyən etməklə, sadə residivə görə deyil təhlükəli residivə görə cəza təyin etməli idi. Kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza çəkməsi nin əvvəli ilə bağlı məsələni müzakirə edib nəticəyə gələrkən səhvə yol vermiş, Məhkum cəza çəkməsinin əvvəli hazırda baxılan iş üzrə tutulduğu 15 iyul 2022-ci il tarixdən hesablanmalı olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkum baxılan iş üzrə 15 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 iyul 2022-ci il tarixdə müvafiq məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən fasiləsiz olaraq məhkəmə hökmü çıxarılnadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsi nə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən cəzanı ağırlaşdıran halı – cinayətlərin təhlükəli residivini əsassız olaraq nəzərə almamış və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən qanun normalarının tələblərini pozmuşdur. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gələrkən Azərbaycan Respublikası CM-in 18, 65-ci maddələrinin, habelə Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı nı kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq kassasiya kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri ilə qismən razılaşaraq belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum təq sirli bilinib məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilsin. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar