Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-785/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökm ü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən və məruzəçi), Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1971-ci il tarixdə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran Rayon Xalq M əhkəməsinin 05 avqust 1994-cü il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1-ci maddəsinin 1 hissəsi ilə təqsirli bilinib, CM-nin 23-1-ci maddəsinə əsasən əməyə müğləq cəlb edilməklə şərti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Xalq Məhkəməsinin 20 sentyabr 1995-ci il tarixli hökmü ilə CM-nin (köhnə redaksiyada) 226-1-ci maddəsinin 1 hissəsi ilə təqsirli bilinib, CM-nin 55-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Lerik Rayon Məhkəməsinin 30 yanvar 2000-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəm əsinin 08 dekabr 2005-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2013-cü il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 iyun 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 22 (iyirmi gün) müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Yardımlı Rayon Məhkəməsinin 04 noyabr 2015-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən hökmləri məcmusu üzrə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 20 (iyirmi) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə CM-Nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay 19 (on doqquz) gün müddətində hissəsindən şərti olaraq vaxtından ə vvəl azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 256.2.3 ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonunun Sütəmurdov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ciddi rejimli cəzaçək mə müəssisəsində çəkməklə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə əvvəlcədən cəzaçəkmə müəssisəsində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı X adlı şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan X adlı şəxs tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən göm rük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilərək Xəzər Dənizinin Astara rayonunun ərazisində Astara park bulvarına yaxın ərazidə dəniz sahilində gizlədilmiş külli miqdarda narkotik vasitələri yəni, 01 ədəd qəhvəyi rəngli çantasında və həmin çantanın içində ayrı-ayrılıqda çəkisi-1660.0 qram, 1985.0 qram, 1615.0 qram, 1430.0 qram və 1655.0 qram ümumi təmiz çəkisi 8345.0 qram tiryəkdən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan heroini 30 aprel 2022-ci il tarixdə saat 20 radələrində satış məqsədilə qanunsuz olaraq oradan götürüb əldə etdikdən sonra həmin narkotik vasitəni götürdüyü yeri tərk edərkən Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran Xətt Polis Şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirilən zaman ondan külli miqdarda narkotik vasitə olan 01 ədəd qəhvəyi rəngli çantasında və həmin çantanın içində ayrı-ayrılıqda çəkisi-1660.0 qram, 1985.0 qram, 1615.0 qram, 1430 qram və 1655.0 qram ümumi təmiz çəkisi 8345.0 qram tiryəkdən kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə olan heroin aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Nəhmətov Rahim Nəhmətulla oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 10 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarının və şərtlərini müəyyən edən CM-nin 8, 41, 58 və 59-cu maddələrinə, qanunçuluq prinsipi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 10-cu maddəsinə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı milli və beynəlxalq qanunvericilik aktlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun bəzi qərarlarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr məhkuma yüngül cəza təyin edərkən cinayət qanunvericiliyində təsbit edilmiş ədalət prinsipinin tələblərini pozmuşlar. Hazırki iş üzrə məhkəmələr qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini nəzərə almamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (təxminən 55633 dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 4172 dəfə) çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, el əcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti, onun əməlində cinayətin təhlükəli residivinin olması və işin digər halları Məhkum təqsirli bilindiyi hər bir maddə ilə ayrı-ayrılıqda, həm də cinayətlərin məcmusu üzrə məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında olan, eləcə də cinayətlərin məcmusu üzrə aşağı hədlərdə cəzanı təyin etmişdir. İş materiallarından göründüyü kimi, Məhkum bundan əvvəl də 2 dəfə məhkum olunaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, üstəlik də həmin məhkumluqların ikisi də eyni xarakterli cinayətə görə, yəni CM-nin 234.1 -ci maddəsi ilə olmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə olmuş, həmin məhkumluqların heç biri ödənilməmiş, hətta ikinci məhkumluğu üzrə cinayət əməlini əvvəlki hökm üzrə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmiş, lakin məhkəmələr bütün bunları, həmçinin onun islah olunmadan yenidən eyni növ cinayət törətməsini nəzərə almayaraq ona aşağı hədlərdə cəzalar təyin etmişlər. Bundan əlavə, iş materiallarında olan Lənkəran rayon Sütəmurdov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Məhkum yaşayış yeri üzrə mənfi xarakterizə olunur və bu hal da əsassız olaraq məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Kassasiya protestində göstərdiyi bu dəlillərə əsaslanaraq dövlət ittihamçısı həmin protestin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri ha qqında Məhkum qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etmək istəməsi barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun bununla bağlı rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestindən göründüyü kimi, o, öz müraciətində Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməli olması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qə rarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə adı çəkilən məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiy yəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və y a onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin d igər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası m əhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsini n İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir insanın və ümumilikdə cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qayda da və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də ehtiva edir. Kassasiya protestinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməllərinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmir və məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda birinci insta nsiya məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmi yət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəx sin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləş dirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa ş əxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxa rdığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsi nin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dai r” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edil məsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıd ır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü mad dəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirlənd irilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilərək qeyd olunmuşdur ki, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psi xotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988 -ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Qanunvericiliyin yuxarıda şərh edilən normaların tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 32.5, 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum barəsindəki birinci instansiyası məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr Məhkum barəsində həm ayrı-ayrılıqda CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi məsələsini həll edərkən, onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı əməlində cinayətlərin təhlükəli residivin olmasını CM-nin 61.1.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirməklə həm bu halı, həm də iş üzrə cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Kassasiya protestində Məhkum əvvəllər eyni xarakterli cinayət əməlini törətdiyinə görə məhkum olunaraq cəza çəkməsinin, məhkumluğunun ödənilməməsinə baxmayaraq, həmin əməlindən heç bir nəticə çıxarmayıb islah olunmayaraq yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətməsinin onun şəxsiyyətini mənfi xarakterizə edən hallar olmasına, bu hallarının isə əsassız olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmaması iddi olunsa da, məhkəmə kollegiyası dövlət ittihamçısını bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, məhkuma təqsirli bilindiyi maddələrlə və cinayətlərin məcmusu ilə cəza təyin edilərkən bu hallar da məhkəmələr tərəfindən nəzərə alınmış və maddi hüquq normalarının aşağıdakı tələblərinə tam əməl olunmuşdur. Əvvəla iş mateiallarından görünür ki, Məhkum həqiqətən də əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə ayrı-ayrı məhkəmələrin hökmləri ilə, o cümlədən Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2020-ci il tarixl i qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay 19 (on doqquz) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq cəza müddəti bitmədiyi dövrdə yenidən cinayət törəttməsi nəzərə alınaraq Lənkəran Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1 və 256.2.3 ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən həm cinayətlərin, həm də hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilmədən və götürülmədən hazırki iş üzrə təqsirli bilindiyi az ağır və ağır cinayətləri törətmişdir. Bu halları yekun məhkəmə aktlarında istinad edərək onlara qanunda nəzərdə tutulmuş qaydada qiymət verən birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum barəs ində cəza təyin etmə məsələsinin həlli zamanı eyni zamanda cinayət qanunu normalarının aşağıdakı tələblərinə də əməl etmiş və bu tələblərə uyğün olaraq qeyd olunan halların iş üzrə cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivininin yaranmasına səbəb olmasını müəyyən edərək həmin halı nəzərə almışlar. Belə ki, CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinin tələblərinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə isə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.1-ci maddəsinin ikinci cümləsinə əsasən cinayətlərin residivi zamanı və cəz a təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmçinin CM-nin 83.4-cü maddəsində təsbit edilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 18.2.1-ci maddəsinin tələbindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, tərəfindən yenidən qəsdən cinayətin törədilməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Bu hallara görə CM-nin CM-nin 65.2-ci maddəsinin müddəaları residivə görə cəzanın müddəti törədilmiş cinay ətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməməsini nəzərdə tutur. Məhkum barəsindəki birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum həm ayrı-ayrılıqda CM-nin 32.5, 206.2-ci və 234.4.1, 234.4.3-cü maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edərkən, onun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı cinayətin təhlükəli residivini CM-nin 61.1.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirməklə həm bu halı, həm də iş üzrə cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini nəzərə almış və bütün mü əyyən etdiyi hallara əsasən ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə həmin maddənin sanksiyası həddində - 05 (beş) il müddətə, CM-nin 234.4.1, 234.4.3-cü maddələri isə - bu maddələrin sanksiyasının yuxarı həddinə yaxın həddə - 11 (on) bir il müddətə, CM-nin 66.3-cü maddəsiə əsasən isə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrüm etmə cəzası təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq bu nəticələrlə razılaşmışdır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş bu cəzalar heç kəskin şəkildə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən R.N.Nəhmətov tərəfindən təyin olunması təklif edilən cəzalardan kəskin şəkildə fərqlənməmişdir. Belə ki, iş materiallarına əsasən dövl ət ittihamçısı R.N.Nəhmətov Məhkum CM-nin 32.5,206.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə - 12 (on) iki il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya protestinə əsasən işə baxılarkən Məhkum təyin edilmiş cəzaların həddinə təsir edə biləcək hər hansı yeni hal müəyyən etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum cəza təyin edilərkən hər hansı qanun pozuntusuna yol verilməsini müəyyən etmir və buna görə də, kassasiya protestinin bütün dəlillərini qəbul edilməz sayır. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir mötəbər və inandırıcı dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların (məhkəmələrinə nəzə rə aldıqları CM-nin 61.1.1-ci maddəsində nəzərdə tuulmuş hal istisna olmaqla) ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.161.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə olan halda da məhkəmə kollegiyası Məhkum istər onun təqsirli bilindiyi CMnin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş, istərsə də cinayətlərin məcmusu üzrə daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noy abr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-785/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-785/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver