Məhkəmə qərarları › İş №1(102)-785/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-785/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-785/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, məhkumların müdafiəçisi Müdafiəçi iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü ilə Məhkum2 Azə rbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsi ilə və Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli (hakimlər: Nuriyev Xamməd Abış (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Quliyev Nizami Fərzi oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxxxx 1983-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum2, Azərbay can Respublikası CM-in CM-nin 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 05 oktyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. 03 dekabr 1984-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in CM-nin 29, 120.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi v ə cəzaçəkmə müddətinin başlanğıcının 05 oktyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir Hökmdən Məhkum1 müdafiəçisi X9 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 26 oktyabr 2017-ci il tarixli qərarı ilə Məhkum1 müdafiəçisi X5 apellyasiya şikayəti təmin edilməmiş, Məhkum2 apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmü Məhkum2 təyin olunmuş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum2 CM-nin 120.2.9-cu maddəsi ilə təyin olunmuş 16 (on altı) il azadlıqdan məhrum etmə cəzasının müddəti 15 (on be ş) ilə endirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi ayrı-ayrılıqda kassasiya şikayəti verərək Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəyə tövsif edilməklə barəsində yüngül cəza təyin edilməsini və Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməklə barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edilməsini və məhkuma daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum1 04 oktyabr 2016-cı il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 2 saylı evin birinci mərtəbəsindəki otaqda ailəsi ilə yaşayan qardaşı Məhkum2 arvadı X3 ərinin Bakı şəhərinə getməsindən istifadə etməklə yataq otağında kəna r şəxslə intim əlaqədə olmasından şübhələnib mətbəxdən bıçaq götürərək X2nın olduğu yataq otağına daxil olduqda uzaq qohumu X2 otaqda X2 ilə birlikdə görüb onların intim münasibətdə olduqlarını aşkar edərək X1 qəsdən öldürmək məqsədi ilə onun ünvanına nalayiq sözlərlə söyməklə üzərinə hücum edib özü ilə əvvəlcədən götürdüyü bıçaqla onun həyat üçün vacib orqanı olan döş qəfəsinin ön hissəsindən, sol ön səthindən 2-3-cü qabırğaarası səviyyədən daxilə nüfuz etməklə həyat üçün təhlükəli olub, sağlamlığına ağır zərər vurmaya aid və döş qəfəsinin sağ ön səthindən 3-4-cü qabırğaarası səviyyədən boşluğa nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, X1 özünü müdafiə etməklə onun bıçaq olan əlindən tutaraq özündən kənarlaşdırı b evdən qaçarkən əlindəki bıçaqla arxadan iki dəfə X1n döş qəfəsi nahiyəsindən daxilə nüfuz etməyən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin X1 ona müqavimət göstərib oradan qaçıb uzaqlaşdığından, valideynləri tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq lazımı tibbi yardım göstərilməsi nəticəsində sağ qaldığından bilavasitə onu həyatdan qəsdən məhrum etməyə yönəldilmiş əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib X1 qəsdən öldürməyə cəhd etmişdir. Bundan sonra Məhkum2 2016-cı il oktyabr ayının 4-də gecə saat 01 radələrində Bakı şəhərində olarkən qardaşı Məhkum1 mobil telefonla ona zəng edərək Salyan şəhərində evlərinin yataq otağında arvadı X6 uzaq qohumları X7 ilə birlikdə intim münasibətd ə olmaq istərkən yaxalaması barədə məlumat verdikdən sonra qardaşına telefonu X2ya verməsini deyib, sonuncu ilə telefonla danışaraq dərman qəbul edərək özünü zəhərləyib öldürməsini tələb etmiş, əks halda Bakı şəhərindən qayıdaraq onu öldürəcəyini bildirmiş və xəyanət etdiyinə görə ondan qisas almaq üçün qısqanclıq zəminində arvadı X2nı qəsdən öldürmək məqsədilə dərhal Bakı şəhərindən yol avtomaşını ilə yaşadığı ünvan 2 saylı evə gələrək saat 05 radələrində yataq otağına daxil olub, əvvəlcə çarpayıda arxası üstə içdiyi dərmanların təsirindən halsız olmaqla köməksiz vəziyyətdə uzanmış arvadı X2nın bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr endirərək sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid, başın təpə nahiyyəsində orta hissədə yumşaq toxumalar arasına qansızma, sağlamlığa zərə r vurmayan, sol said nahiyəsində səthi yara, sağ gözün üst qapağında və sol said nahiyəsində qançır, sol baldır nahiyyəsində sıyrıq və üst dodağın daxili selikli qişasında qansızma xəsarətləri yetirməklə X2nın boyun üzvlərini əlləri ilə sıxaraq boynunun yumşaq toxumaları arasına nəfəs borusu səviyyəsində (hər iki tərəfdə) dilaltı sümüyün aşağı hissəsində, bir-birinə simmetrik yerləşən dərialtı hematoma ilə müşahidə olunan, ağır zərərvurmaya aid törənmiş mexaniki asfiksiya ilə köməksiz vəziyyətdə olan X2nı qəsdən boğub öldürməklə həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi Məhkum2 barəsində olan kassasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq orqanı istintaq zamanı verilmiş təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxsin üzləşdirmə istintaq hərəkətinə dair protokoluna, işin faktiki hallarına diqqət yetirmədən, köməksiz vəziyyətdə olan adam öldürmədiyi halda ona əsaslanmaqla Məhkum2 əməlini CM-nin 120.2.9-cu maddəsi ilə tövsif etmiş, cinayət işini əsassız ittiham üzrə məhkəməyə göndərmiş, məhkəmə isə istintaqın göstərdiyi uydurma və özünə məxsus dəlillərlə tərtib edilmiş ittiham aktına əsaslanmaqla əsassız ittiham hökmü çıxarmışdır. Belə ki, zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olması onun fiziki və psixi vəziyyəti ilə müəyyən edilir. Mərhum isə azyaşlı, qoca, xəstə, ruhi fəaliyyəti pozulmuş, sərxoş vəziyyətdə və ya yatmış vəziyyətdə olmamış, əksinə məhkuma müqavimət göstərmiş boğazına cırıqlar atmışdır ki, bu da onun köməksiz vəziyyətdə olmadığını göstərir. Bundan başqa, Məhkum2 xəstəliyi, zərərçəkmiş şə xsin hüquqi varisi ilə barışması və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəsi nəzərə alınmadan məhkum barəsində ağır cəza təyin olunmuşdur. Qeyd olunanlara əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmünün ləğv olunmasını və Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəyə tövsif edilməklə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir Müdafiəçi Məhkum1 barəsində olan kassasiya şikayətini onunla əsaslandırmışdır ki, sübutlar qanuna uyğun araşdırılmamış, zərərçəkmiş şəxsə vurulmuş bıçaq zərbəsindən birinin həyat üçün təhlükəli olmasına əsaslanmaqla onun əməlini səhv olaraq, CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmiş, uydurma və özünə məxsus dəlillərlə tərtib edilmiş ittiham a ktına əsaslanmaqla əsassız ittiham hökmü çıxarmışdır. Belə ki, Məhkum1 zərərçəkmiş şəxs Xankişiyev Nurlanı öldürmək istəməmişdir, əgər belə məqsədi olsa idi, bu niyyətini reallaşdırmaq üçün kifayət qədər gücü və imkanı olmuşdur. Məhkum1 uzun müddət xüsusi təyinatlı hərbi qulluqçu kimi, vətənə sədaqətlə xidmət etmiş, bu müddət ərzində Məhkum1 məhz insan bədəninin zəif nöqtələrini, ən sürətli şəkildə zərərsizləşdirməyin təlimini keçmişdir ki, bu da Məhkum1 həqiqətən Xankişiyev Nurlanı öldürmək istədiyi təqdirdə bunu asanlıqla etməyə həm texniki həm də fiziki baxımdan imkanının olduğunu göstərir. Bundan başqa, Məhkum1 psixi vəziyyətinin normal olmamasını, təyin olunmuş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması məhkəmələr tərəfindən nəzərə alınmadan Məhkum1 barəsi ndə ağır cəza təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 may 2017-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməklə barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsə lələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pros essual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətlərində Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə və Məhkum1 əməlinin həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini vurğulamışdır. Mübahisə olunan məhkəmə aktlarından görünür ki, məhkəmələr ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni məhkumların qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, məhkəmə-tibbi, məhkəmə-psixoloji məhkəmə-psixiatrik, məhkəmə lifli materialların tədqiqi, məhkəmə-tibbi kriminalistik ekspertiza rəyləri, həmçinin iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə mə hkum edilmiş şəxs Məhkum2 əməlini Azərbaycan Respublikası CM-nin 120.2.9-cu, Məhkum1 Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci, maddəsi ilə tövsif olunması, təqsirli olmalarının tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin hər iki məhkumun cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair düzgün yekun nəticəyə gəlmişdir. Məhkum2 öz ifadəsi, habelə digər Məhkum1 və şahidlərin ifadələri ilə müəyyən edilir ki, Məhkum2 X1n arvadı X2nın yataq otağında olması, intim əlaqələrinin mövcudluğu barədə məlumat alaraq evə gələndə X2nın onun təkidi ilə qəbul etdiyi dərman maddəsinin təsirindən çarpayıda huşsuz vəziyyətd ə uzandığını görmüş, hətta onun öldüyünü zənn etmiş, lakin ölmədiyini müəyyən edib onu həmin vəziyyətdə boğaraq öldürmüşdür. Həyatdan məhrum etmə prosesində X2nın zəif müqavimət göstərməsi onun köməksiz vəziyyətdə olmasını istisna etmir. Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə (CM-nin 120.2.9-cu maddəsi) cinayətinin bütün halları onunla xarakterizə olunur ki, zərərçəkmiş şəxs öz iradəsinə zidd olaraq və ya öz iradəsi əleyhinə düşüdüyü vəziyyətdə müqavimət imkanını tamamilə və qismən itirir, təqsirkar şəxs isə onun belə vəziyyətindən istifadə edərək zərərçəkmiş şəxsi öldürür. Zərərçəkmiş şəxsin köməksiz vəziyyəti onun fiziki və ya psixi vəziyyəti (azyaşlı, qoca, xəstə, ruhi fəaliyyəti pozulmuş şəxs olması, sərxoş vəziyyətdə, huşsuz və ya yatmış olması və s) ilə müəyyən edilir. Zərərçəkmiş şəxs özünün fiziki və ya psixi vəzityyətinə görə onun barəsində edilən hərəkətlərin mahiyyətini ya dərk etmir, ya da dərk etsə də, müqavimət göstərmək imkanında olmur. Təqsirkar isə cinayətkar niyyətini həyata keçirərkən zərərçəkmiş şəxsin köməksiz vəziyyətdə olduğunu dərk edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 13-cü bəndində qeyd olunur ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zər ərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Kollegiya Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiəçinin irəli sürdüyü dəlilləri əsassız sayaraq qeyd edir ki, iş materiallarında olan sübutlardan məhkəmələr müəyyən etmişdir ki, hadisə zamanı X1 aktiv müdafiə olunduğuna və ona lazımı tibbi yardım göstərildiyinə görə Məhkum1 faktiki olaraq həyat üçün mühüm orqanı olan döş qəfəsi nahiyəsinə ardıcıl olaraq dörd ədəd bıçaq zərbələri vurmaqla onu bilavasitə həyatdan məhrum etməyə yönəlmiş əməlini öz iradəsindən asılı olmayan səbəb lərə görə başa çatdıra bilməmişdir. Hadisə zamanı Məhkum1 ona aktiv müqavimət göstərən X1 otaqdan çıxan anda da öz qəsdini davam etdirərək ona arxadan bıçaq zərbələri vurmuşdur ki, bu hal da Məhkum1 öz iradəsindən asılı olmayan səbəblərdən X1 həyatdan məhrum etməyə yönəlmiş əməlini başa çatdıra bilməməsini təsdiq edir. Kollegiyası hesab edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də açıq, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxslərin müdafiə hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı prosessual qanun pozuntusuna yol verilməmişdir. Müdafiəçinin kassasiya şikayətlərində Məhkum2 əməlini CM-nin 120.1-ci maddəsinə tövsif etməklə ona yüngül cəza təyin edilməsi və Məhkum1 ənəlini CM-ni n 126.1-ci maddəsi ilə tğvsif edib, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsi barədə dəlillərini kollegiya məqbul hesab etmir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 8.1-ci, 41.2 və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məc əllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Apellyasiya məhkəməsi Məhkum2 ilk dəfə məhkum olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cinayəti müvafiq olaraq zərərçəkmiş şəxslər X1 və X2nın əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.9-cu maddəsinin sanksiyasında təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldü rməyə görə on dörd ildən iyirmi ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası minimum həddinə yaxın yəni 16 il müddətə azadlıqdan məhrum etmə cəzasını 15 il müddətə endirmişdir. Bundan başqa, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü, cinayəti müvafiq olaraq zərərçəkmiş şəxslər X1 və X2nın əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci, zərərçəkmiş şəxs X1lə razılıq əldə etməklə barışmasını, zərərçəkmişin xəsarət alması ilə bağlı dəymiş maddi zərəri könüllü olaraq ödəməsini CMnin 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edərək, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış, CM-nin 63.3-cü və CM-nin 60-ci maddələrin in tələblərinə müfaviq olaraq ona yeddi il on ay on beş gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair düzgün yekun nəticəyə gəlmişdir «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında CM-in maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət ə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Kollegiya, cinayətin xarakterini,ictimai təhlükəlilik dərəcəsini və işin hallarını nəzərə alıb qeyd edir ki,məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas yoxdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün A zərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,120.2.9 –cu və Məhkum1 CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 oktyabr 2017-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar