Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-78/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum, məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-231/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli q ərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1970-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının müəllimi vəzifəsində işləyən, tibb elmləri namizədi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 yanvar 2020-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin x eyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona övladı X6 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsində baxılan cinayət işi üzrə İsa Ağayevin cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olmasına dair müvafiq ekspert rəyi almaqla onu cinayət məsuliyyətindən azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 25 iyul 2017-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27 ünvanında y erləşən binanın həyətində əvvəlcə 6000 manat, 2017ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısında Şahid5 vasitəsilə 1000 manat, 30 iyul 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında isə Şahid6 vasitəsilə 2000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs ümumilikdə 9000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona övladı X6 Azərbaycan Respublikasının CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində baxılan cinayət işi üzrə İsa Ağay evə anlaqsız vəziyyətdə olmasına dair müvafiq ekspert rəyi almaqla ona verilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2007-ci ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri ərazisində X7 vasitəsilə 1000 manat, 2007ci ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X1 Nəsimi rayon şöbəsində Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 12733 manat 50 qəpik ekvivalentində 15000 ABŞ dolları, 2007-ci ilin noyabr ayının ortalarında həmin ünvanda Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 8481 manat ekvivalentində 10000 ABŞ dolları, 2007-ci ilin noyabr ayının sonlarında həmin ünvanda Bəhlul Ağayevin vasit əsilə 5000 manat, 2007-ci ilin dekabr ayının sonlarında ünvan 7 ünvanında yerləşən Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında milli valyuta ilə 2536 manat 50 qəpik ekvivalentində 3000 ABŞ dolları, 2008-ci ilin yanvar ayının əvvəllərində ünvan 9 ünvanında yerləşən “Esmira” şadlıq sarayının yaxınlığında Bəhlul İsayevin vasitəsilə 5000 manat, 2008-ci ilin mart ayının ortalarında Məhkəmə Tibbi Ekspertiza və X1 Nəsimi rayon şöbəsində milli valyuta ilə 10065 manat 60 qəpik ekvivalentində 12000 ABŞ dolları, 2009-cu ilin yanvar ayının sonlarında ünvan 10 ünvanında yerləşən yaşadığı evdə 8000 manat, 2009-cu ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində yerləşən kafedə Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 6835 manat 70 qəpik ekvivalentində 8500 ABŞ dollar ı, 2009cu ilin iyul ayının ortalarında həmin kafedə Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 1608 manat 60 qəpik ekvivalentində 2000 ABŞ dolları, 2010-cu ilin oktyabr ayının ortalarında Məhkəmə Tibbi Ekspertiza və X1 Nəsimi rayon şöbəsinin qarşısında Bəhlul Ağayevin vasitəsilə milli valyuta ilə 10419 manat 50 qəpik ekvivalentində 13000 ABŞ dolları, 2010-cu ilin noyabr ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X1 Nəsimi rayon şöbəsində Şahid6 vasitəsilə 3000 manat, 2010cu ilin dekabr ayının əvvəllərində ünvan 10 ünvanında yerləşən yaşadığı evdə milli valyuta ilə 3600 manat ekvivalentində 4500 ABŞ dolları, 2010-cu ilin dekabr ayının ortalarında həmin ünvanda 6000 manat, 2011-ci ilin yanvar ayının ortalarında həmin ünvanda 3000 manat, 2011-ci ilin mart ayı nın ortalarında həmin ünvanda Bəhlul Ağayevin vasitəsilə 1800 manat, 2011-ci ilin iyun ayının sonlarında həmin ünvanda milli valyuta ilə 15738 manat ekvivalentində 20 000 ABŞ dolları, 2012-ci ilin fevral ayının ortalarında həmin ünvanda milli valyuta ilə 4716 manat 60 qəpik ekvivalentində 6000 ABŞ dolları, 2012-ci ilin fevral ayının sonlarında Məhkəmə Tibbi Ekspertiza və X1 Nəsimi rayon şöbəsində 5000 manat, 2013-cü ilin yanvar ayının əvvəllərində ünvan 11 ünvanda milli valyuta ilə 3139 manat 20 qəpik ekvivalentində 4000 ABŞ dolları, 2013-cü ilin yanvar ayının ortalarında həmin ünvanda 1200 manat, 20 yanvar 2013-cü il tarixdə Şahid2 vasitəsilə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında 1000 manat, 2014-cü ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu ərazisində isə 3000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş səxs Zərərçəkmiş şəxs ümumilikdə 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. 3. 20 fevral 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək ona övladı X6 Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci, 177.2.2ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Abşeron Rayon Məhkəməsində baxılan cinayət işi üzrə İsa Ağayevin cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olmasına dair müvafiq ekspert rəyi almaqla onu cinayət məsuliyyətindən azad etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 25 iyul 2017-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27 ünvanında yerləşən binanın həyətində əvvəlcə 6000 manat, 2017ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısında Şahid5 vasitəsilə 1000 ma nat, 30 iyul 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında isə Şahid6 vasitəsilə 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 9000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-393/2020 nömrəli, 06 noyabr 2020ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məh rum etmə cəzası saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 noyabr 2020-ci il tarixdən hesablanması qərara alınmış, Zərərçəkmiş şəxs 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməsi hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2, eləcə də Zərərçəkmiş şəxs tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-231/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-393/2020 nömrəli, 06 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin olunmuş 02 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 06 (altı) ay azaldılmış, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. K assasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum bəraət verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-231/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinay ət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməli olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-231/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respub likası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
18. Məhkum yuxarıda təsvir edildiyi əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Həmin nəticəyə görə, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsində özünü təqsirli bilməsə də, onun bu əməli törətməsi zərərçəkmiş şəxsin, məhkəmədə dindirilmiş və məhkəmə iclasında təd qiq edilərək ifadəsi elan olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam sübuta yetirilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum qeyd edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, sonuncunun əməlində həmin Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-c i maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
21. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq dü zgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiyası məhkəməsinin hökmünü yalnız cəza hissəsində dəyişdirmiş və cinayət işinin hallarına uyğun ədalətli qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
22. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)231/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədə n saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-231/2021 nömrəli, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.