Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-779/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum1 müdafiəçisi İbrahimov Taleh Vəli oğlunun və Məhkum2 müdafiəçisi Niftiyev Xudaverdi Rəşid oğlunu n iştirakları ilə, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və Məhkum2 CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi T.V.İbrahimov və Məhkum2 müdafiəçisi X.R.Niftiyev tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkaran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: Əliyev Elşad İbiş oğlu oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cəlil Cabbar oğlu və Abdullaye v Mehdixan Ədil oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1989-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad şəhəri, ünvan 1 qeydiyyatda olmaqla yaşamış, və Məhkum2, xx xxxx 1995-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respubilikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış hər birisi CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Məhkum1 CM-nin 32.5, 206.3.2 maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1, 234. 4.3-cü maddələri ilə 11 (on bir ) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş qəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə, Məhkum2 CM-nin 32.5, 206.3.2 maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, həmçinin, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədin dən gömrük nəzarətindən kənar keçirilməsi barədə tanışı Məhkum2 və İran vətəndaşı olan digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə ediləcək külli miqdarda narkotik vasitəni və digər əmlakı əldə etməyi qabaqcadan vəd etmiş, aralarında olan razılaşmaya əsasən digər şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 17.840,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki istintaqa məlum olmayan vaxtda və naməlum şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşımış və bir ədəd qara rəngli idman çantasında 17.840,0 qram çəkidə narkotik vasitə tiryəki Məhkum1 və Məhkum2 təhvil vermək məqsədi ilə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsindəki 145-ci kilometr lövhəsinin yaxınlığında yerləşən elektrik paylaşdırıcısının altında gizlədib saxlayaraq sonuncuları bu barədə məlumatlandırmış və narkotik vasitəni sonradan onun dediyi şəxsə verdikdə onlara 2.000 ABŞ dolları qazanc verəcəyi barədə vəd vermişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 şöbəsinə bu barədə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində Məhkum1 tanışı Məhkum2lə birlikdə 17.840,0 qram çəkidə həmin narkotik vasitə tiryəkin gizlədildiyi yerd ən götürüb əldə edərək üzərilərində saxlamaqla Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsindəki 145-ci kilometr lövhəsinin yaxınlığında yerləşən körpünün yaxınlığına daşımış və həmin gün saat 2.3.30-da həmin yerdə Məhkum1 polis əməkdaşları tərəfindən saxlanılaraq baxış keçirilərkən o, sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasında cəmi 8 ədəd uzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 1910,0 qram, 2180,0 qram, 2600,0 qram, 2200,0 qram, 2085,0 qram, 2590,0 qram, 2140,0 qram və 2135,0 qram olmaqla, ümumi təmiz çəkisi 17.840,0 qram olan xaş-xaş bitkisindən, kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmiş, Məhkum2 isə polis əməkdaşlarından qaçmağa na il olmuşdur. Hökmdən Məhkum1 müdafiəçisi M.C.Məmmədov və Məhkum2 müdafiəçisi H.X.Bəhmənov tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi T.V.İbrahimov və Məhkum2 müdafiəçisi X.R.Niftiyev hər birisi ayrı-ayrılıqda kassasiya şikayəti verərək aşağıdakıları xahiş etmişlər:
1. Müdafiəçi – Məhkum1 CM-nin 32.5, 206.3.2-ci maddələri ilə məhkum olunma sı hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin icraatına həmin maddələrlə bəraətverici əsaslarla xitam verilməsini, hüquqlarını müdafiə etdiyi şəxsə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsini; 2. müdafiəçi X.R.Niftiyev – apellyasiya instansiyası məhkəməsinin Məhkum2 aid hissədə ləğv edilməsini və cinayət işinin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi T.V.İbrahimov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum1 niyyəti və məqsədi külli miqdarda narkotik vasitəni saxlama və ya satma olmamış, həmin narkotik vasitələrin satışı ilə bağlı o, heç bir danışıqlar aparmamış, özü sözügedən cinayəti təşkil etm əmiş, narkotik vasitəni ölkə ərazisinə gətirməmiş, hər hansı qanun və ya qaydanı pozmamışdır. Məhkum1 qaçaqmalçılıq cinayətini törətmədiyi halda onun əməlinin CM-nin 32.5, 206.3.2-ci maddələri ilə tövsif edilməsi əsassız və qanunsuz olmuşdur ona görə ki, o, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etməmiş və ya həmin malları gömrükdən keçirməmiş, əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etməmiş, narkotik vasitənin necə və kim tərəfindən gətirilməsindən xəbəri olmamışdır. Digər tərəfdən, məhkəmələr Məhkum1 cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli, ailədə yeganə qazanc gətirən şəxs olması, həyat yoldaşının və digər ailə üzvlərinin işləməmələrini, məhkumun himayəsində azyaşlı uşağının olmasını, törə tdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və həmin əməli törətməkdə özünü təqsirli bilməklə səmimi peşmançılıq çəkməsini nəzərə almamış və ona daha yüngül cəzanın təyin edilməsi mümkün olduğu halda bu barədə müvafiq qərar qəbul etməmişlər. Müdafiəçi X.R.Niftiyev kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ittiham olunduğu maddələrlə özünü təqsirli bilməmiş və qeyd etmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə Məhkum1 onunla birlikdə dediyi yerə getməsini xahiş etdiyindən o, sonuncunun bu xahişini yerinə yetirmiş, lakin həmin yerdə Məhkum1 götürdüyü əşyanın narkotik vasitə olmasını bilməmişdir. Ələt-Astara avtomobil yolunun 145-ci kilometrliyində elektrik sayğacının yanından çantanı götürərkən tanımadığı şəxslərin ona tərəf gəldiyini görü b qorxmuş və oradan qaçmışdır. Məhkum1 ona hər hansı məbləğdə pul verməsini vəd etməmişdir. İşin bu hallarını məhkəmə iclasında Məhkum1 da təsdiq edərək göstərmişdir ki, o, Əmrahı narkotik vasitənin gizlədildiyi yerə özü ilə aparsa da, Məhkum2 orada olan çantada narkotik vasitənin olmasından xəbəri olmamışdır. Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Məhkum1la Məhkum2 narkotik vasitələrin daşınması, saxlanılması və satışı ilə bağlı sövdələşmənin olmasına dair başqa mötəbər sübutların əldə edilməməsinə baxmayaraq, məhkəmələr təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini qəbul edərək hüquqlarını müdafiə etdiyi şəxsin haqqında qanunsuz qərarlar qəbul etmişlər. Kassatorun qənaətinə görə, belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum2 b arəsində ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarıl mış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından ve rilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi yaxud da cinayət işinin icraatına xitam verilməsi, habelə onların dəyişdirilməsi haqqında qərar qəbul edir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumlar Məhkum1 və Məhkum2 onlara qarşı hər hansı təzyiq göstərilmədən, müdafiəçilərinin iştirakları ilə ibtidai araşdırma zamanı verdikləri ifadələrinə, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlmişlər ki, Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, həmçinin, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə tanışı Məhkum2 və İran vətəndaşı olan digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə ediləcək külli miqdarda narkotik vasi təni və digər əmlakı əldə etməyi qabaqcadan vəd etmiş, aralarında olan razılaşmaya əsasən digər şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 17.840,0 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki istintaqa məlum olmayan vaxtda və naməlum şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşımış və bir ədəd qara rəngli idman çantasında 17.840,0 qram çəkidə narkotik vasitə tiryəki Məhkum1 və Məhkum2 təhvil vermək məqsədi ilə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsindəki 145-ci kilometr lövhəsinin yaxınlığında yerləşən elektrik paylaşdırıcısının altında gizlədib saxlayaraq sonuncuları bu barədə məlumatlandırmış və narkotik vasitəni sonradan onun dediyi şəxsə verdikdə onlara 2.000 ABŞ dolları qazanc verəcəyi barədə vəd vermişdir. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin X11 şöbəsinə bu barədə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxxxx 2018-ci il tarixdə saat 23 radələrində Məhkum1 tanışı Məhkum2lə birlikdə 17.840,0 qram çəkidə həmin narkotik vasitə tiryəkin gizlədildiyi yerdən götürüb əldə edərək üzərilərində saxlamaqla Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsindəki 145-ci kilometr lövhəsinin yaxınlığında yerləşən körpünün yaxınlığına daşımış və həmin gün saat 2.3.30-da həmin yerdə Məhkum1 polis əməkdaşları tərəfindən saxlanılaraq baxış keçirilərkən o, sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasında cəmi 8 ədəd uzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri - 1910,0 qram, 2180,0 qram, 2600,0 qram, 2200,0 qram, 2085,0 qram, 2590,0 qram, 2140,0 qram və 2135,0 qram olmaqla, ümumi təmiz çəkisi 17.840,0 qram olan xaş-xaş bitkisindən, kustar üsulla alınmış eyni tərkibli narkotik vasitə tiryəki polis əməkdaşlarına təqdim etmiş, Məhkum2 isə polis əməkdaşlarından qaçmağa nail olmuşdur. Məhkəmə iclaslarında Məhkum1 və Məhkum2 istintaq zamanı verdikləri ifadələrindən imtina edib Məhkum2 Məhkum1 tərəfindən götürülmüş çantada narkotik vasitələrin olmasından, İran İslam Respublikasının vətəndaşı ilə sövdələşməs indən xəbərsiz olduğunu bildirməsinə, Məhkum1 da bu halı təsdiq etməsinə baxmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq bu ifadələri sübut kimi qəbul etməkdən imtina etmiş və CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq araşdırılmış sübutları qiymətləndirərək onların ittiham olunduqları cinayətləri məhz hökmün təsviri hissəsində göstərilən şəraitdə törətmələri barədə düzgün nəticəyə gəlmişlər. CPM-nin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi ded ikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Yuxarıda qeyd olunan sübutların qanuniliyi və mötəbərliyi baxımından kassasiya kollegiyası da hesab edir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə İran İslam Respublikasının istintaqla şəxsiyyəti müəyyən edilməmiş vətəndaşı tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitəni – 17,840 kq çəkidə tiryəki 2000 ABŞ dolları məbləğində pulun müqabilində başqa şəxsə çatdırılması üçün sonuncunun göstərdiyi yerdən götürmələri mötəbər sübutlarla tam təsdiq edilir və belə olan halda iş üzrə başqa nəticəyə gəlmək üçün heç bir əsa s yoxdur. Buna görə, məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 barəsindəki cinayət işi üzrə qəbul edilmiş məhkəmə qərarlarının ləğv edilməsi və cinayət təqibinə bəraətverici əsaslarla tam, yaxud da hissəvi xitam verilməsini mümkün bilmir və bununla bağlı kassasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır. Bununla belə, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq Məhkum1 və Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmələri əməllərinə düzgün hüquqi qiymət verilməsini də məqsədə uyğun sayır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə, şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dis pozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət işinin materialarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən Məhkum1 və Ə.X15 Respublikasının naməlum vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə külli miqdarda narkotik vasitə olan 17,840 kq çəkidə tiryəki qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirmələrinə görə CM-nin 206.3.2-ci maddəsi ilə ittiham elan olunsa da, birinci instansiya məhkəməsi araşdır ılmış sübutlara qiymət verərək apellyasiya instansiyası məhkəməsinin razılaşdığı belə nəticəyə gəlmişdir ki, həm Məhkum1, həm də Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı qismində iştirak etməmiş və qaçaqmalçılıq yolu ilə başqa şəxs tərəfindən keçiriləcək külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının ərazisində, müəyyən olunmuş yerdə götürmələrini, yəni qaçaqmalçılığın törədilməsinə köməklik göstərəcəklərini vəd etmiş və sonda belə koməkliyi göstərmişlər (belə nəticə ilə həm də ittiham tərəfi razılaşmışdır). Bu nəticəyə gələrkən, məhkəmələr CM-nin 32.5-ci maddəsinin tələblərinə əsaslanmış və məhkumların hər birisinin qaçaqmalçılığın törədilməsində köməklik göstərmə əməllərini həmin maddəyə istinad etməklə CM-nin 206.3.2-ci maddəsi ilə, yəni qabaqcadan əlbir olmu ş bir qrup şəxs tərəfindən qaçaqmalçılığın törədilməsində köməklik göstərmə kimi tövsif etmişlər. CM-nin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Lakin, məhkəmələr nəzərə almamışlar ki, ciayət işinin materiallarına əsasən, narkotik vasitələrin qaçaqmalçılığı qabaqcadan əlbir olmuş bir qrup şəxs deyil, İran İslam Respublikasının vətəndaşı olan naməlum bir şəxs tərəfindən törədilmiş və belə nəticəyə məhkumlara ittiham irəli sürmüş ibtidai araşdırma orqanı da gəlmişdir. Bu nəticəyə görə, Məhkum1 və Məhkum2 qaçaqmalçılığın törədilməsinə faktiki olaraq qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş bir qrup şəxsə (cinayətin iki və ya daha çox icraçılarına) yox, həmin cinayəti təkbaşına icra etmiş şəxsə köməklik göstərmişlər. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CM-nin 34.2-ci maddəsinin də tələblərini nəzərə alır. Həmin maddənin tələblərindən göründüyü kimi, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkumların hər birisinin qaçaqmalçılığın törədilməsində köməklik göstərmələri ilə bağlı təhlil edilən əməlləri ayrıayrılıqda CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilməli və onlara ayrı-ayrılıqda bu maddə əsasında həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə müvafiq cəza təyin edilməlidir. Məhkum1 təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə onun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətində irəli sürülmüş dəlillə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və və təndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlük əlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törət məkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr Məhkum1 barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən, həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrə tam şəkildə əməl etməklə onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cəzanı yüngülləşdirən halları – onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağının olmasını kifayət qədər nəzərə almış və ona həm təqsirli bilindiyi maddələr əsasında, həm də cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəzalar t əyin olunmuşdur. Bununla belə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslarla Məhkum1 və Məhkum2, hər birisinin narkotik vasitələrin qaçalmalçılığı cinayətinin törədilməsində köməklik göstərmələri əməllərinin daha yüngül maddələrlə - CM-nin 32.5,206.2-ci maddələri ilə tövsif edilməli olması barədə öz nəticəsini nəzərə alaraq, onlara ayrıayrılıqda cinayətlərin məcmusu üzrə təyin edilən cəzanın yüngülləşdirilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər T.V.İbrahimovun və X.R.Niftiyevin, həmin şikayətlərin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, Məhkum1 və Məhkum2, hər birisinin narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilməsinə köməklik göstərmələri əməlləri CM-nin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilməli, onlara ayrı-ayrılıqda həmin maddələr əsasında müvafiq cəza təyin edilməli, cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzalar isə nisbətən yüngülləşdirilməli, bu əsasla da onların barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum1 müdafiəçisi İbrahimov Taleh Vəli oğlunun və Məhkum2 müdafiəçisi Niftiyev Xudaverdi Rəşid oğlunun kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkumlar Məhkum1 və Məhkum2, hər birisinin narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin törədilməsində köməklik göstərmələri əməlləri CM-yin 32.5,206.3.2-ci maddələrindən CM-nin 32.5,206.2-ci maddələrinə tövsif edilsin və həmin maddələr əsasında Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən, Məhkum1 və Məhkum2, hər birisinə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə və hazırki qərara uyğun olaraq CM-nin 32.5,206.2-ci maddələri ilə təyin edilmiş cəzalar qismən toplanılsın və Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə, Məhkum2 isə cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.