Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-785/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkmə sinin 16 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Musayev, hakimlər N.F.Quliyev və C.Ş.Səfərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxxxx 1979-cu il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi ndən bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə isə o, təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 oktyabr 2021-ci il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicənin təyin edilməsi və onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhk məsinin 16 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə təmiz çəkisi 2,886 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin və təmiz çəkisi 4,501 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış, daşımış, həmin metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən hissəsini 19 oktyabr 2020-ci i l tarixdə saat 13 radələrində Astara şəhərində tanışı X1, bir ədəd bükümdə təmiz çəkisi 2,581 qram təşkil edən hissəsini və göstərilən heroini bir ədəd elektron tərəzi ilə birlikdə əynində olmuş gödəkçənin sol yan cibindəki əl çantasında saxlamışdır. 19 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum Astara şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən hər biri ayrıayrılıqda bir ədəd bükümdə, müvafiq olaraq təmiz çəkiləri 2,581 qram və 2,886 qram təşkil edən metamfetamin və heroin, bir ədəd elektron tərəzi saxlanıldığı göstərilmiş yerdən, saat 18 radələrində isə X8 şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismin də tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən Məhkum aldığı bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamin əynində olmuş gödəkçənin sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin tərkibi olduğu halda o, əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə edib, saxlmaqda və daşımaqda - CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, eləcə də Cinayət Məcəlləsinin cəzanın təyini məsələlərini tənzi mləyən normalarının tələblərinə əməl olunmayaraq ona həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrindən 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinin pozulduğunu, nəticədə heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini satmaq məqsədi olmadığı, onları şəxsi istehlaki üçün əldə etdiyi halda əməlinin əsassız olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama, daşıma kimi – Cinayət Məcəlləsininin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunduğunu, eləcə də ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bundan çıxış etməklə Məhkum əməllərinin faktiki məzmununu təşkil edən halları onun əməllərinə şamil edilmiş cinayət-hüquqi normalarla müqayisə etdikdə aydın olur ki, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. O cümlədən, əməlin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsifini şərtləndirən xüsusi halların mövcud olmasına (Məhkum narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanun suz olaraq əldə edib daşıyaraq saxlamasına, narkotik vasitənin və psixotrop maddənin külli miqdar təşkil etməsinə) dair nəticələr də sübutlara və maddi hüquq normalarının düzgün təfsirinə əsaslanan nəticələrdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş məhkəməyədək icraatda müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Məhkum narkotik vasitəni və psixotrop maddəni həm özü istifadə etmək, həm də bir hissəsini satmaq üçün əldə edib, üzərində saxladığını və həmin heroinlə metamfetamini tanışı X15un təmir işi gördüyü evdə masanın üzərinə qoyub X15a həmin maddələrdən özü üçün götürməsini dediyini etiraf etmişdir. Eynilə, hökmdə istinad olunan 19 oktyabr 2020-ci il tarixli protokola görə şübhəli şəxs qismində tutulmuş Məhkum ü zərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, eləcə də onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Astara Rayon Məhkəməsində baxılarkən o, analoji məlumatlar verərək, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu göstərmişdir. Şəxsi axtarış zamanı Məhkum narkotik vasitə və psixotrop maddə ilə yanaşı elektron tərəzi də aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində Məhkum aldığı metamfateminin əvəzində pul vermədiyini bildirsə də, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş metamfetamini məhz Məhkum1in ona verdiyini təsdiq etmişdir. X15un üzərində şəxsi axatarışın keçirilməsi haqqında 19 oktyabr 2020-ci il tarixli protokola əsasən, şəxsi axtarışın gedişində X15 üzərində saxladı ğı bir bükümü polis əməkdaşlarına təqdim edib bükümdə metamfetaminin olduğunu və onu Məhkum1 adlı tanışından aldığını göstərmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 19/1053 nömrəli rəyinə əsasən Məhkum şəxsi axtarış zamanı götürülmüş bir ədəd bükümdə maddə - təmiz çəkisi 2,886 qram olan heroin narkotik vasitəsi, digər bükümdə olan maddə isə - təmiz çəkisi 2,581 qram olan metamfetamin psixotrop maddəsidir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 19/1054 nömrəli rəyinə əsasən X15dan şəxsi axtarış zamanı götürülmüş bir ədəd bükümdə maddə - təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamin psixotrop maddəsidir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 1 fevral 2022-ci il tarixli 19/135 nömrəli rəyinə görə Məhkum götürülmüş psixotro p maddə ilə (metamfetaminlə) X15dan götürülmüş psixotrop maddə (metamfetamin) eyni tərkiblidir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasına görə, həmin norma qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına və CM-in 234.2-ci maddəsində göstərilən digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr in və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a (İ və İİ siyahılara) əsasən (cinayət əməli törədilən vaxt qüvvədə olan redaksiya) heroinin və metamfetaminin kütlələri 2 qram təşkil etdikdə külli miqdarda narkotik vasitə və psixotrop maddə hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarında izah olunur ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır” (qərarın 9-cu bəndi). Yuxarıda təsvir olunmuş halları qeyd olunan normalarla və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ilə müqayisə etdikdə, Məhkum külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxladığı, müvafiq olaraq da onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayətin tərkibinin olması, həmin madd ələri şəxsi istehlakı üçün əldə edib saxlaması haqqında iddiasının isə əsassız olduğu müəyyən edilir. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum yuxarıda təsvir edilən cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində törətməsi barədə birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni məhkəmədə baxılmış sübutlara və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olmayan qənaət hesab edərək təqsirkarın hərəkətlərinə CM-in 234.4.1-ci maddəsinin şamil edilməsini əməlin hüquqi tövsifində buraxllmış səhv, yəni məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən CPM-in 419.1.2 və 419.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntu kimi kimi qiymətləndirir. Belə ki, ittiham aktından və müstəntiqin sübutların qiymətləndirilıməsi haqqında 10 fevral 2022 -ci il tarixli və cinayət işindən başqa cinayət işinin ayrılması haqqında 16 yanvar 2022-ci il tarixli qərarlarından görünür ki, Məhkum qarşı istər CM-in 206.3.2-ci maddəsi, istərsə də CM-in 234.4.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi və cinayət işindən başqa işin ayrılması əsaslandırılarkən cinayət təqibi orqanı Məhkum1in hər iki maddə üzrə əməlində qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin olmasını müstəsna olaraq onunla izah etmişdir ki, Məhkum X25 adlı İİR-nın vətəndaşı ilə qeyd olunan cinayətləri törətmək üçün qabaqcadan əlbir olmuş və onlar arasında əldə olunmuş razılığa uyğun olaraq Məhkum və X25 (qabaqcadan əlbir olan qrup olaraq) narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıqla İİR-dan Azərbaycan Respublikasına gətirmiş, bundan sonra isə (yenə də narkotik vasitən in və psixotrop maddənin Azərbaycan Respublikasına gətirilməsinədək onlar arasında əldə olunmuş razılığa uyğun olaraq) Məhkum X25in dediyi yerdən həmin maddələri götürmüşdür. Lakin, birinci instansiya məhkəməsi ittihamın CM-in 206.3.2-ci maddəsi ilə olan hissəsi üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib ona həmin maddə ilə bəraət verərkən, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən ondan çıxış etmişlər ki, telefon əlaqələrinə dair məlumatlar, şahid ifadələri, ümumiyyətlə heç bir təsdiqedici sübut olmadığından, təqsirləndirilən şəxs isə məhkəmədə dindirilərkən ibtidai istintaqda verdiyi məlumatları inkar edərək Lənkəran şəhərində tanımadığı şəxsdən öz istehlakı üçün narkotik vasitəni əldə etməsi barədə ifadə verdiyindən, Azərbaycan Respu blikasının ərazisində olan Məhkum İran İslam Respublikasının ərazisində olması ehtimal edilən X25 adlı şəxslə qabaqcadan narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi barədə razılığa gəlmələri, o cümlədən X25ə narkotik vasitələrin gətirilməsini sifariş verməsi, hətta reallıqda X25 adlı şəxsin mövcud olması belə müəyyən edilməmişdir. Bu nəticə cinayət prosesi iştirakçıları tərəfindən də mübahisələndirilməmişdir. Belə olan halda, yəni məhkəmələrin CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə nəticələrini həlledici şəkildə Məhkum başqa şəxslə (X25lə) qabaqcadan əlbir olmasının sübuta yetirilməməsi ilə əsaslandırmaları, eyni zamanda istər CM-in 206.3.2-ci maddəsi, istərsə də CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübutlar b azasının eynilik təşkil etməsi narkotik vasitənin və psixotrop maddənin Məhkum tərəfindən məhz həmin şəxslə (X25lə) qabacadan əlbir olaraq əldə edilməsi, saxlanması, daşınması əməllərinin də sübuta yetirilməsində ciddi və aradan qaldırlmayan şübhələrin olduğunu göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinə görə “şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutu lur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-in 349.5.2-ci maddəsi isə hökmün əsaslı məhkəmə aktı kimi səciyyələndirilməsini digər hallarla yanaşı, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması ilə şərtləndirmişdir. Cinayət-prosessual qanunun 351.2-ci maddəsinə görə də məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Birinci və apelyasiya instansiyası məhkəmələrinin haqlı olaraq CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübutlara deyil, ehtimallara əsaslandığını müəyyən etd ikləri kimi, Məhkum əməlinin cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə - CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi də, (nə qədər ki, bu hissə üzrə də ittihamın sübuta yetirilməsində aradan qaldırılmayan ciddi şübhələr olmuşdur) sübutlara və məhkəmə baxışında müəyyən edilmiş faktiki hallara deyil, ehtimallara əsaslan nəticədir. Odur ki, qeyd olunan hallara görə Məhkum şərh edilən əməlinə əsassız olaraq şamil edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin yekun qərarından və birinci instansiya məhkəməsinin hökmündən xaric edilməli və onun əməli müstəsna olaraq CM-in 234.4.3cü maddəsi ilə tövsif edilməlidir. Tövsifedici (cinayəti ağırlaşdıran) əlamətlərdən birinin çıxarılması hesabına itti hamın yüngülləşdirilməsi CM-in 58.3-cü maddəsinin mənasına görə Məhkum təyin olunmuş cəzada da özünü göstərməli olduğundan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş (apelyasiya instansiyası məhkəməsinin də razılaşdığı) təqsirkarın himayəsində azyaşlı uşağın olması kimi cəzanı yüngülləşdirən və əməlində cinayətlərin təhlükəli residivinin olması kimi cəzanı ağırlaşdıran haldan, bununla əlaqədar CM-in 65.2-ci maddəsinin təyin olunan cəzanın CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin üçdə ikisindən az olmamasını tələb etməsindən, habelə cəzanın təyini zamanı CM-in 8, 58.3, 41.2-ci maddələrinə görə nəzərdən keçirilməli olan digər hallardan çıxış edərək hesab edir ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə 8 (səkkiz ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarix li qərarı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2022ci il tarixli hökmü dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar apelyasiya instansiyası məhkəməsinin qərarından və birinci instansiya məhkəməsinin hökmündən xaric edilsin və Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar və hökm dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-785/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-785/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver