Məhkəmə qərarları › İş №1(102)-782/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-782/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-782/2023 20.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-826/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəs i üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, 8 saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla, Şirvan şəhəri, Heydər Əliyev küçəsi 44 saylı evin 35 saylı mənzilində yaşamışdır. 2. 23 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 avqust 2022-ci il tarixdə Şirvan Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi – 3,098 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib əynindəki şalvarının sağ yan cibində saxlamış, 23 aprel 2022-ci il tarixdə, saat 11:45-də Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Bayraq meydanı”nın yaxınlığında qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər Polis Şöbəsinə gətirilərək həmin gün saat 12:35-dən saat 12:50-dək müddət də müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində üzərində olan həmin 1 (bir) ədəd bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 3,098 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

5. Şirvan Şəhər Məhkəməsinin 1(032)226/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 gün müddətinin təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqda n məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 18 avqust 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-826/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məh kəməsinin 1(032)226/2022 nömrəli, 18 avqust 2022-ci il tarixli dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay həddinədək azaldılmış, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 gün müddətinin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq ona 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmış, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri

9. Dövlət ittiha mçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz yekun qərarı ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bu kimi cinayətlərin törədilməsinə imkan yaratmış olmuşdur. Məhkum yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə məhkəmə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-826/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiya sı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Dövlət ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın yüngül cəza olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəs inin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-826/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalə tli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

17. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzə rə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

18. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmağa əsas vermir.

19. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

20. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

21. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı 2 gün müddətinin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.

22. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müza kirə edərək, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, qəbul edilmiş və hazırda mübahisələndirilən qərar maddi hüquq normalarına uyğundur.

23. Cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada cəzanı yüngülləşdirən hal qismində nəzərə almış, cəzanı ağırlaşdıran hal müəyyən etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq Məhkum törətdiyi əməlindən peşman olduğunu və yaşayış yeri üzrə müsbət xarakterizə edildiyini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın Azərbaycan Respubl ikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinə yaxın olmaqla sərt cəza olduğunu hesab edən apellyasiya instansiyası məhkəməsi, belə cəzanı məhkumun islah olunması üçün ağır cəza kimi qiymətləndirib, birinci instansiya məhkəməsinin hökmünü cəza hissəsində dəyişdirmiş, məhkuma təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təyin olunmuş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini bir il müddətinə endirib, ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində daha ağır cəzanı n təyin edilməsi üçün əsas müəyyən etmir.

25. Qeyd edilənlər kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-826/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(106)-826/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar