Məhkəmə qərarları › İş №1(102)-786/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-786/2019

04.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-786/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 10 dekabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.M.Ağalarov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) 18 sentyabr 2018-ci il tarixli hökmü ilə xx xxxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonunun Qarğılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Qarğılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməklə, cəza çəkmə müddətinin əvvəli 07 may 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən siqaret qutusunun şəffaf rəngli sellofan parçasına bükülmüş vəziyyətdə külli miqdarda təmiz halda çəkisi 6,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və 7 may 2018-ci il tarixdə daşıyaraq ünvan 2 ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının ətrafındakı bağa gətirdikdən sonra, həmin gün saat 18:00 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə idarəsi ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməl iyyat tədbirləri nəticəsində göstərilən bağda saxlanılıb Yasamal RPİ-nin 28ci PB-nə aparıldıqdan sonra orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin yuxarıda göstərilən bir ədəd bükümdə və çəkidə onun əynindəki tünd göy və qəhvəyi rəngli parça materialdan hazırlanmış gödəkçənin sol yan cibinin yırtılmış içliyi ilə astarının arasından aşkar edilib götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.H.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) 10 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətləri təmin edilməmişdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qal an Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2018-ci il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə istintaqı zamanı X6, X4, X8, X3, X9 ifadə verərkən bildirmişlər ki, əməliyyat keçirilən zaman onlara X5in harada yaşaması, nə vaxt anadan olması və harada qeydiyyatda olması ilə bağlı heç bir hal məlum olmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, Məhkum saxlayan polis əməkdaşları onu 28-ci polis bölməsinə deyil, 26-cı polis bölməsinə gətirmiş, sonradan aydınlaşdırılmışdır ki, həmin ərazi 26-cı polis bölməsinin deyil, 28-ci polis bölməsinin ərazisidir. Deməli əməliyyat tədbirinin keçirilməsi haqqında qərarı 28-ci polis bölməsinə gətirirlərsə bu onu sübut edir ki, əvvəlcədən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar əməliyyatçılarda olmamışdır. Əks halda onlar Məhkum 26-cı polis bölməsinə deyil birbaşa 28-ci polis bölməsinə aparmalı idilər. Bu məhz əməliyyat keçirilən zaman qərarın olmadığını, həmin qərarın ərazi aidiyyəti müəyyən edildikdən sonra 28-ci polis bölməsində tərtib edildiyini tam sübut edir. İkincisi, polis əməkdaşları qeyd edirlər ki, əməliyyat keçirilən zaman Məhkum yalnız adı və təxmini xarici görünüşü barədə onlarda məlumat olmuşdur, digər məlumatlar isə olmamı şdır. Lakin, iş materiallarında olan əməliyyat tədbirinin keçirilməsi haqqında qərardan görünür ki, həmin qərardad Məhkum barədə bütün anket məlumatları, hətta harada yaşaması və harada qeydiyyatda olması barədə məlumatlar yazılmışdır. Bu hal isə tam sübut edir ki, həmin əməliyyat tədbirinin keçirilməsi haqqında qərar Ərizəçi 28-ci polis bölməsinə gətirilib şəxsiyyəti müəyyən edildikdən sonra həmin qərar yazılmışdır və həmin qərarla Məhkum tanış edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Hazırkı işdə əməliyyat tədbiri keçirilənə qədər əməliyyat tədbirinin keçirilməsi barədə qərarın qəbul edilməsi təsdiq edilmədiyindən, əksinə həmin qərarın Məhkum saxlanılıb şəxsiyyəti müəyyən edildikdən sonra keçirilməsi təsdiq edildiyindən tamamilə müəyyən olunur ki, əməliyyat tədbiri keçiri lən zaman onun keçirilməsinə əsas verən qərar olmadığından əməliyyat tədbirinin keçirilməsi üçün hüquqi əsas olmamışdır. İş materiallarından görünür ki, təhqiqatçı X10 Məhkum üzərində şəxsi axtarış və götürmə haqqında qərar qəbul etmişdir ki, qanunla da X11in belə bir qərar qəbul etmək səlahiyyəti olmamışdır. Göründüyü kimi təhqiqatçının şəxsi axtarış keçirilməsi haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur, şəxsi axtarış keçirilməsi haqqında qərar qəbul edilməsi yalnız məhkəmə və ya müstəntiqin səlahiyyətindədir. Qeyd edilməlidir ki, burada Məhkum Konvensiyanın 8-ci maddəsi ilə təminat verilən hüquqlarına kobud müdaxilə edilmişdir. İş materiallarından görünür ki, polis əməkdaşları obyektivliyi təmin etmək üçün video çəkiliş imkanları olduğu halda bu üsuldan istifadə etməklə deyil, özlə rinin əməkdaşlıq etdiyi və obyektivliyi açıq-aşkar şübhə doğuran, mütəmadi hal-şahidləri kimi iştirak etmələri şübhə doğurmayan hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Bundan əlavə, ümumiyyətlə 1 bükümə görə satış niyyəti ilə ittiham verilməsi Azərbaycan tarixində ümumiyyətlə olmamışdır. Bir bükümə görə Məhkum satış niyyəti ilə məhkum edilməsi onun siyasi baxışlarına görə edilmiş və o Konvensiyanın 14-cü maddəsinin pozuntusunun qurbanı olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili iş üzrə sübutların tam, hərtərəfli araşdırılmaması və məhkumun barəsində cinayət işinin icraatına xitam verilməməsinin qanunsuz olmasıdır. İlk öncə məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci m addəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. İşdən görünür ki, Məhkum qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən siqaret qutusunun şəffaf rəngli sellofan parçasına bükülmüş vəziyyətdə külli miqdarda təmiz halda çəkisi 6,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və 7 may 2018-ci il tarixdə daşıyaraq ünvan 2 ünvanda yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının ətrafındakı bağa gətirdikdən sonra, həmin gün saat 18:00 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə idarəsi ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində göstərilən bağda saxlanılıb Yasamal RPİ-nin 28-ci PB-nə aparıldıqdan sonra orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik vasitə heroin yuxarıda göstərilən bir ədəd bükümdə və çəkidə onun əynindəki tünd göy və qəhvəyi rəngli parça materialdan hazırlanmış gödəkçənin sol yan cibinin yırtılmış içliyi ilə astarının arasından aşkar edilib götürülmüşdür. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 07 may 2018-ci il tarixli, 11817 saylı rəyi ilə müəyyən edilmişdir ki, Məhkum üzərindən aşkar edilmiş və tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 6,480 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkum üzərindən aşkar edilərək götürülmüş n arkotik maddənin ona məxsus olmadığını bildirsə də, onun qanunsuz olaraq narkotik vasitəni əldə etmə və saxlama cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin- X6, X4, X8, X3, X9, X10, X5 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı, maddi sübutla və iş üzrə toplanmış digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelly asiya instansiyası məhkəmələri Məhkum qanunsuz olaraq narkotik vasitəni əldə etmə və saxlama hərəkətləri etməsini müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq narkotik vasitəni əldə etmə və saxlama cinayəti törətməsini müəyyən edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72-74-cü maddələrində göstərilmiş hallar iş üzrə müəyyən edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr onun barəsində qanunun bu normasını tətbiq etməməklə haqlı olmuşlar. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətində istinad olunan hallardan heç biri Məhkum barəsində bəraət verici əsaslarla icraata xitam verilməsi mümkün sayıla bilən amillər kimi qiymətləndirilə bilməz. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum əməlinin düzgün tövsif edilməməsidir. Məhkəmə kollegiyasının kas sasiya şikayətinin bu barədəki dəlili ilə razılaşaraq qeyd edir ki, məhkəmələr Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi tövsif etməklə səhv nəticəyə gəlmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin 07 may 2018ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarından görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması qeyd edilərək sonuncunun ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. İşdən görünür ki, daxil olmuş əməliyyat məlumat üzrə keçirilmiş əməliyyat-axtarış fəaliyyətinin nəticəsini, yəni həqiqətən də Məhkum üzərindən külli miqdarda narkotik vasitə olan heroinin aşkar edil məsini, həmçinin həmin tədbirin qanuna uyğun həyata keçirilməsini şübhə altında qoya biləcək hər-hansı hal aşkar edilməmişdir. Bu xüsusatlar, eyni zamanda, qeyd edilən əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri ilə təsdiq edilmişdir. Lakin, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda satma hərəkətləri edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzr ə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Belə ki, onun üzərindən aşkar edilərək götürülmüş narkotik maddə bir bükümdə olmuş, onu n yaşadığı ünvanda baxış və axtarış istintaq hərəkəti keçirilməmiş, satış məqsədinin olmasına dəlalət edən əşyalar aşkar edilməmişdir. Bu hallar da onu deməyə əsas verir ki, istintaq orqanı tərəfindən Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni məhz satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut əldə edilməmişdir. Qeyd olunanlardan belə nəticə çıxır ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik maddənin külli miqdarda olmasına və daxil olmuş məlumata əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları ü zrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd edilmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyələrdən göründüyü kimi, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılm alıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamı təsdiq edən sənədlər onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət deyildir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifə lərin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təy in edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə ittiham hökmü çıxarmaqda haqlı olmamış, apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq qeyd edilmiş hökmün qüvvədə saxlanılması barədə nəticəyə gələrkən üzərinə düşən vəzi fəni layiqincə yerinə yetirməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum oğlunun əməli satış məqsədi ilə qanunsuz olaraq killi miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayətinin tərkibini yaratmadığından ona CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilməmiş, işə baxan məhkəmələr də onun qeyd olunan cinayəti törətməsi barədə nəticəyə gələrkən səhvə yol vermişlər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum üzərindən aşkar olunmuş narkotik maddəni məhz satış məqsədilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilmədiyindən, lakin onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması əməlini törətməsi təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası CM- in 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddə ilə ona cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli bala ns yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Bu baxımdan da kassasiya kollegiy ası işə baxan məhkəmələrin təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifi ilə bağlı mövqeyini əsaslı hesab etmir. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə uyğun olan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.15-ci maddəsinə görə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.15 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmünün qüvvəsində saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilməsin. Müdafiəçinin kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: İmran Hacıqayıbov Hakimlər: Gülzar Rzayeva Fərhad Kərimov Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar