Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-777/2025 23.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X4 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə iştirakları ilə 6 noyabr 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ü nvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1878/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (C.İ.Hüseynovun sədrliyi, hakimlər E.H.İsmayılov və S.S.Hüseynovdan ibarət tərkibdə) 1(101)-1387/2024 nömrəli 14 iyun 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmiş, onun 15 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 4 fevral 2024-cü il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 20 (iyirmi) günün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılması və cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 7 (yeddi) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 iyun 2024-cü il tarixdən hesablanması qərara alinmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1878/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrli k edən), E.Ə.Mehdiyev və E.Z.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum şəxsiyyəti naməlum şəxslə əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,222 qram bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 1 ədəd şəffaf rəngli sellofan torbada külli miqdarda təmiz çəkisi 7100,0 qram bitki mənşəli kütləni - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik v asitə olan qurudulmuş marixananı, həmçinin naməlum şəxsdən 2 ədəd şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,539 qram və 0,627 qram olmqla ümumi təmiz çəkisi 1,166 qram təşkil edən qəhvəyi rəngli maddələri - xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində və mənzilində saxlamaqla daşımış və yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətində 1 ədəd yaş vəziyyətdə təmiz çəkisi 15,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib becərmiş, 15 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİnin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum narkotik maddələrin daşınmasında və istifadəsində şübhəli bilinərək yaşadığı ünvan 1 ünvanın yaxınlığında, saat 12:10 radələrində saxlanılaraq Suraxanı RPİ-yə aparılmış, RPİ-nin xidməti otaqlarının birində üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,539 qram və 0,627 qram olan, ümumi təmiz çəkisi 1,166 qram təşkil edən qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 3,222 qram olan, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra elə həmin tarixdə əməliyyat axtarış tədbirinin davamı olaraq M əhkum yaşadığı ünvan 1 ünvana baxış keçirilən zamanı evin həyətyanı sahəsində 1 ədəd yaş vəziyyətdə, təmiz çəkisi 15,0 qram bitki nümünəsi - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi və yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsindən, şəffaf rəngli sellofan torbada təmiz çəkisi 7100,0 qram olmaqla bitki mənşəli kütlə - külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoik vasitə olan qurudulmuş marixana aşkar olunaraq götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Apellyasiya məhkəməsinin qərarına əsasən, X3 yaşadığı ünvan 1 ünvanda yerləşən evinin həyətində 1 ədəd yaş vəziyyətdə tə miz çəkisi 15,0 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini əkib becərməsinə dair müddəa ittihamdan və hökmdən xaric edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2024-cü il qərarının dəyişdirilməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və cəzasının yüngülləşdirilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Məhkum qarşı toplanmış sübutların heç biri əsas lı və mötəbər deyildir. Cinayət işinin materiallarından, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən də bir daha aydın göründüyü kimi Məhkum heç zaman narkotik vasitələrin satışında rolu olmamış və iş üzrə həmin halın əksini təsdiq edə biləcək hər hansı bir əsaslı və qanuni sübut-dəlil də istintaq orqanı tərəfindən əldə edilməmişdir. Tutulan zaman üzərində olan narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. Məhkum məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində ibtidai istintaqın qərəzli olduğunu, polis əməkdaşlarının verdikləri ifadələrin birbirləri ilə uzlaşmadığını, onun narkotik istifadəçisi kimi halsız və asılılıq vəziyyətindən istifadə etməklə, eləcə də polis əməkdaşlarının təzyiqi altında onların fikirləri və sözləri i lə yazılan ifadəyə ona imza atdıraraq, işini saxtakarlıqla ağırlaşdırdıqlarını, özünü ancaq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 7883 nömrəli 2 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmələr yalnız Məhkum narkotik istifadəçisi kimi halsız və asılılıq vəziyyətindən istifadə edilməklə, eləcə də polis əməkdaşlarının təzyiqi altında alınmış ifadələrinə əsaslanmış, işin qanunvericiliklə nəzərdə tutulmuş digər hallarına heç bir qiymət vermədən iş üzrə m əlum məhkəmə aktlarını qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, Müdafiəçi2, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqi nin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə məhkuma istinad edilən cinayət əməlinə düzgün hüquqi qiymət verilmədiyi mübahisə edilir, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmə si xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdardan artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə; Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən tö rədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; 234.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu ə məlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hall arının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm v əzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlam ətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və marixuananı maddə əldə etmə, saxlama, daşımasında ifadə olunan cinayət əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul deyil və o, narkotik vasitəni satışı ilə məşğul olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Resp ublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Cinayət işinin materiallarında olan «şəxsi axtarış və götürmə aparılması haqqında» 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış aparılır, o, əynidəki qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofana bükülmüş bükümfəri və bir ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Məhkum təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükülər və kibrit qutusu açıldıqda məlum olur ki, iki ədəd şəffaf sellofan bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik maddə, kibrit qutusunun içərisində isə yaşıl rəngli ot kütləsi olan narkotik vasitəyə bənzər kütlə vardır. Məhkum təqdim etdiyi iki ədəd şəffaf sellofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə marixuana olduğunu, narkotik vasitə heroini 1 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən nisyə olaraq satmaq üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd kristalşəkilli maddə və yaşıl rəngdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 241 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən, həmçinin Məhkum üzərindən aşkar olu nmuş bir manat pul cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından sahibinə qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut ǝhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. Məhkəmə qərarlarından görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Məhkum bildirmişdir ki, şəxsi axtarışdan sonra ondan yaşadığı evdə narkotik vasitə saxlayıbsaxlamadığı soruşulduqda, o, yaşadığı evin həyətində bir kol narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları, onun hüquqlarını müdafiə edən vəkil və bir nəfər aqronomla onun yaşadığı ünvan 1 ünvana baxış keçirliməsi üçün getmişlər. O, da həyətdə yabanı şəkildə bitmiş bir ədəd kolu polis əməkdaşlarına göstərmiş və həmin bitkiyə bir neçə dəfə su verdiyini, gələcəkdə istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra həmin bitki torpaqdan çıxarılmış və qablaşdırılmışdır. Bundan sonra isə o, yaşadığı mənzildə yataq otağında olan çarpayın altında bir ədəd selofan torbada saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Onunla sorğu zamanı həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı İran vətəndaşı olan adını Həsən kimi tanıdığı şəxs ona tanımadığı şəxslə göndərdiyini və həmin marixuananı saxlamağını, əvəzində ona 300 manat pul verəcəyini, daha sonra isə həmin marixananı ondan kiminsə gəlib götürcəyini bildirmişdir. Bundan sonra həmin qurudulmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar tərəfin dən qablaşdırılmış maddi subutlar və protokol imzalanmışdır. Heroin və marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 960-İİQ nömrəli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in siyahısında (İ siyahı) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrə aid edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş narkotik vasitələr nəzərdə tutulmuş İ Siyahıda marixuananın (qurudulmuş) çəkisi 500 qramdan çox olduqda külli miqdar, 50000 qramdan çox olduqda isə xüsusilə külli miqdar təşkil edir. Həmçinin, həmin qanunla təsdiq edilmiş İ Siyahıda heroin çəkisi 2 qramdan çox olduqda külli miqdar, 800 qramdan çox olduqda isə xüsusilə külli miqdar təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizanın 7883 nömrəli 2 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəs təliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkumun törətdiyi əməl iş materialları ilə sübuta yetirilmişdir və iş üzrə məhkumun ifadələrində ittihamı qismən qəbul etdiyi, iş üzrə əlavə edilmiş smslərin hansı əsasla ona göndərildiyinə qeyri-müəyyən cavablar vermişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkumun törətdiyi əməl aşağı instansiya məhkəmələri tərəfindən düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul e tdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, şəxsiyyətini, onun himayəsində xx.xx.2015-ci təvəllüdlü 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və sair bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə s əbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və sair bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqları nı təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəllə sinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, m əhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 sentyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)1878/2024 nömrəl i 17 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-777/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-777/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver