Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-778/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlununa Bəraət almış şəxs X3 iştirakları ilə xx xxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadıqov Səyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: Fikrət Əliyev) X4 CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), F.G.Zeynallı və E.M.Əhmədov) apellyasiya protestiti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X4 ittiham verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarındarından artıq miqdarda 0,450 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2019-cu il tarixdə, saat 19:25-də Sumqayıt şəhəri, 3cü məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərinə keçiri lmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd gümüşü kağız bükümdə xalis çəkisi 0,450 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Xa CM-nin 234.1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, Xun törətdiyi, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli şahidlər in ifadələri, üzləşdirmə protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də iş üzrə toplanmış digər materiallarla təsdiq edildiyindən, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və iş baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə şahidlərin verdikləri ifadələr nəzərə alınmamış, toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Dövlət ittihamçısı həmçinin qeyd edir ki, məhkəmələr Xun narkotik vasitə aludəçisi olduğunu, həmin işin baxıldığı dövrdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə məhkum olunmaqla cəza çəkdiyini, ardıcıl olaraq “Narkotik vasitələrin v ə psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə aid cinayət törətdiyini nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Xun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələ ləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protes t müəllifi qeyd edir ki, Xun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Xa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tət biq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmiş, apelyasiya məhkəməsi də həmin hökmü tam əsaslı olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, məhkəmələr haqlı olaraq hesab etmişlər ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Xun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Xun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Cinayət işinin materialları və məhkəmə istintaqının n əticələrindən açıq-aşkar müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş X barəsində cinayət təqibi başlanıldığı ilk andan polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmadığını bildirmiş, onun Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisindən deyil, yaşadığı Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən evinin qarşısından aparıldığını, Sumqayıt şəhəri Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış videoçəkiliş zamanı isə sonuncuların ona verdikləri qəbul etdiyi narkotik vasitənin təsiri altında olduğunu, ona polislər tərəfindən diktə edilmiş sözləri əvvəlcədən qurulmuş ssenari əsasında təkrarlayaraq cibinə qoyulmuş narkotik vasitəni təklif olunan zaman təqdim etdiyini bildirmişdir. Üzərində aşkar edilmiş narko tik vasitənin qablaşdırılması və çəkilməsi isə hadisə yerində yox, 4-cü Polis Bölməsinin binasında aparılmışdır. Həmçinin, xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri, 4-cü Polis X1 üzərində keçirilmiş şəxsi axtarış protokolu onun narkotiklə tutulduğu yerdə və vaxtda deyil, 4-cü Polis Bölməsinin inzibati binasında tərtib edilmişdir ki, bu hal cinayət prosesual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qəbul ediməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xü susilə qeyd etmişdir, ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o. ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış), baxış keçirilməsi şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyindən ona qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranm a mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinin tələblərinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxx 2019-cu il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması, X3 əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, istintaq zamanı təqsirləndirilən şəxs X3 narkotik vasitə olan heroinin ona polis əməkdaşları tərəfindən verilməsi və onlar tərəfindən təzyiqə məruz qalması barədə göstərmiş olduğu xüsusatların özünü müdafiə xarakter daşıması kimi qiymətləndirilməklə cinayət işinin materialları iə təkzib olunduğundan rədd edilməsi, X3 üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitənin ekspert rəyində göstərildiyi kimi təmiz çəkisinin 0,450 qram əsas götürülməsi, xx.xx.2019-cu il tarixli qərarla maddi s übut kimi tanınmış Xun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0.400 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsinin nəzərə alınması, X3 üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarında saxlanılması, cinayət işi üzrə şəxsi axtarış və diskə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlərin sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs Xun əvvəldən axıra kimi eyni məzmunlu ifadələrindən göstərdiyi halların həqiqiliyi ni yoxlamaq məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən 1(060)-254/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs X3 istifadəsində olan ***-***-**-**, şahidlər-X7 istifadəsində olan ******-**-**, X5 istifadəsində olan ***-***-**-**, X8 istifadəsində olan ***-***-**-** və X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2019-cu il tarixdə, saat 16:30 radələrindən həmin gün saat 19.30 radələrinə qədər hansı ərazidə işlədilməsinin, eyni yerdə işlədilib-işlədilməməsinin, həmçinin X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx xxxx 2019-cu ildə, saat 18:30 radələrindən saat 20:30 radələrinədək yoxlanılan digər nömrələrlə eyni yerdə işlədilib-işlədilməməsinin müəyyən edilməsi üçün göstərilən tarixdə və vaxtda həmin mobil telefo n nömrələrinin harada istifadə edilməsi ilə bağlı anten məlumatlarının müvafiq olaraq "xxxx” MMC-dən, “xxxx” MMC-dən və “xxxx LTD”-dəıı götürülməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “xxxx” MMC- nin məlumatından görünür ki, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2019-cu il tarixdə, saat 16:30 radələrindən 17:40 radələrinədək Sumqayıt qəhəri, Sumqayıt şəhəri, Univermaq, Sumqayıt şəhəri, N.Nərimanov, C.Cabbarlı və Rustavi küçələri ərazisində işlədilmişdir. Saat 17:40-dan sonra telefon işlədilməmişdir. Həmçinin, X5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2019-cu il tarixdə saat 16:30 radələrindən saat 19:30 radələrinədək Sumqayıt şəhəri, məhəllə 24, ev 1, keçid 38A, Sumqayıt şəhəri, 34-cü məhəllə, Dostluq kü çəsi, Sumqayıt TKQ, ATS 5/9, Sumqayıt şəhəri, 16-cı məhəllə, Əzizbəyov küçəsi, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospekti, 8A-2 ərazilərində işlədilmişdir. X8 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəsi xx.xx.2019-cıı il tarixdə saat 16:30 radələrindən saat 19:30 radələrinədək Sumqayıt şəhəri, məhəllə 24, ev 1, keçid 38A, Sumqayıt şəhəri, 34-cü məhəllə, Dostluq küçəsi, Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh və S.Vurğun küçələrinin kəsişməsi, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 26-cı məhəllə və Sumqayıt şəhərinin digər ərazilərində işlədilmişdir. X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2019-cu il tarixdə saat 16:32 radələrindən saat 19:19 radələrinədək Sumqayıt şəhəri, 34-cü məhəllə, Dostluq küçəsi ərazisində və Sumqayıt şəhərinin digər ərazilə rində işlədilmişdir. Eyni zamanda, X7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2019-cu il tarixdə saat 16:30 radələrindən saat 20:30 radələrinədək Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Sumqayıt şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospekti 8A-2, Sumqayıt şəhəri, 6-cı məhəllə, Mehdi Hüseynzadə küçəsi, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 13/14 ərazilərində işlədilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi “xxxx" MMC-nin, "xxxx" MMC-nin və “xxxx” MMC-nin Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin əməkdaşları (əməliyyatçılar) X12, X14 və X11 xx xxxx 2019-cu ildə, saat 17 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində olmaqlarına dair məlumatları təqsirləndirilən şəxs Xun ifadəl ərində göstərdiyi xüsusatları təsdiq edən sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, təqsirləndirilən şəxsin əleyhinə olan sübutlar yalnız polis əməkdaşlarının ifadələrindən və onların iştirakı ilə çəkilmiş video görüntülərdən, polis əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərdən ibarətdir. İş materiallarında Xun əleyhinə həmin şəxslərin iştirakı olmadan əldə edilmiş hər hansı sübut yoxdur. Göründüyü kimi, cinayət işinin istintaqını aparan müstəntiq istintaq zamanı təqsirləndirilən şəxsin təqsirinin olmamasına, narkotik vasitənin ona təzyiqlə verilməsi və video çəkilişin yalançı bir film olmasına dair ifadəsinə əhəmiyyət verməmiş, göstərilən halları araşdırmamış, yalnız əməliyyatçıların dindirilməsi ilə kifayətlənərək cinayət işinin istintaqını yekunlaşdırıb baxılması üçün m əhkəməyə göndərmişdir. xx xxxx 2019-cu ildə, saat 16:30-17:00 radələrində təqsirləndirilən şəxsin yaşadığı ərazidə olub-olmaması, əməliyyatçıların həmin əraziyə gəlib-gəlməmələri, saat 17:00 radələrindən saat 19:00-dək olan vaxt ərzində təqsirləndirilən şəxsin 4-cü PB-də olub-olmaması ilə bağlı heç bir sübut toplanmamışdır. Təxirə salınmadan 4-cü PB-indəkı kameralardan görüntülər götürülməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X barəsində aparılmış ambulatorməcburi narkoloji tibbi yoxlamanın rəyi Xun qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi və saxlamasını sübut etmir və bu rəy onun ittiham olunduğu əməldə təqsirini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu təqsirləndirilən şəxs Xun narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamasının sübutu anlamına gəlmir. Azərbaycan Respublikasının CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsi yasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı X3 istintaqa mə lum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,450 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamasını, xx.xx.2019-cu il tarixdə, saat 19:25-də Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd gümüşü kağız bükümdə xalis çəkisi 0,450 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsini təsdiq edən heç bir mötəbər sübut əldə etmədiyindən məhkəmələr ona təqsirinin sübuta yetməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, mə hkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Xun əməlində satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğu ndan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X9 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-778/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-778/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver