Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-778/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə; Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X77, Məhkum və zərərçəkmiş hüquqi şəxs ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X105 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2019- cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Qazax Rayon Məhkəməsinin (hakim: X120) 18 sentyabr 2019-cu il tarixli hökmü ilə xx xxxx 1967-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Əmanətlərin sığortalanması fondunda kredit mütəxəsisi işləyən, ünvan 1 ünvanında yaşayan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul v əzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmiş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X59 və X121 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdirlər. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər: X35 (sədrlik edən və məruzəçi) X146 və X15 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhk um 23 oktyabr 1995-ci ildən 14 sentyabr 2015ci il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən “Qazax” filialının müdiri vəzifəsində işləyərkən, “xxxx” ASC-nin Müşahidə Şurasının 17 iyun 2011-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmiş“Qazax” filialının əsasnaməsinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə heyətinin 18.11.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda kredit verilməsi” Qaydalarının 4.1.8, 4.1.9 və 4.1.20-ci bəndlərinin, həmin Qaydaların 1 nömrəli əlavəsinin, “xxxx” ASCnin Müşahidə Şurasının 7 iyun 2006-cı il tarixli iclasının qərarı ilə təsdiq edilmiş “Kreditlərin verilməsinin daxili presudurları və uçotu haqqında” Qaydaların tələblərinə əsasən, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçiril məsi və idarə olunması, işçilər arasında iş bölgüsünün aparılması, daxili qayda və təlimatlara uyğun olaraq filial üzrə bütün maliyyə əməliyyatlarının vaxtında keyfiyyətlə yerinə yetirilməsi və aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, filial əməkdaşlarının vəzifə borclarını yerinə yetirməsinə vəəmək intizamına riayət etməsinə nəzarət edilməsi, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılması, müştərinin fəaliyyətinin öyrənilməsi, maliyyə vəziyyətinin ödəmə mənbələrinin təhlil edilməsi, lazımi kredit sənədlərinin hazırlanmasının təşkili və təsdiqlənməsi, filial tərəfindən verilmiş kreditlər üzrə yoxlamaların keçirilməsinin təmin edilməsi və sa ir səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla həmin filialın kredit şöbəsinin müdiri X122 və kredit şöbəsinin baş iqtisadçısı X121 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və yaxın münasibətləri olan üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə və qeyd olunan normativ sənədlərin tələblərinə əsasən qulluq mənafeyi tələb etdiyi halda qəsdən həmin səlahiyyətlərindən istifadə etməməklə tanışı X45 2012-ci ilin əvvəllərində ona maddi vəziyyətinin yaxşı olmamaqla pula ehtiyacının olması, qohum və yaxın münasibətdə olduğu bir sıra şəxslərin sənədləri əsasında adlarına kredit sənədləşdirilməklə filialdan kredit götürmək istəməsi barədə müraciəti əsasında onun yanında şəxsi nüfuzunu qorumaq və filialın kredit portfelini yüksəldib, verilən kreditlərin həcmindən asılı olaraq rəhbərlik etdiyi filial üçün pul mükafatı şəklində daha çox bonus əldə etmək, habelə “xxxx” ASC-nin rəhbərliyi qarşısında özünü peşəkar işçi kimi göstərmək məqsədilə yuxarıda qeyd edilən normativ sənədlərin tələblərini qəsdən yerinə yetirməyərək, M M Mnın ona və rəhbərlik etdiyi filialın vəzifəli şəxsləri K K K və kredit şöbəsinin baş iqtisadçısı Y Y Yyə təqdim etdiyi ayrıayrışəxslərin şəxsiyyət vəsiqələri əsasında həmin şəxslərin maddi vəziyyətlərinə görə rəhbəri olduğu filialdan adlarına rəsmiləşəcək krediti geri qaytarmaq imkanına malik olmadıqlarını, ümumiyyətlə, bu qaydada kreditin verilməsinin qeyd edilən normativ-hüquqi aktlara zidd olduğunu dərk edərək vəöz əməlinin ictimai-təhlükəliliyini, yəni işlədiyi təşkilata maddi ziyan vuracağını qabaqcadan gördüyü halda M M M iləəvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq 2012-2014-cü illərdə “Mikrokreditləşmə” layihəsi üzrə kreditlərin verilməsinə görə müvafiq təsərrüfatlara borcalanların iştirakı ilə baxış keçirilməsini təmin etmədən, kredit verilməsi üçün əsas sənəd hesab edilən rəsmi sənədlərin - Birgə borcluların ərizəsi, Borcalanın pul dövriyyəsi proqnozu, kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit komissiyasının protokolu və xəzinə məxaric orderlərinin məzmununa qabaqcadan əlbir olduğu kredit şöbəsinin əməkdaşları K K K və Y Y Y tərəfindən Qazax şəhəri, N.Nərimanov yaşayış massivində yerləşən filialın ofisində kredit portfelinin yü ksəldilməsində ifadə olunan şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edildikdən sonra, həmçinin M M M və P S J tərəfindən məzmununa müraciət edən şəxslərin guya rəsmi qaydada işləməkləəmək haqqı almalarına dair biləbilə yalan məlumatlar daxil etdiyi saxta arayışların kredit dosyelərin əəlavə edilməklə, vətəndaşlara sənədləri imzaladıb sonradan həmin sənədləri öz imzası və filialın möhürü ilə ofisdəki xidməti otağında təsdiq edərək tərtib olunan kredit müqavilələri əsasında ayrı- ayrışəxslərin adlarına, o cümlədən, X36 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda adına Qazax rayonu, D D D kənd Körpələr evi və uşaq bağçasında sonuncunun gözətçi kimi işləyib 341 manat əmək haqqı alması barədə tərtib olunmuş 14.03.2012-ci il tarixli 443 nömrəli saxta arayışla həmin tarixli 470 nömrəli kredit müqaviləsinəəsasən O L Y Qyevin adına 3500 manat, X23 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda adına tərtib olunmuş Qazax rayonu D D D kənd sakinləri X60 və X78 heç bir yerdə işləməmələrinə baxmayaraq, guya S.H Dnın Qazax rayonu, D D D kənd Körpələr evi və uşaq bağçasında işləməsi, B.Yolçuyevin həmin bağçada dalandar işləməsi və 310 manat əmək haqqı almaları barədə 23.04.2012-ci il tarixli saxta arayışlar əsasında zaminlikləri ilə 25.04.2012-ci il tarixli kredit müqaviləsinəəsasən Q T G adına 2500 manat, X123 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda, Qazax rayonu D D D kənd sakinləri X61 və X79 heç bir yerdə işləməmələrinə baxmayaraq, guya G.HH Dnın Qazax rayonu, D D D kənd Körpələr evi və uşaq ba ğçasında tərbiyəçi köməkçisi işləyib 310 manat əmək haqqı alması barədə 26.12.2012-ci il tarixli, 355 nömrəli və Ə.Hüseynovanın həmin bağçada dayə işləyib 165 manat əmək haqqı alması barədə17.12.2012-ci il tarixli, 2499 nömrəli saxta arayışlar əsasında zaminliyi ilə 29.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən Tural Babayevin adına 2500 manat, X62 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda adına tərtib olunmuş Qazax rayonu, D D D kənd Körpələr evi və uşaq bağçasında sonuncunun guya dayə işləyib 250 manat əmək haqqı alması barədə tərtib olunmuş 04.02.2013-cü il tarixli, 14 nömrəli saxta arayışla, həmçinin Qazax rayonu D D D kənd sakinləri X124 vəU P K L oğlunun heç bir yerdə işləməmələrinə baxmayaraq, S.U Panın və R.U Pin qeyd edilən bağçada işləmələri bar ədə 04.02.2013-cü il tarixli, 13 nömrəli və 04.02.2013-cü il tarixli, 15 nömrəli saxta arayışlar əsasında zaminliyi ilə 05.02.2013-cü il tarixli 1008 nömrəli kredit müqaviləsinə əsasən Elnarə Səfərovanın adına 1800 manat, X16 maliyyə vəziyyəti yoxlanılmamaqla krediti ödəmə imkanında olmadığı halda, Qazax rayonu D D D kənd sakini X125 heç bir yerdə işləməməsinə baxmayaraq adına tərtib edilmiş Qazax rayonu, D D D kənd Körpələr evi və uşaq bağçasında dayə işləyib 165 manat əmək haqqı alması barədə 25.02.2013-cü il tarixli, 617 nömrəli saxta arayışəsasında zaminliyi ilə 25.02.2013-cü il tarixli 1079 nömrəli kredit müqaviləsinəəsasən Ruslan Abdulkərimovun adına 1300 manat, X6 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda adına tərtib olunmuş Qazax rayonu D D D kənd orta məktəbində müəllimə işləyib 275 manat əmək haqqı alması barədə tərtib olunmuş 11.12.2013-cü il tarixli 05/21201 nömrəli saxta arayışla, həmçinin Qazax rayonu D D D kənd sakini X24 qeyd olunan məktəbdə işləməsi və 312 manat əmək haqqı alması ilə əlaqədar tərtib edilmiş 10.12.2013-cü il tarixli 42 nömrəli saxta arayışı əsasında zaminliyi ilə 10.12.2013-cü il tarixli 1652 nömrəli kredit müqaviləsinə əsasən Münəvvər E Uanın adına 4500 manat, X12 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda Qazax rayon D D D kənd İƏD üzrə nümayəndəliyində adına tərtib olunmuş 24.01.2014-cü il tarixli, 117 nömrəli 130 manat əmək haqqı alması barədə saxta arayış ilə 24.01.2014-cü il tarixli 660 nömrəli kredit müqaviləsinə əsasən P H Y Qyevin adına 3000 manat, X45 Qazax rayonu, D D D kən d Körpələr evi və uşaq bağçasının müdiri vəzifəsində işləməklə 140 manat əmək haqqı almasına baxmayaraq, 305 manat alması barədə 19.03.2013-cü il tarixli, 667 nömrəli saxta arayış, həmçinin Qazax rayonu D D D kənd sakin X17 heç bir yerdə işləməməsinə baxmayaraq, Y.İ Üun Qazax rayonu, D D D kənd Körpələr evi və uşaq bağçasında gözətçi işləməsi, 260 manat əmək haqqı alması barədə 19.03.2013-ci il tarixli 668 nömrəli saxta arayış əsasında sonuncunun zaminliyi ilə 19.03.2013-cü il tarixli 164 nömrəli kredit müqaviləsinə əsasən M M Mnın adına 3500 manat, X37 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda sonuncunun adını 12.04.2013-cu il tarixli 361/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X46, X18, X80, X38 və X39 ibarət kredit müqaviləsi üzrə “D D D-41” kredit qrupuna salıb, həmin kredit müqaviləsinə sonradan 15.04.2013-cü il tarixli 28 nömrəli Qazax RİHB-nin D D D kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş S.H Dnın 115 manat əmək haqqı alması barədə saxta arayışı əlavə etməklə sonuncunun adına 2500 manat, həmçinin qeyd olunan kredit qrup müqaviləsi üzrə X72 maliyyə vəziyyəti yoxlanılmadan, ödəmə qabiliyyəti müəyyən edilmədən S.U Paya 2500 manat, X47 maliyyə vəziyyəti yoxlanılmadan krediti ödəmə imkanında olmadığı halda, adına 15.05.2013-cü il tarixli, 681 nömrəli Qazax RİHB-nin D D D kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 120 manat əmək haqqı alması barədə saxta arayışla sonuncunun adını 15.05.2013-cü il tarixli 1230/38 nömrəli Qazax rayonu D D D kənd sakinləriU P K L oğlu, X126, X193, X25 ibarət kredit müqaviləsi üzrə “D D D-51 ” kredit qrupuna salıb, Z.L Kaya 2500 manat, X81 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadığı halda sonuncunun adını 09.08.2012-ci il tarixli 807/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X147, X63, X82, X7 ibarət kredit müqaviləsi üzrə “D D D-11” kredit qrupuna salmaqla, Ü.H Dya 2500 manat,həmçinin, X19 və X48 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 16.08.2012-ci il tarixli Qazax rayonu D D D kənd sakinləri X147, X63, X83, X7 ibarət kredit müqaviləsi üzrə “D D D-13” kredit qrupuna salmaqla, Ş.Əliquliyevaya 2500 manat və A.H Dya 2500 manat, X49, X20 və X64 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 21.09.2012-ci il tarixli 853/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X127 və X 26 ibarət kredit müqaviləsi üzrə “D D D-19” kredit qrupuna salmaqla, A.Əşrəfovaya 2500 manat, N.Qorçuyevaya 2500 manat və H.L Kaya 2500 manat, X8, X125 və X50 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 14.12.2012-ci il tarixli 934/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X148 və X84 ibarət kredit müqaviləsi üzrə “D D D-18” kredit qrupuna salmaqla, G.Omarovaya 2500 manat, J.Babayevaya 2500 manat və T.H Dya 2500 manat, X21 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanı olmadığı halda adını 15.01.2013-cü il tarixli 457/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X106, X149, X51 və X2 ibarət kredit müqaviləsi üzrə “D D D-21” kredit qrupuna salmaqla, Ş.Həməşəyevaya 2500 manat, X3 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında o lmadığı halda adına 22.01.2013-cü il tarixli 983/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X194, X22 və X65 ibarət kredit müqaviləsi üzrə “D D D-22” kredit qrupuna salmaqla, C.PirvL Daya 2500 manat, X128 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadığı halda adını 14.02.2013-cü il tarixli 1054/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X150, X167, X85 və Həsənova Hicran Kərəm qızından ibarət kredit müqaviləsi üzrə “D D D-30” kredit qrupuna salmaqla, V.VL Də 2500 manat, X86 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadığı halda adını 06.03.2013-cü il tarixli 1109/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X168, X87, X66, X66, X129, X88 vəL Da K D qızından ibarət kredit müqaviləsi üzrə “D D D-37” kredit qrupuna salmaqla, S.Qədimovaya 3000 manat, X67 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadığı halda adını 12.03.2013-cü il tarixli 289/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X130, X107, X89 və X27 ibarət kredit müqaviləsi üzrə “D D D-39” kredit qrupuna salmaqla, V.VL Də 3500 manat, X68 və X108 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 07.05.2013-cü il tarixli 175/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X40, X69, X131, X90, X151 və X28 ibarət kredit müqaviləsi üzrə “D D D-47” kredit qrupuna salmaqla, Ş.L Kaya 2500 manat və Q.Əsgərova 2500 manat, X132 və X61 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 04.06.2013-cü il tarixli 561/38 AZN Qazax rayonu D D D kənd sakinləri X91, X92, X52, X133, X93 və X70 ibarət kredit müqaviləsi üzrə “D D D-56” kredit qrupuna salmaqla, X.L Daya 2500 manat və G.H Dya 2500 manat, X29, X71, X152 və X109 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 04.06.2013-cü il tarixli 709/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakini X30 ibarət kredit müqaviləsi üzrə “D D D-06” kredit qrupuna salmaqla, İ.E Ua 2500 manat, A.H D 2500 manat, Z.Xəlilova 2500 manat, R.Əsgərova 2500 manat,X94 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadığı halda adını 12.09.2013-cü il tarixli 842/38 AZN nömrəli Qazax rayonu D D D kənd sakinləri X169, X95, X170 və X13 ibarət kredit müqaviləsi üzrə “D D D-14” kredit qrupuna salmaqla, A.Omarovaya 2500 manat, X14 və X134 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 23.10.2013-cü il tarixli Qazax rayonu D D D kənd sakinləri X110, X153, X111, X135 və X9 ibarət kredit müqaviləsi üzrə “D D D-280” kredit qrupuna salmaqla, Ş.Həməşəyeva 2500 manat və A.Əmirliyə 2500 manat, X96, X112, X79, X41, X53, X42 və X43 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 11.12.2013-cü il tarixli 657/38 AZN nömrəli kredit müqaviləsi üzrə “D D D-400” kredit qrupuna salmaqla, N.L Kaya 3000 manat, F.Musayevaya 3000 manat, Ə.Hüseynovaya 3000, S.Qaya 3000 manat, D.L Kaya 3000 manat, R.Y Qyevə 3000 manat və X.Da 3000 manat, X1, X17, X4 və X97 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanları olmadığı halda adlarını 24.12.2013-cü il tarixli kredit müqaviləsi üzrə “D D D-403” kredit qrupuna salmaqla, S.Jovaya 3000 manat, Y.İ Üa 3000 manat, Z.Q 30 00 manat, N.E Uaya 3000 manat, X98 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 07.03.2013-cü il tarixli kredit müqaviləsi ilə 2500 manat, X31 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəməimkanında olmadan 08.10.2013-cü il tarixli 1584 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X32 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 16.04.2013-cü il tarixli 270 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X99 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 18.04.2013-cü il tarixli 919 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X24 maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 14.05.2013-cü il tarixli 121 8/38 kredit müqaviləsi ilə 2500 manat, X33 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 16.05.2013-cü il tarixli 1240/38 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X136 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 23.05.2013-cü il tarixli 1255 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X54 oğlunun heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 13.06.2013-cü il tarixli 1302 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X10 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 13.06.2013-cü il tarixli 334 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X100 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanıl madan, krediti ödəmə imkanında olmadan 21.06.2013-cü il tarixli 1325 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X55 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 19.07.2013-cü il tarixli 1407 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X56 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 03.09.2013-cü il tarixli 1516 nömrəli kredit müqaviləsi ilə 2500 manat, X11 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 24.01.2014-cü il tarixli 904 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X5 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 24.01.2014-cü il tarixli 728 nömrəli kredit müqaviləsi ilə 3000 manat, X113 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 21.12.2012-ci il tarixli kredit müqaviləsi ilə 2500 manat, X34 heç bir yerdə işləmədiyi halda maliyyə vəziyyəti yoxlanılmadan, krediti ödəmə imkanında olmadan 20.02.2013-cü il tarixli 1074/38 AZN nömrəli kredit müqaviləsi ilə 3200 manat olmaqla, cəmi 62 nəfər şəxslərin adlarına kredit rəsmiləşdirilmiş şəxslərin işləmələri barədə arayışların saxta olmasından xəbərdar olaraq həmin saxta sənədlərdəki məlumatlar əsasında və qeyd edilən normativ sənədlərin tələblərinə əsasən kredit verilməsinin həmin aktlara guya uyğun olması görüntüsü yaratmaq üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi niyyətlə sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə əsassız olaraq ümumilikdə 166 300 manat məbləğində kredit vəsaitlərinin ayrılmaqla həmin pulun 2012-2014-cü illər ərzində ayrı-ayrı vaxtlarda qanunsuz olaraq filialın xəzinəsindən kredit kimi məxaric olunmasını təmin etməklə, həmçinin həmin müqavilələr üzrəödənişlərin müəyyən olunan qrafik üzrə aparılmaması nəticəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əmlakının qorunması, kreditlərin verilməsi üzrə rentabelli fəaliyyətinin təmin olunması və cəmiyyətdə işgüzar nüfuzunun qorunub-saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Gə ncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual qanunvericiliyinin tələbləri pozulmaqla ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Apellyasiya instansiyasında apellyasiya şikayəti ilə əlaqədar keçirilən ilkin baxış zamanı birinci instansiya məhkəməsində təqsirsizliyini sübut edən dəlillərin araşdırılmadığını qeyd edərək məhkəmənin istintaqla aparılmasına dair məhkəməyə vəsatət təqdim etmiş, lakin Apellyasiya məhkəməsi həmin vəsatəti təmin etməyərək onun prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Daha sonra birinci instansiya məhkəməsini n ona cinayət məsuliyyətinə cəlb etmə müddəti keçən epizodları üzrə cəza təyin etdiyini apellyasiya şikayətində qeyd etsə də, apellyasiya məhkəməsi bununla bağlı əsassız nəticəyə gəlmişdir. Bundan əlavə nə ibtidai istintaq zamanı nə də ki, məhkəmə istintaqı zamanı hazırkı cinayət işində olan epizodların cinayət işi başlanılanadək hansılarının tamamilə ödənilib qurtarmasının müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunmamışdır. Belə ki, işdə olan bəzi epizodlar üzrə kredit vəsaitləri həmin müştərilər tərəfindən cinayət işi başlanılanadək tamamilə ödənilib qurtarsa da, əsassız yerə həmin epizodlarla da təqsirli bilinərək məhkum olunmuşdur. Bundan əlavə məhkum apellyasiya şikayətində işdə adları keçən bir çox şahidlər latın qrafikasını bilmədikləri halda onlardan latın qrafikalı əlifba ilə onların ifadələri tərtib olunmuş və həmin ifadələr də onun təqsirli bilinərək məhkum olunmasında sübut kimi qəbul edildiyini qeyd etmişdir və hakimlərin şahidlərdən bilmədikləri dildə ifadə alındığını qəbul etmələrini, amma hakimlərin şahidlərdən bilmədikləri dildə ifadə alan müstəntiq barədə heç bir tədbir görməmələrini onların obyektivliyini və müstəqilliyini şübhə altına aldığını vurğulamışdır. Bundan əlavə Gəncə Apellyasiya Məhkəməsinin iclas protokolu ilə tanış olarkən ona məlum olmuşdur ki, məhkəmənin iclas protokolunda qeyd olunanlar həqiqəti əks etdirmir. Buna görə də məhkəmənin iclas protokoluna dair qeydlərini vermiş və məhkəmədən qeydlərinə baxarkən məhkəmənin yeri və vaxtı barədə ona məhkəmə bildirişini göndərsin. Lakin işə baxan hakim D XasE U sözügedən m əhkəmə iclası ilə bağlı ona məhkəmə bildirişi göndərmədən onun məhkəmə iclasının protokoluna dair verdiyim qeydlərə baxmış və həmin qeydlərin qəbul olunmamasına dair 27.07.2020-ci il tarixli qərar qəbul etmişdir. X145 mənə məhkəmə bildirişi göndərməməsi, rənim məhkəmə iclasında iştirak edə bilməməyimə qəsdlə səbəb olması məhkəmənin guya 29.07.2020-ci il tarixinə təxirə salınması ilə bağlı göstərdiklərinin yalan olması işə baxan məhkəmə tərkibinin işin nəticələri ilə maraqlı olmasını və onların obyektiv və müstəqil olmamasını sübut edir. Məhkum qeyd olunanların nəzərə alınmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnı z hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyas iya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o d eməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Mə cəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası kassasiya şikayətində bir sıra epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin ittiham epizodları üzrə əsassız yerə məsuliyyətə cəlb olunmasına dair müddəalarla bağlı qeyd etmək istəyir ki, eyni müddəalarla apellyasiya şikayətində də mübahisələndirilmiş və Apellyasiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. A pellyasiya məhkəməsi qeyd edərək, irəli sürülmüş ittiham Məhkum vahid niyyətlə bir sıra davam edən cinayətləri törətməsindən ibarət olduğunu, davam edən cinayətlərdə ayrı-ayrı cinayət aktları vahid niyyətlə törədildiyini və cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı sonuncu cinayət aktının törədilməsindən etibarən axmağa başladığını, hazırki ittihamda göstərilən sonuncu cinayət aktının 2014-cü il tarixdə törədilməsi, qeyd olunan tarixdən başlayaraq isə cinayət məsuliyyətinə cəlbetmə müddəti ötmədiyini göstərmiş və Məhkum təqsirli bilindiyi az ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin CM-nin 75-ci maddəsinə əsasən 7 il olduğunu vurğulamışdır. İş materiallarından görünür ki, kassasiya şikayətində şahidlərin bir çoxunun latın qrafikasında yazılan ifadələrini kril qrafikasında qeyd verməklə təsdiq etmələri, şahidlərin əksəriyyətinin latın qrafikasını bilməməsi, latın qrafikasında yazılmış ifadələrlə Məhkum əleyhinə ifadə verildiyini, bu səbəbdən onların ifadələri əsassız yerə mötəbər sayılmasına dair məhkumun müdafiəçisinin eyni məzmunlu apellyasiya şikayətini müddəalarını araşdıraraq Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan şahidlərin yazılı ifadələrində müəyyən nöqsanların olması mümkündür. Lakin belə nöqsanlar o zaman bəraət verilməsinə əsas ola bilər ki, bu əsassız hökmün çıxarılmasına səbəb olsun. Şahidlərin qeyd edilən ifadələri ibtidai istintaq zamanı verilmiş ifadələr olsa da onlar hər biri ayrı-ayrılıqda məhkəmə istintaqı zamanı şifahi məhkəmə baxışında əvvəlki ifadələri ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə kollegiyası m übahisələndirilmiş həmin müddəalarla bağlı Apellyasiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları ilə uyğun olduğunu hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilməsi və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Resp ublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası. Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı dəy
Məhkəmə qərarları › İş №1(102)-778/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-778/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver