Məhkəmə qərarları › İş №1(102)-778/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-778/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-778/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırova Mədinə Ağacavad qızı) xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 1.000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 23 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 27 iyun 201 8-ci il tarixdə saat 18:30 radələrində, əvvəl yaşadıqları ünvan 2-də qeyri-rəsmi nikah əsasında faktiki olaraq ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı sonuncuya qəsdən təpik və yumruq zərbələri vuraraq sol bazunun yuxarı 1/3-nin arxa bayır səthinin, sağ sağrının yuxarı iç və sol sağrının yuxarı-bayır kvadratlarının qançırları, sol budun yuxarı orta 1/3-nin ön iç səthinin hematoması, eyni zamanda dişləyərək ona sol qulaq seyvanın orta 1/3-nin ön səthinin sərbəst kənarına yaxın sıyrıqları ilə nəticələnən və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq, həm də ilkin məhkəmə araşdırılması zamanı əməlinin qəsdən törədildiyini əsas götürərək iş birtərəfli aparılmış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Şikayətdə məhkum qeyd edir ki, məhkəmə onun barəsində hökm çıxararkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə görə əməlində ağırlaşdırıcı və yüngülləşdirici halların aşkar olunmadığını göstərməklə də kobud qanun pozuntusuna da yol vermişdir. Məhkəmə əməlindən peşman olmağını,i lk dəfə cinayət törətməsini, o cümlədən ailəsinin maddi durumunu və zərərçəkmiş şəxslə barışmaq üçün cəhd göstərməsini nəzərə alıb daha yüngül cəza təyin edə bilərdi. Kassasiya şikayətində həmçinin göstərilir ki, iş üzrə cinayət təqibini istisna edən halların mövcud olmasına baxmayaraq, ittiham hökmü çıxarılmışdır. Buna görə barəs ində azadlıqdan məhrum etmə və cərimə cəzası ilə bağlı olmayan ədalətli qərar çıxarılması və ya qərarın ləğv edilərək yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikаyətinin dəlil ləri məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi üçün cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədədir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin noyabr ayının sonlarında sosial şəbəkədə “İnstaqram” da Zərərçəkmiş şəxs ilə tanış olmuş, bir müddət telefon əlaqəsi saxlamış, sonra görüşmüşlər. 19.03.2018-ei il tarixdə isə el adəti ilə “Təbrik” şadlıq sarayında toyları olmuş, evlənmişlər. Evləndikləri gün hal-hazırda yaşadığı Suraxanı rayonunda olan evlərinə getmiş, təxminən bir həftə orada yaşadıqdan sonra X2nin istəyi ilə yaşadığı Badamdar qəsəbəsində yerləşən evlərinə getmişlər. Orada yaşadıqları vaxtdan aralarında münaqişələr yaranırmış və bu münaqişələrə səbəb isə X2nin heç bir vaxt onun dedi klərini etməməsi olmuşdur. 2018-ci ilin may ayında Yegənənin Badamdar qəsəbəsindəki evində olan zaman aralarında mübahisə yaranmış, X2 qayçını götürüb onu köynəklərini kəsməyə başlamış, o qayçını X2nin əlindən almaq istəyən zaman, X2 qayçını götürüb onun köynəklərini kəsməyə başlamış, o qayçını X2nin əlindən almaq istəyən zaman X2 qayçı ilə ona xəsarət yetirmişdir. O, yaşadıqları evin yataq otağının bayırdan göründüyü üçün pəncərə pərdəsini dəyişməsini X2dən istəmişdir. Bu zaman X2 onunla mübahisə etməyə başlamış və “bura mənim evimdi necə istəyirəm, elə də edərəm” demişdir. 27 06.2018-ci tarixdə, saat 18:30 radələrində, yenə evdə mübahisə yaranmış, o. X2dən ayrılmaq istədiyini bildirmiş və evdən çıxıb işə gedəcəyini, oradan öz evlərinə, yəni Suraxanı rayonuna gedəcəyini demişdir. Bu zaman X2 bıçağı götürüb onun üstünə gəlmiş, o. X2nin əlindən tutmuş, bıçağı əlindən almaq istəyəndə əlini bıçaq kəsmiş, bu zaman X2ni özündən uzaqlaşdırmaq üçün itələmiş,X2 yıxılan zaman qapıya ayağı dəymişdir. X2 ona əsəbləşdirici sözlər demiş, o, X2 ilə birlikdə yaşadığı müddətdə əsəbi olmuş, X2 ona qarşı elə sözlər deyirmiş, elə hərəkətlər edirmiş ki, o, əsəbləşmişdir. O, X2ni davamlı döyməmiş, aralarında münaqişə olan zaman X2yə yüngül şillə vurmuş, sərt güc göstərməmişdir. “Samsung S3” markalı mobil telefonu o, yerə atsa da sınmamış, həmin telefonları X2 özü sındırmışdır. O, X2ni itələdiyi vaxt gedib evdə olan qapıya dəyib, şüşənin sınması mümkündür. Birinci instansiya məhkəməsinin hökmündə göstərilir ki, Zərərçəkmiş şəxsnın müdafiəçisi və eyni zamanda nümayəndəsi X8 ifadəsində göstərmişdi r ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs 2017-ci ilin dekabr ayında sosial şəbəkədə 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ilə tanış olmuş, biz bir neçə dəfə telefonla danışdıqdan sonra görüşdükdə Təqsirləndirilən şəxs ona evlənmək təklif etmişdir. X2 ona aralarında olan yaş fərqinin çox olmasını bildirsə də, məhkum 1 onu sevdiyini və evlənmələri üçün heç bir maneə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X2ni valideyinləri ilə tanış etmiş və 2018-ci ilin mart ayında onlar el adətinə uyğun toy etmişlər, lakin rəsmi nikaha girməmişlər. Evləndikdən sonra onlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında bir müddət yaşamışlar. Birlikdə yaşadıqları müddətdə məhkum 1 heç bir yerdə işlməmiş, həmişə X2dən pul alıb maddi ehtiyaclarını qarşılamışdır. Bu səbəbdən maddi çətin liklər yaranırmış və bu səbəbdən aralarında mübahisələr olmuşdur. Həmin vaxtlarda məhkum1 X2ni bir neçə dəfə döymuş, lakin o, bu barədə polisə şikayət etməmişdir. 27.06.2018-ci il tarixdə saat 18:30 radələrində yaşadıqları ünvan 2 ünvanında Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan X2 ilə mübahisə etmişdir. məhkum 1 X2yə qarşı təhqiramiz sözlər demiş və X2 ona cavab verdiyinə görə də məhkum 1 onun bədəninin müxtəlif yerlərindən yumruq, təpik zərbələri vuraraq ona xəsarət yetirmiş, evdə pəncərənin şüşəsini sındırmış, əşyaları dağıtmışdır. X2 polis bölməsinə Təqsirləndirilən şəxs tərəfindən döyülməyi barədə şikayət etmişdir. X2nin bıçaqla onun üstünə hücum edən zaman bıçağı əlindən alamağa çalışarkən əlini kəsməsinə dair Təqsirləndirilən şəxs dedikləri tamamilə yalandır, ümumiyyətlə belə bir hadisə olmamışdır. İşin bu faktiki halı məhkəmə tibbi ekspertizasının rəyi ilə də tam sübuta yetirilir. Məhkəmə-tibbi ekspertizasının 04 iyul 2018-ci il tarixli 370 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxsnın bədənində müəyyən edilmiş xəsarətlər- sol qulaq seyvanının orta 1/3-nin ön səthinin sərbəst kənarına yaxın sıyrıqlar toplusu məhdud təsir səthli bərk küt əşyanın (əşyaların) təsirində, ola bilsin dişləmə zamanı dişlərin küt təsirindən, sol bazunun yuxarı 1/3-nin arxa-bayır səthinin, sağ sağrının yuxarı-iç və sol sağrının yuxarı bayırkvadratlarının qançırları, sol budun yuxarı-orta 1/3-nin ön-iç səthinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şərai tdə, yəni 27.06.2018-ci il tarixdə sol qulaq seyvanının dişlənməsi və qeyd olunan digər nahiyyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilərvə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə, lokalizasiyasına, eləcə də müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb, xəsarətlərin yıxılma zamanı və ya özü tərəfindən özünə yetirmə nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilmələri barədə fikir söyləmək mümkündür. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsi rli olması məhkəmələr tərəfindən məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125,143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə yetərincə sübuta yetirilmişdir. Kollegiya məhkəmələrin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin və CM-nin normalarına əməl edilmişdir. Kollegiya qeyd edir ki, işə baxılarkən İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu əks etdirən 6-cı maddəsinin tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlilləri işin faktiki hallarına uyğun deyildir və əsassızdır. Məhkuma təyin edilm iş cəza onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla qanuni. əsaslı və ədalətlidir. İşin şərh olunan hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun barəsində bəraətləndirci əsaslarla qərar qəbul edilməsi ilə əlaqədar məhkəmənin hökm və qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları təsbit edən Azərbaycan Respublikası CPM-nin 416-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar