Məhkəmə qərarları › İş №1(102)-777/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-777/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-777/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun, məhkum x1nun və onun müdafiəçisi-vəkil Mirzəbəyov Zaur Əzizağa oğlunun iştiraklar ı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə x1nun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.İ.Hüseynov (sədrlik edən və məruzəçi), B.M.Məmmədov və N.N.Mirzəyevdən ibarət tərkbdə) x1 - xx xxxxxx 1974-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olmayan, hazırda Abşeron rayonunun Hökməli qəsəbəsində daimi qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseyn zadə küçəsi 47 saylı MTİİTS-nin inzibati binasının həyətindəki fərdi yaşayış evində qeydiyyatsız yaşamış, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, şübhəli şəxs kimi tutulduğu və həbsdə olduğu müddət həmin cəzaya hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs kimi tutulduğu xx xxxxx 2019-cu ildən hesablanması, cəza çəkdiyi müddətdə alkoqolizmdən müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi hökm edilmişdir. İşin halları: x1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı əldə etməklə hazırlayıb saxlamış və daşımışdır. Belə ki, təqsirləndiri lən şəxs x1 2018-ci ilin yay aylarında, saat 12 radələrində Şəki rayonunun Göybulaq kəndindən, Şəki şəhəri istiqamətində gedən yolun sağ tərəfində yerləşən Əhmədbəyli meşəsində, yoldan 100 metr sağ tərəfdəki boş sahədə yabanı halda bitmiş çətənə kollarından satış məqsədi ilə qanunsuz olaraq yığmaqla əldə etdiyi, ünvan 1 inzibati binasının həyətindəki fərdi yaşayış evində qurutmaqla hazırladığı 02 ədəd sellofan torbalarda qablaşdırıb özündə saxladığı, ayrı-ayrılıqda göy rəngli sellofan torbada təmiz çəkisi 910,00 qram və qara rəngli sellofan torbada təmiz çəkisi 320,00 qram, ümumilikdə təmiz çəkisi 1 kiloqram 230 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı daşıyıb satış məqsədi ilə xx xxxxx 2019-cu ildə Zərdab şəhərinə gətirmiş, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları t ərəfindən həmin tarixdə, saat 21:17-də keçirilmiş əməliyyat tədbiri nəticəsində x1un üzərində şəxsi axtarış aparılan zaman həmin 1 kiloqram 230 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə apelyasiya şikayəti təmin edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş, x1un CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi süb uta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protestində qeyd etmişdir ki, x1nun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmələrdə aparılmış məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. x1nun xx xxxxx 2019-cu il tarixdə ifadəsi yerində yoxlanılarkən o, təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq edərək Şəki rayonu Göybulaq kəndindən, Şəki şəhəri istiqamətində gedən yolun sağ tərəfində yerləşən Əhmədbəyli meşəsində, yoldan 100 metr sağ tərə fdəki boş sahəni göstərərək oradan üzərində aşkar edilmiş narkotik vasitəni 2018-ci ilin yay aylarında, saat 12 radələrində yabanı halda bitmiş çətənə kollarından yığmaqla əldə etdiyini təsdiq etmişdir. İşdə olan məhkəmə- bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 255 nömrəli rəyində göstərilmişdir ki, - tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Hal şahidləri... imzalar” yazısı yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan torbada, təmiz çəkisi-910,00 qram və 01 (bir) ədəd qara rəngli sellofan torbada, təmiz çəkisi-320,00 qram, ümumi təmiz çəkiləri- 1 kiloqram 230,00 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqat a təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 485 nömrəli rəyində göstərilmişdir ki, x1 narkotik vasitə olan çətənə bitkisi pereparatlarından epizotik istifadə etmə halları olub. Spirtli içkilərdən istifadə edir. Spirtli içkilərdən sui-istifadə nəticəsində yaranmış xroniki alkoqolizim xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizimdən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 424 nömrəli rəyində göstərilmişdir ki, təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda yabanı halda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Məhkəmə kollegiyasının icl asında isə ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilməyən təqsirləndirilən şəxs x1 ifadəsində bildirmişdir ki, alkoqolizm xəstəliyindən əziyyət çəkir, sərxoş olduğu zaman özündə olmur, çünki travma almışdır. Xırdalanda onu sərxoş olub küçələrdə qalan bir adam kimi tanıyırlar. Ona görə də onu tanıyan adamlar sərxoş vəziyyətdə olduğunu görəndə onu ya evə gətirmiş, ya tanıyan adamlara məlumat vermiş, ya da xəstəxanaya yerləşdirmişlər. Fikirləşdikcə yadına düşür ki, axırıncı dəfə içkili vəziyyətdə Xırdalan şəhərində tək qaldığı evdən yola çıxan zaman bir nəfər maşını saxlayıb onu maşına mindirmiş, sonra bir nəfər də maşına minmiş və üç nəfər olmuşlar. Sonra harasa getmiş, ancaq hara getməyi yadına gəlmir. Bundan sonra isə ona deyirlər ki, Zərdaba gəlmisən və üstündə nəşə də olub. An caq heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, nəşə çəkməmiş, ancaq araq içmiş, bundan məcburi mülicəyə də ehtiyacı var. Görünür ki, polislər sərxoş vəziyyətdə olduğunu görüb onu götürmüş, sonra isə Zərdab Rayon Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt üstündə heç bir narkotik, əlində isə torba olmamışdır. Apellyasiya instansiya məhkəməsi isə göstərilən sübutları qarşılıqlı tədqiq etmədən əsassız olaraq təqsirləndirilən şəxsə elan edilmiş ittihamın sübuta yetirilmədiyi, əldə edilmiş sübutların isə CPM-nin 125-ci maddəsində sadalanan tələblərə cavab vermədiyi qənaətinə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, -x1 ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilsə də, birinci instansiya məhkəməsində (cild 2, məh kəmə iclasının xx xxxxxx 2019-cu il tarixli protokolu, i. v. 33-35) bildirmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özümü təqsirli bilmirəm. Mən sərxoş olmuşam. Xırdalan şəhərindən bir jiquli maşınında məni Zərdab şəhərinə gətirmişlər. Polis əməkdaşları məni saxlamış, üzərimə baxış keçirən zaman əlimdə torba olmuşdur. Halbuki, həmin torba və içərisində olan narkotik vasitə qurudulmuş marixuana mənim olmamışdır. İbtidai istintaq zaman saxlanılan zaman, şübhəli şəxs kimi tutulan zaman, təqsirləndirilən şəxs kimi ifadə verən zaman, barəmdə həbs qətimkan tədbiri seçilən zaman, ekspertizadan keçirilən zaman və Abşeron rayonunda yaşadığım evə baxış keçirilən zaman sərxoş olmuşam, nə danışdığımı bilməmişəm. Həmin vaxtlarda etirafedici ifadələr verməyimin səbəbini bilmirəm. -x1 bu vaxta qədər, ümumiyyətlə nə Şəki, nə də Zərdab rayonlarında olmadığı bildirir, cinayət işinin materiallarında isə bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda x1un birdən-birə özündə olan 1 kq 230 qram narkotik vasitə qurudulmuş marixuananı heç bir gediş-gəlişi olmayan, heç bir qohumunun və ya hər hansı bir tanışının yaşamadığı Zərdab rayonuna Xırdalan şəhərindən satış məqsədi ilə gətirməsi şübhə doğurmaya bilmir. Nəzərə alınsa ki, narkotik vasitələrin satışı cinayət məsuliyyətinə səbəb olur və onun açıq satışı yoxdur, onda təqsirləndirilən şəxsin ilk dəfə olduğu və heç kimi tanımadığı bir yerdə bu narkotik vasitəni kimə və necə satacağına olan şübhələr kifayət qədər əsaslı görünür. Göründüyü kimi, apellyasiya məhkəməsi təqsirləndirilən şəxsə bəraət verərkən yalnı z təqsirləndirilən şəxsin məhkəmədə verdiyi və iş materialları ilə təkzib olunan özünümüdafiə xarakterli ifadəsini və alkoqolizm xəstəliyindən əziyyət çəkməsini əsas götürmüş, baxış keçirilməsi barədə protokol, şahidlərin ifadələri, ekspertiza rəyləri, ifadənin yerində yoxlanılması protokolu, maddi sübut, işdə olan digər sənədləri sübut kimi qiymətləndirməməsinin motivlərini heç nə ilə əsaslandırmamış, yalnız heç bir əsası olmayan öz mülahizələri ilə kifayətlənmişdir. Məhkəmə bəraət hökmü verərkən x1un bu vaxta qədər, ümumiyyətlə nə Şəki, nə də Zərdab rayonlarında olmadığı qənaətinə haradan gəlməsi də anlaşılan deyildir. Eləcə də iş materialından görünür ki, x1 xx xxxxx 2019-cu ildə şübhəli şəxs kimi tutulan zaman, həmin gün narkotik vasitə onda aşkar edilən zaman verdiyi izahatında, müd afiəçisinin iştirakı ilə xx xxxxx 2019-cu ildə şübhəli şəxs kimi, xx xxxxx 2019-cu ildə təqsirləndirilən şəxs kimi dindirilən zaman, xx xxxxx 2019-cu ildə Zərdab rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan təbdiri seçilən zaman, ekspertizadan keçirilən zaman etirafedici ifadələr vermiş, həmin narkotik vasitələrin onun olmasını, satmaq istəməsini etiraf etmişdir. xx xxxxx 2019-cu ildə ifadəsi yerində yoxlanılan zaman, xx xxx 2019-cu ildə məhkəmə psixonervloji ekspertizadan keçən zaman, xx xxxx 2019-cu ildə Narkoloji dispanserdə həkim müayinəsindən keçən zaman da etirafedici ifadələr vermiş, həmçinin, narkotik vasitənin onun olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin tutulduğu xx xxxxx 2019-cu ildən xx xxxx 2019-cu il tarixə kimi olan iki ay müddətində sərxoş olaraq qalması faktik i mümkün olmadığından, tutulduqdan iki ay sonra da etirafedici ifadələr verməsini sərxoş olması ilə izah etməsi təqsirləndirilən şəxsin aşkar yalan danışdığına dəlalət edir. Şahidlər x2, x3, x4, x5, x6, x7, x8 və qeyrilərinin ifadələrindən də görünür ki, həmin narkotik vasitə x1un olmuş və o, həmin narkotik vasitəni Xırdalan şəhərindən Zərdab şəhərinə satmaq üçün gətirdiyi zaman Zərdab şəhəri ərazisində tutularaq polis şöbəsinə gətirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə olmayan iş üzrə toplanmış yuxarıda qeyd edilən sübutları qəbul etməməsinin səbəblərini aydınlaşdırmamış, ardıcıl, işin digər halları ilə təkzib olunmayan ifadələr vermiş şahidlərin deyil, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə.v ə öz mülahizələrinə əsaslanmaqla qanunsuz və əsassız bəraət hökmü çıxarmışdır. Göründüyü kimi, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları (şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və sair sənədlər), istərsə də birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış istintaq zamanı x1un törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə Şəki Apelyasiya Məhkəməsi tərəfindən iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız və ədalətsiz qərara gəlinmişdir. Eləcə də, iş materiallarından görünür ki, x1 narkotik vasitə olan çətənə bitkisi pereparatlarından epizotik istifadə etmə halları olub, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarınd an görünür ki, x1 saxlanılan andan, ilkin izahatı alındığı, şübhəli şəxs qismində tutulduğu, dindirildiyi, ittiham elan edildiyi və təqsirləndirilən şəxs qismində dindirilərkən, iş materialları ilə tanış edilərkən müdafiə hüququ təmin edilmişdir. Məhkəmənin istinad etdiyi təqsirləndirilən şəxsin özünün məhkəmədə verdiyi ifadəsinə münasibətdə isə qeyd edilməlidir ki, həmin ifadə özünü müdafiə xarakterli ifadədir. Göründüyü kimi, istər cinayət işi üzrə toplanmış ibtidai istintaq materialları istərsə də məhkəmələrdə aparılmış istintaq zamanı x1 törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə məhkəmə tərəfindən əsassız və ədalətsiz nəticəyə gəlinmişdir. Qeyd etmək zəruridir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyiş məsinin səbəblərini guya “araşdırmaqla” işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verilməmiş, təqsirləndirilən şəxsin olduqca ziddiyyətli və açıq-aşkar yalan ifalərinə tənqidi yanaşılmalı olduğu halda göz yumulmuşdur. Bütün bunlar isə məhkəmənin bəraət hökmü çıxararkən istinad etdiyi təqsirləndirilən şəxsin ifadəsinin qeyri-səmimi olmasına dəlalət edən hallardır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Apellyasi ya instansiyası məhkəməsi isə bu vəzifələri yerinə yetirməmiş, x1a istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş, nəticədə əsassız olaraq bəraət hökmü çıxarmışdır. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən tədqiq edilməmiş, bunun nəticəsi olaraq x1 barəsində əsassız bəraət hökmü çıxarılmışdır. Qeyd olunanları nəzərə alaraq Şəki Apelyasiya Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kol legiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və müdafiəçisinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə ye kun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Şəki Apelya siya Məhkəməsinin Cinayət Kollegiyasının hökmündə göstərilmişdir ki, təqsirləndirilən şəxs x1 ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilsə də, birinci instansiya məhkəməsində (cild 2, məhkəmə iclasının xx xxxxxx 2019-cu il tarixli protokolu, i. v. 33-35) bildirmişdir ki, “CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özümü təqsirli bilmirəm. Mən sərxoş olmuşam. Xırdalan şəhərindən bir jiquli maşınında məni Zərdab şəhərinə gətirmişlər. Polis əməkdaşları məni saxlamış, üzərimə baxış keçirən zaman əlimdə torba olmuşdur. Halbuki, həmin torba və içərisində olan narkotik vasitə qurudulmuş marixuana mənim olmamışdır. İbtidai istintaq zaman saxlanılan zaman, şübhəli şəxs kimi tutulan zaman, təqsirləndirilən şəxs kimi ifadə v erən zaman, barəmdə həbs qətimkan tədbiri seçilən zaman, ekspertizadan keçirilən zaman və Abşeron rayonunda yaşadığım evə baxış keçirilən zaman sərxoş olmuşam, nə danışdığımı bilməmişəm. Həmin vaxtlarda etirafedici ifadələr verməyimin səbəbini bilmirəm. Tutulduğum gün barədə təkcə onu xatırlayıram ki, ağ rəngli Vaz–2107 markalı avtomaşınla iki nəfər şəxs məni maşına mindirib apardı. Məni Zərdab rayonuna onlar gətiriblər. Orada da polis əməkdaşları məni tutublar. Həmin Vaz–2107 markalı avtomaşında olan şəxsləri mən sərxoş olduğuma görə tanımadım, indi də onları xatırlamıram. Mən Zərdab rayonunu tanımıram. Orada heç vaxt olmamışam. Mən evdə olarkən spirtli içki içdikdən sonra evdən içkili vəziyyətdə çıxmışam. Mən Zərdab rayonuna aparılarkən və orada polis əməkdaşları tərəfindən tutularkən ço x pis dərəcədə sərxoş vəziyyətdə olmuşam. Mən Şəki Penitensiar Müəssisəsinə gətirildikdən sonra ayılmışam. Mən ibtidai istintaq zamanı Zərdab rayonuna ağ rəngli Vaz–2107 markalı avtomaşınla iki nəfər şəxs tərəfindən gətirildiyimi demişəm. Mən Şəki və Zərdab rayonlarında heç vaxt olmamışam. Mən spirtli içki içən adamam. Həmişə sərxoş vəziyyətdə oluram. Narkotik maddələrdən heç vaxt istifadə etməmişəm və satanı olmamışam”. Təqsirləndirilən şəxs x1 məhkəmə kollegiyasının iclasında verdiyi ifadədən də görünür ki, o alkoqolizm xəstəliyindən əziyyət çəkdiyini,...heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, ancaq araq içdiyini,...həmin gün həmin yolla küçəyə çıxırarkən polislərin onun sərxoş vəziyyətdə olduğunu görüb götürdüklərini, sonra isə Zərdab Rayon Polis Şöbəsinə gətirdiklərini,...ömründə bir dəfə də olsun nə Zərdabda, nə də Şəkidə olmadığını,...ibtidai istintaq zamanı etirafedici ifadələr verməyinin səbəbini bilmədiyini, heç vaxt nəşədən istifadə etmədiyini, belə işlərlə məşğul olmadığını, sərxoş olmasından istifadə edərək bu işi polislərin təşkil etdiklərini, heç bir cinayət törətmədiyini bildirmişdir. Şahid x9 da ifadəsindən görünür ki, x1 içki aludəçisi olmuş, heç vaxt narkotiklə işi olmamış, sərxoşluqdan müalicə məqsədilə xəstəxanada yatdığını, içkiyə görə ailəsinin də dağıldığını, içən zaman x1 özünü idarə edə bilmədiyini, x1 Şəkiyə getməsi barədə eşitmədiyini, bundan əvvəl x1 narkotik vasitələrdən istifadə etdiyini görməyib, eşitmədiyini bildirmişdir. Bunlardan əlavə, iş üzrə hal şahidi olmuş x10 ifadəsində bildirmişdir ki,...Baxış keçirilən zaman x1un sərxoş olduğunu hiss etdim. Şahid qismində ifadə vermiş əməliyyat müvəkkili x5 ifadəsində göstərmişdir ki,...Maşında oturarkən x1dan pis qoxu gəldiyinə görə onun içkili olduğunu hiss etdim. Bunlardan əlavə, şahid qismində ifadə verən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş şəxs Zərdab RPŞ-nın Narkotiklə mübarizə qrupunun əməliyyat müvəkkili x2 demişdir ki,...x1 içkili idi. Ondan pis qoxu gəlirdi....Onun sərxoşluq vəziyyətini müəyyən etməmişik. Bunu təhqiqat müəyyən etməli idi. Qeyd olunanlarla yanaşı, Məhkəmə narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində göstərilir ki, x1 spirtli içkilərdən istifadə edir. Spirtli içkilərdən sui–istifadə nəticəsində yaranmış xroniki alkoqolizm xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmdən məcburi müalicəy ə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Digər tərəfdən, cinayət işinin materiallarında olan (cild 1, i. v. 131-132) x1un CM-in 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünün surətindən müəyyən olunur ki, x1 spirtli içki içib yaşadığı evə gələrkən həyat yoldaşı ilə aralarında spirtli içki qəbul etməsi və hərdən evə gec gəlməsinə görə mübahisələri yaranmış və bu səbəbdən həyat yoldaşını vuraraq ona yüngül bədən xəsarəti yetirmişdir. Onun bu hərəkətini həyat yoldaşı x11 və oğlu x1 da təsdiq etmiş və bu səbəbdən ailə münasibətləri pozularaq ayrılmışlar. Apelyasiya instansiyası məhkəməsi hökmlə nəticəyə gəlmişdir ki, tədqiq edilən sübutlar onu göstərir ki, təqsirləndirilən şəxs x1 spirtli içki aludəçisi olmuş, hətta bu həyat tərzi 2016-cı ildə onun ailəsinin dağılmasına və arvadından boşanmasına səbəb olmuş, bundan sonra da eyni həyat tərzi ilə yaşamış, hətta spirtli içkilərdən sui–istifadə nəticəsində onda xroniki alkoqolizm xəstəliyi yaranmış və o, xroniki alkoqolizm xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı var. Həmçinin, x1 bu vaxta qədər, ümumiyyətlə nə Şəki, nə də Zərdab rayonlarında olmadığı bildirir, cinayət işinin materiallarında isə bunun əksini təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda x1un birdən-birə özündə olan 1 kq 230 qram narkotik vasitə qurudulmuş marixuananı heç bir gediş-gəlişi olmayan, heç bir qohumunun və ya hər hansı bir tanışının yaşamadığı Zərdab rayonuna Xırdalan şəhərindən satış məqsədi ilə gətirməsi şübhə doğurmaya bilmir. Nəzərə alınsa ki, narkotik vasitələrin satışı cinayət məsuliyyətinə səbəb olur və onun açıq satışı yoxdur, onda təqsirləndirilən şəxsin ilk dəfə olduğu və heç kimi tanımadığı bir yerdə bu narkotik vasitəni kimə və necə satacağına olan şübhələr kifayət qədər əsaslı görünür. Bundan əlavə, x1un Zərdab rayonu ərazisində qanunsuz olaraq narkotik vasitəni üstündə saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının özü də şübhədən kənar görünmür. Belə ki, Zərdab RPŞ-nın Narkotiklə mübarizə qrupunun əməliyyat müvəkkili x2un Zərdab RPŞ-nın rəisinə yazdığı xx.xx.2019-cu il tarixli ( cild 1, i. v. 04) raportda göstərilir ki, xx.xx.1974-cü ildə Bakı şəhəri, Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan və yaşayan x1un Zərdab rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üstündə saxlaması, daşıması və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2019-cu il tarixli qərarda da göstərilir ki, xx.xx.1974-cü ildə Bakı şəhəri, Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Abşeron rayonunun Hökməli qəsəbəsində qeydiyyatda olan və yaşayan x1un qanunsuz olaraq üstündə narkotik vasitə saxlaması, daşıması və qəbul etməsi faktının aşkar edilməsi məqsədi ilə təxirə salınmadan onu n ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır. Raport və qərara nəzər salanda müəyyən olunur ki, x1 hələ qanunsuz olaraq narkotik vasitələri üstündə saxlamasına, daşımasına və dövriyyəsi ilə məşğul olmasına şübhəli bilindiyi vaxtdan onun təvəllüdü, harada doğulması, milliyyəti, təhsilli, məşğuliyyəti, məhkumluğu, qeydiyyat və yaşayış yeri, hətta milliyyəti barədə müfəssəl məlumat olmuşdur. Bununla bağlı x2 məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki,...təqsirləndirilən şəxsi saxlayana qədər bizə yalnız x1un adı məlum idi, onun anket məlumatlarını sonra almışıq. x1 məlumatda Kamil adlı şəxs kimi qeyd edilmişdir. Qərar əməliyyatdan əvvəl qəbul edilmişdir... x2 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş “...Qərar əməliyyata qədər qəbul edilmişdirsə, qərarda göstərilən x1un anket məlumatlarını haradan əldə etmisiniz?” sualına cavab verə və bunu izah edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən əməliyyat qrupunun digər üzvü x5 isə bildirmişdir ki,...məlumatda x1un haralı olduğu deyilmirdi. x1u izləməmişik və dərhal tutmuşuq. Göründüyü kimi, həm əməliyyat qrupunun rəhbəri x2 və digər qrup üzvü x5un ifadələrindən şübhəli şəxs x1 barədə əvvəlcədən ancaq onun adının məlum olduğu və haralı olması barədə məlumatın olmadığı bildirilsə də, əməliyyat keçirilməzdən əvvəl hazırlanmış raport və əməliyyataxtarış tədbirinin həyata keçirilməsinə dair xx xxxxx 2019-cu il tarixli qərarda x1 barədə bütün məlumatlar qeyd olunmuşdur ki, bu da x1 barədə hazırlanmış əməliyyatın formal olm ası qənaətinə gəlməyə əsas verir və bu əməliyyatın özünü bütövlükdə şübhəsiz etmir. Digər tərəfdən, cinayət işi materiallarında olan müstəntiqin xx xxxx 2019-cu il tarixli 2036562-1219 203-6560-1119 nömrəli əməliyyat tapşırıqlarında Zərdab Rayon Polis Şöbəsinə x1un Zərdab rayonu ərazisində narkotik tərkibli vasitələrdən istifadə edib-etməməsi, əkibbecərməsinin aydınlaşdırılması, əgər istifadə etmişdirsə, onun kimlərlə narkotik tərkibli vasitələrdən istifadə etməsi, narkotik vasitələri haradan əldə etməsi hər-hansı bir formada başqa digər şəxslərə verməsi və ya satmasının əməliyyat yolu ilə müəyyənləşdirilməsi, onun ifadəsində göstərdiyi xüsusatın, yəni narkotik vasitəni 2018-ci ilin yay aylarında Şəki rayonu ərazisindən yabanı halda bitmiş kollardan yığıb əldə edib-etməməsinin doğru olubol maması, onun Zərdab rayonu ərazisinə necə gəlməsi, kimlərlə yoldaşlıq etməsi, kimlərin evinə gəlib-getməsinin müəyyənləşdirilməsi, şübhəli olan şəxslər ətrafında əməliyyat tədbirlərinin keçirilməsi, zərurət yarandıqda həmin şəxslərin istintaqa təqdim edilməsi, Şəki Şəhər-Rayon Polis Şöbəsinə isə verdiyi əməliyyat tapşırığında x1un Şəki rayonu ərazisinə gəlməsi, narkotik tərkibli vasitələrdən Şəki rayonu ərazisində istifadə edib-etməməsi, əkibbecərməsi əməliyyat yolu ilə aydınlaşdırıldığı halda, onun kimlərlə narkotik tərkibli vasitələrlərdən istifadə etməsi, narkotik vasitələri haradan əldə etməsi, hər-hansı bir formada başqa şəxslərə verməsi və ya satmasının əməliyyat yolu ilə müəyyənləşdirilməsi, əldə edilmiş məlumatlarla bağlı istintaqa məlumat verilməsi, x1un ifadəsində göstərilən xüsu satın, yəni narkotik vasitəni 2018-ci ilin yay aylarında Şəki rayonu ərazisindən yabanı halda bitmiş kollardan yığıb əldə edib-etməməsinin doğru olub-olmamasını müəyyən etmək məqsədi ilə həmin əraziyə Şəki şəhərində 10 km çıxışa doğru, yolun sol kənarına, meşə zolağına baxış keçirib həmin ərazidə yabanı halda narkotik vasitələrin bitibbitməməsinin müəyyənləşdirilməsi, aşkar edilərsə bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verilməsi tapşırılmışdır. Əməliyyat tapşırıqlarına cavab olaraq (cild 1, i. v. 145, 152) bildirilmişdir ki, “...həqiqətən də, x1 Zərdab rayonu ərazisinə satmaq üçün gətirdiyi narkotik vasitəni 2018-ci ilin yay aylarında Şəki rayonu ərazisindən yabanı halda bitmiş kollardan yığıb əldə etmiş, qurudaraq özündə saxlamış və satmaq üçün Zərdab rayonu ərazisinə gətirmişd ir. Onun Zərdab rayonunun ərazisində narkotik tərkibli vasitələrdən istifadə edib-etməməsi, əkib-becərməsini, kimlərlə narkotik tərkibli vasitələrdən istifadə etməsi, hər-hansı formada başqa digər şəxslərə verməsi və ya satmasını müəyyən etmək mümkün olmamışdır. Eləcə də, Zərdab rayonunun ərazisinə necə gəlməsi, gətirdiyi narkotik vasitəni kimlərə satmalı olması, kimlərlə yoldaşlıq etməsi, kimlərin evinə gəlib-getməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır... Şəki ŞRPŞ isə əməliyyat tapşırığına cavab olaraq x1un Şəki rayonu ərazisinə gəlməsini, narkotik tərkibli vasitələrdən Şəki rayon ərazisində istifadə edib-etməməsini, əkib becərməsini müəyyən etmək üçün keçirilmiş əməliyyat tədbirlərindən müsbət nəticə əldə olunmadığını, həmçinin, x1un ifadəsində qeyd etdiyi Şəki şəhərindən 10 km çıx ışa doğru olan əraziyə baxış keçirildiyi, lakin həmin ərazidə yabanı halda bitmiş çətənə kollarının aşkar edilmədiyi bildirilmişdir. Cinayət işi materiallarında olan Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin baş aqronomu x12 tərəfindən verilmiş (cild 1, i. v. 192) rəydən görünür ki, Göybulaq kəndi ilə Şəki şəhəri istiqamətində asfalt yoldan 100 metr sağ tərəfdə yerləşən Əhmədbəyli meşəsində yerləşən 0,5 hektar sahəyə polis əməkdaşları ilə baxış keçirilmişdir. Sahə meşənin qərb hissəsində yerləşməklə hündür ağaclarla əhatə olunmuş və sahədə 0,5-1 metr hündürlüyündə kollar bitmişdir. Bu zaman sahədə çətənə bitkiləri aşkar olunmamışdır...” Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin x1un ifadəsindən başqa yuxarıda göstərilən nəticələrini şübhə al tına alan dəlillər müəyyən edilməmişdir. Bundan başqa cinayət işinin materiallarından narkotik vasitələrin x1 tərəfindən əldə edilməsi mənbəyinə dair ittiham tərəfinin gəldiyi nəticəni şübhə altına alan başqa əsaslar da mövcuddur. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, x1 şübhəli şəxs qismində tutulduqdan və üzərinə şəxsi axtarış və götürmə keçirildikdən sonra şübhəli şəxs statusunda olmasına baxmayaraq onun izahatı alınmış və bilə-bilə yalan xəbərçilik etməsinə görə Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə məsuliyyət barədə xəbərdar edilmişdir. Cinayət işinin 1-ci cildinin 71-75-ci vərəqlərində təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə xx.xx.2019-cu il tarixli protokolu göstərilmişdir. Protokoldan müəyyən edilir ki, ifadənin yerində yoxlanması z amanı təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etməmişdir. Müdafiəçisinin iştirakı olmadan ifadənin yerində yoxlanmasına təqsirləndirilən şəxsin razılıq verməsi barədə ərizə formal xarakter daşıyır. Ona görə ki, həmin ərizə yazılarkən müdafiəçinin iştirakı təmin edilməmişdir. Protokola əlavə edilmiş 4 və 5 rəqəmləri ilə işarələnmiş iki ədəd fotoşəkildə narkotik vasitələrin yığıldığı yer kimi göstərilən yerin görüntüsündə yam-yaşıl otlaqla örtülmüş, sıx şəkildə yerləşən yam-yaşıl hündür ağaclardan ibarət meşə görünür. Cinayət işinin 1-ci cildinin 167-170-ci vərəqlərinə əlavə edilmiş baxış keçirilməsi və götürmə haqqında xx xxxx 2019-cu il tarixli protokola əlavə edilmiş fotoşəkillərdə isə x1un narkotik vasitəni yığdığı yerdə hal şahidləri ilə birlikdə torpaq nümunəsinin götürülməsinin üm umi görüntüsü verilmişdir. Həmin baxış və götürmə zamanı x1 və müdafiəçisi iştirak etməmişdir. Torpaq nümunəsi götürülən ərazidə yaşıl otlaq sahəsinin olmaması, hündür və yaşıl meşənin olmamasını müşahidə etdikdə, xx.xx.2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək həmin sahənin belə vəziyyətə düşməsi şübhə doğurur. Bundan başqa təqsirləndirilən şəxsin iştirakı olmadan x1un narkotik vasitəni yığdığı yerin məhz fotoşəkildə göstərilən yer olduğunu hansı vasitələrlə müəyyən edildiyi protokolda göstərilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, həm ifadənin yerində yoxlanması və həm də torpaq nümunələrinin götürülməsi barədə protokollar formal xarakter daşımışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutların məhkəmə ic lasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı madələrinin tələblərinə tam əməl etmiş və x1na elan edilmiş ittiham üzrə bəraət verilməsində qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız hesab edilir və ona görə də cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. x1nun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar