Məhkəmə qərarları › İş №1(102)-78/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-78/2020

06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-78/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Müadiəçilər– fərdi qaydada fəaliyyət göstərən vəkil Şərifov Samir Cuma oğlu və Yevlax şəhər Vəkil Bürosunun vəkili Bəkirova Sevda Həbib qızını n iştirakları ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 Əhmədiyə oğlu barələrində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Şərifov Samir Cuma oğlu, Məhkum2 Əhmədiyə oğlu və onun müdafiəçisi Bəkirova Sevda Həbib qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə və kassasiya şikayətlərinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.Əliyev, hakimlər R.Hüseynov və X.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonunun Korarx kəndində yaşamışMəhkum1 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxx 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum1 və Məh kum2 Əhmədiyə oğlu təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Ağdaş rayonunun Korarx kənd sakini, onlar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxx 2001-ci il təvəllüdlü X3 oğurlamağı razılaşmışlar. Razılaşdıqları kimi 12 iyun 2018-ci ildə, saat 12:45 radələrində Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq məktəbdən gələrkən Ağdaş rayonunun Korarx kəndi ərazisində həmin kənd sakini X4 yaşadığı evin qarşısında Məhkum2 idarə etdiyi VAZ-2101 markalı **BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zor tətbiq etməklə əyləşdirərək oğurlamışlar. Hökmdən Məhkum2 müdafiəçisi Cavid Qədimov və Məhkum1 müdafiəçisi Samir Şərifov tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının (sədrlik edən hakim Əliyev Rəfail Əyyub oğlu, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmamverdi Həşimxan oğlundan ibarət tərkibdə) 01 may 2019-cu il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi Samir Şərifovun apelyasiya şikayəti təmin edilməmiş, Məhkum2 müdafiəçisi Cavid Qədimovun apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum2 CM-in 144.3-cü maddəsi ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə 05 ilə endirilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi Şərifov Samir Cuma oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, Məhkum2 və onun müdafiəçisi Bəkirova Sevda Həbib qızı kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum1 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını, Məhkum2 barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzasının şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİ VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum1 müdafiəçisi Şərifov Samir Cuma oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2019-cu il tarixli qərarı hüquqlarını müdafiə etdiyi Məhkum1 cəza təyin edilməsi ilə bağlı hissədə aşağıdakı səbəblərə görə qanunsuz və əsassızdır: Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2019-cu il tarixli, 1(107)- 50/2019 iş nömrəli qərarmdan qeyd edir ki, "....Bunlardan başqa, təqsirləndirilən şəxs Məhkum1 barədə verilmiş ambulator və stasionar məhkəmə-psixiatrik ekspertizalarının 27.07.2018 və 09.03.2019-cu il tarixli rəylərindən müəyyən olunur ki, Məhkum1 Yüngül Dərəcəli Əqli Gerilik (Debillik dərəcəsində Oliqofreniya, psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Məhkum1 cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkməsinə baxmayaraq, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum1 ə məli Azərbaycan Respublikası CM-in 21 -ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Məhkum1 əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Məhkum1 ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkum1 hazırda yüngül dərəcəli əqli gerilik müəyyən olunur. Lakin Məhkum1kı yüngül dərəcəli əqli gerilik hazırda onu hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Buna görə də, M əhkum1 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla anlaqlıdır. Onun, məcburi müalicəyə ehtiyacıyoxdur."(səh.-lO). Göründüyü kimi, Məhkum1 əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Yəni, ona cəza təyin edərkən, o, normal dərketmə qabiliyyətinə malik insanla eyniləşdirilə bilməz. Lakin, bütün bunları qeyd etməsinə baxmayaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qanunsuz və ədalətsiz olaraq hüquqlarını müdafiə etdiyi Məhkum1 cəza təyin edərkən, onun anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-in 2 2.1-ci maddəsinin təsiri altına düşməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almamış, qərarında ümumiyyətlə bu məsələyə bir kəlmə ilə belə olsa münasibət bildirməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli, 1(091)- 129/2018 iş nömrəli hökmünün hüquqlarını müdafiə etdiyi Məhkum1 cəza təyin edilməsi hissəsində dəyişdirilməməsi hissəsində dəyişdirərək, ona Cinayət Məcəlləsinin 62-ci maddəsinin tələbləri rəhbər tutulmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin 144.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 Əhmədiyə oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törədilmiş cinayət əməlində onun heç bir təqsiri yoxdur. Öz avtomobili ilə tak si xidməti göstərərkən X11 əl edib taksini saxlatmış, iki nəfər şəxs taksiyə əyləşmişdir. Həmin qızın qaçırıldığından xəbəri olmamışdır. Bu zamanadək heç vaxt cinayət törətməmiş, məhkum olunmamışdır. Zərəçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Ailəlidir, üç övladını və xəstə anasını taksi fəaliyyəti ilə məşğul olaraq dolandırır. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi Bəkirova Sevda Həbib qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum2 cəza təyin edilərkən cinayətin xarakteri, əməlin ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti və onun ailə şəraiti nəzərə alınmamışdır. Məhkum2 əvvəllər heç bir cinayət hadisəsi törətməmişdir. Yaşayış yeri üzrə müsbət xasiyyətnamə ilə xarakteri zə olunur, ailəlidir. Ailənin yeganə qazanc gətirən üzvüdür. Himayəsində pensiyaçı anası, həyat yoldaşı və 3 azyaşlı övladı vardır. Məhkum2 törətdiyi əməldən çox peşimandır və o, cinayət işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkum2 cinayətin açılmasında fəal köməklik göstərmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 may 2019- cu il tarixli qərarında dəyişiklik etməklə Məhkum2 təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasını CM -in 70 - ci maddəsinə əsasən, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassa siya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçilərnin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Mə cəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindiyi cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmi ş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Quliyev Məhkum1 və Məhkum2 törətdiyi əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumların təqsirli bilinməsi və əməllərinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətdə də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətlərində Məhkum1 aşağı həddən də az cəza təyin edilməsi, Məhkum2 təyin olunmuş cəzanın şərti olaraq tətbiq olunması xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1 -ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CinayətProsessual Mə cəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlan ılmalıdır. Başqa sözlə, işin faktiki hallan yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şi kayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Samir Şərifovun apelyasiya şikayəti təmin edilməməli, digər təqsirləndirilən şəxs Mə hkum2 müdafiəçisi Cavid Qədimovun apelyasiya şikayəti isə qismən təmin edilməli, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü Məhkum2 münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X9 bildirmişdir ki, hadisə baş verən zaman Ağdaş rayonunun Cüvə kənd tam orta məktəbinin 11-ci sinfində oxumuşdur. Məhkum1 onun qonşusudur. Məhkum1 onu sevdiyini bilmişdir. Məhkum1 valideynləri ona elçi gəlmiş, lakin valideynləri razı olmamışlar. Özü də Məhkum1 ilə evlənmək istəməmişdir. 12 iyun 2018-ci ildə, saat 12:45 radələrində dərsdən çıxıb həmkəndlisi X15 ilə Cüvə kəndindən yaşadıqları Korarx kəndinə piyada gələrkən uzaqdan Məhkum1 görmüş, X4 yaşadığı evin qarşısına çatan zaman yanlarında VAZ-21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Məhkum1 maşından düşüb onun üzərinə gəlmiş, qaçmaq istəsə də, Məhkum1 onun saçından tutub dartmış, avtomobilə əyləşdirmək istəmişdir. Qollarından tutub dartmış, Məhkum1ə müqavimət göstərmişdir. Həmin vaxt avtomobilin sürücüsü Məhkum2 avtomobilin içərisindən onun əllərindən tutub avtomobilin içərisinə tərəf dartmışdır. Birlikdə onu avtomobilə zorla əyləşdirib qaçırmışlar. Avtomobildə olan zaman ağlamış, Məhhkum1 ondan şikayət edəcəyini demişdir. Məhkum1 onu evlənmək üçün razı salmağa çalışmış, əvvəlcə onu tanımadığı bir qohumunun evinə aparmış, lakin orada Məhkum1in onu zorla qaçırdığını bildikdən sonra evə buraxmamışlar. Məhkum2 ondan Məhkum1i sevib-sevməməsini soruşmuş, Məhkum2ə Məhkum1i sevmədiyini demişdir. Buna baxmayaraq, Məhkum2in idarə etdiyi maşında M əhkum1in xalası X16 də yanlarında oturmaqla Məhkum1 onu Yevlax rayonunun Əkşəm kəndində yaşayan xalası qızının evinə aparmışdır. Orada Məhkum1in onu zorla qaçırdığını demişdir. Həmin vaxt Məhkum2 ona gəlib “səni qaytaracam” demişdir. Lakin sonradan polis əməkdaşları gəlib onu aparmışlar. Məhkum1 ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Məhkum2 ilə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Məhkum1 ilə barışmamışdır. Ondan şikayətçidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qanuni nümayəndə bildirmişdir ki, məktəbli, yetkinlik yaşına çatmamış qızı Zərərçəkmiş şəxsin Məhkum1 tərəfindən qaçırılması ilə əlaqədar 12 iyun 2018-ci ildə DİN-in “102” xidmətinə müraciət etmişdir. Məhkum1 qızı Zərərçəkmiş şəxsi sevmişdir. Onun valideynləri bu barədə ona demişlər. Lakin o, razı olmamışdır. Məhkum1 yaşca qızından çox böyük olmuş, həmçinin qızı Zərərçəkmiş şəxsin 16 yaşı belə olmamışdır. Ona görə də onu ərə vermək istəməmişdir.12 iyun 2018-ci ildə, saat 13 radələrində yaşadığı kənddə olan zaman balaca qızı X30 tərəfindən qaçırılmasını demişdir. Onun şikayəti əsasında polis əməkdaşları Zərərçəkmiş şəxsin və Məhkum1i tapıb gətirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 bildirmişdir ki, 12 iyun 2018-ci ildə günorta saatlarında evə gələndə həmkəndlisi Məhkum2in onların evinin qarşısında gəzişdiyini görmüş, Məhkum2dən nə baş verdiyini soruşduqda, Məhkum1in onu aldatdığını, onların qız qaçırdıqlarını bildirmişdir. Evə daxil olan zaman xalası oğlu Məhkum1in və onun yanında bir qızın evində olmasını görmüş, Məhkum1də n nə baş verdiyini soruşmuş, Məhkum1 də qızı evlənmək məqsədilə qaçırdığını bildirmişdir. Zərərçəkmiş şəxsdən Məhkumn1i istəyərək, yoxsa zorla qaçırılmasını soruşmuş, Zərərçəkmiş şəxs Məhkum1in onu zorla qaçırdığını demişdir. Məhkum1i həyətindən qovmuş, ona Zərərçəkmiş şəxsi aparıb valideynlərinə qaytarmasını demişdir. Sonradan anası X16 ilə birlikdə Məhkum2 və Məhkum1in Zərərçəkmiş şəxsi onun Yevlax rayonunun Əkşəm kəndində yaşayan bacısı X18in evinə apardıqlarını bilmişdir. Birinci instansiya məhkəməsində şahidlər qismində dindirilmiş X16 və X18 da şahid X22in ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 məhkəmədə ifadəsində göstərmişir ki, 12 iyun 2018-ci ildə oğlu Məhkum2in polis əməkdaşlarılə tərəfindən saxlanıldığını eşitmiş, bu bar ədə maraqlanan zaman Məhkum2nin Məhkum1 ilə Ağdaş rayonunun Korarx kəndində yaşayan Zərərçəkmiş şəxs adında qızı qaçırdıqlarını bilmişdir. Məhkum1 Məhkum2ni aldatmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 bildirmişdir ki, oğlu Məhkum1 Zərərçəkmiş şəxsi sevmiş, ona elçi getsələr də, Zərərçəkmiş şəxsi verməmişlər. Məhkum1 də 12.06.2018-ci ildə, saat 13 radələrində Zərərçəkmiş şəxsi qaçırmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 12.06.2018-ci ildə, saat 13 radələrində evə gələndə Məhkum1in onların evinin qapısının qarşısından, yəni küçədən Qanuni Nümayəndənin qızı Zərərçəkmiş şəxsi qaçırdığını demişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, 12.06.2018-ci il də, saat 12:45 radələrində Zərərçəkmiş şəxslə məktbədən çıxıb evə gedərkən Məhkum1in yolun başında dayandığı, ara küçəyə daxil olduğunu görmüşdür. Ətrafın evinin qarşısına çatanda ağ rəngli avtomobil onların yanında dayanmışdır. Məhkum1 maşından düşüb zorla Zərərçəkmiş şəxsi avtomobilə əyləşdirməyə çalışmış, Zərərçəkmiş şəxs müqavimət göstərmişdir. Onu maşına oturdub aparmışlar. O da Zərərçəkmiş şəxsin ailəsinə bu barədə məlumat vermişdir.Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 12.06.2018- ci il tarixli 274 və 276 nömrəli rəylərindən görünür ki, Məhkum1 və Məhkum2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 12.06.2018- ci il tarixli 275 nömrəli rəyindən görünür ki, X2 q ızlıq pərdəsi pozulmamışdır, onun arxa keçəcək dəliyində onunla arxadan cinsi əlaqədə olmağa uyğun gələn əlamətlər aşkar olunmadı. X2 bədənində olan xəsarət - sağ əlin üst səthinin 1 daraq sümüyü proyeksiyası üzrə olan qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 12.06.2018-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilər. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizanın 27.07.2018-ci il tarixli 414 nömrəli rəyindən görünür ki, Məhkum1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik keçirmir. Məhkum1 cinayət əməlini törətməzdən əvvəl, cinayət əməlini törədərkən və hazırkı ekspertiza zamanı yüngül dərəcəli əqli gerilik XBT 10 F70.0 xəstəliyi keçirmişdir və keçirir. Məhkum1 yüngül dərəcəli əqli gerilik XBT 10 F 70.0 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik yüngül xarakter daşıdığından o, hazırki cinayət əməlini törədərkən əməlinin ictimai təhlükəliliyini və faktiki xarakterini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin tərkibi altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum1 hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizanın 27.07.201 8-ci il tarixli 415 nömrəli rəyindən görünür ki, Məhkum2 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin cinayəti törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Məhkum2 hazırki cinayət əməlini törədərkən əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkum2 hal-hazırda da öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək iqtidarındadır. Cina yət işinin materiallarına əlavə olunmuş Məhkum2 və Məhkum1 telefon danışıqlarına dair əldə edilmiş məlumatlardan görünür ki, 12.06.2018-ci ildə, saat 09:07:07, 10:45:45, 13:07:46 və 13:44:47 radələrində onlar arasında əlaqələr saxlanılmışdır. Həmçinin, Ağdaş RPŞ-nın TQ-nin təhqiqatçısı X1in istifadəsində olan ******-**-** nömrəli mobil telefondan Məhkum2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 12.06.2018-ci ildə, saat 15:09:17 və 15:31:28 dəqiqəsində zənglər edilmişdir. Birinci instansiya məhkməsinin iclasında ifadə verən zərərçəkmiş şəxsə bildirmişdir ki, hadisədən sonra Məhkum2 onunla barışıq əldə etmişdir. Bu səbəbdən onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə məhkəmə kollegiyasın a notariat qaydada təsdiq olunmuş ərizə göndərərək bildirmişdir ki, Məhkum2 qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Ağdaş RİH başçısın Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin X5 haqqında verdiyi xasiyyətnamədə o, müsbət xarakterli bir şəxs kimi səciyyələndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxsin, habelə şah idlərin ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Onların əməli düzgün tövsif olunmuş və onlar tərətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əh əmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Məhkum1 və Məhkum2 qeyd olunan cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Məhkum1 elan edilmiş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Məhkum1 CM-in 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəf li və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkumun müdafiəçisinin apelyasiya şikayətinin Məhkum1 ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olub xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməsi və ya onu idarə edə bilməməsi halında cinayət işi üzrə icraata xitam verilməli olması, anlaqlı vəziyyətdə cinayət törətməsi, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulması və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs hesab olunacağı təqdirdə isə cinayət məsuliyyətindən və cəzadan azad edilməli və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olması barədə dəlilləri əsaslı deyil. Təqsirləndirilən şəxs Məhkum1la bağlı cinayət işinə xitam verilməsi ilə bağlı apelyasiya şikayətində göstərilən xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamışdır. Ona görə də təqsirləndirilən şəxs Məhkum1 tibbi xarakterli məcburi tədbirlərin tətbiq eilməsinə zərurət yoxdur. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum2 apelyasiya şikayətinin təyin ed ilmiş cəzanın sərt olmaqla, cəzanın məqsədlərinə uyğun olmaması barədə dəlillərinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşmaya bilmir. Belə ki, işdə olan sübutlar təhlil edilərkən müəyyən olunr ki, təqsirləndirilən şəxs Məhkum2 Zərərçəkmiş şəxs qarşı törətdiyi əməldə niyyət və məqsədi tanışı Məhkum1 zərərçəkmiş şəxslə ailə qurmasına yardım göstərməsi olmuşdur. Məhkum2 Məhkum1 tərəfindən aldadıldığına görə, bu işdə zərərçəkmiş şəxsin də razılığının olmasını zənn etmişdir. Sonra Məhkum2 Məhkum1 yalan danışdığını başa düşmüş, zərərçəkmiş şəxsə geri qaytaracağını bildirmiş, sonra isə (12 iyun 2018-ci ildə, saat 15:09:17 və 15:31:28 dəqiqədə) təhqiqatçı Vasif Seyidovun istifadəsində olan ***-*****-** nömrəli mobil telefondan Məhkum2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona z ənglər edilmiş və o, polislərlə birlikdə zərərçəkmiş şəxsin olduğu yerə gəlmişdir. Məhkum2 etdiyi hərəkətin belə ağır nəticələrə səbəb olacağını və onlar üçün ciddi məhrumiyyətlərə səbəb ola biləcəyini anlamamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum2 təyin olunmuş cəzaya gəlincə, hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələdə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cina yət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əməllərin kriminallaşdırılmasında CM-in 8-ci maddəsində nəzərdə tutulan ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən ə məlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunan hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsill ərin CM- in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Məhkum2 törətdiyi cinayət əməlinə CM-in ədalət prinsipi baxımından yanaşıb, istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə və onun törətdiyi cinayət əməlinə görə on il m üddətə azadlıqdan məhrum etmə cəzası ədalətli görünmür və CM-in istinad olunan prinspi ilə tam uzlaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1- ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. CM-in 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mü lkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsini n qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1 -ci maddəsində isə göstərilir ki, məhkumların islah edilməsi-onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan hüquq normalarının mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin, hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticə sində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayəthüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməllər i edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qruplar ın həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Məhkum2 yuxarıda göstərilən əməllərinə görə CM-in 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddən də yüngül cəza təyin edilə bilər. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı r. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-in 59.1-ci maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etmə, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar hesab olunur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasının tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Məhkum2nin törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkməsi, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsə və onun qanuni nümayəndəsi olan atası ilə razılıq əldə edərək barışıq əldə etməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxs Məhkum2 əvvəll ər hər hansı bir məhkumluq həyatı yaşamaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunaraq özünün mehribanlığı və xoş rəftarı ilə kənd sakinlərinin hörmətini qazanan, ağıllı, mədəni və zəhmətkeş bir şəxs kimi tanınıb qiymətləndirilməsi onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edilməlidir. Çünki, CM-in 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1,14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdrən hal qismində nəzərə alına bilər. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılıqlığını bildirməsi, zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə nail olması və barışması onda mənəvi və ictimai dəyərlərə hörmət hisslərinin qorunub saxlandığına dəlalət etməklə, t utduğu əmələ görə öz-özünü məzəmmət etdiyini təsdiq edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs Məhkum2 qarşı heç bir şikayət və tələbinin olmaması, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət səciyyələndirilməsi öz növbəsində onu əhatə edən insanların təqsirləndirilən şəxsi kriminal ünsür kimi sıradan çıxarmadığını və onun islah olunacağına dair cəmiyyətdə inamın mövcud olmasına dəlalət edir. Bu apektdən yuxarıda göstərilən halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi CM-in fundamental pirinsiplərindən olan ədalət və humanizim pirinsipləri baxımından kifayət qədər əsaslı qəbul edilməlidir. Çünki, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxi lində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının fikrincə, artıq törədilmiş əməlin kriminallığını xeyli dərəcədə zəiflədən, onun ictimai təhlükəlilik dərəcəsini azaldan yuxarıda qeyd edilən halların olması təqsirləndirilən şəxs Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının həddi işin faktiki hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cinayətin məqsədi və motivi, təqsirləndirilən şəxsin cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onların davranışları ilə bağlı hallar (təqsirləndirilən şəxslərin apelyasiya i nstansiyası mərhələsində işə baxılması vaxtınadək zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə cəhd etmələri və onunla barışmaları, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmaması barədə məhkəmə kollegiyasında ifadə vermələri), habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilməli və təqsirləndirilən şəxs Məhkum2 barədə CM-in 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza təyin olunması məqsədəuyğun hesab olunmalıdır. CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə Məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı- ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür olur ki, CM-in 62.1 -ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törə dilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi. Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirm əlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Krcmar və digərlərinin Çex Respublikasına qarşı iş üzrə 03 mart 2000ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi, hər tərəfə onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitə qoymayan şəkildə öz işini təqdim etmək imkanın verilməsini tələb edir. Hər halda, ədalətli araşdırma anlayışı həmçinin çəkişmə əsasında həyata keçirilən məhkəmə araşdırması hüququnu nəzərdə tutur ki, bu hüquqa müvafiq olaraq tərəflər, yalnız öz tələblərinin təmin olunması üçün zəruri olan hər hansı sübutların aşkarlanması imkanına deyil, həm də bütün təqdim olunmuş sübutlardan və verilmiş mülahizələrdən xəbərdar olmaqla onlara dair məhkəmə qərarına təsiredi ci tərzdə öz dəlillərini gətirmək imkanına da malik olmalıdırlar. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum2 Məhkum1 tərəfindən tərəfindən aldadılaraq Zərərçəkmiş şəxs qaçırılmasına razılığı olmasını zənn edib onun Məhkum1la ailə qurması üçün oğurlamış, eyni zamanda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs Məhkum2 onunla razılıq əldə etməsinə göstərdikləri səyləri müsbət qiymətləndirərək, onunla barışmış və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum2 barədə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirib hesab edir ki, təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisinin apelya siya şikayəti qismən təmin edilməli, CM-in 62 maddəsi tətbiq edilməklə ona təqsirləndirildiyi CM-in 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan on ildən az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Apelyasiya şikayətinin Məhkum2 barədə CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə dəlilinə gəlincə, məhkəmə kollegiyası bununla razılaşa bilmir. Belə ki, CM-in 70.1 -ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik də rəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır (CM-in 70.2-ci maddəsi). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında’’ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1 -ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkün olsun. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, təqsirləndirilən şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olub - olmaması araşdırılmalıdır. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını müzakirə edərək. İşdən görünür ki, təqsirləndirilən şəxs Məhkum2 xüsusilə ağır cinayət əməli törətmiş və məhkəmə kollegiyası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə iş üzrə cəzanı yüngülləşdirən halların olmasını,ağırlaşdıran halların olmamasını müzakirə edib barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab etmişdir. Bu səbəbdən yuxarıda göstərilən əməlinə görə ona təyin edilmiş cəzasının şərti olaraq tətbiq edilməsi islah təsiri baxımından yetərli hesab edilə və təqs irləndirilən şəxs Məhkum2 barədə CM-in 70-ci maddəsi tətbiq oluna bilməz. Qanunun mənasına əsasən, şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, təqsirləndirilən şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq Məhkum2 cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməli, digər təqsirləndirilən şəxs Məhkum1 və onun müdafiəçisinn apelyasiya şikayəti isə təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, məhkə mə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. CPM-in 398.1.4-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır....”. Göründüyü kimi, apellaysiya məhkəməsi müdafiə tərəfinin şikayətlərin in həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla qismən razılaşdığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına, qanunun tələblərinə, İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun izahlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin faktiki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum1 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə is tinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı halla r, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, iş üzrə belə hallar və ya Məhkum1 törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində istinad edilən hallar da Məhkum1 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə əsas vermirlər. Kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə nəzərdə tutulan şərti məhkum etmənin tətbiq edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən mə hkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum2 cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. K assasiya şikayətində göstərilən hallar da Məhkum2 şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Şək i Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar