Məhkəmə qərarları › İş №1(102)-783/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-783/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-783/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-c i maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli (sədrlik edən hakim İsmayılov Eldar Herov oğlu, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxx 1998-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla, Bakı şəhəri, xxx fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməs ində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 10 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Məhkum barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının (Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsi ilə, Ab Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə) 15 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmünə əsasən, Məhkum 09 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 35 saylı poliklinikanın yaxınlığında şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqd arından artıq miqdarda, yəni 4,193 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımış, 10 iyul 2021-ci il tarixdə saat 12:20 radələrində Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Binəqədi qəsəbəsi 35 saylı poliklinikanın yaxınlığında saxlanılaraq Binəqədi RPİ 43-cü Polis bölməsinin inzibati binasına aparılaraq, saat 14:00-da inzibati otaqların birində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 4,193 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmələr qərarlarında, cinayət işinin materiallarında olan biri digəri ilə ayrılmaz surətdə bağlı olan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək düzgün hüquqi qiymət verməmiş, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ifadələri arasında ziddiyyətlər olduğuna görə, məhkəmədə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuş, həmin ifadəsi ndə təqsirləndirilən şəxs göstərmişdir ki, o, 10 iyul 2021-ci il tarixdə saat 12:20 radələrində Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan şossesində 35 saylı poliklinikanın yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib üzərində psixotrop maddə olmasından şübhə edildiyi üçün şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisinə baxılan zaman ağ rəngli küllənin aşkar olunmuş, o, həmin kütlənin psixotrop maddə metamfet amin olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl, yəni 09 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində 35 saylı poliklinikanın yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 90 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Polislər tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor və təzyiq tətbiq edilməmişdir. Yuxarıda qeyd olunanlar həmçinin, iş üzrə şahid ifadələri, xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş videoçəkiliş ilə də təsdiqini tapır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid qismində dindirilmiş Bİnəqədİ RPİ, 43-cü Polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum barədə qonşulardan da şikayət olmuş, həmçinin atası da Elcanın narkotik vasitədən istifadə etdiyini və evdən əşyaları götürüb satdığını bildirmişdir. Buna görə onlar əməliyyat qrupu təşkil edərək həmin ünvana getmiş və Elcanı yaşadığı ünvanın yaxınlığında saxlayıb bölməyə gətirmişlər. Polis bölməsində Elcanın üzərinə baxış keçirilərkən 1 bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2021-ci il tarixli 6/2771 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Nəzərli E" yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,193 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Göründüyü kimi, məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitə he roinin şəxsi istehlak miqdarından 30 dəfə çox, külli miqdarın yuxarı həddindən isə 2 dəfə şox olmasını nəzərə almadan təqsirləndirilən şəxsin əməlini CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif etməkdə haqlı olmamışdır. Beləliklə, cinayət işinin ibtidai istintaqı zamanı əldə edilmiş və məhkəmə baxışı zamanı da tədqiq olunmuş yuxarıda şərh olunan sübutlarla Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Lakin, buna baxmayaraq məhkəmə işin faktiki hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanan dəlillər gətirməklə Elcan Nəzərovun əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 15 sentyabr 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş kassasiya protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosess ual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məh kəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci maddələrində (məhkəmə törədil miş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ic timai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayət in tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün fakt iki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühak imə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin t örədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində iş ə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş və işə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək onun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edil ərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərində aşkar olunmuş psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, psixotrop maddənin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. İş materiallarından və məhkəmələrdə tədqiq olunan sübutlardan görünür ki, Məhkum üzərindən təmiz çəkisi 4,193 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 10 iyul 2021-ci il tarixli 6/2771 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Nəzərli E" yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,193 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın 02 avqust 2021-ci il tarixli, 2603 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, Məhkum üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə bir ədəd bükümdə saxlanılması sonuncunun həmin psixotrop maddəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmamış, məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, psixotrop maddənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş 10 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 43-cü Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində təhqiq atçı Şahid3 tərəfindən Məhkum üzərində şəxsi axtarış aparılmış, bu zaman saxlanılan şəxs qərarla tanış edilərək əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli selofan bükülünü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Məhkum üzərinə baxılmış və əlavə hər hansı qanunsuz əşya aşkar olunmamışdır. İş materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, həm ibtidai istintaq zamanı dindirilərkən, həm də məhkəmə iclasında şahid qismində verdikləri ifadələrində polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 bildirmişlər ki, şübhəli şəxs qismində saxlanılan Məhkum barədə əməliyyat məlumatı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istifadə üçün əldə edib saxlaması və gəzdirməsi barədə olmuş, həmin məlumatda Məhkum narkotik vasitələri və psixotrop maddələri m əhz satış məqsədi ilə əldə edib saxlaması barədə heç nə bildirilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Məhkum istifadəsində olmuş 050 490-68-92 saylı mobil telefonla aparılmış danışıqlar, həmin nömrəyə daxil olan və çıxan “sms” yazışmaları barədə məlumatlar "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli 18467 saylı məktubu ilə istintaq orqanına təqdim edilmişdir. Həmin məlumatların əks olunduğu 1 ədəd SD diskə istintaq orqanı tərəfindən baxış keçirilməsi haqqında 14 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Məhkum istifadəsində olmuş 050 490- 68-92 saylı mobil telefonla iş üçün əhəmiyyət kəsb edən hər hansı danışıq zəngləri və ismarıc mətnləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğ una əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddələrini satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin psixotrop maddələri n hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 sentyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar