Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-777/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, X27 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X18, Məhkum edilmiş şəxs – Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X22 (sədrlik edən və məruzəçi), X13 və X7 ibarət tərkibdə) 1(099)-379/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1962-cu ildə Şamaxı rayonunun Cəyirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də cəzasını çəkib qurtarmış, Məhkum оğlu Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən məhkumun özü tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli, 1(102)-80/2022 saylı qərarı ilə məhkumun özü tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-379/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 08 fevral 2023-cü il tarixli, 1(102)-238/2022 saylı qərarı ilə müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli, 1(102)-80/2022 saylı qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X4 (sədrlik edən və məruzəçi), X30 və X5 ibarət tərkibdə) 16 may 2023-cü il tarixli, 1(106)-292/2023 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 1(099)379/2022 nömrəli hökmü apellyasiya şikayə tinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3- cü maddəsindən CM-in 234.1-ci (xx.xx.2021-ci ildə qüvvədə olan) maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci (xx.xx.2021-ci ildə qüvvədə olan) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum 04 fevral 2021-ci il tarixdən 16 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 il 3 ay 12 gün müddət ona təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasını tam əhatə etdiyinə görə, o, cəzasını çəkmiş hesab edilməklə məhkəmə iclas zalında həbsdən dərhal azad edilmişdir. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan məhkum edilmiş şəxs Məhkum tərəfindən kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz yolla qazanc əldə etmək üçün məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi külli miqdar təşkil edən 4,147 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla, həmin heroini elektron tərəzi vasitəsilə ölçüb ayrıayrılıqda təmiz çəkiləri 2,360 qram və 1,787 qram olmaqla 2 ədəd polietilen kəsiyi bükümünə qablaşdırıb, həmin bükümləri yaşadığı ünva n 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında bir ədəd sellofan torbanın içərisində gizlədib saxlamış və 04 fevral 2021-ci ildə, saat 11 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən 2,360 qram və 1,787 qram olmaqla 2 ədəd polietilen kəsiyi bükümündə külli miqdar təşkil edən 4,147 qram narkotik vasitə heroin yataq otağındakı çarpayının üzərində olan döşəyin altında bir ədəd sellofan torbanıni içərisindən, eləcə də üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi isə döşəyin altında dəri qabın içərisində aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Şirvan Apelyasiya Məhkəməs inin Cinayət Kollegiyası hazırki işdə hal şahidi kimi keçən şəxslərin iştirakını mütəmadi xarakterli iştirak kimi qəbul etməklə faktiki olaraq CPM-nin 419-1-ci maddəsinin tələblərini pozmuşdur. Hal şahidlərinin mütəmadi iştirakı əsaslı hesab edilsə belə, bu faktın şəxsin əməlinin tövsif edilməsi ilə bağlı qənaətə gəlinməsi üçün hansı əhəmiyyət kəsb etməsi çox ciddi sual doğurur. Təqsirləndirilən şəxs Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublik ası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz CM-nin 234.4.3-cü maddəsi təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin maddədə nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Həmin Məcəllənin 234-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Əlavə obyekti isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığıdır. CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutul muş cinayətin obyektiv cəhəti satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Həmin hərəkətlər törədildiyi andan cinayət başa çatmış sayılır. İşin hallarından görünür ki, məhkəmə əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxsin qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Halbuki. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 353.2.2-353.2.5-cı maddələrinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəməni n nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, ittihamın bir hissəsi əsassız hesab edildikdə bunun əsaslan, təqsirli şəxsin hərəkətlərinin tövsifı məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Hazırkı hökmdə isə məhkəmə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutları qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Sadalananlardan görünür ki. məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilən konkret cinayət əməlinin cəhətləri ilə CM-nin 234.4.3-cü maddəsi nin dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında tam uyğunluq olmasını nəzərə almamış, nəticə etibarilə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olan Məhkum əməlini düzgün tövsif etməməkİə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsipləri pozmuşdur. Bundan başqa, məhkəmə Məhkum əməlini Cinayət Məcəlləsinin ağır maddəsindən yüngül maddəsinə tövsif edərkən onun tərəfindən törədilən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin öz- özlüyündə sonuncu tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağla mlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayətlər olmasını. Elnur Qasımov tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdar olmasını, buhalın törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini. heroİnin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan 1 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini. Azərbaycan Respublikası Ali Məhkəməsi nin Plenum qərarını nəzərə almayaraq təqsirləndirilən şəxs Elnur Qasımovun əməlinin tövsif edilməsinin səbəblərini hökmdə əsaslandırmamışdır. Beləliklə. Şirvan Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-ııin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Qanııııun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15, və 416.1.21-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edil məsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə Məhkum çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə g örə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, möt əbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci mad dəsinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəməinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdi rilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ay rılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Ba yramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Resp ublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə düzgün tö vsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Şirvan Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...İstintaq orqanı və onun gəldiyi nəticələrlə razılaşan birinci instansiya məhkəməsi hesab etmişlər ki, Məhkum yaaşdığı evdən aşkar edilən 4,147 qram çəkidə narkotik vasitə olan heroinin külli miqdarda olması, b ükümlərə ayrılması (2,360 və 1,787 qram olmaqla), habelə onun şəxsiyyətini səciyyələndirən hallar, xüsusən də əvvəllər eyni cinayətə görə azadlıqdan məhrum olunması aşkar edilən narkotik vasitənin satış məqsədilə əldə edildiyini təsdiq edir. Bu nəticəyə gələrkən birinci instansiya məhkəməsi aşağıdakı sübutlara əsaslanmışdır: 1) Təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi və narkotik vasitənin maddi sübut kimi götürülməsi haqqında baxış protokolu; 2) Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsindəki icraatda verdiyi etirafedici ifadələr; 3) Polis əməkdaşlarından və hal şahidlərinin ifadələri; 4) Məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri; 5) Məhkum səciyyələndirən hallara dair məlumatlar. Yuxarıda sadalanan sübutlar apellyasiya baxı şı zamanı həm ayrı-ayrılıqda, həm də məcmu şəklində müqayisə edilməklə CPM-in 143-146-cı maddələrinə uyğun yoxlanılarkən onların bir hissəsinin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə əldə edildiyi üçün mötəbər olmadığı (yaşayış sahəsinə baxış keçirilməsi haqqında protokol), qalan digər sübutların isə Məhkum ona istinad olunan CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti deyil, yalnız həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi üçün kifayət etməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi, sadalanan prosessual normalarda, xüsusən CPM-in 125-ci m addəsində sübutların mötəbərlik meyarları müəyyən edilmiş, bunun sübutun əldə edilmə mənbəyi, mənsubiyyəti və kifayət etməsi ilə əlaqəli olması təsbit edilmişdir. Lakin, işdən görünür ki, təqsirləndirilən şəxsin yaşadığı evə baxış keçirilməsi və oradan narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətinin nəticələrini əks etdirən protokol mötəbər sübut kimi CPM-in 125-ci maddəsinin müəyyən etdiyi əsaslı şübhədən kənar sübut standartına cavab verməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 birinci instansiya məhkəməsindəki icraat zamanı 13 sayda ayrı-ayrı işlər üzrə qanuni qüvvədə olan məhkəmə hökmlərini və icraatda olan bir iş üzrə isə axtarış aparılması və baxış keçirilməsi haqqında protokolla rı təqdim edərək göstərmişdir ki, onun müdafiə etdiyi Məhkum yaşadığı evə baxış keçirilməsində iştirak edən hal şahidləri Şahid5 və Şahid6 əvvəllər dəfələrlə ayrı-ayrı işlərdə hal şahidləri qismində işçtirak etmişlər. Daha da dəqiq desək Şahid5 14 dəfə, Şahid6 isə 4 dəfə ayrı-ayrı cinayət işləri üzrə hal şahidləri olmuşlar. Hər iki hal şahidinin əvvəllər də əməliyyat-axtarış tədbirlərində iştirak etməsi onların polis əməkdaşları ilə əlaqəli olmasını təsdiq edir və hazırkı işdə onların iştirak etdiyi istintaq hərəkətinin nəticələrini şübhə altına alır. Həqiqətən işdə olan hökmlərdən, o cümlədən X9 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 13 may 2016-cı il tarixli, X1 CM-in 234.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinay ət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, X6 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 12 aprel 2016-cı il tarixli, X14 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 04 aprel 2017-ci il tarixli, X10 CM-in 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 30 mart 2016-cı il tarixli, X19 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, X11 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 10 may 2017-ci il tarixli, X2 CM-in 234.1-ci maddə si ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 24 iyul 2017-ci il tarixli, X3 CM-in 180.1, 234.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli, X8 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, X15 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 06 sentyabr 2016-cı il tarixli, X16 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhkəməsinin 22 fevral 2017-ci il tarixli, X12 CMin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Şirvan Şəhər Məhk əməsinin 28 iyul 2016-cı il tarixli hökmlərdən və X17 CM-in 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 30 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, sadalanan cinayət işləri üzrə hal şahidləri Şahid5 və Şahid6 təqsirləndirilən şəxslərin üstlərinə yaşadıqları evlərə və digər sahələrə baxış keçirilməsindən ibarət əməliyyataxtarış tədbirlərində və istintaq və prosessual hərəkətlərin aparılmasında hal şahidi kimi iştirak etmişlər. Həmin hal şahidlərinin yaşayış yeri Şirvan şəhəri olmasına baxmayaraq, onların iştirak etdikləri əməliyyat-axtarış tədbirləri, habelə istintaq və prosessual hərəkətlər başqa inzibati-ərazi vahidlərini də əhatə etmiş, həmçinin onlar bütün hallarda polis orqanlarının əməkdaşları ilə birlikdə hərəkət etmişlər. Bun a baxmayaraq, birinci instansiya məhkəməsi müdafiəçinin həmin vəsatətinə lazımi əhəmiyyət verməmiş, vəsatəti və ona əlavə edilmiş hökmləri nəzərdən keçirməmiş, bu hökmlərdə şahid kimi ifadə vermiş hal şahidlərinin dəfələrlə əməliyyat-axtarış tədbirlərində iştirak etmələrini və bununla onların hal şahidliyini peşə halına çevirdiklərini, əməliyyat subyektlərinin təsiri altında hərəkət etmələrinin heç bir şübhə doğurmadıqlarını diqqətdən qaçırmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilm iş şəxs hal şahidi ola bilər...” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri h esab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkum ibtidai araşdırma dövründə verdiyi ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edərək və məhz həmin ifadələr əsas götürülərək Məhkum əməli (qanunsiz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsindən ibarət ittiham üzrə) apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə onun əməlinin Cin ayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop ma ddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11-ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətl əri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tör ədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (i craçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının t əsbit edildiyini nəzərə alaraq, Məhkum narkotik vasitəni məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlin i ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinay ət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmi n şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə i craat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə m alikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızd ır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın də yişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-777/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-777/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver