Məhkəmə qərarları › İş №1(102)-783/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-783/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-783/2021 16.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X3 və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Samir Məmmədov) 1(005)96/2020 nömrəli 07 avqust 2020-ci il tarixli hökmü ilə 18 noyabr 1995-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 127.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2019-cu il tarixindən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 11 sentyabr 2019-cu il tarixdə saat 10:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1969-cu məhəllədə yerləşən avtomobil ehtiyat hissələri mağazasının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özündə olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq edərək, orada mühafizə xidməti aparan Zərərçəkmiş şəxs onunla söyüşlə danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əvvəlcə Zərərçəkmiş şəxs kəllə və yumruq zərbələri ilə baş nahiyəsindən, daha sonra isə üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçaqla qasıq və baş nahiyəsindən vuraraq sonuncuya açıq kəllə beyin travması, təpə sümüyünün xarici səhifəsinin çökmə xarakterli sınığı ilə müşayiət olunan təpə nahiyəsinin çapılmış yarası, sol qasıq nahiyəsinin iki ədəd, sağ əlin İ barmağının, sağ əlin ovuc səthinin, sol qaşüstü nahiyənin, burnun və sol yanağın deşilmiş-kəsilmiş və kəsilmiş yaraları kimi ilə nəticələnən, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Mə hkum öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəllərində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Əli Seyfəliyev və Rəşad Abdulovdan ibarət tərkibdə) 1(103)858/2020 nömrəli 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) ilə endirilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən hökmlə Azərbaycan Respublikası CM-in 127.2.3-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müdd ətə azadlıqdan məhrum etmə cəzası hazırki qərarla təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı3 verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı3 onunla əsaslandırır ki, apelyasiya məhkəməsi tərəfindən Məhkum yüngül cəza təyin edilərkən cinayət qanununun normalarının, Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları nəzərə alınmamışdır. Belə ki, məhkum edilmiş şəxs Məhkum ittiham olunduğu CM-nin 221.3-cü maddəsi təsnifata görə az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin cinayət əməli obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən isə birbaşa qəsdlə törədilir.Məhkum əməli birbaşa qəsdlə törədilmiş cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs tərəfindən bıçaq tətbiq olunmaqla zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur ki, bu da ağır nəticələrə səbəb olmuşdur. O, öz hərək ətlərini ölçüb biçərək, dərk edərək, nəticəsini qabaqcadan görüb, arzu edərək cinayət törətmişdir. Göründüyü kimi, Məhkum törətdiyi əməllər cinayət qanunu ilə qorunan iki müxtəlif obyektə qəsd etmiş, subyektiv cəhətdən birbaşa qəsdlə törədilmiş və başa çatmış cinayət olmuşdur. İşin müəyyən edilmiş və apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş faktiki hallarından görünür ki, məhkum edilmiş Məhkum ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, özündə olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq edərək, orada mühafizə xidməti aparan Zərərçəkmiş şəxs onunla söyüşlə danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əvvəlcə Zər ərçəkmiş şəxs kəllə və yumruq zərbələri ilə baş nahiyəsindən, daha sonra isə üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçaqla qasıq və baş nahiyəsindən vuraraq sonuncuya açıq kəllə beyin travması, təpə sümüyünün xarici səhifəsinin çökmə xarakterli sınığı ilə müşayiət olunan təpə nahiyəsinin çapılmış yarası, sol qasıq nahiyəsinin iki ədəd, sağ əlin İ barmağının, sağ əlin ovuc səthinin, sol qaşüstü nahiyənin, burnun və sol yanağın deşilmiş-kəsilmiş və kəsilmiş yaraları kimi ilə nəticələnən, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən məhkum edilmiş şəxsə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəza təyin edilməsini əsaslandırılmış və özündə işin faktiki hallarını əks etdirən nəticə kimi qəbul etmək olmaz. Yekun qərardan göründüyü kimi, məhkəmə kollegiyası cəza təyini ilə bağlı məsələnin həlli zamanı cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini ümumiyyətlə müzakirə etməmiş və bu vacib hallara toxunmayıb açıq buraxmışdır. Halbuki, cəza təyin etmənin ümumi prinsiplərini təsbitləyən cinayət qanunvericiliyinin müvafiq normaları birmənalı olaraq məhkəmələrdən cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını, cinayət prosessual qanunvericilik isə məhkəmənin qərarının (hökmünün) qanuni və əsaslı olmasını tələb edir. Təqsirkarın cinayətin törədilməsi zamanı davranışı, cinayə tin məqsədi və motivi də ona münasibətdə cəza təyini ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəyə uyğun deyil. Hesab edirəm ki, cəza təyini zamanı məhkum edilmiş şəxs Məhkum şəxsiyyəti də məhkəmə kollagiyası tərəfindən düzgün qiymətləndirilməyib. Apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi cəzanı yüngülləşdirən hallara münasibətdə qeyd edilməlidir ki, məhkəmə bu halda da cinayət qanunvericiliyin, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin yuxarıda şərh olunmuş qərarlarının tələblərindən çıxış etməmişdir. Mübahisələndirilən yekun qərardan göründüyü kimi, məhkəmə kollegiyası zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsini məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hal kimi qəbul edərkən zərərçəkmiş Zərərçəkmiş şəxs məhkum edilmiş ş əxsdən şikayətçi olmasını, məhkum edilmiş şəxsin onunla barışıq əldə etməməsini nəzərə almamışdır. Həmçinin hökmlə müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində Məhkum qanunla nəzərdə tutulan ən ciddi cəza verilməsini xahiş etmiş, bununla bağlı onun mövqeyində sonradan hər hansı bir dəyişiklik olmamışdır. Bundan başqa, cinayət kollegiyası yekun qərarında cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsinə istinad etsə də, məhkum edilmiş şəxsin bu hərəkətlərinin nədən ibarət olmasını açıqlamamış, iş materiallarında isə bu barədə hər hansı bir məlumat olmadığından məhkəmənin bu dəlilini təkzib etmək üçün hər hansı bir arqumentin irəli sürülməsi də mümkünsüz olmuşdur. Halbuki, CPM-nin 139-cu maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlar əsasında müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsi cəza təyin edərkən Məhkum törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, hadisə vaxtı zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin dərəcəsini, onun mənfi xarakterizə olunmasını, əvvəllər eyni xarakterli cinayət törətməklə məhkum olunmasını, cinayət əməlini törədərkən və bundan sonrakı davranışı ilə bağlı halları nəzərə almamışdır. Apelyasiya instansiyası məhkəməsinin yekun qərarında gətirilən əsaslandırma CMnin cəza təyin etmənin ümumi əsaslarını müəyyən edən 8-ci, 41-ci və 58-ci maddələrinin müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun qeyd olunan qərarının tələbləri, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarındakı tövsiyələr baxımından əsaslı sayıla bilməz. Hazırkı protestdə mübahisələndirilən hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə də riayət edilmədiyinə dəlalət edir. Göründüyü kimi, məhkəmə kollegiyası məhkum edilmiş Məhkum təyin edilmiş cəza müddətini azaldarkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, Məhkum şəxsiyyətini diqqətdən kənarda qoymuş, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, cəza təyini zamanı sübut edilməli halları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmişdir. Beləliklə, Bakı Apelyasiya Məhkəməsi bütün bunları nəzərə almayaraq, Məhkum yüngüllüyünə görə açı q aydın ədalətsiz cəza təyin etməklə həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgün lüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyə tinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalar ının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum himayəsində iki övladının olmasını, barışıq əldə etməyə və vurduğu zərəri ödəməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 127.2.3-cü maddəsinin sanksiyası (1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə) həddində olan 1 (bir) il 6 (altı) ay müddətinə, habelə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyası (2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə) həddində olan 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyası həddində təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətini 2 (iki) ilə endirmişdir. Lakin bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsas ən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2020-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət koll egiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 sentyabr 2020-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar