Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-785/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Xnın iştirakları ilə xx xxxxx 1974-cü ildə Astara rayonun Pəlikəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Xnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.Əliyev (sədrlik edən), C.Nəbiyev və A.Hacıyev) X - CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Xna cinay ətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin hökmü ilə həmçinin X2 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə və X 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən məhkum X tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.Ə.Camalov (sədrlik edən), R.M.Cəfərov və Ə.Ə.Novruzov) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmişdir. Xna CM-nin 234.4.1 və 234.4. 3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) aya endirilmiş və CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə X ona görə CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək, məhkum edilmişdir ki, X satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri öz bacısı X, habelə X2 və şəxsiyyətləri müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrupda əldə edib saxlamaqla daşımış, qabaqcadan əlbir olan bir qrupda narkotik vasitələri Azərbaycan R espublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək qaçaqmalçılıq etmiş, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, X və X2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri X və şəxsiyyətləri müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrupda əldə edib saxlamış və daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrupda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməklə törədilən qaçaqmalçılıqda köməkçilik etmişlər. Belə ki, X bacısı X2 ilə birlikdə xx xxxx 2017-cı ıl tarixdə İran İslam Respublikasının Astara şəhərində İİR vətəndaş ları olan şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə müəyyən maddi vəsait müqabilində onların sifarişi uzrə satış məqsədi ilə qanunsuz olaraq əldə edəcəkləri kullı miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirib sifarişçiyə çatdırılması barədə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup təşkil etmiş və təxminən 2017-cı ilin oktyabr ayının sonlarında qrupun İİR-kı üzvləri qabaqcadan əlbir olduqları x3dan külli miqdarda narkotik vasitələr olan heroin və metadonun qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilərək ona çatdırılması barədə sifarişini alıb bunu 15.000 manat pul müqabilində təmin etmək barədə sövdələşdikdən sonra, xx xxxxxx 2017-ci il tarixdə İİR-kı qrupun üzvlərindən biri x3la mobil telefon əlaqəsi-yaradaraq sifariş verd iyi narkotik vasitələrin ona çatdırılması və əvəzində ödəyəcəyi pulla bağlı əvvəlcədən müəyyən etdikləri kod sözlərindən istifadə etməyi razılaşdırmışdır. Daha sonra, aralarındakı razılaşmaya uyğun olaraq xx xxxxxx 2017-ci il tarixdə İİR-kı qrupun üzvü X və X2 ilə telefon əlaqəsi yaradıb x3un sifariş etdiyi külli miqdarda narkotik vasitələr olan heroin və metadonun qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsi barədə onlarla danışıqlar aparmış və razılaşmaya əsasən xx xxxxxx 2017-ci il tarixdə X2 1500 manat müqabilində İİR-dan Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcək külli miqdarda narkotik vasitələrin sifarişçisinə çatdırılmasında təminatçı kimi İİR-kı qrupun üzvünün evində zamin qalmaqdan ötrü İİR-nın Astara şəhərinə gedib orada qalmış, bundan sonra xx xxxxxx 2017-ci il tarixdə X Azərbaycan Respublikasının Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə İİR-nın Astara şəhərinə gəlib qrupun oradakı şəxsiyyətləri müəyyən edilməyən üzvləri ilə görüşərək onlarla birgə x3un sifariş etdiyi külli miqdarda təmiz halda çəkisi 3012,23 qram heroin və üzərində “Methadone 40mg” yazısı olan 10 konvalyutda, ümumi sayı 100 ədəd həbdə, təsir miqdarı 4 qram olan metadon narkotik vasitələrini qanunsuz olaraq əldə edərək elə həmin gün saat təxminən 22 radələrində qrupun şəxsiyyəti müəyyən edilməyən bir üzvü ilə İİR ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 9-cu sərhəd zastavasının ərazisindən Astara rayonu Şəvqo kə ndi istiqamətində qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirərək onları yaşadığı Astara rayonunun Pəlikəş kəndindəki evinə qanunsuz olaraq daşımış və orada saxlamış və bu barədə İİR-kı qrupun şəxsiyyəti müəyyən edilməyən üzvünə məlumat verərək ondan həmin külli miqdarda narkotik vasitələri onları sifariş etmiş x3a çatdırmaq barədə tapşırıq almış və bu tapşırığı yerinə yetirmək üçün xx xxxxxx 2017-ci il tarixdə, təxminən saat 23 radələrində x3la mobil telefon əlaqəsi yaradaraq onunla danışıb Astara rayonunun Lovayin kəndi ərazisində görüş təyin etmiş, daha sonra qeyd olunan narkotik vasitələri taksi xidmətinə aid avtomobildə Lovayin kəndi ərazisinə qanunsuz olaraq daşıyıb orada gözləyərkən xx xxxxxx 2017-ci il saat 01:15 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin əmə kdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o. həmin ərazisində saxlanılmış və əlində olan sellofan torbaya keçirilmiş baxış zamanı külli miqdarda narkotik vasitələr olan təmiz halda çəkisi 3012,23 qram heroin və üzərində “Methadone 40mg” yazısı olan 10 konvalyutda, ümumi sayı 100 ədəd həbdə, təsir miqdarı 4 qram olan metadon aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum X tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və barəsində daha humanist cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, o, cinayətin fəal iştirakçısı olmamış, himayəsində 2 azyaşlı uşağı və 2 nəfər də 1-ci qrup əlil olan xəstə vardır. Özü də xəstə olmaqla müxtəlif tibbi əməliyyatlar keçirmişdir. Ona görə də hesab edir ki, ona daha yüngül cəza təyin edilə bilərdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum X2nın, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, X2 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum X2 tərəfindən verilmiş kassasiya şikayətində isə işin faktiki halları mübahisələndirilmir, yalnız təyin edilən cəzanın sərt olması qeyd edilir. Məhkum еdilmiş şəхs X2ya cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiy i qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlı lıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yə ni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Mə hkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndində mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictima i tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum X2 barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk məhkumluğunu və uşaqlarından birinin 1-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum X2ya elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndi rilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Xnın barəsində Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-785/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-785/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver