Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-777/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X8, məhkumun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmünə əsasən Məhkum Az ərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), R.A.Allahverdiyeva və N.A.Kərimovdan ibarət tərkibdə) 24 may 2019-cu il tarixli hökmü ilə xx xxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri fərdi evdə yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 avqust 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.M.Əhmədov, hakimlər F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələrindən 126.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə Şahid7 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X1 ibarət tərkibdə) 12 fevral 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yeni apelyasiya baxışına təyin olunmuşdur Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 ma y 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum bacısı Şahid7 istifadəsində olan +994 (51) ***-**-** mobil telefon nömrəsinə tanışı Zərərçəkmiş şəxs istifadəsində olan +994 (55) *****-** mobil telefon nömrəsindən "Whatsapp” ani mesajlaşma mobil əlavəsi vasitəsi ilə mesaj yazmasına görə sonuncu ilə həmin mobil telefon nömrəsindən yazışan zaman birbirilərinin şərəf və layəqətini təhqir edən ifadələr işlətdiklərindən Zərərçəkmiş şəxs qisas alıb qəsdən onu öldürmək qərarına gəlmiş, bu məqsədlə 28 avqust 2018-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evin həyətindən soyuq silah hesab edilməyən mətbəx bıçağı götürərək sonuncunun yaşadığı ünvan 3 ünvanına gedib, Zərərçəkmiş şəxs evin giriş qapısının qarşısına çağıraraq salamlaşmaq üçün ona yaxınlaşdıqda özü ilə götürdüyü həmin bıçaqla sonuncunun qarnının ön divar nahiyəsinə iki dəfə vurmaqla hemoperitonium, hemoragik və İİİ dərəcəli travmatik şok, ağır formalı posthemoragik anemiya, sekostomiya ilə nəticələnmiş mədənin, nazik, köndələn-çənbər bağırsağın dəlibkeçən, köndələn çənbər bağırsaq müsariqəsinin, qara ciyərin, qarnın ön divarının boşluğa keçən iki ədəd kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən, hər biri ayrı- ayrılıqda və ümumilikdə yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri yetirmiş, öz niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə növbəti zərbələri vurmaq istədikdə sonuncu onu itələyərək özündən uzaqlaşdırmağa çalışdığından həmin zərbələr Zərərçəkmiş şəxs sağ bazu nahiyəsi nə dəyərək iki ədəd kəsilmiş-deşilmiş yaraları kimi hər biri ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, sonuncu həyatını qorumaq məqsədi ilə yaşadığı mənzilə daxil olub qapını örtmək istədikdə o, öz cinayətkar niyyətinə nail olmaq üçün qapını açmağa çalışsa da, Zərərçəkmiş şəxs anası Şahid1 köməyi ilə qapının cəftəsini bağlaması, hadisə yerinə gəlmiş həkimlərin Zərərçəkmiş şəxs vaxtında Sumqayıt şəhər X12 Xəstəxanasına çatdıraraq ixtisaslı tibbi xidmət göstərməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn hərəkətlərini başa çatdıra bilməyib qəsdən onu öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kas sasiya şikayətinin dəlilləri: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməli AR CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır, ibtidai istintaq orqanı və həmçinin birinci və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlini düzgün qiymətləndirməyərək, əməlin tövsifində səhvə yol vermiş və son nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, əvvəlcə Məhkum barəsində cinayət işi CM- nin 126.1-ci maddəsi ilə başlanılmışdır. Lakin Zərərçəkmiş şəxs sonra ifadəsinin də yişməsi nəticəsində Məhkum əməli CM-nin 29,120.1-ci maddəsinə tövsif edilmişdir. Onuda əlavə etmək istəyirəm ki, Zərərçəkmiş şəxs istintaqın müxtəlif mərhələlərində fərqli ifadələr vermişdir. Belə ki, zərərçəkmiş şəxsin ilk ifadəsinin başlancığı onun öz dəsti xətti ilə yazılsa da, sonraki hissə tamamilə fərqli xətti ilə ( onun deməsinə görə müstəntiq tərəfindən) yazılmış və ittiham orqanının diktəsi altında istiqamətlənmişdir. Bundan əlavə zərərçəkmiş şəxsin ilk ifadəsi ilə üzləşdirmə zamanı verdiyi ifadələr arasında da kəskin ziddiyyət vardır. Belə olan halda Zərərçəkmiş şəxs vermiş olduğu ifadələr onların səmimiliyi və obyektivliyini şübhə altına alır. Təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq, həm birinci instansiyası, həm də apellyasiya məhkəməsində eyni məzmunlu ifadə verərək özünü Azərbaycan Respublikası CM-nin 29,120.1 -ci maddəsi ilə deyil, CM-nin 126.1- ci maddəsi ilə təqsirli bilərək ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Aytaca mobil telefon vasitəsi ilə mesajlar göndərdiyinə görə XXDHla telefonda mübahisə etdikdən sonra sonuncunun evinə getmiş və onu qapıdan çölə çağıraraq bacısı Aytaca mesaj yazması ilə bağlı məsələni araşdırmaq istəmişdir. Evdən çıxarkən həyətdə təsərrüfat işləri üçün istifadə etdikləri bıçağı özü ilə götürməkdə məqsədi Zərərçəkmiş şəxslə dalaşarsa sonuncunun fiziki cəhətdən ondan üstün olduğunu bildiyi üçün qorxutmaq, ona döyülməmək, özünü müdafiə etmək olmuşdur. Zərərçəkmiş şəxs yaşadığı mənzilin qapısında baş verən dalaşma zamanı Məhkum Zərərçəkmiş şəxs bıçaqla ağır bədən xəsarəti yetirmişdir. Hadisə baş verən va xt ətrafda heç kim olmamışdır. Onun XXDHı öldürmək niyyəti olmamışdır, əgər öldürmək niyyəti olsaydı, onun həyat üçün təhlükəli olan orqanlara bir neçə zərbə endirə bilərdi və buna onun imkanı olmuşdur. Hesab edirəm ki, nə ibtidai istintaq dövründə, nədə ki məhkəmə baxışı zamanı Məhkum CM-nin 29,120.1-ci maddəsi ilə təqsirliyi ilə bağlı mötəbər sübutlar əldə olunmamışdır. İş üzrə toplanmış və tədqiq edilmiş sübutların müqayisəli şəkildə təhlili onu göstərir ki, Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətində olması, onun qəsdinin məzh buna yönəldiyi və iradəsindən asılı olmayan səbəblərdən buna nail ola bilməməsi, yəni Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi barədə işdə hər hansı bir təkzib olunmaz sübutlar mövcüd deyil. İbtidai istintaq və məhkəmələrin gəldiyi nəticə yalnız mülahizə və ehtimallardan ibarət olmuşdur. Məhkuma təyin olunmuş cəzanın ədalətsiz və ağır olduğunu vurğulayaraq müdafiəçi öz kassasiya şikayətində Məhkum ilk məhkumluğu olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Zərərçəkmiş şəxs iş materiallarında olan Məhkumla barışmasına dair ərizəsini, hadisədən sonra könüllü olaraq təslim olmasını, barəsində cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini vurğulayaraq məhkəmələr tərəfindən qeyd olunanla hallara fikir verilmədiyi və qanunsuz qərar qəbul edilməklə ağır cəza təyin edildiyini göstərmişdir. Müdafiəçi kassasiya şikayətində qeyd olunanların nəzrər alınmasını, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-229/2020 saylı 11 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum əməlinin Azərbaycan Respublikası CMni n 29,120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında müəyyən edilmiş minimum həddə cəza təyin edilməsi və yaxud məhkəmə belə nəticəyə gəlsəki Məhkum əməli düzgün tövsif edilib onda ona cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla Qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-proses sual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münas ibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkumun əsassız olaraq CMnin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxar a bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayət ində məhkumun əsassız olaraq CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bə zi xüsusatların qeyd olunması qənaətindədir Məhkum həmin Məcəllənin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, qəsdən adam öldürməyə cəhd cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materialarında olan, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...XXDHı bacısı UKJə mesaj yazaraq narahat etməsinə görə XXDHı cəzalandırmaqla qisas almaq məqsədi ilə evdən çıxmış, evin həyətində təsərrüfat işləri üçün istifadə etdikləri ümumi uzunluğu təxminən 20 sm. olan dəstəyinə şəffaf yapışqanlı lent dolanmış, tiyəsinin bir tərəfi itilənmiş bıçağı özü ilə götürmüşdür ki, birdən XXDH əlbəyaxa döyüşdə onu döysə sonuncunu bıçaqla vursun. Belə ki, XXDH ondan fiziki cəhətdən daha güclü idi. Lakin XXDHı öldürmək niyyəti olmamışdır. Həyətdən çıxaraq piyada Sumqayıt şəhəri, 12-ci mikrorayona XXDHın yaşadığı binanın 3-cü mərtəbəsinə qalxaraq, XXDHın yaşadığı 9 saylı mənzilin dəmir qapısını döymüşdür. XXDHın bacısı içəridən onun kim olduğunu soruşduqda cavab verərək XXX olduğunu və XXDHla görüşmək istədiyini bildirdikdə sonuncu XXDHı səsləmişdir. XXDH evin giriş qapısından bloka çıxaraq heç bir söz demədən onun başının sol tərəfindən yumruqla vurmuş, zərbədən o yerə yıxılıb, dərhal ayağa qalxmış və özünü qorumaq məqsədi ilə arxaya çəkilərək cibindəki bıçağı çıxarıb XXDHa tərəf yönəltdikdə bıçaq XXDHın qarnına batsa da, sonuncu onun üstünə gəlməyə davam etdiyi üçün onu vuracağından qorxub bıçağı sağa-sola ataraq XXDHın qarnına və sağ qolunun iç tərə finə daha iki xəsarət yetirmişdir. Bundan sonra XXDH evinə girərək giriş qapısını örtmüş, o isə oranı tərk edərək bıçağı yaxınlıqdakı binalardan birinin həyətinə atmışdır. Həmin vaxt evinə getməmiş, şəhərdə olmuşdur. Səhəri gün evinə getmiş, oradan isə Sumqayıt şəhər polis idarəsinə gedərək təslim olmuşdur. Hadisə vaxtı onu birinci XXDH yumruqla vurmuş, yalnız bundan sonra o bıçağa əl atmışdır. Bununla belə, XXDHı öldürmək üçün real imkanları olsa da onu öldürməmiş, XXDH blokdan evinə girən zaman o pilləkanlarla enib küçəyə çıxmışdır” İş materialarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “...Saat 23:20 radələrində evin mətbəxində yemək yeyən zaman qapı döyüldüyündən bacısı YJS qapıya yaxınlaşaraq kimin gəl diyini soruşmuş və mətbəxə gələrək qapını XXXın döydüyünü, onu çağırdığını bildirdiyindən qapıya getmişdir. YJS XXXı tanımadığı üçün ona qapını açmamışdır. O, qapını açdıqda XXX sağ əlini arxasında gizlədərək sol əli ilə salam verib öpmək üçün onu özünə çəkərək qarnından vurduqda ilk olaraq bıçaqla vurmasını başa düşməmiş, daha sonra cəld hərəkətlə daha bir zərbə vurduqda o, XXXı itələyərək özündən uzaqlaşdıran zaman sonuncunun əlində bıçaq olduğunu gördüyündən qorxub dərhal qapıdan evin içinə girmək istədikdə XXX bıçaqla ona xəsarət yetirmək istədiyindən sağ qolunu qabağa verdiyi üçün zərbələr həmin qoluna dəyib xəsarət yetirmişdir. Evin qapısı içəriyə açıldığından o, qapını örtsə də, XXX qapını itələyərək açmağa çalışdığından cəftəni bağlaya bilməmişdir. Qışqırıq səslərinə anası Gülnar g ələrək qapını bağlamaqda ona kömək etmişdir. Buna görə də, XXX ona növbəti zərbələri vura bilməyib pilləkənlərdən düşüb qaçmışdır. Bundan sonra huşunu itirdiyindən heç nə xatırlamamış, xəstəxanada ayılmışdır. Təqsirləndirilən şəxsə layiqli cəza verilməsini məhkəmədən xahiş etmişdir.” İş materialarına əlavə edilmiş, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “...Hadisə günü oğlu XXDH evdə oturub çörək yeyirdi. Qapı döyüləndə qapıya qızı YJS yaxınlaşmış, qapını döyənin kim olmasını soruşmuşdur. Qapının arxasından danışan şəxs XXX oolduğunu, XXDHla görüşmək istədiyini bildirmişdir. YJS qapını açmamış, qardaşı XXDHa qapını döyənin XXX olduğunu demişdir. XXDH qapını açıb bloka çıxmışdır. Blokda nə baş verdiyini görməmişdir. Yalnız onu görmüşdür ki, oğlu dəhlizə girib qapını örtməyə cəhd edir, bayırdansa kimsə qapını açıb evlərinə girmək istəyir. Mənzilin giriş qapısı içəriyə açılır. Oğlunun «mama, kömək et mənə» qışqırığına gələrək qapını örtməyə kömək etmiş, qapının cəftəsini bağladıqdan sonra XXDHın qarın nahiyyəsinin qanadığını görmüşdür. XXDHdan soruşduqda sonuncu demişdir ki, onu XXX bıçaqla vurmuşdur. Bundan sonra XXDH huşunu itirərək dəhlizdə yerə yıxılmışdır. Onun qışqırıq səsinə blokda qapının arxasında duran şəxsin qaça-qaça pilləkənlardan enməsini eşitmişdir. Qonşuları köməyə çağırmış və onların köməyi ilə XXDHı xəstəxanaya aparmışdır...” Cinayət işində olan Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına dair 16 oktyabr 2018-ci il tarixli, 1315 saylı rəyindən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində qa rnın ön divarının boşluğa keçən iki ədəd kəsilmiş-deşilmiş yaraları, mədənin, nazik, köndələn- çənbər bağırsağın dəlib-keçən kəsilmiş-deşilmiş yaraları, köndələn çənbər bağırsaq müsariqəsinin kəsilmiş-deşilmiş yaraları, qara ciyərin kəsilmiş-deşilmiş yaraları, sağ bazu nahiyyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları, hemoperitonium, hemoragik və travmatik şok İİİ dərəcəli, posthemoragik anemiya ağır formalı, sekostomiya kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən yaranmışlar, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda, yəni 28.08.18-ci il tarixdə əmələ gəlmişlər və dərəcələrinə görə - sağ bazu nahiyyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları həm ümumilikdə, həm də ayr ı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, mədənin, nazik, köndələn-çənbər bağırsağın dəlibkeçən kəsilmiş-deşilmiş yaraları, köndələn çənbər bağırsaq müsariqəsinin kəsilmişdeşilmiş yarası, qara ciyərin kəsilmiş-deşilmiş yarası ilə müşayət olunmuş qarnın ön divarının boşluğa keçən iki ədəd kəsilmiş-deşilmiş yaraları isə həyat üçün təhlükəli olan sağlamılğa ağır zərərvurmaya aiddirlər. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 28 yanvar 2019-cu il tarixli, 02/1335 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, mədənin, nazik, köndələn-çənbər ba ğırsağın dəlib-keçən kəsilmiş-deşilmiş yaraları, köndələn çənbər bağırsaq müsariqəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilmişdeşilmiş yarası ilə müşayət olunmuş qarnın ön divarının boşluğa keçən iki ədəd kəsilmişdeşilmiş yaraları isə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər olmaqla ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdir və onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda, yəni 28.08.18-ci il tarixdə əmələ gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi p ozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyə rlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Kassasiya şikayətində mübahisələndirilən bir digər məsələ məhkuma təyin olunmuş cəzanın ağırlığı barədədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza v ə ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. « Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində göstərilən xüsusat o halda yaranır ki, şəxs k önüllü, yəni şəxsən özü azad və könüllü surətdə, hər hansı psixi və ya fiziki təsirə məruz qalmadan, gəlib təqsirini boynuna alsın, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi mövcud olsun. CM-nin 60.1-ci maddəsinə əsasən CM-nin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa CM-nin 60.1-ci maddəsi tətbiq oluna bilər Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum hadisə törətdikdən sonra hadisə yerindən qaçmasını, cinayət aləti olan bıçağı hadisə yerindən qaçarkən atmasını, məsuliyyətdən yayınmaq məqsədilə gizlənməsini, polis orqanlarının gör düyü tədbirlər nəticəsində hadisədən 1 gün sonra atası tərəfindən müəyyən olunaraq polisə təqdim edilməsini Məhkum Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsində qeyd olunan şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi nəzərə almamaqla düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsi 24 may 2019-cu il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almış, Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Pros essual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-777/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-777/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver