Məhkəmə qərarları › İş №1(102)-78/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-78/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-78/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Bəraət almış şəxs X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2024-cü il tarixli 1(103)-1321/2024 nömrəli qərarından xüsusi ittihamçı Önder Tulumbacının nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim Sülhanə H acıyeva) 05 aprel 2024-cü il tarixli 1(011)-175/2024 nömrəli hökmü ilə 11 aprel 1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilmişdir. İşin halları: Önder Tulumbacı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını və ona həmin maddənin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsasla ndırılmışdır ki, X7 “Facebook” və sair sosial şəbəkələrdə yalan məlumat yayaraq illərlə çəkdiyi əziyyətlər nəticəsində cəmiyyətdə hörmət görən şəxs kimi göstərdiyi fəaliyyətinə kölgə düşürmüş, eyni zamanda onu fırıldaqçılıq və dələduzluqla ittiham edərək işgüzar nüfuzunu ciddi şəkildə zədələmişdir. Belə ki, X7 heç bir hüquqi əsası olmadan, barəsində 2021-ci ildə bütün məhkəmə instansiyaları tərəfindən təsdiqlənmiş və qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olan bir məsələ haqqında cəmiyyətdə ikrah hissi yaradacaq ifadələr işlətmiş, yaydığı yalan ifadələr və eyni zamanda cəmiyyətin həssas olduğu mövzuları öz mövqeyinə uyğun (bəlkə də şəxsi çıxarları, populyarlıq qazanmaq istəyi və ya mənafeyi uğruna) və yalan-yanlış təhrif edərək qanundan irəli gələn fəaliyyət nəticəsində süni mayala nmadan doğulan uşaqları "bıcbala" adlandıraraq həm bu üsulla övlad sahibi olan ailələri, həm də bu uğurda bir həkim kimi gərgin əmək sərf edən onun fəaliyyətini ciddi ləkə və şübhə altında buraxaraq ifadələr işlətmiş, anlaşılmaz mövqe sərgiləmişdir. Əkrəm Həsənov 12 fevral 2024-cü il tarixli həmin paylaşımda aşağıdakı mövqeyini müzakirəyə çıxartmışdır: "Bicbalalığın leqallaşdırılması (Ali Məhkəmənin təəccüblü mövqeyi: süni mayalanmaya gedən kişilər, ehtiyatlı olun!) Deməli, süni mayalanma nəticəsində ailədə əkiz övladlar dünyaya gəlib. 7 ildən sonra boşanıblar. Bu əsnada arvad kişiyə deyib ki, sən heç uşaqların atası da deyilsən (amma aliment tələb edib və alıb da). Sən demə, kişi tam sonsuzdur. Belə çıxır ki, bunu bilən həkim (Türkiyə əsilli Önder Tulumbacı) arvada başqa kişinin donorluğu ndan istifadə etməyi təklif edib, o da razılaşıb. Amma bunu kişidən gizlədiblər. Bu halda klinika sübut etməlidir ki, kişi yazılı formada razılıq verib. Amma klinika həmin razılığı məhkəməyə təqdim edə bilməyib. Deməli, razılıq da olmayıb. Olmayıbsa, digər kişinin donorluğundan istifadə qanunsuz olub. Arvad və klinika (həkim) sövdələşərək kişini aldadıblar. Odur ki, süni mayalanmaya gedən kişilər və qadınlar! Müqaviləni dönə-dönə oxuyun, həkimləri dəfələrlə xəbərdar edin ki, fırıldaq etməsinlər. Ən əsası isə uşaq doğulandan sonra azı iki fərqli yerdə DNT analizi etdirin ki, uşağın valideyni olduğunuza əmin olasınız. Xüsusən də bu kişilərə aiddir. Çünki bicbalaların doğulması, bir qayda olaraq, qadınların razılığı ilə baş verir. Sonradan da məhkəmələr bu fırıldağa qanuni don geyindirir. Həm in yalan və böhtan ifadələrlə dolu olan paylaşma eyni şəbəkə üzərindən 40-a yaxın paylaşma və 100 yaxın rəy gəlib. Əkrəm Həsənov rəylərin altında özü birbaşa onun fırıldaqçılıqla məşğul olduğunu, lakin məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırmaq, rüşvət və s.) bu hala haqq qazandırıldığını ifadə etmişdir. X1 paylaşımını görən bir neçə kütləvi informasiya vasitəsi (internet qəzetləri, jurnalistlər və s.) həmin xəbərə istinad edərək fərqli-fərqli paylaşım vasitələri ilə məlumatı geniş oxucu kütləsinə yaymışdılar. Bunun da nəticəsində onun işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Əkrəm Həsənovun paylaşımı, paylaşımında və etdiyi şərhlərdə (kommentariya) onu fırıldaqçılıqla ittiham etməsi 20 illik fəaliyyəti ərzində müalicə almış pasyentlərində ciddi narahatçılıqlar yaratmışdır. Bun unla əlaqədar hər kəs ona zəng vuraraq öz uşaqları, süni mayalanma ilə əlaqədar narahat olduqlarını və eyni zamanda təşvişdə olduqlarını bildirərək onun iş fəaliyyətini kəskin şəkildə yarıtmaz vəziyyətə qoymuşdur. Şəxs heç bir hüquqi əsası olmadığı halda 20 ildir Azərbaycanda şərəflə fəaliyyət göstərib övladı olmayan yüzlərlə, minlərlə ailənin övladı olmasına vasitəçilik edən həkim kimi onun əməyini heç etmiş və ciddi olaraq işgüzar nüfuzuma zərər yetirib fəaliyyətini ləkələmiş, töhmət altında buraxmışdır. Hesab edir ki, şəxs bunu məqsədli olaraq etmişdir. Hazırda demək olar ki, pasiyentləri və cəmiyyət nəzdində fəaliyyətinə şübhə ilə yanaşılan, dələduz, yarıtmaz və fırıldaqçı həkim töhməti almış vəziyyətdədir. Keçmiş illər ərzində tibbi xidmət almış hər kəs göstərdiyi xidmətlərə dair sənə dləri tələb edir, özlərinin də sanki fırıldağa qurban getdiyini düşünərək onu haqsız olaraq qınayırlar. Bütün bunlar onun həkim kimi şərəfli fəaliyyətinə ciddi ziyan yetirmiş, hazırda gün ərzinə 100-lərlə olan pasiyent müraciəti demək olar ki, əhəmiyyətli dərəcədə azalmışdır. Pasiyentlərin hər gün müxtəlif telefon nömrələrindən yayılan məlumatları və onu fırıldaqçılıqla ittiham etmələri barədə yaydıqları şər-böhtan məlumatlarını görəndə, bütün əhvalı alt-üst edərək iztirab çəkməyimə səbəb olurlar. Hesab edir ki, X7 bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətmişdir və bu əməlinə təkidlə davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin böhtan, yəni yalan olduğ unu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, O min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, yuxarıda yazılanları nəzərə alaraq, vətəndaş X7 barəsində AR Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ünvanıma işlətdiyi şərəf və ləyaqətimizi alçaldan həqiqətə uyğun o lmayan yalan və böhtan xarakterli məlumatları yaymağı nəticəsində cəmiyyətdə mənim barəmdə olduqca mənfi rəy formalaşdırmış, bununla da o, nəzərə alsaq ki - həm uzun illəri əhatə edən əmək fəaliyyətini, həm də telekanallarda tanınan şəxs olmağı ilə əlaqədar onun İşgüzar nüfuzuna və ictimai mövqeyinə ciddi zərbə vurmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna ma likdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd olunmuşdur ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətinin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinin dispozisiya “yalan olduğunu bilə-bilə” “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi infomasiya vasitəsində” “şərəf və ləyaqəti və ya onu nüfuzdan salan məlumatları yayma” və s. ayrılıqda götürülən xüsusatları müəyyənləşdirmək və təqsirləndirilən şəxsin əməlinə istinad etmək xüsusi ittihamçının sübutetmə vəzifəsinə aiddir. Bundan başqa, ona qarşı böhtan hesab etdiyi hərəkətlərə münasibətdə xüsusi ittihamçıların şəxsiyyəti və cəmiyyətdə tutduğu mövqə də əhəmiy yət kəsb edir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Belə ki, şikayətə əlavə olunmuş çıxarışlarda və video diskdə "CD" yer alan Əkrəm Həsənovun hərkəsə açıq facebook paylaşımı, həmin paylaşıma istinad edilən şərhlər və digər KİV paylaşımları (Medicina.az saytı -xx.xx.2024 buraxılışı, Haqqın.az saytı xx.xx.2024 buraxılışı, Showxeber saytı – xx.xx.2024 buraxılışı) mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məcəllənin 7-ci maddəsinə görə isə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuşdur. Belə ki, göstərdiyimiz sübutlarla təqsirləndirilən şəxslər tərəfindən Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şər əf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyamnaməsində, 1966-cı il "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz."İnsan Hüquqları və Əsas azadlıqların Müdafiəsi Haqqında" 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən "İfadə” anlayışına genişləndirici təsvir verilir. Handisayd Böyük Britaniyaya qarşı işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinazsız qəbul edilən "məlumat" və "ideyaları", həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran "məlumat" və "ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndinə müvafiq olaraq “məlumat əxlaqi prinsiplər, istehsalat-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa o, şərəf və ləyaqəti ləkələyə n məlumat hesab edilir”. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 37.2, 74.3, 88, 293.3, 298-ci maddələrinin tələblərinə əsasən, 2024cü il tarixdə yayımlanan "BİCBALALİĞİN LEQALLAŞDİRİLMASİ" başlıqlı paylaşımdakı şərəfimi, ləyaqətimi və işgüzar nüfuzumu ləkələyən və həqiqətə uyğun olmayan məlumatların şər, böhtan olduğuna görə X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Əfqan Ələkbərov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Zaur Hüseynov) 11 iyun 2024-cü il tarixli 1(103)-1321/2024 nömrəli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 1(011)-17 5/2024 nömrəli hökmü ilə dəyişdirilmədən saxlanılmış, xüsusi ittihamçı Önder Tulumbacı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Xüsusi ittihamçı Önder Tulumbacının nümayəndəsi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2024-cü il tarixli 1(103)-1321/2024 nömrəli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı Önder Tulumbacının nümayəndəsi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, X7 11 fevral 2024-cü il tarixdə “Facebook” və sair sosial şəbəkələrdə Önder Tulumbacının foto şəkilini yerləşdirməklə ona qarşı böhtan və təhqir xarakterli çıxışlar edərək onu nüfuzdan salmış, həmçinin ş ərəf və ləyaqətini alçaltmışdır. Yalan və böhtan ifadələrlə dolu olan paylaşma eyni şəbəkə üzərindən 40-a yaxın paylaşma və 100-ə yaxın rəy gəlib. Əkrəm Həsənov rəylərin altında özü birbaşa Önder Tulumbacının fırıldaqçılıqla məşğul olduğunu, lakin məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırmaq, ələ almaq və s.) bu hala haqq qazandırıldığını ifadə etmişdir. X1 paylaşımını görən bir neçə kütləvi informasiya vasitəsi (internet qəzetləri, jurnalistlər və s.) həmin xəbərə istinad edərək fərqli-fərqli paylaşım vasitələri ilə məlumatı geniş oxucu kütləsinə yaymışlar. Bunun da nəticəsində onun işgüzar nüfuzuna ciddi zərər vurulmuşdur. Kassator hesab edir ki, hazırkı cinayət işi üzrə hökm çıxarmış hakim təqsirləndirilən şəxsə CM-in 147-ci maddəsi ilə bəraət verərkən xüsusi ittihamçı tərəfind ən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və yalnız Əkrəm Həsənovun özünümüdafiə xarakterli ifadələrini əsas götürmüşdür Məhkəmələrdə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün hüquqi qiymət verməyərək hesab etmişlər ki, təqsirləndirilən şəxs X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmələr törədilmiş əməldə cinayətin əlamətlərinin olmasını müəyyən edərkən, məhkəmə təcrübəsinə müvafiq olaraq, toplanmış sübutları tədqiq etməklə yanaşı, “Azərbaycan dilinin izahlı lüğəti”nə də nəzər salmamış, təqsirləndirilən şəxs Əkrəm Həsənovun xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində kütləvi nümayiş etdirilən internet informasiya ehtiya tında söylədiyi məlumatların məzmun və ifadə tərzi baxımından onun şərəfi, ləyaqəti və işgüzar nüfuzunu ləkələməsini cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etməmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəməyə məhkəmə-linqvistik ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir ki, Əkrəm Həsənovun onun barəsində dediyi fikir və ifadələrin böhtan olub-olmadığını müəyyən edilsin. Lakin həmin vəsatət təmin edilməmişdir. Məhkəmə obyektiv və ədalətli qərar qəbul etmək üçün ilk öncə qeyd etdiyi ekspertizanı keçirtməli və bu sahədə mütəxəssis olan ekspertin verdiyi rəyi digər sübutlarla bir yerdə qiymətləndirməli idi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Xüsusi ittihamçı Önder Tulumbacının nümayəndəsi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Əkrəm Həsənova əsassız olaraq CM-in 147.1-ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, A zərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulm uş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan bütün əlamətlərin mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Həmin əlamətlərin mövcudluğu məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən olunur. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunveric iliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər fa ktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Həmin Qərarın 7-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin president hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlum atların yayılması. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Böhtan atan şəxsin təqsirinin müəyyən edilməsi üçün onun yaydığı məlumatın yalan olmasını bildiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan mə lumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, X3 “Facebook” sosial şəbəkəsində yazdığı post Ali Məhkəmənin Mülki Kollegiyasının (102)-586/2021 saylı iş üzrə 15 mart 2021-ci il tarixli qərarında qeyd edilən halların əks etdirilməsindən ibarətdir. Həmin postdan da görünür ki, o, yazmış olduğu yazısını işdə iddiaçı və cavabdehin cümlələrinə istinad etmiş, daha sonra isə özünün suby ektiv fikirlərini əsaslandırmışdır. Həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin adı da çəkilən qərarda əks olunmuşdur. Əkrəm Həsənovun yazmış olduğu postun altında ki, şərhlərdə isə böhtan cinayətinin tərkib əlamətləri müəyyən edilməmiş, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Ə.Həsənovun xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi fırıldaqçılıqda ittiham etməsi qeyd edilmiş olsa belə, göstərilən hal onun tərəfindən təqdim edilmiş heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə iş materiallarına əsasən haqlı qənaətə gəlir ki, X7 “məhkəmə fırıldağa haqq qazandırıb” şərhi isə onun adı çəkilən qərarı tənqidi kimi qiymətləndirilməlidir. Beləliklə iş materiallarından Ə.Həsənovun öz yazdığı postda kiməsə qarşı böhtan atması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab e dir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Ə.Həsənov xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin barəsində heç bir yalan məlumat yaymamış, onun tənqid mövqeyi məhkəmənin qərarı barədə fikirlərindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinə əsasən işə baxıb apellyasiya şikayətlərinin eyni məzmunlu dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmaqla hesab edir ki, X3 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə ona bəraət verilməli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəx sə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət törədilməsində aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Azərbaycan Respublikası CM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqib i ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Həmin Məcəllənin 42.1.1- 42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs ə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmələr tərəfindən xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin iş üzrə məhkəmə-lingvistik ekspertizasının keçirilməsi barədə vəsatətinin təmin edilməməsi və bu səbəbdən əsassız və iş hallarına uyğun olmayan nəticəyə gəlməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd edilmişdir ki, X7 şikayətçi Tulunbacı Önderə böhtan atmış və onun Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunmuşdur. Bəraətin əsasını Ə.Ş.Həsənov tərəfindən yayılan məlumatda hər hansı yalan faktın olmaması təşkil etmişdir. Məlumatın həqiqiliyi və ya yalan olması linqvistik ekspertizanın araşdırma predmeti olmadığından məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən həmin ekspertizanı keçirmək barədə vəsatətin təmin edilməməsi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına, eləcə də iş üzrə qanunauyğun qərarın qəbul edilməsinə heç bir təsir göstərməmişdir. Göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri müvafiq olaraq hökm və qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərinə riayət edilmiş, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X3 oğlu barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayət təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyun 2024-cü il tarixli 1(103)-1321/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni o lmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X7 barəsindəki 11 iyun 2024cü il tarixli 1(103)-1321/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar