Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-782/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 315-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Firdovsi Zülfü oğlu) xx xxxxxx 1976-cı ildə Masallı rayonu, Göyəçöl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ünvan1də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzas ına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 10.07.2020-ci il tarixdən 02.10.2020-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və İ.H.Əhmədovdan ibarət tərkibdə) 01 dekabr 2020ci il tarixli qərarı ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya pr otesti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü apelyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il il tarixli, 208 nömrəli qərarına əsasən Masallı rayonunda mövcud karantin rejminin tələblərinə nəzarət edilməsi məqsədilə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş dövlət avtomobil müfəttişi, polis kapitanı X7, Post Patrul Xidməti Bölüyünün polis nəfərləri X10 oğlu, X8, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kiçik giziri X4 və Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhəri N saylı hərbi hissəsinin müddətdən artıq xidmət hərbi qulluqçusu X5 10 iyul 2020-ci il tarixdə, saat 10 radələrində rayonunun Musaküçə kəndindəki 1 saylı stasionar postda xidmət apararkən tibbi maskadan istifadə etmədən yol kənarında dayanıb özünə məxsus olan “Xiomi-Redmi” markalı mobil telefonun kamerası ilə polis əməkd aşlarının və hərbi qulluqçuların xidmətini qanunsuz olaraq videoya çəkərək xidmət aparan şəxslər barəsində əsassız və xoşagəlməz şərhlər verərkən Şəmşir Kərimov ona yaxınlaşıb tibbi maskadan istifadə etmədiyi üçün irad bildirərək çəkilişi dayandırıb qanunsuz hərəkətlərinə son qoymasını və ərazidən kənarlaşmasını tələb etmiş, o, hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşı Şəmşir Kərimovun qanuni tələbinə tabe olmayaraq, zor tətbiq etməklə müqavimət göstərərək, sonuncunun sinəsindən tutub dartmaqla onun əynindəki formasının düyməsini, həmçinin əli ilə sol çiynindəki paqonunu qoparmaqla, yumruqla sifət və bədəninin müxtəlif nahiyələrinə, eləcə də, təpiklə sağ qarın nahiyəsinə vuraraq, Şəmşir Kərimova sağ əlin yumşaq toxumalarının əzilib şişkinləşməsi, sağ əlin arxa hissəsinin sıyrığı v ə döş qəfəsinin ön hissəsinin sıyrığı ilə nəticələnən sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkumun törətdiyi əməlin ictimai təhlükəliliyinin, cinayətin xarakterini, məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan halları cəza təyini zamanı nəzərə almamış, bununla d a qanunun tələblərini pozmuş, Məhkuma cəza təyin edərkən, əsassız olaraq cəzanı yüngülləşdirən halların bir qismini hökmdə qeyd edərək ona yüngül cəza təyin etmişdir. Belə ki, məhkəmə Məhkuma cəza təyin edərkən, CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, CM-in 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən peşiman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində qiymətləndirmiş və bu halları hökmdə əsas tutaraq ona yüngül cəza təyin etmişdir. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Lakin, məhkəmələr yenə də nəzərə al mamışdır ki, Məhkum tərəfindən törədilən ictimai qaydanın pozulmasının qarşısını alan, xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə cinayəti, ictimai təhlükəsizlik və idarəetmə qaydaları əleyhinə olan cinayət olmaqla ictimai ittiham qaydasında təqib olunur. Həmin cinayətin bilavasitə obyekti ictimai qaydanın qorunması və dövlət hakimiyyətinin normal fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlər, əlavə obyekti isə insanların həyat və sağlamlığı hesab olunur. Göründüyü kimi, qanunverici qeyd olunan cinayətlərdə daha çox ictimai qaydanın və dövlət hakimiyyətinin normal fəaliyyəti ilə əlaqədar yaranan ictimai münasibətlərin qorunmasına önəm vermişdir. Məhkum əməllərində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə artıq açılmış cinayət əməlini etiraf edib, səmimi peşimançılıq çəkməsini bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Bundan əlavə, məhkəmələr Məhkumun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Göründüyü kimi, məhkəmələr Məhkuma cəza təyin edərkən CM-nin 58.3-cü maddəsinin tələblərinə əməl etməmiş, yalnız onun cəzasını yüngülləşdirən halları sadalamaql a kifayətlənmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini isə nəzərə almayaraq cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən şərti məhkum etməni qüvvədə saxlamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq pr otestin təmin olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən Məhkum barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə gör ə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və id eoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxsl ər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində üç azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, əməlindən peşiman olması, təqsirini səmimi etiraf etməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırma cəzası təyin edərək kifayət qədər ədalətli cəza təyin edilmişdir. Kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində yüngülləşdirici halların əsassız olaraq nəzərə alındığı, bu halların məhkəmələr tərəfindən qərarda əsaslandırılmadığı iddia edilmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Ümumiyyətlə cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkumun cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların t ələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəza təyin edilməsi nəticəsində mümkünlüyünü dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkumun ilk məhkumluğunun məhkəmələr tərəfindən əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirildiyi iddia olunmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edilən dəlili qeyri-qanuni və əsassız hesab edir. Belə ki, apellyasiya məhkəmə kollegiyası Məhkumun ilk məhkumluğunu Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə istinadən yox, CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Daha sonra dövlət ittihamçisı kassasiya protestində məhkumun əməlindən səmimi peşimançılıq çəkməsinin təsdiq olunmadığı halda cəzanı yüngüllə şdirən hal kimi məhkəmənin düzgün nəzərə alınmadığını qənaətinə gəlmişdir. Əvvəla prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşimançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Beləliklə, göstərilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkuma cəza təyin edərkən yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə alaraq, onun azadlıqdan məhrum etmə cəzası çəkmədən, yəni cəmiyyətdən tam təcrid olunmadan islah olunması qənaətinə gələrək barəsində aza dlığın məhdudlaşdırması cəzası təyin etməklə düzgün hüquqi nəticəyə gəlmişlər. CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-782/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-782/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver