Məhkəmə qərarları › İş №1(102)-783/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-783/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-783/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakı ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 1 27.2.3-cü maddəsi ilə təqsirsiz bilinərək bəraət verilmiş, CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Mirheydər Zeynalov) 1(001)25/2018 nömrəli 29 mart 2018-ci il tarixli hökmü ilə, Məhkum, xx xxxx 1964-cü il tarixdə ******** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ***************************************** ünvanda yaşayan; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127. 2.3-cü maddəsi ilə təqsirsiz hesab olunaraq həmin maddə ilə ona bəraət verilmiş, CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının dövlət nəfinə 20 (iyirmi) % məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin X8 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki,o, iş yoldaşı X8 ilə bir qrup şəxs halında 07 avqust 2016-cı il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, Bakı-Sumqayıt şossesinin 11-ci km-in sağ tərəfində yerləşən «***********» ticarət mərkəzinin daxilində fəaliyyət göstərən və X4 işlətdiyi qapı satışı mağazasında olarkən, həmin mağazanın müştərisi Zərərçəkmiş şə xs sifariş verdiyi qapıların çatdırılması və quraşdırılmasını iki saat ərzində yerinə yetirmələrinə söz verməsinə baxmayaraq, üç gün ərzində sifarişin icrasını təmin etməməsini T6 irad tutmasını və ona vermiş olduğu 100 manat məbləğdə beh pulunu qaytarmasını təklif etməsinə görə Ə6 heç bir əsaslı səbəb olmadan ictimai, şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymamazlıq göstərməklə ictimai yer hesab olunan həmin mağazanın dax ilində Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyərək onun sifət nahiyəsinə bir dəfə kəllə zərbəsi vurub ona sol alt göz qapağınm qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etdiyindən Ə6 qanuna zidd hərəkətinə Zərərçəkmiş şəxs öz iradını bildirməsi, əlləri ilə sifətini tutub aşağı əyilməsindən istifadə edib Məhkum heç bir əsaslı səbəb olmadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı E6 tərəfindın verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1038/2018 nömrəli 27 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Ağaməmməd oğlunun xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir dəfə təpik zərbəsi ilə vurub onun sağ mil sümüyünün aşağı 1/3-in qəlpəli, yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən onun sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirməsinə dair müddəa hökmün təsviri-əsaslandırıcı hissəsindən xaric edilmişdir. Qeyd olunan qərardan dövlət ittihamçısı R.Q.Şəmmədov tərəfindən kassasiya protesti əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyasının 1(102)1459/2018 nömrəli 20 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İmran Hacıqayıbov, hakimlər Gülzar Rzayeva və Fərhad Kərimovdan ibarət tərkibdə) kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1038/2018 nömrəli 27 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-335/2019 nömrəli 27 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakimlər Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir dəfə təpik zərbəsi ilə vuraraq sağ mil sümüyünün aşağı 1/3-in qəlpəli yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən onun sağlamlığına az ağır zərər vuran xəsarət yetirməsinə dair müddəa hökmün təsviri-əsaslandırıcı hissəsindən xaric edilmişdir. Qeyd olunan qərardan dövlət ittihamçısı K.F.Mahmudov tərəfindən kassasiya protesti əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-895/2019 nömrəli 19 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Tahir Kazımov, hakimlər Hafiz Nəsibov və Əli Seyfəliyevdən ibarət tərkibdə) kassasiya protesti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-3 35/2019 nömrəli 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Namiq Məmmədov, hakimlər Ə6 və Ə6 ibarət tərkibdə) 1(103)-42/2020 nömrəli 03 fevral 2020-ci il tarixli hökmü ilə dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Ağaməmməd oğlu Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib, ona CM-in 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 221.2.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin ed ilmiş, CM-in 66.2-ci maddəsinə əsaəsn təyni olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən hökmlə onun barəsində təyin olunmuş islah işləri cəzasının çəkdiyi 01 (bir) il 04 (dörd) ay hissəsi islah işləri cəzasının üç günü azadlığın məhdudlaşdırılamsı cəzasının iki gününə bərabər tutulmaqla 10 (on) ay 20 (iyirmi) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarından Məhkum Ağaməmməd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassato r kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi heç bir sübut olmadan, hökmdə məhkəmə istintaqı zamanı deyil, yalnız ibtidai istintaq zamanı verilmiş ziddiyyətli ifadələri qeyd etməklə, onun barəsində Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə də ittiham hökmü çıxartmışdır. Apellyasiya məhkəməsinin hökmündə istintaq zamanı verilmiş ifadələrlə Məhkum təqsirinin sübuta yetməsi göstərilsə də, məhkəmə istintaq zamanı verilmiş ifadələrində Məhkum ümumiyyətlə zərərçəkmişə xəsarət yetirmədiyini, əksinə, Ə6 ilə Zərərçəkmiş şəxs arasında olan mübahisəni sakitləşdirmək istədiyindən onları araladığını göstərmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs isə Məhkum tərəfindən ona xəsarət yetirilməsini görmədiyini, ona xəsarət yetirən şəxslərin Ə.6 və T6 olduğunu göstərmiş, digər təqsirləndirilən şəxs Ə6 də zərərçəkmiş Zərərçəkmiş şəxs əlinə kimin xəsarət yetirməsini görmədiyini göstərmişdir. Bundan başqa, apellyasiya protestində Məhkum elan edilmiş ittihamda təqsirli olması ibtidai istintaq zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunması qeyd olunsa da, kassator qeyd edir ki, o, latın qrafikası ilə yazıb oxuya bilmir və məzmunu bilmədiyi sənədlərə müstəntiq tərəfindən imza etdirilib, işin əsl halları barədə öz xətti ilə azərbaycan dilində izahat yazmışdı, həmin izahat həqiqəti əks etdirir, lakin onun həmin izahatı deyil, məzmunun anlamadan imza etdiyi izahat sübut hesab edilmişdir. Həmçinin elə ibtidai istintaq zamanı verdiyi ifadəsində də zərərçəkmiş şəxs məhz onun tərəfimdən zərərçəkmişin qolunun zədələnməsinə səbəb olan xəsarətin yetirilməsin i gördüyünü göstərməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun tələblərinə əməl edilməmiş, işin faktiki halları araşdırılmamış, ibtidai istintaq və məhkəmə baxışı zamanı verilmiş ziddiyyətli ifadələrin aradan qaldırılması üçün, işə məhkəmə istintaqı aparılmaqla baxılmasına baxmayaraq, hadisənin birbaşa şahidlərin və zərərçəkmişlərin iştirakı belə təmin edilməmiş və onların izahatları alınmamışdır. Kassator göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin məhkumun CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə 03 fevral 2020-ci il tarixli qərarını ləğv edib, işin faktiki hallarının araşdırılması üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı Məhkum Ağaməmməd oğluna aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmadığını və əsassız olaraq Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirli bilindiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.6-cı maddələri apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinin və ya dəyişdirilməsinin əsasları barədə səlahiyyətlərinin hüdudlarını təsbit edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə müna sibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından müəyyən edilir ki, Məhkum iş yoldaşı Ə6 ilə bir qrup şəxs halında 07 avqust 2016-cı il tarixdə, saat 14:00 radələrində Bakı şəh., Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, Bakı-Sumqayıt şossesinin 11-ci km-də sağ tərəfində yerləşən «***********» ticarət mərkəzinin daxilində fəaliyyət göstərən və X4 işlətdiyi qapı satışı mağazasında olarkən, həmin mağazanın müştərisi Zərərçəkmiş şəxs sifariş verdiyi qapıların çatdırılması və quraşdırılmasını 2 saat ərzində yerinə yetirmələrinə söz verməsinə baxmayaraq, üç gün ərzində sifarişin icrasını təmin etməməsini T6 irad tutmasını və ona vermiş olduğu 100 (yüz) manat məbləğdə beh pulunu qaytarmasını təklif etməsinə görə Ə6 heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına saymamazlıq göstərməklə ictimai yer hesab olunan həmin mağazanın daxilində N6 nalayiq sözlərlə söyərək onun sifət nahiyəsinə bir dəfə kəllə zərbəsi vurub ona sol alt göz qapağının qançırı kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirib qərəzli hərəkətlərlə xuliqanlıq etdiyindən Ə6 qanuna zidd hərəkətinə Zərərçəkmiş şəxs öz iradını bildirməsi və əllər i ilə sifətini tutub aşağı əyilməsindən istifadə edib Məhkum heç bir əsaslı səbəb olmadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bir dəfə təpik zərbəsi ilə vurub onun sağ mil sümüyünün aşağı 1/3-in qəlpəli, yerdəyişmiş sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən onun sağlamlığına az ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsində ifadə vermiş Məhkum göstərmişdir ki, o, özünü ümumiyyətlə ittiham olduğu maddələrlə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilməmiş və göstərmişdir ki, Bakı-Sumqayıt şossesinin, Xırdalan dairəsində yerləşən «** *********» Ticarət Mərkəzində qapı satışı ilə məşğul olan «T6» adlı şəxsin mağazasında usta işləyir və sifariş olunmuş qapıların quraşdırılması ilə məşğul olur. Ə6 isə onunla birlikdə usta işləyir. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış və onunla əvvəllər heç bir münasibəti olmamışdır. 07 avqust 2016-cı il tarixdə o, usta Ə6 ilə birlikdə başqa bir ünvanda qapı montajı işi ilə məşğul olarkən T6 onlara zəng edərək başqa bir ünvana montaj işi üçün getməyini demişdir. O da, usta Əli ilə birlikdə T6 dediyi ünvana gedərkən, həmin evdə işləyən usta onu və Ə6 nalayiq sözlərlə söydüyünə görə onlar qapıları montaj etmədən geri qayıtmışlar. Bundan bir neçə saat sonra o, T6və Ə6 ilə birlikdə T6 işlədiyi mağazada oturduğu zaman əvvəl tanımadığı, ilk dəfə həmin gün gördüyü N6 adlı şəxs mağazaya gedərək T6 mübahisə edib, beh verdiyi 100 manat pulu tələb etməyə başlamışdır.T6 isə N6 verdiyi 100 manat pulu anbara ödənildiyini, anbarın işçiləri evində olan qapıları apardıqda, 100 manat pulunu geri qaytaracağını bildirmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs mübahisə edərək pulu T6 tələb etməyə başlamış, T6 sol tərəfində oturmuş usta Ə6 üstünə hücum edərək onu nalayiq sözlərlə söymüşdür. Bu zaman usta Əli də ayağa durmuş və Zərərçəkmiş şəxs ilə qarşı-qarşıya dayanmışlar. O və T6 isə mübahisə yaranmasın deyə, ayağa duraraq N6 ilə Əlini aralamaq istəmişlər. Bu zaman Zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söyməyə başlamış, Ə6 isə əsəblərini saxlaya bilməyib N6 sifətindən bir dəfə kəllə zərbəsi ilə vurmuşdur. O ümumiyyətlə Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Onun vurmamı ş, onun qolunu sındırmamışdır. Ümumiyyətlə baş verən mübahisədə N6 ilə Ə6 aralaşdırmaq istəmişdir. İbtidai istintaq dövründə verilmiş ifadə isə onun dedikləri ilə bağlı olmamışdır. Həmçinin, birinci instansiya məhkəməsində ifadə vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus Biləcəri qəsəbəsində yerləşən mənzilini təmir etdirərkən 05 avqust 2016-cı il tarixdə səhər saatlarında Bakı-Sumqayıt şossesi, Xırdalan dairəsində yerləşən «***********» Ticarət Mərkəzində qapı satışı ilə məşğul olan mağazaya getmiş və orada «T6» adlı şəxslə tanış olmuşdur. T6a 100 manat beh vermiş, razılaşmaya əsasən, T6 iki saat ərzində sifariş etdiyi iki ədəd qapını onun evinə çatdırmalı və öz ustaları da qapıların montaj edilməsi işlərini yerinə yetirməli idilər. O, T6la razılaşdıqdan iki saat sonra zəng edib qapıların aqibəti barədə maraqlansa da, ona axşam saat 17:00 radələrində qapıları çatdıracağını bildirmişdir. O, həmin gün axşam dediyi saatda yenə zəng etsə də, T6 ona sifariş etdiyi qapıların onlarda olmadığını, gözləməsini, qapını sabah saat 10-da gətirəcəklərini demişdir. Evdə təmir işləri aparan ustaları iki gün məşğul etdiyi üçün məcbur olub qapıları gözləməli olmuşdur. Beləliklə o, 07 avqust 2016-cı ilədək gözləsə də, T6 müxtəlif bəhanə gətirərək qapını göndərməmişdir. Həmin gün günorta saatlarında o, mağazaya getmək istədiyi zaman evdə təmir işləri aparan usta ona zəng edib, qapı gətirildiyini, bir müddət sonra qapını montaj edən usta isə yolu səhv salıb geri qayıtmalarını bildikləri üçün acıq edib, qapıları montaj etmək üçün evinə getmədən geri qayıtmışlar. O, mağa zaya çatdıqda T6ın orada oturduğunu görmüşdür. T6ın yanında iki nəfər yaşlı tanımadığı şəxsdə var idi. O, T6a yaxınlaşıb üç gündür onu aldatdığını demiş, beh kimi verdiyi 100 manat pulu qaytarmasını və qapılarını evindən aparmasını xahiş etmişdir. Həmin vaxtı T6 yanındakı şəxslərə onu işarə edib göstərmiş və pulunu verə bilməyəcəyini demişdir. O, T6la söhbət etdiyi zaman T6ın yanında oturan bir nəfər yaşlı kişi ayağa durub ona yaxınlaşmış, onun evində işləyən ustanın həmin adamın qarşısına qısa şalvarla çıxdığını demişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs T6ın göndərdiyi qapını montaj etmək üçün gəlmiş, lakin yarıyoldan qayıtmış usta olmuşdur. O, həmin şəxsə evində işləyən ustanın qısa şalvar geyinməsində heç bir problem görmədiyini bildirmişdir. Onların arasında mübahisə yaranmı şdır. Yaranmış mübahisə zamanı sonradan adının Ə6 bildiyi şəxs onun sifət nahiyəsinə kəllə ilə vurmuşdur. Bundan sonra T6 ilə Ə6 onu vurmağa başlamışlar. Məhkum onu vurmamış, onun ona xəsarət yetirdiyini görməmişdir. Onu vurub döyənlər T6 ilə Ə6 idi. Hadisədən sonra onun sınmış qolu ilə heç kim maraqlanmamışdır. Ona heç bir maddi yardım göstərilməmişdir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə əsasən əməl xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma başa düşülür. İş üzrə keçir ilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 149 saylı, 15 dekabr 2016-cı il tarixli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol alt göz qapağının qançırı, sağ mil sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni onun AzTTOİ-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla, 07 avqust 2016-cı il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş üzrə keçirilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 35/149 saylı, 22 iyul 2017-cı il tarixli əlavə rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol alt göz qapağının qançırı, sağ mil sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, onun tibbi yardım üçün Az.ETTOİ-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 07.08. 2016-cı tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol alt göz qapağının qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin olunmur, sağ mil sümüyünün aşağı 1/3-nin qəlpəli, yerdəyişmiş sınığı isə, dərəcəsinə, görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il t arixli 1 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Qərarda qeyd edilmişdir ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasın a və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 avqust 2016-cı il tarixdə T6 Şirinovun tapşırığı əsasında montaj işlərini aparılması üçün Ə6 ilə birlikdə Zərərçəkmiş şəxs məxsus mənzilə gəlmiş, həmin evdə işləyən usta isə onları nalayiq sözlərlə təhqir etdiyinə görə heç bir iş görmədən geri qayıtmışlar. Bundan bir neçə saat sonra o, T6 və Ə6 ilə birlikdə işlədikləri mağazada olarkən oraya Zərərçəkmiş şəxs gəlmiş və T6la mübahisə edib, b eh verdiyi 100 manat pulu tələb etməyə başlamışdır. Yaranmış mübahisə zamanı N6 Ə6 üzərinə hücum edərək onu nalayiq sözlərlə söymüşdür. Mübahisə zamanı Ə6 N6 sifətindən bir dəfə kəllə zərbəsi ilə vurduqdan sonra, o da onu təpiklə sağ qolundan vurmuşdur. Həmçinin iş üzrə digər məhkum Ə6 birinci instansiya məhkəməsində verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 avqust 2016-cı il tarixdə Məhkum və T6 Şirinovla birlikdə işlədikləri mağazada oturduqları zaman adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs mağazaya daxil olaraq aldığı qapıların vaxtında ona çatdırılmaması ilə əlaqədar T6la mübahisə etməyə başlamış və verdiyi 100 manat pulu geri istəmişdir. T6 pulun qaytarılması üçün vaxt istədikdə, N6 daha da hiddətlənərək, T6ı nalayiq sözlərlə təhqir edib, pulun dərhal qaytarılmasını tələb etməyə başlamışdır. Bu hərəkətlərə görə N6yə iradını bildirdikdə, sonuncu üstünə gəlməyə başlamışdır. Bu zaman əsəblərini saxlaya bilməyib, N6ni sifətindən bir dəfə kəllə zərbəsi ilə vurmuş, Məhkum isə N6ni sifətindən yumruqla, təpik zərbəsi ilə sağ qolundan vurmuşdur. Həmçinin Məhkum Zərərçəkmiş şəxs təpik zərbəsi ilə sağ qolundan vurması halı iş üzrə şahid T6 Şirinov ibtidai istintaq zamanı təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan sübutlar məhkum Məhkum Ağaməmməd oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrinin dispozisiyalarında təsbit edilmiş cinayət əməllərinin movcudluğuna dair heç bir şübhə yeri qoymur. Odur ki, kassasiya kollegiyası belə n əticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun cinayət işinin materiallarındakı digər sübutlara uyğun gələn ibtidai araşdırma və məhkəmə araşdırmaları zamanı verdiyi ifadələrinə, zərərçəkmiş şəxsin, şahidlərin bir-birinə uyğun ifadələrinə, ekspertiza rəylərinə və digər sənədlərə əsaslanmışlar). Belə liklə, məhkəmə kollegiyası kassatorun dəlillərini cinayət işinin materiallarındakı sübutlarla və işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri dəlillərlə müqayisəli surətdə tədqiq edərək həmin dəlilləri təkzibedilməz bir sübuta söykənmədiyindən qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının Məhkum aid hissədə qanuni və əsaslı olması nəticəsinə gəlir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum Ağaməmməd oğlunun cinayət əməllərinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən kassatorun dəlillərinin əsassız olması nəticəsinə gəlir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarının Məhkum Ağaməmməd oğluna aid hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416cı maddəsi ilə müəyyən edilən hallardan heç biri müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarından Məhkum Ağaməmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gə lir ki, həmin şikayətin təmin edilməməsi, göstərilən qərarın isə Məhkum Ağaməmməd oğluna aid hissədə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkumun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar