Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-781/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.Məmmədov) Məhkum, xx xxxxxx 1989-cu il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin hal ları: Məhkəmənin hökmünə əsasən, Məhkum Zərərçəkmiş şəxs1 onunla görüşməkdən imtina etməsini bəhanə edib əsaslı səbəb olmadan xx xxxx 2019-cu il tarixdə saat 04:00 radələrində sonuncunun atası Zərərçəkmiş şəxs2 ilə birgə yaşadığı Zaqatala rayonu Yuxarı Tala kəndindəki evinə gələrək, açıq qalmış darvazadan həyətə daxil olmaqla, ilkin olaraq uca səslə Zərərçəkmiş şəxs1 və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, onun səsinə narahat olaraq oyanan və həyətə çıxan Zərərçəkmiş şəxs2 və arvadı A1 gördükdə yenidən sonuncunun və qızı A2 ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, Zərərçəkmiş şəxs2 bu təhqirlərdən bezib onun üzərinə yeriyərkən Məhkum həmin vaxt həyətdə dayanmış və etibarnamə əsasında Zərərçəkmiş şəxs2 sərəncamında olan “Jiquli” markalı XX XXX modelli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə və təkərlərinə əvvəlcədən özü ilə gətirdiyi benzini səpib yandıraraq Zərərçəkmiş şəxs2 2256 (iki min iki yüz əlli altı) manat məbləğində maddi ziyan vurmuş, bundan sonra o, başladığı xuliqanlıq hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs2 həyətindən çıxıb saat 05:58 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “xx studio” adlanan gözəllik salonunun qarşısına gələrək, heç bir əsaslı səbəb olmadan uca səslə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyüb səs-küy salmaqla ətrafda yaşayan digər şəxslərin rahatlığını və dincliyini pozmuş, o cümlədən yerdən götürdüyü daş parçasından silah qismində istifadə olunan əşya kimi istifadə etməklə həmin gözəllik salonunun şüşəsini qəsdən sındırıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 12 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmçinin özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli hərəkətlərlər, yəni xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum yenidən xx xxxx 2019-cu il tarixdə saat 02.20 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən “xx studio” adlanan gözəllik salonunun qarşısına gələrək, heç bir əsaslı səbəb olmadan uca səslə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyüb səs-küy salmaqla ətrafda yaşayan digər şəxslərin rahatlığını və dincliyini pozmuş, o cümlədən yerdən götürdüyü daş parçasından silah qismində istifadə olunan əşya kimi istifadə etməklə həmin gözəllik salonunun şüşəsini qəsdən sındırıb zərə rçəkmiş Zərərçəkmiş şəxs1 18 manat məbləğində maddi ziyan vurmaqla ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə, həmçinin özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli hərəkətlər, yəni təkrarən xuliqanlıq etmişdir. Hökmdən məhkum V.V.Bəşirov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, onun barəsindəki cinayət işi üzrə ibtidai araşdırma qərəzli aparılaraq onun əllərindəki qüsurlar, bu qüsurlara görə İ qrup əlil olmasına dair təsdiq edici sənədlər onun tərəfindən müstəntiqə təqdim olunsa da həmin sənədlər işə əlavə edilməmiş, məhkəmələr isə onun haqqında cəza təyini məsələsini həll edərkən həm bu halları, həm də başqa şəxsin köməyinə ehtiyacı olmasını kifayət qədər nəzərə almamış və nəticədə ona həddindən artıq ağır və ədalətsiz cəza təin edilmişdir. Kassatorun fikrincə, onun kassasiya şikayəti təmin edilməklə onun irəli sürdüyü bu dəlillər nəzərə alınmalı və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ha qqında qərar qəbul edilməlidir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Məhəmmədhüseyn oğlu və Zərərçəkmiş şəxs1 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, həmin şəxslər məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə adları çəkilən zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstə rilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və yakassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan q ərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi yaxud da cinayət işinin icraatına xitam verilməsi, habelə onların dəyişdirilməsi haqqında qərar qəbul edir. Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apell yasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum şəxsi etirafı ilə yanaşı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum 09 mart və xx xxxx 2019-cu il tarixd ə silah qismində istifadə etdiyi əşyaları tətbiq etməklə xuliqanlıq hərəkətlərini törətməsi əsaslı nəticəyə gəlmiş və məhkumun bu əməlini Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər sonuncu tərəfindən mübahisələndirilməmişdir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə, ailə vəziyyətinə və işin digər hallarına, o cümlədən cəzanı yüngülləşdirən hallara uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bənd inə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi,cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhsedən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyası na aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı qanunvericiliyin tələblərinə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyələrə əməl edilib-edilməməsi məsələsini araşdırarkən məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir. İş materiallarından olan xx xxxxxx 2016-cı il tarixdə Zaqatala rayonu Dövlət Sosial Müdafiə Föndu tərəfindən verilmiş xxx nömrəli vəsiqədən görünür ki, Məhkum birinci qrup əli ldir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında bununla bağlı müəyyən edilmişdir ki, Məhkum İ qrup əlil ona görə hesab edilmişdir ki, onun hər iki əlində bütün barmaqları dibindən kəsilmiş və məhkumun izahatına görə, barmaqları olmadığından o, bir sıra hallarda başqa şəxslərin köməyindən istifadə etmək məcburiyyətində olur. Birinci və apellysiya instansiyası məhkəmələrinin müvafiq olaraq hökmündən və yekun qərarından görünür ki, həmin məhkəmələr Məhkum təqsirli bilindiyi CM-nin 221.3cü maddəsinə əsasən cəzanın təyin edilməsi məsələsini həll edərkən ümumi şəkildə təqsirləndirilən şəxsin İ qrup əlil olmasını nəzərə alsalar da, əlilliklə bağlı lazım olan halları aydınlaşdırmamış və müvafiq qaydada tədqiq etməmiş və bunu ayrıca cəzanı yüngülləşdirən hal kimi qiymətləndirməkdən çəkinmişlər, baxmayaraq ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası Məhkum hər iki əlinin barmaqlarının kəsilməsi ilə bağlı İ qrup əlil olmasını da cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və bu halı aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş digər belə hallarla birgə nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, həmin şikayət təmin edilməklə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilməlidir. Belə ki, CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiya sı məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum cinayət törətdiyi dövrdə onun təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsinin sanksiyasında bu cinayəti törətmiş şəxslərin iki ildən altı ilədək azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmaları nəzərdə tutulmuşdursa, x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli xx-xxx nömrəli Qanunu ilə CM-nin 221.3-cü maddəsinin sankiyasında “altı” sözü “beş” sözü ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarla Məhkum barəsində cəza təyini məsələsi həll edilərkən, qanunvericilikdə edilmiş bu dəyi şiklik də nəzərə alınmalıdır, çünki CM-nin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti təmin edi lməli və ona təqsirli bilindiyi CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş cəza yünjülləşdirilməklə barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilməlidir. Şərh oluanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kasassiya şikayəti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsindəkiŞəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) ayadək endiril
Məhkəmə qərarları › İş №1(102)-781/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-781/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver