Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-779/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı Şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Allahverdiyev Araz Məhəmməd oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər M əhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.Ə.Qəniyev, hakimlər M.A.Xankişiyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) xx xxxxx 1969-cu il tarixdə Tovuz rayonunun Baqqallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 133.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, orta təhsilli, subay, heç yerdə işləməyən, Ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 30 sentyabr 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təm in edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 11 sentyabr 2018-ci il tarixdə saat 01:30 radələrində ünvan 2 ünvanında yerləşən evin həyətində yemək yeyib spirtli içki qəbul edən zaman tanışı Zərərçəkmiş şəxs onun yanına gələrək 02 sentyabr 2018-ci il tarixdə aralarında baş vermiş münaqişə ilə əlaqədar döyülməsi və təhqir olunması səbəbindən onun ünvanına nalayiq ifadələr işlətdikdə o, Zərərçəkmiş şəxsdən qisas alm aq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, həyətdə yerdə olan taxta parçasını götürüb qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxsin baş və bədən nahiyələrinə həmin alətlə 5-6 zərbə vurmuş, sonuncu zərbələrin təsirindən yerə yıxıldıqda parçasının sındığını görüb müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni, xüsusi amansızlıqla Zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdırmaq üçün ayağı ilə yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxsin bədəninə və baş nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq sonuncuya sifətin, gövdənin, sol yuxarı və hər iki aşağı ətrafların qançır və sıyrıqları ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığa zərər vurmayan, alın v ə sol almacıq nahiyələrinin əzilmiş yaraları, sol böyrəkətrafı yumşaq toxumaların hematoması, başın, döş qəfəsinin və qarının yumşaq toxumalarına qansızma ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığa yüngül zərər vuran, sol 111-İV qabırğaların ön qoltuq xətti üzrə, sol Vİİİ-İX qabırğaların və sağ X-Xİ-Xİİ qabırğaların onurğayanı xətti üzrə yerini az dəyişən qapalı sınıqları və həmin səviyyələrdə döş plevrasına qansızma, sol böyrəkətrafı yumşaq toxumaların hematoması, sol said sümüklərinin aşağı 1/3-nin qapalı sınıqları ilə müşayiət edilən, dərəcələrinə görə sağlamlığa ağır zərər vuran, çoxlu daxili qanitirməyə səbəb olmuş qaraciyərin əzilmiş-deşilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o heç bir cinayət əməli törətməmiş, heç kimi həyatdan məhrum etməmişdir. Mərhumla aralarında əvvəllər heç düşmənçilik və ədavət olmamışdır. Yaralı vəziyyətdə gördüyü mərhuma köməklik etmək istəmiş, onu xəstəxanaya çatdırmışdır. Həkimlər hadisə barədə hüquq-mühafizə orqanlarına xəbər vermiş, bu səbəbdən onları gözləmək məcburiyyətində qalmışdır. İbtidai istintaq orqanı onun yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmasını əsas gətirərək, hadisənin onun tərəfindən törədilməsi qənaətinə gəlmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadələri təhrif olunmuşdur. Onun mərhum Zərərçəkm iş şəxsi qəsdən həyatdan məhrum etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, mərhum zərərçəkmiş şəxsi döyərək öldürmədiyini, əksinə onun pis vəziyyətdə olduğunu görəndən sonra yaxınlaşıb kömək etmək istədiyini və şahidlərin öz ifadələri ilə bunu təsdiq etdiklərini, ona elan edilmiş ittihamın əsassız olduğunu bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Daha sonra, məhkəmə baxışında çıxış edən müdafiəçi A.M.Allahverdiyev hüquqlarını müdafiə etdiyi Məhkumun mövqeyinin qanuni və əsaslı olduğunu bildirib, kassasiya ş ikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarını ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək məhkumun kassasiya şikayətinin dəlillərinin özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədi daşıdığını, dəlillərin hər birinin iş materiallarında olan sübutlar ilə təkzib edildiyini, Məhkumun cinayət əməlinin özünün etiraf və şahidlərin ifadələri, məhkəmə-tibbi, tibbi-bioloji və kriminalistik ekspert rəyləri, istintaq hərəkətləri və məhkəmə baxışlarının protokolları ilə tam sübut edildiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi A zərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası C inayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsinin dispozisiyası xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş xüsusi amansızlıqla qəsdən adam öldürmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında təddiq ediliş sübutların məcmusu ilə - təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri. Ekspertiza rəylə ri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş materiallarında olan etiraf ifadələrindən və ifadənin yerində yoxlanılması haqqında olan protokoldan görünü r ki, Məhkum cinayət hadisəsinin faktiki hallarını və baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq müdafiəçisinin iştirakı ilə ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 91-104). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıql a qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Lakin, təqsirkarın zərərçəkmiş şəxsi tez bir zamanda öldürmək niyyəti ilə ona çoxsaylı bədən xəsarətləri yetirməsi hər bir halda xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkumun Zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Belə ki, cinayət hadisəsini törədən zaman Məhkum öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Burada onun niyyətinin məhz zərərçəkmiş şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin xarakteri və lokalizasiyası, həmçinin məhkumun və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri məhkəmələr tərəfindən nəzərə alınmış, Məhkumun qeyd olunan cinayət əməlini törətməsi sübutla rın məcmusu ilə təsdiq olunmuşdur. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsir inin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübu ta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkuma bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Bundan əlavə məhkəmə kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, məhkum kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş ü zrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən et məyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallarda n çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşi n halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızd ır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiy a qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419. 10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2019-cu il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-779/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-779/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver