Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-781/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər F.Ə.Qəniyevin (sədrlik edən və məruzəçi), İ.A.Mahmudov və S.S.Hüseynov) 23 dekabr 2021-ci il tarixli, 1(101)1775/2021 saylı hökmü ilə xx xxxxxxxx 1980-ci il tarixdə Rusiya Federasiyasının Qorki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2015-ci il t arixli qərarı ilə cəzadan 5 ay 3 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.1-ci və 178.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdanməhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkilməklə, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. xx xxxxx 1980-ci ildə Ermənistan Respublikasının Amasiyarayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli,evli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin 12 fevral 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001ci il tarixli amnistiya qərarının 1.3 və 4-cü maddələrinə əsasən cəzadan azad olunmuş, Bakı Hərbi Məhkəməsinin 15 oktyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 may 2004-cü il tarixli 61 saylı Əfv Fərmanına əsasən cəzadan azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuş və Azərbaycan RespublikasıMilli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci maddəsinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Balakən rayonunun Mahamalar kəndində qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Dimitrov küçəsində nömrəsiz evdə yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1-ci, 178.2.2-ci, 310-cu və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 178.2.1-ci və 178.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 310-cu maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişlər, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrarən təhrik etmişlər. Belə ki, Məhkum1 və Məhkum2 özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvü Məhkum2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mü dafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvan 3 ünvanında yerləşən inzibati binasında sənədlərin qəbul olunması üçün nəzərdə tutulan otaqdan gizli şəkildə götürdüyü, əlillik vəziyyətinin “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 0329003AAJ0L nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması barədə qərar qəbul edilməsindən narazı olması ilə əlaqədar Şahid3 2021-ci ilin iyul ayının əvvəllərində qeyd edilən Agentliyə etdiyi müraciət ilə əlaqədar üzərində Şahid3 oğlu Şahid4 mobil telefon nömrəsinin də qeyd olunduğu Şahid3 şəxsiyyət vəsiqəsinin surəti əsasında məlumatlandıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 02 iyul 2021-ci il tarixdə Şahi d3 oğlu Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edib tanışı olan həmin Agentliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin əlillik dərəcəsini təyin etmək səlahiyyətinin olmasını yalandan qabaqcadan əlbir olduğu Məhkum2la birlikdə Şahid4 bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özlərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə maddi nemət olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində ver ilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid3 əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyini aldatmaqla bildirərək, Şahid3 oğlu Şahid4 vasitəsilə razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 05 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında oraya həmkəndlisi Şahid5 ilə gələn Şahid3la görüşərək Şahid5 idarə etdiyi “Naz Lifan 620” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sonuncunun yanında Şahid3 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq qabaqcadan əlbir olduğu Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və ald atma yolu ilə Şahid3 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, özbaşına özlərinin vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birb aşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Bundan başqa, Məhkum1 və Məhkum2 təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girərək Məhkum2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvan 4 ünvanında yerləşən inzibati binasında sənədlərin qəbul olunması üçün nəzərdə tutulan otaqdan gizlin şəkildə götürdüyü, əlillik vəziyyətinin “Oğuz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 0307003AAEEU nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək göndərişin natamam doldurulması barədə qə rar qəbul edilməsindən narazı olması ilə əlaqədar Şahid2 2021-ci ilin iyul ayında qeyd edilən Agentliyə etdiyi müraciət ilə əlaqədar üzərində Şahid2 mobil telefon nömrəsinin də qeyd olunduğu sonuncunun şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyd edilən ərəfədə məlumatlandıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 29 iyul 2021-ci il tarixdə zəng edərək özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı kimi təqdim edib tanışı olan həmin Agentliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin əlillik dərəcəsini təyin etmək səlahiyyətinin olmasını yalandan qabaqcadan əlb ir olduğu Məhkum2la birlikdə Şahid2 bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özlərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özü və qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə maddi nemət olan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olduğunu bildirib, sonuncunun cinayətdən xəbərsiz qohumu Şahid7 ilə danışdıqdan sonra isə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid2 əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyasını bərpa etdirəcəyini aldatmaqla bildirərək, Şahid2 razılığını almaqla sövdələşib, həmin niyyətlə, 2021-ci ilin avqust ayının əvvəlləri ndə Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi 762 ünvanında yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yaxınlığında Şahid7 və sonuncunun əri Şahid6 ilə görüşərək sonuncudan Şahid2 məxsus 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini şəxsən alaraq qabaqcadan əlbir olduğu Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid2 məxsus 1500 (bir minbeş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özlərinin vəzifəlişəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentl iyinin əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bundan başqa, Məhkum1 və Məhkum2 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girərək Məhkum2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyin də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvan 3 ünvanında yerləşən inzibati binasında Tibbi sosial ekspertiza xidmətinin təşkili departamentinin cinayətdən xəbərsiz böyük mütəxəssisi X4 xidməti otağından gizli şəkildə götürdüyü, əlillik vəziyətinin “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin 0329003AAJ0L nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilməsindən narazı olması ilə əlaqədar Şahid1 2021-ci ilin avqust ayının əvvəlində qeyd edilən Agentliyə etdiyi müraciət ilə əlaqədar üzərində Şahid1 mobil telefon nömrəsinin də qeyd olunduğu sonuncunun xəstəliyi ilə bağlı sənədləri və şəxsiyyət vəsiqəsinin surəti əsasında qeyd edilən ərəfədə məlumatlandıqdan sonra istifadəsində ol an ***-***-**-** saylı mobil telefon nömrəsindən 13 avqust 2021-ci il tarixdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə cinayətkar qrupun üzvü Məhkum2la birlikdə zəng edərək özlərini vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları kimi təqdim edib tanışları olan həmin Agentliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin əlillik dərəcəsini təyin etmək səlahiyyətinin olmasını Şahid1 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özlərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 500 (beş yüz) manat məbləğin də pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəklərini, yəni Şahid1 əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyası təyin etdirəcəyini yalandan vəd etməklə, Şahid1la Məhkum2la birlikdə şəxsən razılaşmaqla sövdələşib, həmin niyyətlə 19 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının yaxınlığında Şahid1la görüşərək sonuncudan 500 (beş yüz) manat məbləğdə pul vəsaitini şəxsən alaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, özbaşına özlərinin vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əhali arasında nüfuzdan salı nmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elmar Rəhimov (sədrlik edən və məruzəçi) Faiq Qasımov və Kamran Əkbərov) 31 mart 2022-ci il tarixli, 1(103)-556/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021 -ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, onun zərərçəkmiş şəxslərlə barışmasını və cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın tamamilə ödəməsini nəzərə alıb Azərbaycan Respublikası CM-in 73-cü maddəsinə əsasən qərar qəbul edilməsi barədə xahiş etmişdir. Məhkum2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, onun ittihamından Azərbaycan Respublikası CM-in 310 və 29,312.1-ci maddələrinin çıxarılması və ona Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci madd ələri ilə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan hökm qanunsuz və ədalətsizdir. Məhkəmə hökm çıxararkən CM-in 59 və 73-cü maddələrinin tələblərini nəzərə almamışdır. Belə ki, məhkəmə onun təqdim etdiyi sübutlar araşdırılmamış, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi və onunla barışıq əldə olunması nəzərə alınmamaqla ağır cəzanın təyin olunmasının qanunsuz olmasıdır. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, özünü yalnız birinci epizod üzrə təqsirli bilir. O, maddi nemətin rüşvət qismində verilməsini qeyrilərinin təkrarən təhrik etmək kimi hissəsi heç bir mötəbər sübuta əsaslanmamışdır. Birinci instansiya məhkəməsi onun tə qsirini bilavasitə sübut edən yetərli və mötəbər sübutlarla təsdiq etməmiş, nəticədə əməli düzgün tövsif olunmamışdır. O, iş üzrə zərərçəkmiş şəxslərlə görüşməmişdir, onlardan pul almamışdır, onların problemlərini həll etməklə bağlı həmin şəxslərlə sövdələşməmiş, aralarında telefon danışıqları belə olmamışdır. Ümumiyyətlə cinayət işində hansısa bir vəzifəli şəxs ortalıqda yoxdur. Belə olduğu halda onun əməlində Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsi ilə tövsif olunmasının heç bir əsası yoxdur və ona görə də qeyd olunan maddə ilə ona elan olunmuş ittiham ümumi ittihamlar sırasından xaric edilməlidir. Həmçinin kassator şikayətində zərərçəkmiş şəxslərə dəymiş 3500 manat məbləğində ziyanın onlar tərəfindən ödənildiyini və zərərçəkmiş şəxslərin onların şikayət və tələbinin olmamasını, d əymiş ziyanın həmin maddənin CM-in qeyd hissəsinin nəzərə alınmasını və onlar tərəfindən dəymiş ziyanın 25% məbləğində pulun Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməsi əsası ilə ona və digər məhkuma Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsi ilə təyin olunmuş cəzasının endirilməsi nəzərə alınmalıdır. Bundan başqa kassator himayəsində iki azyaşlı uşağının, xəstə ata və anasının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmalı və qərar dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyas ı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində qeyd etmişlər ki, məhkəmələrdə işə baxılarkən işin faktiki halları düzgün araşdırılmamış, onların əməlləri düzgün tövsif edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsin in baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkumlar Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmı ş sübutlara və işin hallarına nəzər salıb məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 əməllərinin Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 310-cu maddələri tövsif edilməsi ilə bağlı gəldikləri nəticəni əsaslı hesab etsə də, onların əməllərinin eyni zamanda CM-in 32.4,312.2-ci maddəsi də tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, həm ibtidai istintaq orqanı, həm birinci və həm də apellyasiya instansiyası məhkəmələri Məhkum1 və Məhkum2 zərərçəkmişləri aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməllərinin Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2-ci maddələri ilə yanaşı CM-in 32.4,312.2-ci maddəsi ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 312.2ci maddəsini dispozisiyasında rüşvət vermə vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı bir hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə şəxsən və ya vasitəçidən istifadə etməklə qanunsuz hərəkətlər etməyə görə və ya təkrar maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymə t verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında əllilik dərəcəsinin təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin əməkdaşlarına pul verilməsi zəruri olduğunu bildirməklə onları aldadıb, həmin pul vəsaitlərini alaraq ələ keçirməklə təkrar dələduzluq etmişlər və zərərçəkmiş şəxsləri vəzifəli şəxsə rüşvət qismində pul verilməsinə təkrar təhrik etmişlər. İbtidai istintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 hərəkətlər CM-in 312-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd etmiş, rüşvət vermə cinayətinin obyektinə zərər dəymişdir. İbtidai istintaq orqanının Məhkum1 və Məhkum2 ittiham elan etdiyi CM-in 32.4,312.2ci maddəsi “dövlət hakimiyyəti əleyhinə cinayətlər” bölməsinin “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmaqla onun dispozisiyası vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə maddi nemətin rüşvət qismində verilməsinə qeyrilərini təkrar təhrik etmə kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsində yer aldığı bölmə və fəslin adından da aydın olduğu kimi, rüşvət vermə cinayətinin obyektini dövlət hakimiyyətinin, dövlət q ulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və qeyrikommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər təşkil edir. Təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamdan isə aydın görünür ki, onlar, zərərçəkmişləri aldadaraq, əlillik dərəcəsinin alınması ilə bağlı məsələni həll etməkdən ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin vəzifəli şəxslərə çatdırmaq adı ilə onlardan pul alıb ələ keçirmişlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilmişdir ki, bu xarakterli işlər üzrə zərərç əkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarı rəhbər tutulmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli qərarının təsvriəsaslandırıcı hissəsində göstərilmişdir ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşv ət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi e htimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 ap rel tarixli Qərarı ilə özünün 2015-ci il 11 iyun tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 731.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir. Məhkumlar Məhkum1 və Məhkum2 CM-in 178.2.1, 178.2.2 və 32.4,312.2-ci maddələri ilə olan ittihamından görünür ki, onların niyyəti rüşvət verməyə deyil, zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməyə yönəlmiş, əldə edilmiş pulları müvafiq vəzifəli şəxslərə çatdırmaq vədi isə aldatma, yəni dələduzluğun üsulu kimi çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X6 CM-in 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə, X3 CM-in 32.4,312.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə sorğu ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 17 aprel 2023-cü il tarixli qərardadında qeyd edilmi şdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4,312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qald ırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Nəzəriyyədə vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik ) adlandırılır. Hüquq ədəbiyyatında o da qeyd olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Konstitusiya Məhkəməsinin Palatası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 2022-ci il 14 iyul tarixli Qərarında ifadə olunmuş bu hüquqi mövqelərindən çıxış edərək, qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemə tləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Konstitusiya Məhkəməsinin Palatası, həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın və qanunların şərhi ilə bağlı qəbul etdiyi qərarlarında Konstitusiyanın əsasları, aliliyi və birbaşa hüquqi qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktların üstünlüyü nəzərə alınmaqla formalaşdırdığı hüquqi mövqelərin hüquq tətbiq edən orqanlar tərəfindən birmənalı tətbiqi məhkəmə və inzibati təcrübənin sabitliyinə xidmət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrü bəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli 11/2023 nömrəli qərarına əsasən vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviriəsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CMin 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4,312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci m addəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Qanunun yuxarıda qeyd edilən normalarına görə Məhkum1 və Məhkum2 təqsirli bilindikləri cinayət tərkibinin bütün əlamətləri məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutlarla təsdiq edilməlidir. Hazırda məhkumlar Məhkum1 və Məhkum2 CM-in 32.4,312.2-ci maddəsi yuxarıda qeyd edilmiş ittihamdan da bəlli olduğu kimi burada təqsirləndirilən şəxslərin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxslərə CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə yuxarıdakı məsələlərə bağlı kifayət qədər araşdırma aparmadan Məhkum1 və Məhkum2 təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, müdafiə tərəfinin dəlilləri nəyə görə əsassız hesab etməsini hökm və qərarında göstərməmiş, hansı əsaslara görə belə nəticəyə gəldiyini şərh etməmişdir. Halbuki, CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli tam və obyektiv araşdırmaq daxildir. CPM-in 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Məhkəmə kollegiyası xatırlatmağı zəruri sayır ki, qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz məhkəmənin vəzifəsidir ki, həmin işdə qanu nçuluğun əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarında olan göstərişləri nəzərə alaraq hesab edir ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxsləri aldadaraq müvafiq vəzifəli şəxsə çatdırmaq adı ilə onlardan pul vəsaitlərinin alıb ələ keçirilməsi ilə əlaqədar əməlləri CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə tam əhatə olunmaqla yalnız dələduzluq cinayətinin tərkibini yaradır və ümumiyyətlə CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu istisna edir. İşə kassasiya şikayəti üzrə baxan məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri sübutlara və işin hallarına düzgün və obyektiv qiymət verməmiş və bununla da, təqsirləndirilən şəxslər in əməllərinin tövsifi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutlara və işin hallarına nəzər salıb, belə nəticəyə gəlir ki, məhkumlar Məhkum1 və Məhkum2 törətdikləri əməllərdə CM-in 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət hadisəsinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün ha llar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəti cəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkumların kassasiya şikayətlərinin onların əsassız olaraq CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilmələrinə dair dəlili əsaslı olduğundan şikayətlər bu hissədə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilməli, birinci instansiya m əhkəməsinin hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair hissədə ləğv edilməli və həmin maddə onların ittihamından çıxarılmalıdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum1 və Məhkum2 həmçinin, CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmişdir. İşə kassasiya icraatı qaydasında baxılarkən məhkumlar Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslərə vurulan ziyanı ödədiklərini, onlarla barışığın əldə olunmalarını, törətmiş olduqları cinayət əməlləri nəticəsində vurulmuş ziyanın 25% hissəsini dövlət nəfinə ödədiklərini bildirərək onların cəzadan azad edilməsini xahiş etmişlər. Cinayət işinin materiallarından görünür ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 310-cu maddələrində ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslər, şahid ifadələri, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və hökm çıxarılan dövrdə məhkumların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Lakin işə kassasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməklə yanaşı, onlarla barışıq əldə etmişlər, həmçinin vurulmuş zərərin 25 % hissəsini dövlət nəfinə ödəmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş ə məli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsində baxılarkən Məhkum1 və Məhkum2 barəsində cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olmasa da, hazırda onların zərərçəkmiş şəxsl ərə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsi, həmçinin vurulmuş zərərin 25% hissəsini dövlət nəfinə ödəməsinə görə onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin edilmiş cəzadan azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 310 və 32.4,312.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinmələrinə və həmin maddə ilə onlara cəza teyin edilmələrinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi Məhkum1 və Məhkum2 ittihamından xaric edilsin. Azərbaycan Respublikası CM-in 80-1-ci maddəsinə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə onlara təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. Məhkum1 azadlıqdan məhrum etmə cəzasını 19 avqust 2021-ci il tarixdən çəkməsi nəzərə alınsın və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilsin. Məhkum2 azadlıqdan məhrum etmə cəzasını 26 avqust 2021-ci il tarixdən çəkməsi nəzərə alınsın və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilsin. Məhkum1 və Məhkum2 məhkəmə zalında həbsdən azad edilsinlər.
Məhkəmə qərarları › İş №1(102)-781/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-781/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver