Məhkəmə qərarları › İş №1(102)-779/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-779/2019

07.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-779/2019 07.05.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)779-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ 07 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X14 və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli hökmü ilə (hakimlər: X29 (sədrlik edən) X38 və X15 ibarət tərkibdə) Təqsirləndirilən şəxs – xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, **************************qeydiyyatd a olan, Bakı şəhəri, *************************** yaşayış massivi, nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs X4 mülki iddiası qismən təmin edilmiş, 5.005 manat maddi ziyana görə Təqsirləndirilən şəxs, X7 və X16 hər birindən 1.668,33 manat tutularaq zərərçəkmiş şəxs X8 ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, külli və xeyli miqdarda ziy an vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X48 və X24 ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 2016cı ilin noyabr ayının sonlarında sonuncunun qonşusu X36 məxsus Bakı şəhəri, ***************************** ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün həmin evin qarşısında pusquda dayanmış, C6 isə N6 birlikdə hasarı aşaraq evin qapısının qıfılını sındıraraq qeyd olunan evə qanunsuz daxil olaraq yataq otağından 200 manat dəyərində bijuteriya tipli bəzək əşyalarını və içər isində 200 manat miqdarında xırda pullar olan 15 manat dəyərində pul daxılını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6 və C6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X36 cəmi 415 (dörd yüz on beş) manat məbləğində ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən eyni niyyətlə N6 və C6 cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 2016-cı ilin dekabr ayının əvvəllərində sonuncunun qonşusu X17 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlib, həmin evdə yaşayanların orada olmadığını müəyyən etdikdən sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün həmin evin qarşısında pusquda dayanmış, C6 i sə N6 birlikdə evin pəncərəsini açıb qeyd olunan evə qanunsuz daxil olaraq yataq otağında olan şkafın üstündəki qovluqların arasından içərisində 100 manat pul olan 20 manat dəyərində pul qabını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6 və C6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X21 cəmi 120 (yüz iyirmi) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, eyni məqsədlə N6 və C6 cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 06 dekabr 2016-cı il tarixdə saat 20 radələrində qonşusu X5 yaşadığı Səbail rayonu, ***************** yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra, əvvəlcədən aralarında olan razı laşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün o, həmin evin qarşısında pusquda dayanıb N6 və C6un təhlükəsizliklərini təmin etməklə, sonuncular isə evin arxa tərəfindəki hasarı aşmaqla evin birinci mərtəbəsindəki pəncərəni açaraq həmin evə qanunsuz daxil olub yataq otağındakı paltar şkafından 3000 manat dəyərində iki metr uzunluğunda, 60 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış zəncir formalı bir ədəd qadın boyunbağını, 2.763 manat dəyərində üzərində hər biri 2.5 qram çəkidə, təxminən 2x3.5 sm ölçüdə 999 əyarlı qızıldan hazırlanmış 10 ədəd arpa şəkilli qızıllar və ön tərəfində “5 rubl 1833” yazıları olan rus çarı Nikolay dövrünə aid qızıl pul düzülmüş bir ədəd mirvari boyunbağını, 688 manat dəyərində qədimi 999 əyarlı qızıldan hazırlanmış, 8.6 qram çəkidə üzərin də rus çarı Nikolayın şəkli olan bir ədəd imperial pul sikkəsini, 1.300 manat dəyərində tovuzquşu formalı, 20 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, hər biri 150 manat olmaqla cəmi 300 manat dəyərində halqa formalı, 3 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış iki cüt sırğanı, 195 manat dəyərində 3 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış bir cüt uşaq sırğasını, 1.686 manat dəyərində üzərində 10 ədəd orta keyfiyyətli 6 sotluq, ümumi ölçüsü 60 sotluq brilyant qaşlarla bəzədilmiş 750 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə kulon olan 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə bir ədəd boyunbağını, 745 manat dəyərində üzərində 585 əyarlı qızıldan hazırlanmış, 5 qram çəkidə, döymə toxunuşlu, orta keyfiyyətli 15 sotluq brilyant qaşlarla bəzədilmiş ürəkşəki lli kulon olan 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə bir ədəd boyunbağını, 7020 manat dəyərində üzərində 5 ədəd yaxşı keyfiyyətli hər birinin ölçüsü 40 sot, ümumi ölçüsü 2 karat brilyant qaşlar olan 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə bir ədəd qadın nişan üzüyünü, 1406 manat dəyərində üzərində orta keyfiyyətli 35 sotluq tək qaş brilyant olan dördkünc formalı, 583 əyarlı qızıldan hazırlanmış, 12 qram çəkidə bir ədəd kişi üzüyünü, 40 manat dəyərində qızıl suyuna salınmış gümüşdən hazırlanmış 20 qram çəkidə muncuq formalı bir ədəd qadın qolbağını, 800 manat dəyərində, 999 əyarlı qızıldan hazırlanmış, 10 qram çəkidə halqa formalı bir ədəd qadın qolbağını, 1.250 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 25 qram çəkidə bir ədəd boyunbağını və 150 manat dəyərində 20 qram çəkidə üzərində ametist daşları olan gümüşdən hazırlanmış bir cüt sırğanı götürüb gizli talamaqla, qabaqcadan əlbir olduğu N6 və C6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olub zərərçəkmiş şəxs X9 cəmi 21.343 (iyirmi bir min üç yüz qırx üç) manat dəyərində külli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə cinayətkar əməllərini davam etdirib tanışları X22, X48 və X24 ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında, 2016-ci ilin dekabr ayının sonlarında axşam saatlarında Bakı şəhəri, ************************* yaşayış massivində yerləşən X6 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün o, həmin evin qarşısında pusquda dayanıb N6, C6 və R6 təhlükəsizliklərini təmin etmiş, sonuncular arxa tərəfdən hasarı aşmaqla pəncərəni açıb evə qanunsuz daxil olaraq qonaq otağındakı mebel dəstinin üzərindəki hər birinin dəyəri 120 manat olan üç ədəd suvenir qabları götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6, C6 və Rişan Bayramovla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X6 cəmi 360 (üç yüz altmış) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, eyni niyyətlə X22, X48 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 dekabr 2016-cı il tarixdə saat 21 radələrində X31 məxsus ünvan 3 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evinin qarşıs ına gəlib həmin evdə yaşayanların toyda iştirak edəcəklərini və evdə olmayacaqlarını müəyyən etdikdən sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün o, həmin evin qarşısında pusquda dayanıb R6, N6 və T6 təhlükəsizliklərini təmin etmiş, R6 evin pəncərəsinin nəfəsliyini açdıqdan sonra N6 və T6 evə qanunsuz daxil olaraq yataq otağındakı şkafın bar hissəsindən 3.139 manat dəyərində üzərində hər biri 10 sot, orta keyfiyyətli ümumilikdə 2,3 karat ölçüdə 23 brilyant qaşı olan 14 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış paxlava şəkilli bir ədəd qızıl üzüyü, 300 manat dəyərində qədimi, 583 əyarlı qızıldan hazırlanmış tək qaşlı, 6 qram çəkidə bir ədəd minalı üzüyü, 390 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə bir ədə d nişan üzüyü, 3.277 manat dəyərində qədimi, üzərində yaxşı keyfiyyətli ümumi ölçüsü 70 sot Sibir brilyantı olan 7 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 419 manat dəyərində üzərində orta keyfiyyətli 20 sotluq brilyant qaş olan 4 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğanı, 250 manat dəyərində 5 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 2.203 manat dəyərində üzərində orta keyfiyyətli ümumi ölçüsü 1,5 karat 15 brilyant qaşı olan avanqard tipli, 15 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd qolbağı, 650 manat dəyərində 10 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd qolbağı, 390 manat dəyərində 6 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, 325 manat dəyərində 5 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, 400 manat dəyərində bir ədəd «Dell XPS» markalı istifadə edilmiş noutbuku, 110 manat və müvafiq dövrün məzənnəsi ilə 177 manat təşkil edən 100 ABŞ dolları məbləğində nağd pulu, hər birinin dəyəri 30 manat olmaqla cəmi 60 manat dəyərində 2 ədəd dəri pul kisəsini, hər birinin dəyəri 13 manat olmaqla cəmi 26 manat dəyərində iki ədəd “AGBank”a aid plastik kartları və 15 manat dəyərində bir ədəd “Atabank”a aid plastik kartı götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6, T6 və R6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X3 miqdar təşkil edən cəmi 12.131 (on iki min yüz otuz bir) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Eləcə də o, təkrarən, eyni məqsədlə X48 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 yanvar 2017-ci il tarixdə saat 20 radələrində qonşusu X11 məxsus Səbail rayonu,**************** yaşayış massivində yerləşən nömrəsiz iki mərtəbəli fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra birlikdə hasarı aşmaqla həyətə, oradan isə evin birinci mərtəbəsindəki pəncərənin nəfəsliyini açıb evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki uşaq otağında olan şkafın üstündəki çantanın içərisindən 600 manat məbləğində nağd pulu, həmçinin 1.750 manat dəyərində 25 qram çəkidə 750 əyarlı qızıldan hazırlanmış butaşəkilli bir ədəd qızıl dəsti, 490 manat dəyərində 7 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir cüt “yelpənək” tipli sırğanı, 500 manat dəyərində 10 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd “şar” ti pli üzük və sırğa dəsti, 420 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış, 6 qram çəkidə bir cüt sırğanı, 250 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə “8” formalı bir cüt sırğa, 8.976 manat dəyərində hər birinin üzərində müvafiq olaraq 90, 60, 56 sotluq orta keyfiyyətli bir ədəd brilyant qaşı olan hər biri 6 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış üç ədəd üzüyü, 400 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış nazik xəttşəkilli bir cüt sırğanı, 700 manat dəyərində, 10 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış bir ədəd zəncirşəkilli qolbağı, 700 manat dəyərində 10 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış uşaq qolbağını, hər biri 500 manat olmaqla cəmi 1.000 manat dəyərində hər biri 10 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış, üstündə “aşkım” sözü yazılmış kulon olan iki ədəd nazik qolbağı, 300 manat dəyərində 6 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir ədəd kişi üzüyünü, 300 manat dəyərində 6 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış buta şəkilli tək sırğanı, hər biri 100 manat olmaqla cəmi 300 manat dəyərində 2 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış 3 ədəd uşaq boyunbağılarını, 840 manat dəyərində 750 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə “kəpənək” tipli bir ədəd üzük-sırğa dəstini götürüb gizli talayaraq zərərçəkmiş şəxs X11 cəmi 17.526 (on yeddi min beş yüz iyirmi altı) manat dəyərində, yəni külli miqdarda ziyan vurub qabaqcadan əlbir olduğu N6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni niyyətlə tanışları X48 və X30 ilə cinayət əlaqə sinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 30 yanvar 2017-ci il tarixdə saat 19 radələrində ünvan 4 ünvanında yerləşən X25 məxsus fərdi yaşayış evinin qarşısına gələrək həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün əvvəlcədən aralarında olan razılaşmaya əsasən həmin evin qarşısında pusquda dayanıb N6 və T6 təhlükəsizliklərini təmin etmiş, sonuncular isə hasarı aşıb evin həyətinə, oradan isə evin pəncərəsini sındıraraq evə qanunsuz daxil olmaqla yataq otağındakı kiçik sandıqçanın üstündə olan 100 manat dəyərində 2 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, 150 manat dəyərində 3 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış qolbağı və cəmi 25 manat məbləğində xırda pulları götürüb gizli talamaqla, qabaqcadan əlbir olduğu N6 və Təhməz Əsgərovla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X25 cəmi 275 (iki yüz yetmiş beş) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, eyni niyyətlə X22 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının əvvəllərində axşam saatlarında Bakı şəhəri, ******************** yaşayış massivində yerləşən X10 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gəlib evin işıqlarının sönülü olduğunu görüb evdə heç kəsin olmadığına əmin olduqdan sonra Rişan Bayramov və T6 birlikdə evin hasarını aşıb həyətə daxil olaraq R6 evin birinci mərtəbəsindəki pəncərəsini açdıqdan sonra sonuncularla birlikdə qeyd olunan evə qanuns uz daxil olmaqla evin birinci mərtəbəsində qonaq otağında olan dolabın üstünə qoyulmuş hər biri 700 manat olmaqla cəmi 1400 manat dəyərində 82 dioqonallı “Sony” markalı iki ədəd televizoru və hər biri 80 manat olmaqla cəmi 320 manat dəyərində dörd ədəd “Sony” markalı səsgücləndiriciləri götürüb gizli talayaraq, zərərçəkmiş şəxs X10 cəmi 1.720 (bir min yeddi yüz iyirmi) manat dəyərində ziyan vurub qabaqcadan əlbir olduğu T6 və R6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən eyni məqsədlə X22, X48 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin fevral ayının əvvəllərində saat 20 radələrində Bakı şəhəri, ***************** yaşayış massivində yerləşən, X10 məxsus qeydiyyatsız fərdi yaşayış evin in qarşısına gəlib evin işıqlarının sönülü olduğunu görüb evdə heç kəsin olmadığına əmin olduqdan sonra R6, N6 və T6 birlikdə evin hasarını aşıb həyətə qanunsuz daxil olaraq həyətdə olan 700 manat dəyərində “Under” markalı 7 kilovatlıq elektrik generatorunu, daha sonra isə evin giriş qapısının açıq olmasından istifadə edərək birlikdə evə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki qonaq otağında olan dolabın üstünə qoyulmuş bir ədəd 1.000 manat dəyərində 102 dioqanallı “Sony” markalı televizoru gizli talayaraq zərərçəkmiş şəxs X10 cəmi 1.700 (bir min yeddi yüz) manat dəyərində ziyan vurub qabaqcadan əlbir olduğu N6, T6 və R6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Həmçinin o, təkrarən, eyni niyyətlə X22, X48, X30 və X49 ilə cinayət əlaqəsinə girərək q abaqcadan əlbir olan bir qrup şəxs halında 08 fevral 2017-ci il tarixdə saat 11 radələrindən 14 radələrinə qədər olan müddət ərzində R6 əvvəllər işlədiyi kimyəvi təmizləmə xidmətində müdiri olan X18 məxsus Bakı şəhəri, *********************** Badamdar küçəsində yerləşən ******* saylı fərdi yaşayış evinin qarşısına gəlib həmin evdə yaşayanların evdə olmadığına əmin olduqdan sonra əvvəlcədən aralarında olan razılığa əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün C6 ilə həmin evin qarşısında müxtəlif yerlərdə pusquda dayanıb təhlükəsizliklərini təmin etmiş, R6 isə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb T6v və N6 birlikdə evə qanunsuz daxil olaraq yataq otağından 300 manat dəyərində «HP» markalı bir ədəd noutbuku, 600 manat dəyərində 12 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir ədəd boyunbağını, hər biri 300 manat olmaqla cəmi 600 manat dəyərində, 6 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış iki ədəd qolbağı, 100 manat dəyərində 2 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış sırğanı, 300 manat dəyərində “Marco Giovanni” markalı 6 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, 1993 manat dəyərində üzərində ümumi çəkisi 50 sot, orta keyfiyyətli brilyant qaş olan 4 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd üzüyü, hər biri 60 manat olmaqla, cəmi 240 manat dəyərində 12 qram çəkidə dörd ədəd gümüş qolbağı, hər biri 25 manat olmaqla 100 manat dəyərində “Ganezzi” firmasının istehsalı olan hər biri 5 qram çəkidə dörd ədəd gümüş boyunbağı, hər biri 25 manat olmaqla cəmi 75 manat dəyərində 5 qram çəkidə 3 ədəd gümüş kulonu, hər bi ri 25 manat olmaqla cəmi 175 manat dəyərində “Ganezzi” firmasının istehsalı olan 7 ədəd gümüş üzüyü, 150 manat dəyərində “Romanson” markalı qadın saatını və 700 manat dəyərində müxtəlif növdə bijuteriya tipli qadın bəzək əşyalarını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6, C6, R6 və T6 birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X18 xeyli miqdar təşkil edən cəmi 5.333 (beş min üç yüz otuz üç) manat dəyərində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə X22 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 11 fevral 2017-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, ************************* yaşayış massivində yerləşən X26 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gələrək e vdə yaşayanların həmin gün evdə olmayacaqlarına əmin olandan sonra əvvəlcədən aralarında olan razılaşmaya əsasən Rişan Bayramov ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün pusquda dayanıb onların təhlükəsizliklərini təmin etmiş, o isə T6 birlikdə evin pəncərəsini açıb evə qanunsuz daxil olaraq evin yataq otağında olan paltar şkafının içərisindən bir ədəd 350 manat dəyərində “ASUS” markalı noutbuku və içərisində 300 manat pul olan 20 manat dəyərində daxılı götürüb gizli talayaraq zərərçəkmiş şəxs X26 cəmi 670 (altı yüz yetmiş) manat dəyərində maddi ziyan vurub qabaqcadan əlbir olduğu Təhməz Əsgərov və Rişan Bayramovla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir. Bundan əlavə o, təkrarən, eyni niyyətlə X22 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqca dan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 11 fevral 2017-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, ********************* yaşayış massivində yerləşən X8 məxsus qeydiyyatsız fərdi yaşayış evinin qarşısına gəlib, həmin evdə yaşayanların orada olmadığına əmin olduqdan sonra aralarında əvvəlcədən olan razılığa əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün R6 həmin evin qarşısında pusquda dayanıb təhlükəsizliklərini təmin etməklə, o isə T6 birlikdə hasarı aşıb həyətə daxil olduqdan sonra sonuncu həyətdəki balta ilə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq birlikdə pəncərədən evə qanunsuz daxil olub evin yataq otağında olan şkafın siyirməsindən 2.800 manat nağd pulu, 1.500 manat dəyərində bir ədəd qızıl saat və 550 manat dəyərində üzərində bir ədəd 35 sot orta keyf iyyətli brilyant qaşı olan 3 qram çəkidə, 583 əyarlı bir ədəd qızıl üzüyü, 65 manat dəyərində idman ayaqqabısını, 25 manat dəyərində bir cüt idman əlcəyini, 30 manat dəyərində idman paltarını və 35 manat dəyərində idman çantasını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu Rişan Bayramov və Təhməz Əsgərovla birlikdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs Abbasqulu Tağıyevə xeyli miqdar təşkil edən 5.005 (beş min beş) manat məbləğində ziyan vurub təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən, eyni məqsədlə X50 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan razılaşmaqla əlbir olan bir qrup şəxs halında 15 fevral 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən X2 məxsus qeyri-yaşayış sahəsinə kondisioner və digər məişət cihazlarının gətirildiyini bilib həmin əşyaları oğurlamaq niyyəti ilə obyektin qarşısına gəlib aralarında əvvəlcədən olan razılığa əsasən ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi üçün o, həmin binanın qarşısında pusquda dayanıb təhlükəsizliklərini təmin etməklə, N6 isə özü ilə gətirdiyi vintaçanla arxa tərəfdə olan pəncərənin nəfəsliyini açıb T6 birlikdə pəncərədən içəri qanunsuz daxil olaraq binanın birinci mərtəbəsində olan 440 manat dəyərində bir ədəd mühərriki olmayan “BOSCH B1ZMA18756” markalı, 550 manat dəyərində bir ədəd mühərriki olmayan “BOSCH B1ZMA24756” markalı, hər birinin dəyəri 875 manat olan cəmi 1.750 manat dəyərində iki ədəd “BOSCH B1ZMA18608» markalı, hər birinin dəyəri 640 manat olan cəmi 3200 manat dəyərində beş ədəd “BOSCH B1ZMA12608” markalı kondisionerləri, hər biri 85 manat olan cəmi 255 manat dəyərində üç ədəd EKSEN XN-81P markalı çaydanları, 275 manat dəyərində bir ədəd BOSCH TDS2016 markalı ütünü, 150 manat dəyərində bir ədəd BOSCH MMB42GOB markalı blenderi, 1.165 manat dəyərində 17 ədəd yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmuş sensor, 10 ədəd yanğın təhlükəsizlik sistemi üçün nəzərdə tutulmuş cihaz, 6 ədəd yanğın təhlükəsizlik sistemi üçün nəzərdə tutulmuş sirena, 10 ədəd tavana vurulan səs dinamiki, 6 ədəd səs tənzimləyicisindən ibarət bir dəst siqnalizasiya avadanlıqlarını, 400 manat dəyərində bir ədəd preforatoru, 60 manat dəyərində bir ədəd “Bosch” markalı kiçik ölçülü dreli, 110 manat dəyərində bir ədəd “Bosch” markalı böyük ölçülü dreli, 200 manat dəyərində bir ədəd beton deşən aparatı, 40 manat dəyərində plastik borular üçün nəzərdə tutulmuş qızdırıcını, hər biri 15 manat o lmaqla cəmi 45 manat dəyərində üç ədəd Türkiyə istehsalı olan elektrik uzadıcını götürüb gizli talayaraq, qabaqcadan əlbir olduğu N6 və Təhməz Əsgərovla birlikdə binaya qanunsuz daxil olmaqla zərərçəkmiş şəxs X2 cəmi 8.640 (səkkiz min altı yüz qırx) manat dəyərində xeyli miqdarda ziyan vurub təkrar oğurluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X37 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X27 və X19 ibarət tərkibdə) 17 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarından məh kum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiyaşikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməlin mənəvi cəhətdən ağırlığını dərk edib başa düşür, səmimi peşmandır. İlk dəfə məhkum olunması, ailə vəziyyətinin çətin və ağır olması, himayəsində bir azyaşlı övladının olması, törətdiyi cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, səmimi peşmançılığı, CMnin 177.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin 5 il olması, CM-nin 59-cu maddəsi nəzərə alınmaqla cəza təyin edilməli idi. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərs ə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkumun kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi xahiş edilmiş, c inayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslər X44, X32, X13, X20, X28, X2 dəymiş maddi ziyanın ödəməsini, X5 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o c ümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qanunun mənasına görə cəza təyini zamanı cəzanı yüngülləşdirən hallarla yanaşı qanunda sadalanan digər hallar da, o cümlədən cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar da nəzərə alınmalı, eləcə də təyin edilmiş cəza cəzanın məqsədi barədə qanunun tələbinə də uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs qısa müddət ərzində dəfələrlə eyni xarakterli cinayət əməllərini yaşayış sahəsinə girməklə törətməsi kimi hallar cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar kimi nəzərə alınmalıdır və m əhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəzanın müddəti cəza təyini zamanı bu halların da nəzərə alındığına uyğundur. Cəzanın daha da yüngülləşdirilməsi üçün başqa qanuni əsasların mövcudluğu müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasına əsas verən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyas ı, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs məhkum edilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 avqust 2018-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Fərhad Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar