Məhkəmə qərarları › İş №1(102)-780/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-780/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-780/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs2 Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim: Hüseynli Hüseyn İnanc oğlu ) 12 aprel 2023-cü il tarixli hökmü ilə xx.xx.1970-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Qızıl Aypara Cəmiyyətinin ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi r. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 14 (on dörd) gün müddət, ümumilikdə 5 (beş) ay 16 (on altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmiş, cəzaçəkmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci iltarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Əhmədov Həsən Hüseyn oğlu və İbrahimli İbr ahim Adil oğlundan ibarət tərkibdə) 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(003)-56/2023 saylı hökmü dəyişdirilmiş, Məhkum barəsində olan cinayət işi üzrə onun Zərərçəkmiş şəxs2 5.000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilmişdir. Zərərçəkmiş şəxs2 hazırki işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 sonuncunu işə düzəldəcəyini yalan vədlər vermiş, Zərərçəkmiş şəxs7 09 iyun 2021-ci il tarixdə 6000 manat pulu və 11 iyun 2021-ci il tarixdə isə 4000 manat pulu "Bank of Baku” ASC-nin Nəsimi filialı vasitəsi ilə Məhkum məxsus **********871826144 saylı bank heabına göndərmiş, sonuncu vahid niyyətlə əhatə olunmuş qəsdlə ona məxsus bank hesabına daxil olmuş ümumilikdə 10000 (on min) manat xeyli miqdarda pulu əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs6 aldadaraq, sonuncunu məktəbdə işə düzəldəcəyini yalan vəd verərək, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs6 Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində 2000 (iki min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs6 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs4 aldadaraq, oğlu X9 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyində işə düzəldəcəyini yalan vəd verib, Zərərçəkmiş şəxs4 vahid niyətlə əhatə olunan qə sdlə 20 avqust 2021-ci il tarixdə Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən "Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsi”-də 4000 (dörd min) manat pulu və 25 avqust 2021-ci il tarixdə Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən "Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsi”-də 5000 (beş min) manat xeyli miqdarda pulu əldə edib, Zərərçəkmiş şəxs4 ümumilikdə 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs11 aldadaraq, sonuncunu X7 dənizdə olan buruqlarda işə düzəldəcəyini yalan vəd verərək, 2021-ci ilin sentyabr ayının 20-də Zərərçəkmiş şəxs11 Şirvan şəhəri, İ.Qayıbov küçəs ində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində 1750 (min yeddi yüz əlli) manat pulu əldə edib, Zərərçəkmiş şəxs11 ümumilikdə 1750 ( min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayon sakini Zərərçəkmiş şəxs8 aldadaraq, sonuncunun oğlu Nurlan Soltanovu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzəldəcəyini yalan vəd vermiş, Zərərçəkmiş şəxs8 06 oktyabr 2021-ci il tarixdə Oğuz rayonu, M.Əzizbəyov küçəsində yerləşən "Oba” marketdəki "e-Manat” terminalı vasitə ilə onun istifadəsində olan 5315**** **** 7543 saylı kart hesabına 6000 (altı mi n) manat pulu göndərməklə, həmin məbləğdə pulu əldə edib, Zərərçəkmiş şəxs8 ümumilikdə 6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs11 aldadaraq, sonuncuya Şirvan şəhərində məcburi kökünlər üçün tikilən binalarda mənzil veriləcəyini yalan vəd verərək, 2022-ci ilin mart ayının 8-də Zərərçəkmiş şəxs11 Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən mənzilində 2000 (iki min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs11 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibar dan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 aldadaraq, sonuncuya məxsus Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetindən verilmiş B18 N158449 saylı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyini vəd verərək, 8 mart 2022ci il tarixdə Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 2000 manat (iki min) pulu əldə edib, Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs2 aldadaraq, sonuncuya 2 -ci qrup əlillik dərəcəsi təyin etdirəcəyini yalan vəd verərək, 2022-ci il mart ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, H.Əliyev prospektində 5000 (beş min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X3 aldadaraq, sonuncunu Hacıqabul rayon Mərkəzi Xəstəxanasında işə düzəldəcəyini yalan vəd verərək, 01 aprel 2022-ci il tarixdə X8 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Zeynəb” restoranında 1700 (min yeddi yüz) manat pulu əldə edib, Zərərçəkmiş şəxs5 ümumilikdə 1700 ( min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs9 aldadaraq, sonuncuya sosial müavinət düzəldəcəyini yalan vəd verərək, 20 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Zeynəb” restoranının qarışında 1000 (min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs9 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncunu Bakı Dərin Özüllər zavodunda işə dü zəldəcəyini yalan vəd vermiş, Zərərçəkmiş şəxs3 anası Rəhilə Ələkbərova 16 may 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "Araz” marketdəki "e-Manat” terminalı vasitə ilə onun istifadəsində olan 416974******3577 saylı kart hesabına 3000 manat pulu göndərməklə, həmin məbləğdə pulu əldə edib, Zərərçəkmiş şəxs3 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Apellyasiya məhkəməsi Məhkum Zərərçəkmiş şəxs2 5.000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından (dövlət ittihamçısı ittihamdan imtina etdiyi üçün) həmin epizodda cinayət təqibinə xitam vermişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs hesab edir ki, iş materiallarından göründüyü kimi Məhkum həm ibtidai, həm də məhkəmə i stintaqı zamanı verdiyi bütün ifadələrdə və ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2lə üzləşmə zamanı dəfələrlə ikinci Qarabağ müharibəsi zamanı o, döyüş zonasına əsgərlərə yardım aparılarkən iştirak etdiyini, həmin vaxt o, Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs2 tanıdığını bildirmişdir. Belə ki, sonuncu da maddi yardım gətirilməsində iştirak etmiş, bu zaman aralarında olan danışıq zamanı o, Zərərçəkmiş şəxs2 müharibə veteranı olmasını, çox saylı yaralar almasını bilmiş, sonuncu aldığı xəsarətlərə görə əlillik dərəcəsi almadığından ona 2-ci qrup əlillik düzəldə bilməsini təklif etmiş, o da onunla razılamışdır. Bundan sonra Məhkum onun mobil nömrəsini götürmüşdür. 2022-ci il mart ayının əvvələrində o, Zərərçəkmiş şəxs2 zəng edərək, əlillik dərəcəsinin verilməsini həll edə biləcəyini və bunu n üçün 5000 manat pul lazım olduğunu bildirmişdir, Zərərçəkmiş şəxs2 də onunla razılaşmışdır və həmin vaxt Zərərçəkmiş şəxs2 Şirvan şəhərinə gəlmiş və onunla şəhərin H.Əliyev prospektində görüşmüş və ondan əlbəəl 5000 manat pulu almışdır. O, Zərərçəkmiş şəxs2 2-ci qrup əlillik verilməsinə dair maraqlansa da onun işini həll edə bilməmiş və ehtiyacı olduğu üçün 5000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında olan və istintaqa təqdim edilmiş çoxsaylı səsyazılarında Məhkum Gədəbəy rayon sakinlərindən alınmış bütün pul vəsaitlərinin tam həcmdə ona çatdığı, həmin puldan Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul vermədiyi, sonuncunun özünün Məhkum dələduzluğunun qurbanı olması və verdiyi pulu geri ala bilməməsi əksini tapmışdır. Şirvan rayon polis şöbəsinin müstəntiqi, polis kapitanı Əhməd Baloğlanov tərəfindən qəbul edilmiş cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 13 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs2 aldadaraq, sonuncuya 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyini yalan vəd verərək, 2022-cil il mart ayının əvvələrində Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, H. Əliyev prospektində 5000 (beş min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. İttihamçı-prokurorun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında apellyasiya şikayətinə b axılarkən apellyasiya şikayətinə etiraz etməyərək Məhkum səsləndirdiyi əsassız fikirləri dəstəkləməsi və eyni məzmunlu çıxış etməsi ona qarşı ümumi qərəzin ifadə göstəricisidir. Zərərçəkmiş şəxs kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-ci il tarixli Qərarının “Məhkum barəsində olan cinayət işi üzrə onun Zərərçəkmiş şəxs2 5000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilsin” və “Zərərçəkmiş şəxs2 hazırki işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilsin” hissələrində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətini n dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessua l qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində Məhkum barəsində olan cinayət işi üzrə onun Zərərçəkmiş şəxs2 5.000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə və Zərərçəkmiş şəxs2 hazırki işdə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitu siyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsi ni həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu il ə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictima i təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət işinin materiaalarından görünür ki, apellyasiya icraatı zamanı dövlət ittihamçısının Məhkum Zərərçəkmiş şəxs2 5.000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibindən imtina etməsini nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə həmin epizodda cinayət təqibi nə xitam verilməsi və həmin epizod üzrə zərəçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 hazırki iş üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.3-cü maddəsinə g örə, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürül müş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir (CPM-in 21.3, 32.2.3 və 32.2.4-cü maddələri). Prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosess ual şəxsdir. CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qa rşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. İctimai ittiham üzrə cinayət təqibi bir qayda olaraq yalnız zərər çəkmiş şəxsin hüquq və qanuni maraqlarına deyil, bütövlükdə cəmiyyət və dövlətin ictimai əhəmiyyət kəsb edən maraqlarına xələl yetirən cinayət əməllərilə bağlı həyata keçirilir. Xarakteri və ağırlıq dərəcəsi baxımından belə cinayətləri törətmiş şəxslərin təqib edilməsi, o cümlədən, ittihamın sübut olunması bir vəzifə kimi zərər çəkmiş şəxsin deyil, səlahiyyətli dövlət orqanlarının üzərinə düşür. CPM-ə görə ictimai ittiham qaydasında cinayət təqibi zamanı zərər çəkmiş şəxs dövlət ittihamçısı ilə bərabər subsidiar ittihamçı kimi tanınmadığından dövlət ittihamçısının ittihama münasibətdə davranışı onun iradəsin dən asılı deyildir. Belə vəziyyət isə zərərçəkmişin dövlət ittihamçısının məhkəmə baxışının gedişində cinayət təqibindən imtina etməsinə dair mövqeyi ilə razılaşmamasını da əhəmiyyətsiz edir və məhkəmənin cinayət təqibinə xitam verməsinə mane olmur. Məhkəmə baxışında dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina edilməsilə bağlı mövqelərinin üst-üstə düşməsi yalnız ictimai-xüsusi ittiham qaydasında aparılan cinayət işləri üzrə zəruridir (CPM-in 41.3-cü maddəsi). CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı gedişində dövlət ittihamçısının ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən (ittihamın müdafiəsindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsilə (CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) nət icələnməlidir. İctimai ittiham üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verməsilə nəticələnməlidir. Dövlət ittihamçısı ittihamın müdafiəsindən (cinayət təqibindən) tam imtina etdikdə (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə CPM-in 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə bütövlükdə xitam verilməsi barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş hissəsinə xitam verməlidir (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarı). Şərh olunanlara əsasən məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında Məhkum barəsində olan cinayət işi üzrə onun Zərərçəkmiş şəxs2 5.000 manat pulunu ələ keçirməklə dələduzluq etməsi faktında cinayət hadisəsi olmadığından həmin epizodda cinayət təqibinə xitam verilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edərək ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən (ittihamın müdafiəsindən) dövlət ittihamçısının qismən imtina etməsini nəzərə alaraq ci nayət təqibinə imtina olunmuş hissəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs2 Qad ir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar