Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-780/2025 19.06.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri X4 və Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29, 120.2.2, 29, 120.2.4, 29, 120.2.10, 221.3 və 228.1-ci maddələri ilə təqsirli b ilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1(099)-234/24 nömrəli hökmü (hakimlər: N.H.Məmmədov (sədrlik edən və məruzəçi), N.N.Hüseynov və E.Q.Məmmədovadan ibarət tərkibdə) ilə xx.xx.1968-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olmayan, fərdi əməklə məşğul olmuş, evli, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri, 69-cu məhəllədə yaşayan, barəsində həbs qətimkan təd biri seçilmiş hal-hazirda Penitenisar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-in 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə bəraət verilmiş, eyni zamanda o, Azərbaycan Respublikası CM-in 120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 120.2.4-cü maddəsi ilə 17 il, 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının üç ilini həbsxanada, qalan on beş ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 1(106)-577/2024 saylı, 9 oktyabr 2024-cü il tarixli hökmü ilə (hakimlər: X2 (sədrlik edən və məruzəçi), Hacıyev X3 və X1 ibarət tərkibdə) təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi R.M.Məmmədova və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum CM-in 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə bəraət verilməsi hissəsində ləğv edilmişdir. Məhkum CM-in 120.2.2, 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 17 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 29,120.2.2, 29,120.2.4, 29,120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 14 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzalar qismən toplanılmaqla onun üzərində qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışıdr. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1(099)-234/2024 saylı hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 09 iyun 2023-cü il tarixdə müxtəlif saatlarda tanışı X5 ilə mobil telefonda danışarkən sonuncu tərəfindən nalayiq söyüşlər ilə söyüldüyündən onu qəsdən öldürmək qərarına gələrək, cinayətkar niyyətini həyata keçirtmək üçün 10 iyun 2023-cü il tarixdə saat 22 radələrində yüngül dərəcəli sərxoşluq vəziyyətində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədov ilə görüşən zaman bir gün əvvəl, ondan söydüyü söyüşlərə görə üzr istəməsini tələb edib rədd cavabı aldıqdan sonra istintaqa və məhkəməyə məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə edib da şıyaraq yaşadığı evin həyətində saxladığı və görüşə gəlməzdən əvvəl götürüb üzərində gəzdirdiyi sandıqçasında zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 9 mm kalibrli «Makarov» («PM»), «PA63», «P64», «RK59», «P61» konstruksiyalı tapançalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 4 ədəd patron olan odlu silah hesab olunan 9 mm kalibrli, «Makarov» («PM») konstruksiyalı, PB 3322 №-li yarımavtomatik tapançanı çıxararaq Müşfiq Məmmədova qəsdən iki dəfə atəş açmış, atəş səslərinə hadisə yerinə gəlmiş sonuncunun oğlu Zərərçəkmiş şəxs onları vizual şəraitdə görə biləcəyi məsafədən olmaqla sonuncuya xüsusi əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən üçüncü dəfə atəş açıb Müşfiq Məmmədova 1 ədəd sol saidin aşağı orta 1/3-ni dəlib keçərək qarının yuxarı şöbəsinin sol yan səthindən qarın boşluğuna keçərək daxili orqanları zədələyən, 1 ədəd sol budun yuxarı 1/3-nin tış səthindən dəlib keçən və xayalığı zədələyən, 1 ədəd sağ budun aşağı 1/3-nin iç səthindən dəlib keçən güllə yaralanmaları və 1 ədəd sağ dizin yuxarı-bayır qütbündə aşkar olunan 3-cü güllə yarasının kanal boyunca sındırdığı bud sümüyü fraqmentinin çıxış yarası xəsarətləri yetirməsi nəticəsində baş vermiş travmatik şok və kəskin-massiv qanitirmə ilə müşayiət olunmaqla ölümünə səbəb olan, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər yetirərək qəsdən öldürmüş, bundan sonra odlu silahı qanunsuz olaraq üzərində daşıyaraq gəzdirməyə davam edib 11 iyun 2023-cü i l tarixdə saat 02:20-də Kürdəmir Rayon Polis Şöbəsinə könüllü gəlib təqsirini boynuna alan zaman cinayətin aləti olan həmin tapançanı təqdim etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində şikayət müəllifi qeyd edir ki, Məhkum ona istinad edilən əməli törətməsi barədə heç bir mötəbər sübut mövcud deyildir. Belə ki, müdafiəçisi olduğu təqsirləndirilən şəxsə cinayət hadisəsi ilə bağlı onun hərəkətlərinə obyektiv hüquqi qiymət verilməmiş, əldə edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və bununla da əsassızlığa yol verilmişdir. Bu səbəbdən də cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan nəticəyə əsaslanan məhkəmənin qərarının qanunsuz hesab edilməsi və qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaranmış dır. Müdafiəçi1 Şirvan Apellyasiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 1(106)577/2024 saylı qərarını ləğv edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2, 29,120.2.4, 29.2.10 və 221.3-cü maddələri ilə bəraət verilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 228.1-ci maddələrindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrinə tövsif edilməsi və qeyd edilən maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını 1(106)-577/2024 saylı, 9 oktyabr 2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən kassasiya şikayəti verilm işdir. Hökmdən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanunun un və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən et mək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkuma ağır cəza təyin edilməsi mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununl a da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə iş ə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 29, 120.2.4, 29, 120.4.7, 29, 186.2.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Təqsirləndirilən şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, tanışı Müşfiq Məmmədov 2023-cü ilin iyun ayının 9-da ona zəng etmiş, həmin zəngi eşitmədiyindən, sonradan Müşfiqə zəng vurmuşdur. Müşfiq içkili olmuş, telefon danışığı zamanı onu təhqir etmiş, onunla söyüşlə danışmış və məzələnmişdir. 10 iyun 2023-cü il ta rixdə saat 22 radələrində Kürdəmir şəhəri 69-cu məhəllədə yerləşən yaşadığı evin qarşısındakı küçədə Müşfiq Məmmədov ilə görüşən zaman həmin sözləri üzünə deməsini bildirmiş, Müşfiq həmin sözləri üzünə qarşı dedikdən sonra ona əl-qol atmışdır. Müşfiqin əlindən güclə çıxmış, özünü müdafiə etmək üçün üzərində olan tapançadan üç dəfə atəş açmaqla Müşfiqi vurmuşdur. Müşfiqi öldürmək məqsədi ilə vurmamış, Müşfiqi qurşaqdan aşağı vurmuşdur. Müşfiqi vurduqdan sonra polis şöbəsinə gedib təslim olmuşdur. Müşfiqin oğlu Fəridi tanımamışdır. Hadisə zamanı bir nəfərin gəldiyini görmüş, lakin həmin şəxsin Fərid olduğunu bilməmiş, çıxıb gedərək ara yola girmək istəyən zaman yolun tuşunda Fəridə çatmış və orada Fəridlə süpürrəşmişlər. İtələməsi nəticəsində Fərid yıxılmış, o da getmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, Müşfiqi 5-6 ay olardı tanımış, necə tanış olduqlarını xatırlamamışdır. Müşfiqlə arada bir həmyerli kimi görüşmüşlər, ara-bir çay içmişlər. Müşfiqin son vaxtlar hansı işlə məşğul olmasını bilməmiş, lakin Müşfiqin əvvəllər bizneslə məşğul olduğunu bilmişdir. Müşfiq ona heç vaxt borca və hədiyyə kimi xərcləməyə pul verməmişdir. Müşfiqin onu hansı səbəbdən söyməsini də bilməmişdir. Müşfiq ona zəng vurmuş, içkili olduğundan onunla məzələnməyə başlamış və söyüşlər söyərək onu təhqir etmişdir. Ondan əvvəl Müşfiqlə belə danışığı olmamışdır. Müşfiqlə iki ay əvvəl bir toy məclisində rastlaşmış, bundan sonra Müşfiqi görməmişdir. Hadisəyə səbəb Müşfiqin ona zəng edib, onu söyüb təhqir etməsi və ağzına gələni danışması olmuşdur. Müşfiq ona zəng edəndə yanında heç kim olmamışdır. Müşfiq onu söyəndən sonra səhəri günü görüşmüşlər. Müşfiq özü zəng edərək Kürdəmir rayonuna gəldiyini demişdir. Çünki Müşfiq özü rayona gələcəyini və onunla görüşəcəyini demişdir. Müşfiq onu söyəndə hansı səbəbdən söydüyünü soruşmuş, Müşfiq isə cavabında rayona gələndə görüşəcəyini və söhbət edəcəyini bildirmişdir. Zəng edəndə Müşfiq harda olduğunu ondan soruşmuş, o da cavabında evdə olduğunu demişdir. Müşfiq yaşadığı evin qarşısındakı küçəyə gəlmiş, o da evdən çıxaraq Müşfiqlə görüşmüş və söhbət etmişlər. Həmin vaxtı hava qaranlıq olmuş, Müşfiqin zəngi əsasında yaşadığı evdən çıxmışdır. Müşfiq yaşadığı evi tanımamış, evin yerini Müşfiqə özü başa salmış, xəstəxana tərəfdə yaşadığını demişdir. Müşfiq avtomobillə gəlmiş, avtomobili görmüşdür. Avtomobilləri tanımadığından Müşfiqin avtomobilinin hansı markalı avtomobil olduğunu bilməmişdir. Müşfiq avtomobildən düşərək ona tərəf gəlmiş, həmin vaxtı avtomobildə başqa adam olubolmadığına fikir verməmişdir. Müşfiq avtomobildən düşən vaxtı kiminsə avtomobildən düşməyini və ya qırağdan gəlib kiminsə keçdiyinə fikir verməmişdir. Müşfiq avtomobildən düşüb ona tərəfə gəlmiş, o da Müşfiqə tərəf gəlmişdir. Görüşəndən sonra ara yola girmişlər, ara yola girəndən sonra avtomobil görünməmişdir. Həmin vaxtı üzərində «Makarov» markalı yarımavtomatik tapança olmuşdur. Silahı 3-4 il bundan qabaq tapmış və yaşadığı evin həyətində gizlədərək saxlamışdır. Silahı üzərində saxlamağına hər hansı bir səbəb olmamışdır. Evdən çıxanda silahın darağında neçə güllə olub-olmadığına baxmamışdır. Təxmini bilmişdir ki, silahda 3-5 güllə var, konkret olaraq neçə güllə olması yadından çıxmışdır. Telefon danışığı zamanı Müşfiq onu hədələmiş, üzərinə söhbət etmək üçün adam gətirəcəyini demişdir. Bu barədə hüquq mühafizə oraqanlarına hansı səbəbdən məlumat vermədiyini bilməmişdir. Evdən çıxanda silah üzərində olmuşdur. Müşfiq ondan üzr istəsəydi, yəqin ki, bu hadisə də olmayacaqdı. Silahı Müşfiqi vurmaq üçün götürməmiş, özünü müdafiə etmək üçün götürmüşdür. Silahdan başqa kəsici-dedişici alət götürməmişdir. Silahdan atəş açaraq Müşfiqi vurmamışdan qabaq əlbəyaxa olmuşlar, Müşfiq onun barmağını sındırmış, ona nalayiq söyüşlər söymüş, sonra isə Müşfiq onu daşla vurmuşdur. Hadisə zamanı havaya xəbərdaredici atəş açmamış, silahı çıxarıb Müşfiqə göstərib xəbərdarlıq etməmiş, silah var yaxın gəlmə deməmişdir. Müşfiqə 3 də fə atəş açmış, silahı Müşfiqin ayaq hissəsinə tuşlayıb atmışdır. Atəş açan zaman Müşfiq ayaq üstə olmuşdur. Tuşlayıb atəş açmış, ancaq güllənin Müşfiqin ayağına dəyibdəyməməsini bilməmişdir. Birinci atəşi açıb Müşfiqi vurandan sonra Müşfiq üstünə gəlmiş, bundan sonra Müşfiqə iki dəfə atəş açaraq vurmuşdur. Üç dəfə atəş açandan sonra Müşfiqin yıxılb- yıxılmamasına baxmamış, üzünü çevirib çıxıb getmişdir. Fəridi əvvəllər tanımamış, Müşfiqdən adını eşitmiş, özünü isə görməmişdir. Müşfiqi vurub çıxıb gedib digər ara yola girən zaman Fərid qaça-qaça gəlmişdir. Həmin vaxtı Müşfiqə artıq üç dəfə atəş açaraq vurmuşdur. Bundan sonra Fərid gəlmişdir. Fərid gələndən sonra ona yumruq atmış, itələməsi nəticəsində Fərid yıxılmış, bundan sonra o da çıxıb getmişdir. Fərid onun əlində silah görməmiş, həm in vaxt silahı şalvarına qoymuşdur. Silahı Fəridə tuşlayıb qorxutmamışdır. Fəridi qorxutmaq üçün silahdan havaya atəş açmamış və ya Fəridə tərəf atmamışdır. Atəşin səsinə qonşuların gəlib-gəlmədiyini bilməmiş, Fəridlə dartışandan sonra çıxıb gedəndə yanından adam keçməmişdir. Çıxıb getdikdən təxminən bir saat sonra təslim olmuşdur. Boyu 170 sm, çəkisini isə bilməmişdir. Müşfiqin ondan boyda hündür olub-olmadığını bilməmiş və buna fikir verməmişdir. Müşfiq onu söyüb təhqir etdiyinə görə evə dəvət etməmişdir. Müşfiq avtomobildən düşəndən sonra evə tərəf sakit yerə gedib söhbət etmək istəmiş, Müşfiqdən üzürxahlıq gözləmiş, Müşfiq isə əksinə onu yenidən söyüb təhqir etmişdir. Müşfiq üzr istəsəydi, Müşfiqi bağışlayacaqdır. Müşfiqə hansı səbəbdən üç dəfə atəş açmasını bilməmişdir. Əvvəllər həmin silahdan atəş açmamışdır. Hadisə zamanı hirsli olmuşdur. Hadisə zamanı Fəridlə heç bir danışığı olmamışdır. Hadisə vaxtı spirtli içki təsiri altında olmuş, ancaq heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Toyda spirtli içki içib evə gəlmişdir. Dəqiq yadında deyil Müşfiqə arda-arda atəş açmışdır, ya yox. Atəş açılan vaxt qışqırıq səsi eşitməmiş, kiminsə gəldiyini görməmişdir. Fərid hadisə yerinə gələndə silahı görməmiş, həmin vaxtı silah üstündə olmuşdur. Müşfiq yanına gələndə oğlu Fərid yanında deyildir. Müşfiqi vurmağını Fərid görməmiş, Fərid gələndən sonra Müşfiqə və havaya atəş açmamışdır. Polis şöbəsində təslim olan vaxt silaha baxmışlar, həmin vaxtı darağda güllə olmamışdır. Hadisə yerindən gedəndən sonra heç yerə atəş açmamışdır. Fərid onu yumruqla vurmuş, həmin vaxt Müşfiq in ölüb-ölmədiyini bilməmiş, üzü Müşfiqə tərəf olmamışdır. Fəridi itələyəndən sonra Müşfiqin zaborun dibində oturduğunu görmüşdür. Fərid yol tərəfdən, yəni xəstəxana tərəfdən ona tərəf gəlmişdir. Müşfiq avtomobildən düşəndə Fəridlə görüşməmişdir. Fəridin söydüyü söyüşləri eşitməmişdir. 3-cü dəfə atəş açanda və hadisə yerindən gedəndə Müşfiq ölməmişdir. Müşfiqə 3-cü dəfə atəş açılanda Fərid onu görməmişdir. Fərid onunla ara yolda rastlaşmış, həmin vaxtı artıq hadisə yerindən aralanmışdır. Hadisə yerindən gedən zaman Şahid2 görməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövs ifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdı rılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndir ərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10-cu və 221.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gə ldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edil miş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddələr üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10-cu və 221.3-cü maddələri ilə təqsirli bilinməsinə dair toplamış sübutların və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran ha lların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum əməlinin tövsifi ilə bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10-cu və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya ş ikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, 29,120.2.10-cu və 221.3-cü -ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü tarixli qərarı məhkumin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №1(102)-780/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-780/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver