Məhkəmə qərarları › İş №1(102)-783/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-783/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-783/2025 08.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 7.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli 1(100)-124/2024 nömrəli (hakimlər: Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə müvafiq olaraq Gəncə Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 4(125)-73/2023 nömrəli hökmü ilə ona təyin edilmiş, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, hazırkı iş üzrə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıq məhrum etmə cəzasını qismən toplanma qla ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun birinci iş üzrə şübhəli şəxs qismində tutulduğu 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək və hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək cəmi 4 gün müddətin ona təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 26 (iyirmi altı) gün cəza saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, barəsində məcburi müalicənin təyin olunması və onun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması müəyyən edilmiş, həmçinin maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli 1(104)-374/2024 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.2-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında 25 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının k eçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xxxdə yerləşən “Bolmart” ərzaq mağazasının qarşısında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ ön cibindən 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,252 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə yəni istintaqa dəqiq məlum olmayan vaxtda xxx-də, yeni tikilidə yaşayan Zərərçəkmiş şəxs məxsus xxx-də yerləşən, ətrafı daşla hasarlanmış həyatyanı sahəyə qanunsuz daxil olaraq həmin yerdən 870 manat dəyərində dəmir darvazanı, 75 diametr ölçüdə 64 metr uzunluğunda 448 manat dəyərində dəmir künclük (uqolnik) və 28 diametr ölçüdə 8 ədəd 2,5 metr uzunluğunda 100 manat dəyərində dəmir armaturu gizli olaraq talamaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan ümumi təmiz çəkisi 0,375 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında 18 yanvar 2023-cü il tarixdə, saat 11:40 radələrində həmin şöbənin CAB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq xxx ünvanında yerləşən 1-ci polis şöbəsinə aparılmış, Po lis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 0,375 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci və apellyasiya instansiyası məhkəmə kollegiyaları isə Məhkum əməlinin CM-in 234.4.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edərək, həmin maddə ilə təqsirli bilinməsinə dair nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, əməlin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkəmə tərəfindən istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı kifayət qədər əsaslandırma aparılmamış, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş və bununla da, məhkəmə əməlini tövsif etməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə psixotrop maddənin Məhkum üzərindən aşkar edilməsi hissəsində ibtidai istintaq orqanının gəldiyi qənaəti düzgün qəbul etsə də, psixotrop maddənin satış məqsədilə əldə edilib saxlanılması hissəsində istintaqın gəldiyi nəticəni mübahisələnd irmişdir. Lakin məhkəmə hökmündə Məhkum əməlində CM-in 234.1-ci maddəsinin tərkib elementləri mövcud olması ilə bağlı nəticəyə gəlməsi üçün hər hansı sübuta istinad etməmiş, istintaq orqanı tərəfindən verilmiş ittihamın təkzib edilməsi, eyni zamanda, özünün həmin nəticəyə gəlməsi ilə bağlı düzgün əsaslandırma aparmamışdır. Hər iki epizod üzrə şahid qismində dindirilmiş polis əməkdaşları həm ibtidai həm də, məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Məhkum barəsində ilkin əməliyyat məlumatlarının psixotrop maddənin istifadəsi və saxlanılması ilə bağlı olmasını, lakin, sonradan Məhkum narkotik vasitələrin psixotrop maddə və narkotik vasitələri satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının əldə olunmasını, lakin, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığını gö stərmişlər. Məhkəmə Məhkum barəsində psixotrop maddələrin satışı ilə bağlı hər hansı əməliyyat məlumatının olmaması və buna görə də həmin psixotrop maddənin şəxsi istehlak məqsədilə əldə edib saxlaması qənaətinə gəlsə də, Məhkum yuxarıda qeyd edilən formada narkotik vasitənin dövriyyəsində iştirakını, həmçinin Məhkum aşkar edilmiş psixotrop maddələrin şəxsi istehlak miqdarından çox olması, 2 dəfə olmaqla ayrı-ayrı vaxtlarda aşkar edilib götürülməsi və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə psixotrop maddələri əldə edib saxlamasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr vermiş, məhkəmə də, öz növbəsində, Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özü nümüdafiə xarakterli olmasını nəzərə almadan, həmin ifadəyə tənqidi yanaşmadan sonuncunun narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin gəldiyi bu nəticə isin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Məhkəmə yanlış qiymətləndirmə aparmış və Məhkum əməlini tövsif edərkən əsas istinad etdiyi bir hal da ondan ibarət olmuşdur ki sonuncudan aşkar edilmiş psixotrop maddələrin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmamış, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satacağı şəxs, yəni istehlakçı müəyyən edilməmişdir. Halbuki, Məhkum psixotrop maddələrin satışı faktı ilə deyil, onların satışı məqsədilə əldə edib üzərində saxlaması ilə əlaqədar ittiham verilmişdir. Əgər sonradan onun kiməsə psixotrop maddə satması müəyyən olunsaydı, o zaman Məhkum satış faktı ilə bağlı ittiham irəli sürülə bilərdi. Bundan başqa ibtidai istintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Məhkum üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istifadəsi ilə bağlı əldə edib üzərində saxladığını göstərsə də, həmin maddənin əldə edilmə mənbəyi ilə qeyri-səmimi ifadə verməklə, hər iki epizod üzrə psixotrop maddəni tutulmamışdan az müddət əvvəl təsadüfən tapdığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirlən şəxs Məhkum üzərindən aşkar edilmiş psixotrop maddələri şəxsi istifadəsi məqsədi ilə üzərində saxlaması ilə bağlı ifadəsində irəli sürdüyü dəlillərin qeyri-səmimiliyini göstərməklə, həmin dəlillərin özünü müdafiə xar akterli olmasına dəlalət etmiş olur. Faktiki olaraq məhkəmə Məhkum aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından çox olmaqla miqdarını, əvvəl törətdiyi əməldən heç bir peşmançılıq hissi keçirmədən, cəmi 2 dəfə olmaqla ayrı-ayrı vaxtlarda aşkar edilib götürülməsi və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kass asiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələri ndə nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hə rəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai tə hlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsi n törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxs in məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə n əticə) əsaslı sayıla bilər. Qeyd edilən normaların tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittihamın satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri təkrarən əldə etmə, saxlama və daşıma ilə bağlı hissəsi birinci instans iya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamış, məhkəmə baxışı zamanı iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddələri satış məqsədilə əldə etmədiyi, cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi qənaətinə gəlinərək onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Sonradan işə baxan apellyasiya məhkəməsi də haqlı olaraq qeyd olunan nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələr in və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş psixotrop maddələri satış niyyəti ilə əldə edib saxlamasını, onların satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xüsusi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Həmçinin cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli 922 nömrəli rəyindən görünür ki, Məhkum psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunduğu kimi, Məhkum məhz şəxsi istifadəsi üçün psixotrop maddələri almış, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə etdiyi psixotrop maddələri satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Odur ki, Məhkum psixotrop maddəni yaşadığı ünvanın yaxınlığında yerdən taparaq şəxsi istifadəsi üçün götürməsi, heç kimə psixotrop maddə satmaması, üzərindən aşkar edilmiş psixotrop maddələrin ona məxsus olması cinayət işi üzrə toplanılmış sübutlarla təsdiqini tapsa da, Məhkum aşkar edilmiş psixotrop maddələri satış məqsədilə əldə etməsinə dəlalət edən hər hansı bir sübut aşkar edilməmişdir. Məhkum ona elаn edilmiş ittihаmın Azərbaycan Respublikasının CM-in 234.4.2-ci maddəsi ilə bağlı hissəsinə münasibətdə, üzərindən ayrı-ayrı vaxtlarda aşkar olunmuş, ümumilikdə 2 ədəd bükümdə olan 0,252 qram və 0,375 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminləri özünün istifadə etməsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminləri satış məqsədi ilə deyil, özünün istifadəsi üçün üzərində saxlaması və gəzdirməsi barədə vermiş olduğu ifadə işin faktiki hallarına uyğun gəldiyindən özünü müdafiə xarakteri daşı ması ağlabatan hesab olunmur. Cinayət işinin materiallarında olan, təqsirləndirilən şəxs Məhkum psixotrop maddəni haradan əldə etməsini, kiməsə psixotrop maddə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə verilmiş əməliyyat tapşırıqlarına xx.xx.2022-ci il tarixli 122-46378-1222 nömrəli və xx.xx.2023-cü il tarixli 313-57-1/2-1189/2023 nömrəli cavab məktublarından görünür ki, Məhkum psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Məhkum psixotrop maddə və ya narkotik vasitə satması barədə məlumat daxil olsa da lakin satdığı şəxslərin əhatəsi, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyə n edilməmişdir. Qeyd olunanlarla yanaşı cinayət işinin materiallarında olan 23 may 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 23 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində anten dairəsi, həmin müddət ərzində daxil olan, çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəng edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin ***-***-**-** nömrəsinə zəng edən və ya həmin mobil nömrədən zəng edilən mobil nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasını əks etdirən diskə baxış keçirilmiş və məlum olmuşdur ki, Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə maraq d oğuran zənglər daxil olmamış və çıxmamışdır. Məhkum istifadəsində olan mobil telefona daxil olan və çıxan zənglərə baxış zamanı, Məhkum əldə etdiyi psixotrop maddəni hər hansı şəxsə satması, pay və sair maraq müqabilində verməsi, hər hansı şəxslə əlbir olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham elan etmiş dir. Kassasiya məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş psixotrop maddələrə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri icra etmişdir, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş psixotrop maddələri kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin qeyd edilən müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv e dilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci mad dələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar