Məhkəmə qərarları › İş №1(102)-783/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-783/2019

21.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-783/2019 21.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın oğlu Əhmədovun, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avq ust 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayevdən ibarət tərkibdə) 09 iyun 2017-ci il tarixli hökmü ilə xx xxxxx 1983-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 29 yanvar 201 7-ci tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o,sərxoş vəziyyətdə, olarkən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 yanvar 2017-ci il tarixdə, saat 23 radələrində, ünvan 3 ünvanında yerləşən “xxxx” klubunun qarşısında “Nissan Sunny” markalı, Az- **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan və dayanıb müştəri gözləyən sürücü X3 onu Bakıxanov qəsəbəsinə aparması adı ilə avtomobilə minərək Bakı şəhəri, Suraxam rayonu, Qaraçuxur qəsəbəsi istiqamətində sürdürüb Suraxanı-Qaraçuxur yolunun kənarındakı “xxxx” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən ünvan 4 ünvanın qarşısında avtomobili saxlamasını tələb etmiş, avtomobil dayananda, üzərində olan bıçağı silah qismində istifadə etməklə X4 boynuna dirəyib hədə-qorxu gələrək, sonuncuya məxsus maqnitofonun üstündə olan 140 manat dəyərində 1 ədəd “Samsung” markalı, “SM-G531H” modelli mobil telefon aparatını, aparatın üzərində olan 3 manat dəyərində (050) ***-**-** və 3 manat dəyərində (055) *****-** GSM nömrələrini və avtomobilin saxlanc yerində (bardaçokda) olan pul qabındakı 219 manat məbləğdə nağd pulu götürüb özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib, zərərçəkmiş şəxs X2yə ümumilikdə 365 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər V.Ə.Mursaqulov (sədrlik edən və məruzəçi), M.S.Hüseynov və H.H.Əhmədovdan ibarət tərkibdə) 31 avqus t 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və barəsində daha yüngül cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, məhkəmə tərəfindən təyin edilmiş cəza ədalətsiz və ağırdır. Belə ki, cəza təyin edilərkən onun evli olmaqla, himayəsində 2 azyaşlı uşağının olması, cinayət törədilən zaman həddən artıq içkili olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, eləcə də zərərçəkmiş şəxsə dəymiş madd i ziyanı könüllü olaraq ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Həmçinin o, cəmiyyət tərəfindən müsbət xarakterizə olunur, səmimi peşmançılıq hissi keçirir, ailəsinin heç bir əlavə gəlir (qazanc) gətirəni yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilmədən saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin başlıca dəlili ona təyin edilmiş cəzanın ədalətsiz və ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəs inə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum himayəsi ndə iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, yəni təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrumetmə cəzasını təyin etmişdir. Belə cəzanı heç cür ağır hesab etmək olmaz. Həmçinin, təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin təyin edilmiş cəzanın ağır olması barədəki dəlili ilə də razılaşmaq olmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellya siya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Məhkum təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşd ıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2017-ci il tarixli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2017-ci il tarixli Məhkum haqqındakı qərarı dəyi şdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar