Məhkəmə qərarları › İş №1(102)-781/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-781/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-781/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən veri lmiş kassasiya şikayətinə əsasən işə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli, 1(101)-949/2022 saylı hökmü ilə (sədrlik edən hakim Samir Əliyev, hakimlər Cavid Hüseynov və Eldar İsmayılovdan ibarət tərkibdə) xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İşləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvan yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 238.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu vaxtdan 12 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X12 sədrliyi və məruzəsilə, Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 23 noyabr 2022-ci il tarixli 1(103)1361/2022 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 08 (səkkiz) il müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə c əzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum yaşadığı ünvan 1 ünvanda yerləşən evində narkotik vasitələrin və psixotrop maddələrin İstehlakı üçün tiryəkxana təşkil edərək saxlamış, bundan başqa istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 573,228 qram narkotik vasitə-heroin, ümumi təmiz çəkisi külli miqdarda 119,638 qram psixotrop maddə-metamfetamin əldə edib saxlayaraq daşımış, bir hissəsini isə yaşadığı evində gi zlətmiş, 12 iyul 2021-ci il tarixdə saat 11 radələrində həmin külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrdən 06 (altı) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 4,978 qram olan heroini 03 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkimi 0,276 qram psixotrop maddə metamfetamini qardaşı X6, 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,978 qaram narkotik vasitə heroini tanışı X4, 05 (beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,630 qram heroini, 03 (üç) ədəd kağız bükümdə ümumi təmmiz çəkisi 0,342 qram psixotrop maddə metamfetamini X7, 05 (beş) ədəd kağız bükümdə ümümi təmiz çəkisi 2,750 qram narkotik vasitə heroin 04 (dörd) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,346 qram psixotrop maddə metamfetami X13, 03 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 6,301 qram narkotik vasitə her oini 03 (üç) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,452 qram psixotrop maddə metamfetamini X8, 05 (beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,403 qram heroini, 04 (dörd) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,753 qram psixotrop maddə metamfetamini X2, həmçinin həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün şərait yaratmış, həmin gün saat 11:30-da Bakı şəhəri Suraxanı rayon polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evində saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Əm ircan qəsəbəsi, Balandin 42 ünvanda yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli damalı şortikinin sağ yan cibindən 05 (beş) ədəd kağız bükümdə 01 (bir) ədəd sellofan bükümdə ümumilikdə 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi külli miqdarda 5,624 qram, 0,714 qram, 0,540 qram, 0, 264 qram, 0,415 qram, 0,591 qram ümumi təmiz çəkisi külli miqdarda 8,148 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin, digər 05 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,127 qram, 0,217 qram, 0,075 qram, 0,046 qram, 0,218 qram ümumi təmiz çəkisi 0,683 qram xarici görünüş əlamətlərinə və kimyəvi təkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbiri davam etdirilərək yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılarkən qonaq otağındakı divanın altından 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 541,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 114,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin 02 (iki) ədəd sellofan bükümdə və plastik qabın içərisində 02 (iki) ədəd kağız bükümdə ümumilikdə 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,861 qram, 1,326 qram, 0,024 qram, 0,029 qram ümumi təmiz çəkisi külli miqdarda 3,240 qram bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 05 (beş) ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,346 qram, 0,382 qram, 0,608 qram, 0,731 qram, 0,119 qram ümumi təmiz çəkisi külli miqdarda 2,186 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərini görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və üzərində narkotik vasitə-heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Belə ki o, birinci instansiya məhkəməsində və apelyasiya instansiyası məhkəməs ində hadisəni olduğu kimi danışmış, narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa o bildirmişdir ki, onun üzərində heç bir narkotik vasitə olmamış, polislər səhər saat 10-11 radələrində yatdığı yerdə qanunsuz evə daxil olaraq onu idarəyə aparmış, işgəncə vermiş, etiraf etməyə məcbur edildikdən sonra videoçəkiliş aparılmış, bundan sonra onunla birgə evlərinə gedərək orada çəkilişi davam etdirmişlər. O daha sonra bildirmişdir ki, bu işlə bağlı qohumu X10 da cinayət məsuliyyətinə cəlb edilmiş lakin sonradan cinayət əməlini törətməsi sübuta yetirlmədiyindən onun barəsində olan hökm ləğv edilmiş və ona bəraət verilmişdir. Həmin hökmlə təsdiq olunur ki qohumu E.Qaraxanovun ondan narkotik alması şər böhtandır. Mə hkum məhkəmə iclasında çıxış edərək barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini və ya Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə apelyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəmə sinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum ona bəraət verilməli olmasını iddia edərək və barəsində olan məhkəmə qərarlarını mübahisələndirərək apellyasi ya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıd ır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəx siyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusi yyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçir məkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi hazırki iş üzrə kassasiya şikayəti ilə müraciət etmiş tərəfə münasibətdə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etsə də, lakin gəldiyi nəticə qismən əsaslı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan sübutlardan görünür ki, məhkuma qarşı irəli sürülmüş ittihama görə Məhkum evində narkotik vasitələrin və ya psixiotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etmiş və saxlamış, eyni zamanda, 6 şəxsə, yəni X6, X4, X7, X13, X8 və X5 narkot ik vasitə və psixotrop maddə satmış və həmin şəxslərin narkotik vasitə və psixotrop maddələrdən istifadəsinə şərait yaratmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsas ən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir.Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhər li maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli damalı şortikinin sağ yan cibindən 05 (beş) ədəd kağız bükümdə 01 (bir) ədəd sellofan bü kümdə ümumilikdə 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi külli miqdarda 5,624 qram, 0,714 qram, 0,540 qram, 0, 264 qram, 0,415 qram, 0,591 qram ümumi təmiz çəkisi külli miqdarda 8,148 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitəheroin, digər 05 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,127 qram, 0,217 qram, 0,075 qram, 0,046 qram, 0,218 qram ümumi təmiz çəkisi 0,683 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbiri davam etdirilərək yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində axtarış və götürmə aparılarkən qonaq otağındakı divanın altından 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar da 541,8 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 114,6 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin 02 (iki) ədəd sellofan bükümdə və plastik qabın içərisində 02 (iki) ədəd kağız bükümdə ümumilikdə 04 (dörd) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,861 qram, 1,326 qram, 0,024 qram, 0,029 qram ümumi təmiz çəkisi külli miqdarda 3,240 qram bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 05 (beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,346 qram, 0,382 qram, 0,608 qram, 0,731 qram, 0,119 qram ümumi təmiz çəkisi külli miqdarda 2,186 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərini görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və üzərində narkotik vasitə-heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları» na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla (heroin və metafetamin 2 qramdan) külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin və psixotrop maddələrin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi, elektron tərəzinin olması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitəni və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özü ndə saxlamış və daşımışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, heroin narkotik vasitəsinin və metafetamin psixotrop maddəsinin külli miqdarının aşağı həddi 2 qram, müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məh kəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dö vriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik maddələrin və psixotrop vasitələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərininaparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitə və psixiotrop maddə satdığı şəxslərdən birinə, yəni X5 məhkəmənin hökmü ilə bəraət verilmişdir. Mə hkum qarşı irəli sürülmüş ittihama görə o, Emil Qaraxanova 5 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,403 qram narkotik vasitə heroin, 4 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0, 753 qram psixotrop maddə metamfetamin satmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş ittihamdan onun Emil Qaraxanova 5 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,403 qram narkotik vasitə heroin, 4 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0, 753 qram psixotrop maddə metamfetamin satmasına dair ittiham xaric edilməli və Məhkum CM-in 234.4.3-cü maddəsi və cəzaların məcmusu üzrə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkum kassasiya şikayətində və əlavədə digər epizodlar üzrə də təqsirsiz olduğunu və bəraət verilməsini xahiş etmişdir. Cinayət işi üzrə toplanmış mötəbər sübutlara əsaslanmaqla bir inci və apellyasiya instansiya məhkəmələri Məhkum onda narkotik vasitənin olmaması, ümumiyyətlə, özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunması qənaətinə gəlmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üzərində şəxs axtarış aparılan şəxs Məhkumdur və şəxsi axtarış və götürmə zamanı o, əynində olan tünd boz rəngli damalı şortikin sağ yan cibindən 10 ədəd siqaret kağızdakı bükülmüş narkotik vasitəyə bənzər kütləni və sol yan cibindən 01 ədəd şəffaf sell ofanda bükülünü çıxarıb təqdim etmişdir. Bükümlər açılıb baxıldıqda məlum olmuşdur ki, bükümlərin içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələr vardır. Aşkar edilib götürülən kütlələr bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Məhkum üzərindən aşkar edilib götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, axtarış Məhkum yaşadığı ünvan 1 ünvanda aparılır. Baxış zamanı Məhkum evinin qonaq otağında qoyulmuş divanın altından 04 (dörd) ədəd şəffaf sellofan torba, bir ədəd içərisində siqaret kağızı bükümləri olan plastik qab və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilib götürülən şəffaf sellofan torba və plastik qabın içərisindəki bükülülərə baxılır. Aşkar edilib götürülən kütlələr və bir ədəd elektron tərəzi zərflərə qoyularaq zərflər möhürlənmişdir. Məhkum evindən aşkar edilib götürülən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Məhkum ibtidai istintaq zamanı ona işgəncə verildiyini iddia etsə də, lakin cinayət işinin materialları ilə Məhkum ibtidai istintaq zamanı işgəncə verilməsi və ondan ifadələrin işgəncə təsiri altında alınması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdıraraq tədqiq edilmiş sübutlar əsasında gəlinmiş nəticəni qismən əsasl ı hesab edərək belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, Apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli hökmü məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilsi n. Məhkum qarşı irəli sürülmüş ittihamdan 05 (beş) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,403 qram heroini, 04 (dörd) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,753 qram psixotrop maddə metamfetamini X1 dair müddəalar xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 7 (yeddi) il 9 (doqquz) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə və əlavəyə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar