Məhkəmə qərarları › İş №1(102)-783/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-783/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-783/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrliyi və məruzəsi), Cavid Hüseynov və Samir Əliyev) 10 noyabr 2022-ci il tarixli, 1(101)-1452/2022 nömrəli hökmü ilə xx xxxxx 1979-cu il tarixdə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 mart 2022-ci ildən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 11 mart 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən külli miqdarda, yəni ümumi çəkisi 2009,7 qram olan qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib daşıyaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibində və yaşadığı ünvan 2 ünvanında saxlamış, 14 mart 2022-ci il tarixdə səhər saat 12:00-da Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 3 ünvanın qarşısında saxlanılıb, Suraxanı RPİ, 33-cü Polis bölməsinin inzibati binasına g ətirilərək, xidməti otaqların birində videoçəklişdən istifadə olunmaqla üzərində şəxsi axtarış həyata keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,2 qram, 9,7 qram, 8,9 qram və 14,5 qram olmaqla, ümumi təmiz çəkisi 50,3 qram olan qəhvəyi rəngli, toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 14 mart 2022-ci il tarixdə Məhkum yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən, evdə divanın altından 5 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,9 qram, 20,8 qram, 17,0 qram, 20,4 qram, 5,3 qram olmaqla, ümumi təmiz çəkisi 79,4 qram v ə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1880,0 qram olan qəhvəyi rəngli toz şəkilli, xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd üzərində heroin izləri, arxasında “500 g/0.1g” yazısı olan gümüşü rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov) 28 fevral 2023-cü il tarixli 1(103)-526/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 1(101)-1452/2022 nömrəli hökmü cəza hissəsində dəyişdirilmiş, hökmə Məhkum təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) ilə endirilmişdir. Məhkumun müdafiə çisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilmiş şəxs Məhkum barəsində həmin maddə ilə məhkəməyə verildiyi ittiham üzrə CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən müvafiq olaraq cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr cinayət işi üzrə araşdırmanı tam, hərtərəfli və obyektiv aparmamış, sübutlara qanunla müəyyən edilmiş qaydada qiymət verməmiş, müdafiə tərəfi nin işin bütün hallarının araşdırılmasına yönəlmiş vəsatətləri əsassız olaraq təmin etməmiş, qərəzli mövqeyi tutaraq əsassız olaraq Məhkum barəsində ittiham hökmünü çıxarmışdır. Kassator hesab edir ki, məhkum edilmiş şəxs barəsində CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət təqibinə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsı barədə qərar çıxarılmalıdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş, ibtidai istintaq zamanı etiraf ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin əməliyyat müv əkkilləri Şahid2, Şahid3 və Şahid1 şübhəli şəxs Məhkum müəyyən edilərək saxlanılması, üzərində şəxsi axtarış və yaşadığı mənzildə baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitələrin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvləri kimi iştirak etdiklərini bildirsələr də, hər üç şahid ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli ifadələr vermiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı iş üzrə hökmündə şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon Polis idarəsi 33-cü Polis bölməsinin əməliyyat müvəkkillərinin məhkəmə iclasında verdiyi real ifadələr deyil, ibtidai istintaq zamanı verdiyi ifadələr öz əksini tapmışdır. Bundan başqa, ibtidai istintaq zamanı Məhkum üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntüləri özündə əks etdirən bi r ədəd DVD diskə baxış keçirilməsi də məhkəmə istintaqı zamanı təmin edilməmişdir. Məhkum psixi xəstəliyindən əziyyət çəkir, lakin məhkəmələr ambulator məhkəməpsixiatrik ekspertizasının rəyi ilə kifayətlənərək, onu törədilmiş cinayət barəsində anlaqlı hesab etmiş, müdafiə tərəfinin stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və müalicə həkimin dindirilməsi barədə vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Kassator hesab edir ki, işdə olan və onun tərəfindən təqdim edilən sənədlərə əsasən məhkumun barəsində təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının təyin olunması və keçirilməsi zəruri idi. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı hüquqlarını müdafiə etdiyi Məhkum barəsində iş üzrə "ambulator məhkəmə-psixiatrik” ekspertiza sının təyin olunması haqqında qərar qəbul edilmiş və keçirilmiş, komisyon ekspertiza rəyi verilmişdir. Lakin Məhkum bildirdiyinə görə, ibtidai istintaq zamanı onu heç bir ekspert müayinə etməmiş, bu səbəbdən onun barəsində verilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının rəyi formal xarakterli və əsassız olmuşdur. Bundan başqa, məhkəmə iclasında da Məhkum hakimin ona verdiyi suallara qeyriadekvat cavablar vermişdir ki, bu hallar da onun hazırda anlaqlı vəziyyətdə olmamasına əyani sübutdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum özünü təqsirli bilməyərək, narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmadığını, saxlanılarkən onun üzərində narkotik olmadığını, Dilsuz adlı şəxsi tanımadığını, onun adını polis işçilərinin ona yazdırdı qlarını, üzərinə və yaşadığı evə narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulduğunu, polis işçilərinin təzyiqi nəticəsində bütün sənədləri imzalamağa məcbur edildiyini bildirmiş, həmçinin təqsirləndirilən şəxs Məhkum polis bölməsində olarkən döyülməsi və ona polis əməkdaşları tərəfindən təzyiqlər göstərilməsi, narkotik vasitələrin ona məxsus olması və satışı ilə məşğul olmasını boynuna almasını tələb etmələrini bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, Məhkum ona qarşı polis əməkdaşlar tərəfindən işgəncə və təzyiq göstərilməsinə dair şikayəti ilə əlaqədar araşdırma formal aparılmışdır. Beləliklə, aşağı instansiya məhkəmələrinin, heç bir əsas olmadan təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrə münasibətdə ziddiyyətli ifadə verməsini, onun döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə gətirdiyi dəlilləri təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirməsi, Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul etməsi qanuni və əsaslı hesab edilə bilməz. Kassatorun fikrincə apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla yanaşı, həm də tamamilə qərəzlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət müdafiə tərəfinin təqdim etdiyi sübutları araşdırmamış, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, məhkəmə CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ləğv edil ərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və müba hisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, məhkəmələr tərəfindən cinayət işi üzrə araşdırma düzgün və obyektiv aparılmamış, Məhkum elan edilmiş ittihamda təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüş və onun həmin ittiham da təqsirli olmasını təsdiq etmək üçün məhkəməyə onun ibtidai istintaq zamanı verdiyi ifadəni, şəxsi axtarış və götürmə aparılması barədə və məhkumun yaşadığı mənzilə baxış keçirilməsi barədə 14 mart 2022-ci il tarixli protokolları, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşlarının ifadələrini, məhkəmə kimyəvi, məhkəmə narkoloji, məhkəmə psixiatrik ekspertizalarının rəylərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunmuş və onun barəsində ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi məhkumun müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxıb birinci instansi ya məhkəməsinin məhkumun təqsirliliyinin sübut olunması və əməlin tövsifi barədə mövqeyi ilə razılaşaraq, hökmü cəza hissəsində dəyişdirmiş, apellyasiya şikayətini isə təmin etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təq sirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq iş materiallarını araşdıraraq qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis işçiləri tərəfindən saxlanıldığı gün, yəni 14 mart 2022-ci il tarixdə o, səhər tezdən binanın həyətində olmuşdur. Həmin vaxt sahə rəisi ilə əməliyyatçı ona yaxınlaşmış və ona "səni rəis müavini çağırıb, gedək görək nə deyir" sözlərini demişdir. O, polis əməkdaşlarının maşınına minib bölməyə getmişdir. Bölmədə onu bir otağa aparmışlar. Orada polisləri nəyə görə söydüyü ondan soruşulmuş, o isə, heç kimi söymədiyini bildirmişdir. Pol is əməkdaşları ona ya bir kiloqram narkotiki, ya da avtomat silahı boynuna götürməli olduğunu demişlər. Polis işçilərinə onda narkotik vasitə olmadığını və nəyə görə onu bədbəxt etdiklərini demişdir. Polis əməkdaşları ona ikisindən birini götürməli olduğunu təkrar etmişlər. O, avtomat silahın təmiz olub-olmadığını soruşduqda, polislər bilmədiklərini demişlər. Buna görə də, polis əməkdaşlarının təzyiqlərinə dözməyib narkotik vasitəni boynuna almış, polislər narkotiki onun cibinə qoymuş, o da, çəkiliş zamanı cibindən çıxarıb həmin narkotik vasitəni təqdim etmişdir. Sonra polis əməkdaşları onun yaşadığı evə gəlib divanın altına narkotik vasitəni qoymuş, ona isə gedib divanın altından narkotiki çıxarmasını bildirmişlər. O da, hər şeyin daha bitdiyini fikirləşib, eyni qaydada polis əməkdaşların ın dediklərini etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış nəticəsində narkotik vasitənin tapılmasına əsaslanır. Bu fakt cinayət işinə əlavə edilmiş məhkumun üzərində axtarış və götürmə haqqında və məhkumun yaşadığı mənzilə baxış keçirilməsi haqqında14 mart 2022-ci il tarixli protokollarla təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü ş übhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən 14 mart 2022-ci il tarixli protokollar tətbiq edilərək CPM-in 144-145-ci maddələrinin tələblərinin icra edilməsini yoxlayarkən aşağıdakıları qeyd edir. Yuxarıda göstərildiyi kimi Məhkum məhkəmə iclasında dindirilərkən özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, narkotik vasitənin ona polis əməkdaşları tərəfindən qoyulmasını, etirafedici ifadə polis əməkdaşlarının fiziki təzyiqi altında verdiyini göstərmişdir. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 aprel 2022-ci il tarixli ekspertiza rəyinə əsasən Məhkum yüngül ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu aşkar olunmuşdur. Azərbaycan Res publikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, tutularkən Məhkum ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 müdafiəçi qismində təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, şübhəli şəxs Məhkum onun hüquq və vəzifələri müdafiəçisi Eldar Əliyarovun iştirakı ilə izah edilmiş və müdafiəçinin iştirakı ilə o, təhqiqatçı tərəfindən saat 12:50-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” protokolda da qeyd edilmişdir ki, Məhkum vəkil X1 iştirakı ilə tutulmuşdur. Bundan son ra təhqiqatçı Məhkum üzərində axtarış və götürmə aparılması barədə qərarı qəbul etmiş, həmin qərarla müdafiəçini tanış etmiş və psixi pozuntudan əziyyət çəkən şübhəli şəxs Məhkum “gələcəkdə cinayət prosesi zamanı hüquqlarının keyfiyyətli müdafiə oluna bilməsi məqsədi ilə” onun üzərində axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə kompüter vasitəsi ilə çap edilmiş ərizə imza etdirərək həmin tarixdə saat 13:00-da, yəni şübhəli şəxsə onun xahişi ilə müdafiəçinin təqdim edilməsindən 10 dəqiqədən sonra şübhəli şəxs üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan keçirmişdir. Məhz bu şəxsi axtarış zamanı şübhəli şəxsin üzərində onun ittihamının əsasını təşkil edən narkotik vasitə heroinin bir qismi aşkar edilmiş və götürülmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməsi, lakin iştirakı zəruri olduğu halda şübhəli şəxsin axtarışının müdafiəçinin iştirakı olmadan aparılması həm qanun tələblərinin kobud pozulması, həm də anlaşılmayan və şübhə doğuran haldır. Göründüyü kimi Məhkum üzərində axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların ko nstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Lakin məhkəmələr təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlanılmasına dair Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmiş, Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2022-ci il tarixli protokolu sübut kimi qəbul edərək, barəsində protokol tərtib edilmiş istintaq hərəkətinin kobud qanun pozuntusu ilə keçirilməsinə münasibət bildirməmiş, həmin istintaq hərəkətinin protokolunun və nəticəsində əldə edilmiş maddi sübutun mötəbər olması barədə öz mövqeyini əsaslandırmamışdır. Bundan başqa Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin təhqiqatçısı Elşən İsmayılov tərəfindən tərtib edilmiş mənzilə baxış və maddi sübutun götürülməsi barədə 14 mart 2022-ci il tarixli protokoldan və bu istintaq hərəkətinin gedişatını əks etdirən video görüntüdən görünür ki, şübhəli şəxs və istintaq hərəkətinin iştirakçıları mənzilin dəhlizinə daxil olduqdan sonra təhqiqatçı istintaq hərəkətində iştirak edən şəxslərdən dəhlizdə gözləməsini xahiş etmiş və baxışda iştirak edən şəxslərin narkotik vasitə saxlanıldığı otağa daxil edilənədək həmin otaqdan kişi cinsində olan bir nəfərin çıxdığı müşahidə olunur. Mənzilə baxış keçirilməsi barədə protokolda həmin şəxsin baxışda iştirak etməsi və ya kim olması barədə heç bir qeyd yoxdur. Buna baxmayaraq, nə ibtidai istintaq, nədə məhkəmə istintaqı zamanı həmin şəxsin şəxsiyyəti və onun axtarışdan bilavasitə əvvəl narkotik vasitə aşkar olunduğu otaqda hansı səbəbə görə olması ilə əlaqədar heç bir araşdırma aprılmamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar vurğulayır ki, məhkumun onun yaşadığı evə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə iddiaları olduğu halda məhkumun evinə baxış keçirilməsi barədə protokolun və axtarış nəticəsində əldə edilmiş sübutun (narkotik vasitənin) mötəbərliyi haqqında nəticəyə gəlmək üçün həmin məsələnin araşdırılması böyük əhəmi yyət kəsb edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə mə suliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanıl masını və qiymətləndirilməsini təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin bu barədə dəlilləri araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları ara şdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxarkən həmçinin, sübutların Azərbay can Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanmasını, yoxlanılmasını və qiymətləndirilməsini təmin etməmişdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışın ın təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli Məhkum barəsindəki qərarı prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət pro sesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsinə əsasən ləğv edilməsi və cinayət isinin yeni apellyasiya baxışına təyin edilməsi barədə nəticəyə gəldiyi üçün CPM-in 419.12.3-cü maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin cinayət işi üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi əlaqədar dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir. Yuxarı da göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar