Məhkəmə qərarları › İş №1(102)-779/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-779/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-779/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum, onun müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbay can Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, X4 və X3 ibarət tərkibdə) 18 iyun 2022-ci il tarixli hökmü ilə xx xxxx 1995-ci ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Üzeyir Hacıbəyli prospektində yerləşən 556 ailəlik yaşayış massivində olan 10 saylı binanın, 39 saylı mənzilində müvəqqəti qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 9 (doqquz) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 may 2020-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) 2 mart 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 Mönsüm oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 29,120.1 -ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(099)-164/2021 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum onunla eyni qəsəbədə yaşayan Zərərçəkmiş şəxs qardaşları ilə birlikdə onun qardaşı Röyal Həşimova qarşı etdiyi qanunsuz hərəkətlər səbəbindən aralarında yaranmış və davam etməkdə olan münaqişəli vəziyyətə aydınlıq gətirmək məqsədilə ilə 13 may 2020-ci ildə saat 22 radələrində Zərərçəkmiş şəxs dəvəti əsasında Ağcabədi rayonu ərazisində yerləşən 556 ailəlik məcburi köçkün qəsəbəsi, 10 saylı binanın arxasındakı bağ sahəsində görüşüb söhbət edərkən aralarında yaranmış mübahisə za manı sonuncunun qəfildən üzərində gəzdirdiyi bıçağı çıxararaq onu bir neçə dəfə vurub ona bədən xəsarəti yetirməsindən sonra həmin bıçağı Zərərçəkmiş şəxs əlindən alaraq sonuncunun qardaşları ilə birlikdə qardaşı Röyal Həşimova qarşı etdikləri qanunsuz hərəkətlərdən, bununla da kifayətlənməyərək həmçinin hazırda ona bıçaqla xəsarət yetirməsindən hiddətlənib Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncunun həyat üçün mühüm olan orqanlarının yerləşdiyi nahiyələrinə dəfələrlə ardıcıl bıçaq zərbələri vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətt üzrə İV-V qabırğa səviyyəsindən döş boşluğuna keçərək sol ağciyərin aşağı payının və diafraqmanın zədələnmələri, daxili qanaxma və sol V-Vİ qabırğaların kəsilməsi ilə müşayiət edilən deşilmiş- kəsilmiş yara, döş qəfəsinin sol yarısında orta qoltuqaltı xətt üzrə İİİ-İV qabırğaarası sahədən döş boşluğuna keçərək daxili qanaxma ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara, qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək mədənin, böyük piyliyin və diafraqmanın zədələnmələri ilə müşayiət edilən deşilmişkəsilmiş yara xəsarətlərini, eləcə də, onun bədəninin digər nahiyələrinə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar səviyyəsində döş boşluğuna keçməyən deşilmiş- kəsilmiş yara, qarının sağ yarısının ön səthində qarın boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol əlin 3-cü ba rmağının arxa səthində kəsilmiş yara, sağ baldırın orta üçdə birində kəsilmiş yara xəsarətlərini yetirməklə sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerindən qaçmasına müvəffəq olması, özünün isə sonuncunun ardınca qaçarkən ayağının yerə bərkidilmiş taxta parçasına ilişərək yıxılması səbəbindən, o cümlədən Zərərçəkmiş şəxs hadisə yerindən bir qədər kənarda olan şəxslər tərəfindən Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılmaqla sonuncuya təxirəsalınmaz və ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən onu həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tər əfindən verilmiş kassasiya şikayətində göstərilir ki, məhkəmələr tərəfindən sübut, dəlillər və vəsatətlər yetərincə araşdırılmayaq mövcud qanunvericiliyə əsasən hüquqi qiymət verilməmişdir. Hadisə baş verdiyi zaman səhhətinə ciddi ziyan dəymişdir. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 2 mart 2022-ci il tarixli qərarına yenidən baxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçilərinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsə lələr üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinc i və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edi lib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkumun verdiyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitus iya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə g örə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalan an cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə sübutların düzgün araşdırmaması və qiymətləndirilməməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda t əkrarlamağı zəruri hesab etmir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanunu üsullarla toplanmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan sübutların və iş üzrə müəyyən olunmuş faktiki halların tam, obyektiv və hərtərəfli araşdırlması və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmdə qanuna müvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilməsi nəticəsində əsaslı olaraq Məhkum ittiham olunduğu maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cin ayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 30 may 2020-ci il tarixli, 358 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol yarısının ön səthində ön qoltuqaltı xətt üzrə İV-V qabırğa səviyyəsindən döş boşluğuna keçərək sol ağciyərin aşağı payının və diafraqmanın zədələnmələri, daxili qanaxma və sol V-Vİ qabırğaların kəsilməsi ilə müşayiət edilən deşilmiş- kəsilmiş yara, döş qəfəsinin sol yarısında orta qoltuqaltı xətt üzrə İİİ-İV qabırğaarası sahədən döş boşluğuna keçərək daxili qanaxma ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar səviyyəsində döş boşluğuna keçməyən deşil miş-kəsilmiş yara, qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək mədənin, böyük piyliyin və diafraqmanın zədələnmələri ilə müşayiət edilən deşilmişkəsilmiş yara, qarının sağ yarısının ön səthində qarın boşluğuna keçməyən deşilmişkəsilmiş yara, sol əlin 3-cü barmağının arxa səthində kəsilmiş yara, sağ baldırın orta üçdə birində kəsilmiş yara, sol kürəkaltı və sol dirsək oynağı nahiyələrində sıyrıqlar. Zərərçəkmiş şəxs döş qəfəsində olan yara kanallarının istiqaməti soldaıı-sağa, yuxarıdanaşağıya doğru; qarının ön divarında olan yara kanallarının istiqaməti isə öndən-arxaya və aşağıdan-yuxarıya doğru olmuşdur. Zərərçəkmiş şəxs bədənində olan deşilmiş- kəsilmiş yaralar deşici-kəsici alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gəlməsi üç ün xarakterikdir, xəsarətlərin yetirilmə müddəti 13 may 2020- ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən döş qəfəsində olan döş boşluğuna keçərək ağ ciyərin, diafraqmanın zədələnmələri, daxili qanaxma ilə müşayiət olunan iki ədəd yaralar və qarının sol yarısının ön divarından qarın boşluğuna keçərək mədənin, böyük piyliyin zədələnmələri ilə müşayiət edilən deşilmiş-kəsilmiş yara (döş və qarın boşluğuna nüfuz edən üç ədəd yaralar) dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Döş qəfəsində və qarının sağ yarısında olan boşluqlara keçməyən yaralar, eləcə də sol əlin 3-cü barmağındakı və sağ baldırdakı kəsilmiş yaralar dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. S ol kürəkaltı və sol dirsək oynağı nahiyələrində olan sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, yıxılma nəticəsində əmələ gəlməsi üçün daha xarakterikdir, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər; Məhkəmə-tibbi ekspertizasının 27 may 2020-ci il tarixli, 345 saylı rəyindən görünür ki, Məhkum məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alının sol yarısında səthi kəsilmiş dəri yarası, sağ kürək nahiyəsində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında kürəkaltı nahiyədə döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin yan səthində kəsilmiş yara, sağ bazunun orta üçdə birinin iç səthində kəsilm iş yara, sol bazunun orta üçdə birinin yan səthində iki ədəd səthi kəsilmiş dəri yaraları, sol əlin 1-ci barmağında səthi kəsilmiş yara, sağ əlin İ,M,Mİ barmaqlarının arxa səthində səthi kəsilmiş yaralar, alının sol yarısında qançır, burun tini üzərində sıyrıq, boyunun sol yan səthində sıyrıq, sol dirsək oynağının arxa səthində sıyrıq. Məhkum bədənində olan deşilmişkəsilmiş yaralar və səthi kəsilmiş yaralar deşici-kəsici alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər, xəsarətlərin yerləşmə lokalizasiyasını nəzərə alaraq göstərmək olar ki, həmin xəsarətlər şəxsin özü-özünə yetirməsi üçün xarakterik deyildir. Qeyd edilən deşilmiş-kəsilmiş yaraların və səthi kəsilmiş yaraların yetirilmə müddəti 13 may 2020-ci il tarixə uyğun gəlir.Məhkum bədənində olan qançır və sıyrıq xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qarşılıqlı münaqişə zamanı kənar şəxs tərəfindən əllə vurulma və yerə yıxılma zamanı əmələ gələ bilərdi. Qeyd edilən qançır və sıyrıq xəsarətlərinin yetirilmə müddəti 13 may 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkum bədənində olan xəsarətlərdən sağ kürək nahiyəsində döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında kürəkaltı nahiyədə döş boşluğuna keçməyən deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı üçdə birinin yan səthində kəsilmiş yara və sağ bazunun orta üçdə birinin iç səthindəki kəsilmiş yara xəsarətləri- dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər v urmaya; alının sol yarısındakı, sol bazudakı, sol əlin 1-ci barmağındakı və sağ əlin İ,İİ,İİİ barmaqlarındakı səthi kəsilmiş yaralar sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, hadisə vaxtı zərərçəkmiş Zərərçəkmiş şəxs sərxoş vəziyyətində olmuş, bıçağı onun əlindən almaqla Məhkum Zərərçəkmiş şəxs tərəfindən onun həyat və sağlamlığı üçün yaranan təhlükəni tam aradan qaldırmışdır. Eləcə də iş materalları ilə müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxs əlindən bıçağı alandan sonra sonuncu hücumu davam etdirməmiş, əksinə Məhkum ona xəsarət yetirməkdə davam etdiyini görüb hadisə yerindən qaçmış, başqa sözlə zəruri müdafiə vəziyyəti aradan qalxmışdır ki, bu halda da Məhkum törətdiyi cinayət əməli zəruri müdafiə vəziyyət ini aşmaqla sağlamlığa ağır zərər vurma kimi deyil, qisas almaq məqsədi ilə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı hesab edir və həmçinin qeyd edir ki, kassasiya şikayətində cinayət işi üzrə sübutların düzgün araşdırılmaması göstərilsə də, Məhkum istintaq orqanı tərəfindən CM-in 29,120.1-ci maddəsi ilə ilə verilən ittihamla razılaşmış aşağı instansiya məhkəmələri tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyinə müqayisəli təhlil edib düzgün hüquqi qiymət vermiş, şəxsin əməlinin tövsifinin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olması, məhkum edilmiş şəxsin təqsiri müəyyənləşdirilə rkən sübutların CM-in 143146-cı maddələrinə uyğun şəkildə qiymətləndirilməsini nəzərə alaraq əsaslı nəticəyə gəlmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayət əməlinin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayət qanunvericiliyi nəzəriyyəsinə görə əməlin cinayət etməyə cəhd kimi qiymətləndirilməsi törədilmiş əməlin obyektiv və subyektiv əlamətləri əsasında müəyyən olunur və cinayət etməyə cəhdin obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən ba şa çatmamasında ifadə olunur, yəni qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə, cinayəti başa çatdırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərardan deyil, şəxsin iradəsindən asılı olmayaraq yaranan amillərlə bağlı olur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli qərarının 3-cü bəndində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmələrə izah etmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətlər i nəzərə alınmalıdır. Həmin qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcada n görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Məhkəmə kollegiyası Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarının müddəalarına istinad edərək hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin bütün hallarını, o cümlədən cinayətin üsulu, baş vermə şəraitini, zərərçəkmiş şəxsə ardıcıl olaraq yetirdiyi bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyasını (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi) nəzərə alaraq Məhkum niyyətinin məhz zərərçəkmiş şəxsi öldürməyə yönəlməsi və bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi barədə əsaslı nəticəyə gəlmişlər. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 29,120.1-ci maddəsi ilə ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiy a şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddə sinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymə tləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qa nunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə ə laqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəz ifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin y erinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 mart 2022-ci il tarixli qərarı kassasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar