Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-780/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum1 və X2 və Məhkum2 müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarından Məhkum1, məhkum X4 və onun müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal Ağayev və Səbuhi Hüseynov 06 aprel 2022-ci il tarixli, 1(101)-242/2022 saylı hökmü ilə xx xxxx 1991-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Massiv, nömrəsiz evdə müvəqqəti pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 182.2.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablanmışdır. 08 avqust 1990-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta t əhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Şirvani küçəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-in 182.2.1-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, 11 (on bir) il müddətinə azadlıq dan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum3 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etməklə hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Belə ki, Məhkum1 özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən təsadüfən tanıdıqları Zərərçəkmiş şəxs ilə 2021-ci ilin mart ayının ortalarında günorta saatlarında ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Mitsubishi” markalı, L200 modelli, 10- PZ-457 dövlət qeydiyyat nişanlı avtomobildə görüşüb sonuncuya «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsinin onlara həvalə edildiyini bildirdikdən sonra, Məhkum1, əlində tutduğu bıçağı nümayiş etdirərək tanışı Məhkum2lə birlikdə Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə 1500 (min beş yüz) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmiş və həmin gün günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən «Red Motors» avtoservisinin qarşısında hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin 150 (yüz əlli) manat hissəsini, həmin gün axşam saatlarında isə ünvan 3 ünvanda hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin digər 150 (yüz əlli) manat hissəsini Zərərçəkmiş şəxs alıb ələ keçirmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar gizli talama məqsədi ilə tanışı Məhkum2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart ayının ortalarında gecə saatlarınd a birlikdə ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına gəlib orada saxlanılmış, Zərərçəkmiş şəxs faktiki olaraq sahibliyində olan və etibarnamə əsasında idarə etdiyi dəyəri 14.000 (on dörd min) manat təşkil edən “VAZ 2121” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq, qrup üzvü Məhkum2 avtomobilin qabaq sərnişin oturacağında əyləşməsindən sonra, Məhkum1 salondakı açarla mühərriki işə salıb avtomobili hərəkətə gətirmə üsulu ilə birlikdə gizli olaraq təkrar talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar açıq talama məqsədi ilə tanışlarıMəhkum2 və Məhkum3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, arala rında olan cinayətkar razılığa əsasən cinayətkar qrupun üzvü Məhkum3 02 may 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb görüşmək bəhanəsi ilə ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına çağırmış, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121" markalı 90- NY894 dövlət qeydiyyat nişanlı avtomobildə qeyd edilən ünvana gəldikdə o, Məhkum2 və Məhkum3 ibarət qrup üzvləri ilə birlikdə 02 may 2021-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəza çəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsi üçün tələb etdikləri 4000 (dörd min) manat pul vəsaitini vermə yəcəyini anladıqdan sonra Zərərçəkmiş şəxs dəyəri 600 manat təşkil edən “İphone" markalı X modelli mobil telefonu ələ keçirmək məqsədi ilə əvvəlcə Məhkum1 və Məhkum3 silah qismində istifadə etdikləri təyinatı istintaqla araşdırılan bıçaq və odlu silaha bənzər əşyanı nümayiş etdirməklə, cinayətkar qrupun digər üzvü Məhkum2 isə döyəcəyini bildirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində əmlakı ələ keçirməklə təkrar quldurluq etmişdir. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını tələb etməklə hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfin dən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Belə ki, Məhkum2, özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən təsadüfən tanıdıqları Zərərçəkmiş şəxs ilə 2021-ci ilin mart ayının ortalarında günorta saatlarında ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Mitsubishi” ma rkalı, L200 modelli, 10- PZ-457 dövlət qeydiyyat nişanlı avtomobildə görüşüb sonuncuya «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsinin onlara həvalə edildiyini bildirdikdən sonra Məhkum1, əlində tutduğu bıçağı nümayiş etdirərək onunla birlikdə Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərəcəyi hədəsi ilə 1500 (bir min beş yüz) manat pul vəsaitini hədə-qorxu ilə tələb etmiş və həmin gün günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən «Red Motors» avtoservisinin qarşısında hədə-qorxu ilə tələb etdikləri pul vəsaitinin 150 (yüz əlli) manat hissəsini, həmin gün axşam saatlarında isə ünvan 3 ünvanda hədə-qorxu ilə tələb etdi kləri pul vəsaitinin digər 150 (yüz əlli) manat hissəsini Zərərçəkmiş şəxs alıb ələ keçirmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar gizli talama məqsədi ilə tanışı Məhkum1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin mart ayının ortalarında gecə saatlarında birlikdə ünvan 4 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına gəlib orada saxlanılmış, Zərərçəkmiş şəxs faktiki olaraq sahibliyində olan və etibarnamə əsasında idarə etdiyi dəyəri 14.000 (on dörd min) manat təşkil edən “VAZ 2121” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındıraraq, onun avtomobilin qabaq sərnişin oturacağında əyləşməsindən sonra, Məhkum1, salondakı açarla mühərriki işə salıb avtomobili hərəkətə gətirmə ü sulu ilə birlikdə gizli olaraq təkrar talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını təkrar açıq talama məqsədi ilə tanışlarıMəhkum2 və Məhkum3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılığa əsasən cinayətkar qrupun üzvü Məhkum3 02 may 2021-ci il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb görüşmək bəhanəsi ilə ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına çağırmış, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2121” markalı 90- NY894 dövlət qeydiyyat nişanlı avtomobildə qeyd edilən ünvana gəldikdə o, Məhkum1 və Məhkum3 ibarət qrup üzvləri ilə birlikdə 02 may 2021-ci il tarixdə günorta saatlarında ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs «kriminal avtoritet» hesab edilən «böyük qardaş» adlandırdıqları, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəza çəkmə müəssisələrindən birinə «qrev» sovqat göndərilməsi üçün tələb etdikləri 4000 (dörd min) manat pul vəsaitini verməyəcəyini anladıqdan sonra Zərərçəkmiş şəxs dəyəri 600 manat təşkil edən “İphone” markalı X modelli mobil telefonu ələ keçirmək məqsədi ilə əvvəlcə Məhkum1 və Məhkum3 silah qismində istifadə etdikləri təyinatı istintaqla araşdırılan bıçaq və odlu silaha bənzər əşyanı nümayiş etdirməklə, o isə döyəcəyini bildirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində əmlakı ələ keçirməklə təkrar quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 21 iyul 2022-ci il tarixli, 1(103)-1306/2022 nömrəli qərarı Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum1, onun müdafiəçisi Müdafiəçi2 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin olunmuş cəzanın endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 və onun müdafiəçisi Raman Abışov kassasiya şikayətləri verərək Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarını ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ilk məhkumluğu, tutduğu əməldən peşmançılıq çəkməsi, öhdəsində iki azyaşlı körpəsinin olması nəzərə alınaraq ona təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməlidir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə sübutlar kifayət qədər araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmamış, bütün şübhələr qanunvericiliyə zidd olaraq onun əleyhinə şərh edilmişdir. İş üzrə zərərçəkmiş şəxs ifadəsində dəfələrl ə qeyd etmişdir ki, ona qarşı quldurluq cinayətini Məhkum1 və Məhkum3 törətmişlər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iş üzrə bütün sübutları təhlil etməmiş, CPM-n 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir. Kassasiya şikayətinin dəlillərini Məhkum2 və onun müdafiəçisi Raman Abışov birgə verdikləri kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət işində cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkum2 ibtidai istintaqda verdiyi İfadələrinin ittihamda nəzərdə tutulan “əməllərin” törəmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar ətraflı araşdırmamış, sübutların məcmusu ilə düzgün təhlil etməmişdir. Belə ki, Məhkum2 zərərçəkmişin istifadəsində olan “Lada” VAZ 2111 markalı, **-NY*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlamaq niyyəti ilə Bakı şəhəri, Aşıq Molla Cümə küçəsində yerləşən 15A saylı yaşayış binasının qarşısına getməmiş, həmin ünvana Məhkum1 xahişi ilə birlikdə Ceyhunun Zərərçəkmiş şəxs borca verdiyi 1500 manat pulun alınması üçün getmişdir. Məhkum1 həmin ünvana getməmişdən əvvəl ona bildirmişdir ki, o Zərərçəkmiş şəxs borca pul vermişdir. Məhkum1 və Məhkum2 arasında Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə əvvəlcədən hər hansı bir razılaşma və cinayət əlaqəsi yaradılmamışdır. Məhkum2 iş üzrə digər təqsirləndirilən şəxs Məhkum3 tanımamışdır. Bu faktı Məhkum3 məhkəmə istintaqında izahatında təsdiqləmişdir. Bundan başqa Məhkum2 Məhkum1 2 il əvvəlcədən tanımışdır və Zərərçəkmiş şəxs Məhkum1 vasitəsilə tanımışdır. Məhkəmələr Məhkum2 müdafi əçisinin vəsatətlər verməsinə baxmayaraq cinayət prosesi tərəfinin təqdim etdiyi və irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmişdir. Həmçinin məhkəmə qərarında Məhkum2 ilə bağlı ziddiyyətli məqamlar çox olmuş və ondan biri də, qərarda qeyd edilir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxsin cəza çəkdiyi cəza çəkmə müəssisələrindən birinə “qrev” sovqat göndərilməsi üçün tələb etdikləri 4000 manat pul vəsaitini verməyəcəyini anladıqdan sonra Zərərçəkmiş şəxs dəyəri 600 manat təşkil edən “İPHONE" markalı X modelli mobil telefonu ələ keçirmək məqsədilə əvvəlcə Məhkum1 və Məhkum3 silah qismində istifadə etdikləri təyinatı istintaqla araşdırılan bıçaq və odlu silaha bənzər əşyanı nümayiş etdirmək lə, cinayətkar qrupun digər üzvü Məhkum2 isə döyəcəyini bildirməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə Zərərçəkmiş şəxs məxsus 600 manat dəyərində əmlakı ələ keçirməklə təkrar quldurluq etmişdir. Zərərçəkmiş şəxs ifadəsində, eləcə də Məhkum1 və Məhkum3 ifadəsində Məhkum2 Zərərçəkmiş şəxs onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın sübuta yetirilmir, buna baxmayaraq hər iki məhkəmə instansiyası bu faktı tədqiq etməkdən yayınmışdır. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Məhkum3 maşının arxa oturacağında əyləşmişdir. Ceyhun sonradan maşının qabaq oturacağında əyləşmiş, danışıqlara şahidlik edən Azad Novruzovun harada əyl əşməsi qeyd olunmur. Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, görüşün sonunda Fəhrad gəlmişdir və guya işin nə yerdə olduğunu soruşmuş, Ceyhun və Ramil baş verənlər barədə danışdıqdan sonra Fərhad yumruğunu qaldırıb onu döyməklə hədələdikdən sonra mobil telefonu ilə birlikdə hətta avtomobilinin də həmin yerdə qalmasının lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs bu ifadəsinin düzgünlüyünü yoxlamaq üçün Azad Novruzovun ifadəsinin alınması zəruri olduğundan hər iki məhkəmə instansiyası bu prosessual hüquqdan istifadə etməmişdir. Məhkum2 həqiqətən Zərərçəkmiş şəxs basqın edilən zaman orada olmuşdurmu, Zərərçəkmiş şəxs yumruğunu qaldırmaqla hədələmişdirmi? Bu suallar cavabsız qalmışdır və təqsirləndirilən şəxslərin ifadələri ilə bu sübuta yetirilməmişdir. Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətl ər Məhkəməsində ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışıq əldə edildiyini, onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi Zərərçəkmiş şəxs ərizə verməsinə əsas olmuş hansı halın olmasını araşdırmamışdır, münasibət bildirməmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, Məhkum2 şübhəli şəxs qismində saxlanıldığı andan 10 gün keçənədək onun müdafiəsi təşkil olunmamışdır. Prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin olmadığı üçün ibtidai araşdırma düzgün aparılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbay can Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in no rmalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum2 və onun müdafiəçisi Raman Abışovun kassasiya şikayətlərinin başlıca dəlili Məhkum2 qeyd olunan cinayət işi üzrə təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin mü əyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. İş materiallarından görünür ki, Məhkum2 özünü yuxarıda qeyd edilən maddələr ilə təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməli onun özünün, iş üzrə digər məhkumların cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin keçirilməsi haqqında protokolları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum2 məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun məhkəmədə verdiyi ifadəsinin işin hallarına uyğun olmaması və iş üzrə digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Hər iki instansiya məhkəmələri iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətlərinin və həmin şikayətlərə əlavənin əsasını təşkil edən dəlillər, yəni Məhkum2 cinayət törədilməsində iştirakının olub-olmaması araşdırılmış, sübutlara və işin hallarına hüquqi qiymət verilmiş, həmin məsələyə tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış, qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.4, 181.2.1, 181.2.2, 181.2.5 və 182.2.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi sübut edilmiş, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum2 barəsində olan apellyasiya məhkəməsinin qərarının əsassız və qanunsuz olması barədə dəlilləri ilə razılaşmır. Cinayət işinin materialla rından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum2 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkum1 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən yüngülləşdirici halları nəzərə al madan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai tə hlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublika sı Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Göründüyü kimi, məhkəmə Məhkum1 cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaəti nə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum2 və Məhkum1 barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kas sasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyul 2022-ci il tarixli qərarı məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-780/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-780/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver