Məhkəmə qərarları › İş №1(102)-784/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-784/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-784/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə və qeyrisinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli (sədrlik edən hakim A.H.Əliyeva) hökmü ilə xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, Məhkum, Azərbaycan Respublikası CM-in 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 31 may 2017-ci il tarixdən hesablanmışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 07 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, hökmün məzmunundan Məhkum əməlində cinayətin residivinin olmasına dair müddəalar xaric olunmuş, məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 may 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin hall arı: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını tamah niyyəti ilə açıq yolla talayaraq ələ keçirmək məqsədi ilə 21 aprel 2017-ci il tarixdə saat 17:15 radələrində ünvan 2 ünvanında yerləşən X4 müştəri kimi daxil olaraq, həmin mağazada satıcı işləyən X1 mağazanın kassasından götürdüyü 300 (üç yüz) manat pulu xırdalamaq adı ilə alıb qaçaraq açıq talamaqla, mağazanın faktiki sahibi X5 300 (üç yüz) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını tamah niyyəti ilə açıq yolla talayaraq ələ keçirmək məqsədi ilə 16 may 2017-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında yerləşən X3 kosmetika satışı mağazasına müştəri kimi daxil olduqdan sonra mağazadan bir neçə şampun və saç serumu götürərək kassada oturan mağazanın satıcısı X7 yaxınlaşmış, çöldə o nu taksinin gözlədiyini bildirərək həmin taksini yola salmaq üçün 50 manat pul istəmiş, X2 pulu vermədikdə əlində olan 450 (dörd yüz əlli) manat pulu götürüb qaçmaqla açıq talayaraq, X3 kosmetika satışı mağazasının aid olduğu hüquqi şəxs X3xxxx” MMC-nə 450 (dörd yüz əlli) manat ziyan vuraraq təkrarən soyğunçuluq etmişdir. Bundan əlavə, o, təkrarən, özgənin əmlakını tamah niyyəti ilə açıq yolla talayaraq ələ keçirmək məqsədi ilə 24 may 2017-ci il tarixdə gecə saat 00:30 radələrində Baki şəhəri, ünvan 4 ünvanın arxasında yerləşən “Çənlibel” ərzaq mağazasına gələrək, X4 450 (dörd yüz əlli) manat pulu xırdalamaq adı ilə alıb qaçaraq açıq talamaqla, sonuncuya həmin məbləğdə ziyan vurmaqla təkrarən soyğunçuluq etmişdir. Daha sonra o, təkrarən, özgənin əmlakını tamah niyyəti ilə açıq yolla talaya raq ələ keçirmək məqsədi ilə 28 may 2017-ci il tarixdə saat 22:30 radələrində ünvan 5 ünvanında yerləşən ünvan 3 müştəri kimi daxil olub, kafedə kassir-məsləhətçi işləyən Xoş-X6 400 (dörd yüz) manat pulu xırdalamaq adı ilə alıb qaçaraq açıq talamaqla, ünvan 3 kafesinin aid olduğu hüquqi şəxs - “xxxx” MMC-nə 400 (dörd yüz) manat ziyan vuraraq təkrarən soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən barəsində olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətini n təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrin ə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərba ycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında görünür ki, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində müəyyən edilmiş cəzanı yü ngülləşdirən halların mövcud olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində n əzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 may 2018-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar