Məhkəmə qərarları › İş №1(102)-778/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-778/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-778/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, bəraət almış şəxs X7 və onun müdafiəçisi Həsənov F ərid İzafət oğlunun iştirakları ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 314.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Həsənova Günay İbrahim qızı tərəfindən verilmiş apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 06 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022- ci il tarixli hökmü ilə (sədrlik edən hakim T ağıyev Azər Heydər oğlu) X10, 23 iyun 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hal hazırda heç yerdə işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olmamış, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal ünvan 1 ünvanda yaşayan, CM-nin 314.2-ci maddəsi ilə elan edilən ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X14 CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, 04 avqust 2017-ci il tarixli əmək müqaviləsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vəzifəli şəxs olmaqla mağaza müdiri vəzifəsində işləyərkən vəzifə təlimatının tələblərini pozaraq işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Bakı şəhəri, Nəsimi rayonu, Alatava 2 ünvanında yerləşən "xxxx" MMC-nin 20 yanvar filialının anbar sahəsindəki hündürlüyü 3 metr olan rəfin yuxarı hissəsindən qida məhsullarının götürülməsi işləri ilə əlaqədar təhlükəsiz iş şəraitinin yaradılmasını yəni, işçilərin düşə biləcəyi boşluqların qapanması və ya hasarlanmasını təmin etmədiyi üçün xx.xx.2021-ci il tarixdə saat 10 radələrində mağazada kassir vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 anbarda olarkən mağazanın yeməkxanasının yanında olan məhsulların yığıldığı həmin rəfin üzərinə çıxaraq oradan müvazinətini itirməsi nəticəsində yeməkxananın asma tavanının üzərinə yıxılmış və bunun nəticəsində asma tavan həmin təsir səbəbindən sınaraq sonuncu ilə birlikdə yeməkxanada çay içən "xxxx" MMC-nin işçisi Zərərçəkmiş şəxs1 üzərinə düşərək Zərərçəkmiş şəxs1 onurğa sütununun bel şöbəsinin İ fəqərəsinin cisminin kompression sınığı və aşağı ətrafların hərəki funksiyalarının pozulması ilə ifadə olunan onurğa beyninin qapalı travması, burun sümüklərinin yerdəyişmiş sınıqları, baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, qaşarası nahiyədən burun əsasına keçən, sağ yanaq nahiyəsindən alt dodağa keçən və sağ gözaltı nahiyədən burun nahiyəsinə keçən əzilmişcırılmış yaraların izi olan çapıqları kimi dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3dən çox hissəsinin daimi itirilməsi ilə sağlamlığa ağır zərərvurmava aid xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 isə “sağ budun tış nahiyəsinin postravmatik hematoması, ağrı kürək nahiyəsinin postravmatik qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurularaq ağır nəticələrə səbəb olan səhlənkarlıq etmişdir. Hökmdən dövlət ittihamçısı Həsənova Günay İbrahim qızı apellyasiya protesti verərək həmin hökmün ləğv edilməsini və X7in barəsində ona qarşı irəli sürülmüş ittiham üzrə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) apellyasiya protestinə ilkin baxış iclasının 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti hərəkətsiz saxlanılmış, həmin cinayət işi dövlət ittihamçısının hökmdən apellyasiya protestinin verilməsi ilə əlaqədar olaraq 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 386.1-ci maddəsinin tələblərinə əməl edilməsi üçün həmin protest birinci instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində ilkin məhkəmə baxşına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestində Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 220.3-cü maddəsinə istinad edərək kassasiya protestini belə əsaslandırmışdır ki, dövlət ittihamçısı G.İ.Həsənova tərəfindən X7in barəsindəki Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya protesti 24 oktyabr 2022-ci tarixdə həftənin ilk iş günündə verilmiş, apellyasiya protestinin verilməsi üçün sonuncu qanunvericilikdə nəzərdə tutulmuş iyirmi gün müddətin son iki günü həfətənin iş günü hesab olunmayan şənbə və bazar günlərinə düşmüş, dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti iş günü hesab edilməyən gündən sonrakı birinci iş günü müddətində verilmiş, yəni o, bu protestin verilməsi üçün müddəti buraxmamış buna görə də, onun həmin müddətin bərpa olunması üçün vəsatət qaldırmaq üçün əsas yaranmamışdır. Bu səbəbdən də dövlət ittihamçısı N.Q.Əliyev Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 06 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində ilkin məhkəmə baxşına təyin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qanuna müvafiq qaydada müddətdə məlumatlandırılmış, lakin o, naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 i ştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instan siyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyəti nə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həm in hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştira kçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci madd əsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin məhkum olunmuş (həbsdə saxlanılan) şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən dövlət ittihamçısının təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkə mə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya həmin müddətin bərpası haqqında vəsatətin rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protestinin onları vermək hüququna malik olan şəxslər tərəfindən 1 (ay) müddətində verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarının, xüsusən də CPM-nin 386.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsinin hökmündən (qərarından) apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər həmin şikayətin və ya protestin verilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddəti üzrlü səbəblərdən buraxdıqda bu müddətin bərpa edilməsi haqqında qaldırdıqları vəsatətdə bunun üzrlü səbəblərdən baş verməsini əsaslandırmalı və bu əsaslandırmanı təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər. Cinayət işinin materiallarında ol an 1(006)-340/2022 nömrəli 03 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 oktyabr 2022ci il tarixli hökmü birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edərək hökmün elan olunmasında iştirak etmiş dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Həsənova Günay İbrahim qızına 14 oktyabr 2022-ci il tarixdə təqdim edilmiş və o, hökmün surətini qəbul etməklə göndəriş məktubunu imzalamışdır. Cinayət işinin materiallarından görünür ki, dövlət ittihamçısı G.İ.Həsənova tərəfindən verilmiş apellyasiya protesti 24 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş və həmin tarixdə poçt vasitəsi ilə (z ərfin üzərində olan poçt idarəsinin möhürü 24 oktyabr 2022-ci il tarix kimi qeyd olunub) məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, dövlət ittihamçısı G.İ.Həsənovaya hökm üzrə apellyasiya protestini poçt idarəsinə hökm elan olunduqdan sonra 20 (iyirmi) gün müddət ərzində verilməli olduğu halda, bir günü ötürməklə təqdim etmiş və bununla belə o, apellyasiya protestinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmışdır. Lakin, bu nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, apellyasiya protestinin verilməsi üçün iyirmi günlük müddətin sonuncu günü həfətənin iş günü hesab olunmayan bazar günü olmuş (23 oktyabr 2022-ci il tarix), dövlət ittihamçısı tərəfindən də apellyasiya protesti iş günü hesab edil məyən gündən sonrakı birinci iş günü, yəni 24 oktyabr 2022-ci tarixdə verilmiş, yəni onun tərəfindən apellyasiya protestinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iyirmi günlük müddət buraxılmamışdır. Belə qənaətə gələn məhkəmə kollegiyası prosessual qanunericiliyin aşağıdakı tələblərinə əsaslanır. Belə ki, CPM-nin 202.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır. CPM-nin 202.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. CPM-nin 202.3-cü maddəsində isə təsbit edilmişdir ki, cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonu ncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Eyni zamanda CPM-nin 202.4-cü maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Qanunvericiliyin tələblərindən və işə əlavə olunmuş sənədlərlə təsdiqini tapan işin müəyyən olunmuş faktiki hallarından çıxış edib dövlət ittihamçısı G.İ.Həsənova tərəfindən Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya protestinin bunun üçün müəyyən edilmiş müddətin bazar gününə düşən son gününündə sonrakı iş günündə - 24 oktyabr 2022-ci il tarixdə verilməsini, yəni dövlət ittihamçının apellyasiya protestinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iyirmi gün müddəti buraxmamasını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin müddətin bərpa olunması üçün sonuncunun vəsatət qaldırmasına zərurət yaranmamış və bu baxımdan apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 386.1-ci maddəsinin tələblərinə əməl olunması həmin protestin hərəkətsiz saxlanılaraq birinci instansiya məhkəməsinə qaytarılması üçün heç bir əsas olmamışdır. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısı N.Q.Əliyevin kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb bu dəlillərlə razılaşaraq və həmin protestin təmin edilməməsi barədə bəraət almış şəxs X7in, onun müdafiəçisi F.İ.Həsənovun, kassasiya protestinin təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun və zərərçəkmiş Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməli və X7ə qarşı CM-nin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı G.İ.Həsənova tərəfindən verilmiş apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilki n baxış iclasının 06 dekabr 2022-ci il tarixli ləğv edilməli, cinayət işinə həmin mərhələdə baxılması üçün isə həmin iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə tərkibi Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. X10 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Həsənova Günay İbrahim qızı tərəfindən verilmiş apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 06 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin və iş apellyasiya protestinə ilkin baxış iclasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar