Məhkəmə qərarları › İş №1(102)-785/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-785/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-785/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, X yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 1(105)-613/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(027)-16/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim V.M.Seyidov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddəti xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və İ.K.Də mirovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq odlu silah, o nun komplekt hissələrini və döyüş sursatlarını əldə edib üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyat-axtarış tədbiri nəticəsində 22 iyun 2023-cü il tarixdə, saat 11:20-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4ayon Polis Şöbəsinə gətirilib həmin gün saat 12:57 dəqiqədən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 01 ədəd zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı Minta 37 modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz vəziyyətdə istifadə üçün yararlı Minta 37 modelli tapançaların komplekt hissəsi hesab edilən darağ və 02 ədəd Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyah tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən ştat patronları aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, əksinə əsassız olaraq onun törətdiyi cinayətin ictimai təhlükəliliyinə və xarakterinə istinad edilməklə onun cəzası artırılmışdır. Məhkum hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın t əyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə (şikayətin məzmunundan çıxış edərək) əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş minimum həddə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sının 01 oktyabr 2024-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran hall arın tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasını, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, hökmdən görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, Məhku m yaşayış yeri üzrə müsbət xarakterizə olunması və törətdiyi cinayət əməlinə görə səmimi peşman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində müəyyən edilmiş, həmçinin törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Məhkum 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı Məhkum təyin olunmuş cəzanı yüngül hesab etdiyi üçün birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti vermiş və protestdə Məhkum ödənilmiş məhkumluğuna istinad edərək, birinci instansiya məhkəməsinin Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə aldığı hər iki hal ı mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də müstəsna olaraq apellyasiya protestində göstərilənlərdən çıxış edərək cəzanın təyin edilməsi məsələsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təhlil etmiş, araşdırma nəticəsində məhkəmə hökmdə və apellyasiya protestində göstərilən cəzanı yüngülləşdirən halların əsassız və qanunsuz olaraq müəyyən edilməsi haqqında nəticəyə gəlmiş, bununla da cəzanı yüngülləşdirən halları hökmdən xaric etməklə yanaşı hər hansı bir halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirməmişdir. Məhkəmə hökmlə təyin edilmiş 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddindən artıq yüngül, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının isə daha məqsədəuyğun olması haqqında qənaətini Məhkum silahı gəzdirməsi, onun əvvəlki məhk umluğu, birinci instansiya məhkəməsinin cinayət qanununda nəzərdə tutulmayan halların əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etməsi, habelə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, sosial ədalətin bərpası, cəzanın xəbərdaredici rolunun təmin edilməsi kimi dəlillərlə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin Məhkum cəzasının artırılması ilə bağlı hasil etdiyi nəticəyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bütün hüquqi nəticələrin ləğv edilməsi o deməkdir ki, şəxsin ödənilmiş və ya yaxud götürülmüş məhkumluğuna hüquqi nə ticələr doğuran, o cümlədən cəzanın müəyyənləşdirilməsini şərtləndirən hal kimi istinad etmək olmaz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 50-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Göründüyü kimi apellyasiya məhkəməsi Məhkumluğunun ödənilməsi təkzib olunmadığı vəziyyətdə Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələblərinə və Ali Məhkəmənin yuxarıda adı çəkilən plenum qərarında əks olunmuş hüquqi mövqeyinə zidd olaraq, Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı qənaətini birbaşa onun əvvəlki (ödənilmiş) məhkumluğu ilə əlaqələndirmişdir (faktiki olaraq Məhkum şəxsiyyətini xarakterizə edən hal qismində dəyərləndirmiş) ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin istinad etdiyi həmin əsas yolverilməz olmaqla, təqsirkara münasibətdə cəzanın sərtləşdirilməsini şərtləndirən hal kimi çıxış edə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəm ə tərəfindən nəzərə alınmamış olsun (və ya kifayət qədər nəzərə alınmasın), yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Apellyasiya məhkəməsinin qərarına diqqət etdikdə görünür ki, işə baxan məhkəmə birinci instansiya məhkəməsi tərəfindən CM-in 59.2-ci maddəsinə əsasən nəzərə alınmış Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması və onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olması kimi halları heç bir tutarlı dəlil irəli sürmədən və hər hansı əsaslandırma aparmadan əsassız və qanunsuz olaraq cəzanı yüngülləşdirən hal kimi müəyyən edilməsi haqqında nəticəyə gəlmişdir. B elə ki, apellyasiya məhkəməsinin qənaətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən səmimi peşmançılıq ancaq cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi halların hamısı mövcud olduqda müəyyən edilmiş sayıla bilər. Kollegiya apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəalarına istinad etməklə səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasına dair hüquqi mövqeyinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, “Səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlanan Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuşdur ki, “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər” Lakin, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmır. Burada səmimi peşmançılığın yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən təzahür formaları göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbu l edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və Cinayət Məcəlləsinin heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən 72-ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Odur ki, birinci instansiya məhkəməsinin sözügedən halı və yuxarıda göstərilən digər xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Bundan başqa apellyasiya məhkəməsinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsində təsbit edilən cinayətin obyektini və obyektiv cəhətini xarakterizə edən hallar istinad etməklə Məhkum təyin edilmiş cəzanın müddətinin artırılmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən xüsusiyyətlər CM-in 228.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunverici tərəfindən zatən nəzərə alınmış və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə g örə nəinki azadlıqdan məhrum etmə cəzası, hətta ondan da yüngül – islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi mümkün görülmüşdür. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cəza təyini məsələsinə verdiyi bu cür qiymətləndirmə ilə (faktiki isə - qiymətləndirməməsi) razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya protesti əsasında Məhkum təyin olunmuş cəzanı ağırlaşdıran məhkəmə kollegiyası işin obyektiv hallarından deyil daha çox özünün müəyyən etdiyi subyektiv baxışlarından çıxış etmişdir. Digər tərəfdən cinayət işi materiallarında olan (hətta ittiham aktında cəzasını yüngülləşdirən hal kimi sadalanmış) AZE seriyalı 11012695 saylı və AZE seriyalı 18968871 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, Məhkum himayəsində xx.xx.2008-ci ildə doğulmuş M əryəm, xx.xx.2017-ci ildə doğulmuş adlı uşaqları var. Lakin, nə birinci instansiya məhkəməsi, nədə ki, apellyasiya məhkəməsi bu hala münasibətini belə bildirməmişlər. Nəticədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 59.1.4-cü maddələrinə əsasən mütləq qaydada cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilib nəzərə alınmalı olan hal – X himayəsində azyaşlı uşaqlarının olması qeyd olunan normaların ziddinə olaraq məhkəmələrin nəzər-diqqətindən kənarda qalmış, müvafiq olaraq cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə təsiri baxımından da dəyərləndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası cinayət qanununun tətbiqində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yol verilmiş həmin pozuntunun aradan qaldırılması üçün X himayəsində azyaşlı uşaqlarının olmasını cəzan ı yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda bu halı təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsiri aspektində nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilmə si hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından məhkəmələr tərəfindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumunun hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Lakin öyrənilmiş cinayət işi materiallarından apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə uzlaşan, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gələn nəticəni, həmçinin cəzanın tətbiq edilməsi məsələlərinin həllində vahid məhkəmə təcrübəsinə uyğun yanaşmanı müəyyən etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ağırlaşdırdığı 02 (iki) il 06 (altı) ay m üddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 58.3, 59-cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8) uzlaşan cəza kimi qəbul edilə bilməz. Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 01 oktyabr 2024-cü il tarixli, 1(105)-613/2024 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 1(105)-613/2024 nömrəli qərarı cəza hissəsində dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 02 (iki) il 06 (altı) aydan 01 (bir) il 09 (doqquz) aya endirilsin, onun 22 iyun 2023-cü il tarixdən 29 aprel 2025-ci il tarixədək həbsdə olduğu və cəza çəkdiyi müddət nəzərə alınaraq Məhkum cəzasını çəkmiş hesab olunsun. Məhkum məhkəmə iclas zalından dərhal azad olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar