Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-786/2021 02.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Məhkum müdafiəçisi, Bakı şəhəri ”Mərkəz” Vəkil Bürosunun vəkili Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə xx xxxxxxx 1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmə k fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri ”Mərkəz” Vəkil Bürosunun vəkili Hüseynov Şaiq Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü ilə (hakim Ceyhun Qədimov) Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) i l 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 26 avqust 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murquzov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özünə məxsus və texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz-215CDİ» mikroavtobus markalı ** -VA-*** dövlət qeydiyyat nişanlı avtomobili 28 aprel 2018-ci ildə saat 11 radələrində ünvan 2 ilə yaşadığı məhəllə istiqamətində saatda 05 kilometr sürətlə idarə edərkən 34 nömrəli evin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələblərini pozmuş (həmin normanın tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar), yəni qarşısında «16BMX Braver» markalı ikitəkərli velosipedlə yolun sağ kənarındakı divarın yanında olan boruya sıxılıb dayanmış xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yanından keçərkən onunla təhlükəsiz yan məsafəsi seçməy ib hərəkətini davam etdirərək idarə etdiyi nəqliyyat vasitəsinin sağ tərəfi ilə zərərçəkmiş şəxsi vurub yerlə sürümüşdür. Təqsirləndirilən şəxsin ehtiyatsızlığı nəticəsində Zərərçəkmiş şəxs dərəcələrinə görə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq ölmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarının ləğv edilməsi və X2 məhkəməyə verildiyi CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə əməlində cinayət tərkibi olmadığına və cinayət hadisəsi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin q ərarları əsassız və qanunsuzdur. Belə ki, iş üzrə aparılmış ilkin istintaq hərəkətlərinin nəticəsində müəyyən edilmiş hallar əsasında təyin edilmiş yol-nəqliyyat ekspertizası qərarına cavab olaraq “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” 20 iyul 2018-ci il tarixli 18445 saylı məlumatda ekspert X9 göstərir ki, hadisə zamanı velosipedin mikroavtobusun arxasına dəyməsi sürücü Məhkumun görünüş dairəsindən kənarda baş vermişdir. Ona görə də sürücü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Bundan sonra istintaqçı tərəfindən təkrar ekspertiza təyin olunmuş və Məhkum baş vermiş yol-nəqliyyat hadisəsində təqsirinin olmasına dair 08 avqust 2018-ci il tarixli əsassız rəyin alınmasına nail olunmuşdur. Halbuki, həmin rəy obyektiv deyil və işin faktiki hallarına uyğun gəlməməklə əsassız və qanunsuzdur. Müdafiəçi həmçinin hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən də qanunvericiliyin tələblərini pozmuş, cəzasını yüngülləşdirən halları, özünün və həyat yoldaşının ağır formada şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, oğlunun 2-ci qrup əlil olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almayaraq sərt cəza təyin etmişdir. Müdafiəçi həmçinin kassasiya şikayətinə əlavə olaraq işin ibtidai istintaqını aparmış müstəntiq X10un notarial qaydada təsdiq olunmuş müraciətini təqdim etmiş və araşdırılmasını xahiş edir. X7 bildirir ki, Məhkum şərh olunan yol-nəqliyyat hadisəsində heç bir təqsiri olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları i lə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ş.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mö təbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitus iyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CM-nin 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” CM-nin 263.1-ci maddəsində “Avtomobil, tramvay və ya digər mexa niki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 263.2-ci maddəsində “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməkl ə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətb iqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013 -cü il Qərarında tövsiyə olunur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisəl ərinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmə lərin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zə rurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər.” Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbayca n Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətində göstərilən məsələlərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilərkən CPM-nin 144-cü maddəsinin tələblərinin ziddinə olaraq, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, toplanmış sübutları düzgün təhlil etməmiş, iş üzrə yekun məhkəmə qərarı qəbul edərkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışdır. Belə ki, ibtidai istintaq zamanı və məhkəmə baxışın da dindirilmiş Məhkum 28 aprel 2018-ci il tarixdə təxminən saat 11 radələrində özünə məxsus olan “Mersedes Benz215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusu idarə edərək ünvan 3 ilə saatda 5 kilometr surəti ilə yaşadığı ünvan istiqamətində hərəkətdə olduğunu, 34 nömrəli evin qarşısından keçəndə qarşıda hərəkət hissəsində soldan sağa çəkilən, yol səthindən 5-10 santimetr hündürə çıxan beton çıxıntısına çatanda, həmin maneəni keçməyə başlayanda surəti daha da azaltdığını, həmin vaxt arxadan tappıltı səsi eşitdiyini, həmin zərbənin onun idarə etdiyini mikroavtobusla heç bir əlaqəsi olmadığını, hər bir ehtimal üçün nə baş verdiyini yoxlamaq məqsədi ilə hərəkəti dayandırıb, yerə düşüb mikroavtobusun arxa hissəsinə keçdiyini, nəqliyyat vasitənin arxa sağ böyür hissəsi ilə yolun kənar ında olan evin daş divarın arasında olan eni təxminən 01 metr olan boşluqda velosipedi sürərək yerə yıxılan və üz-başı qan içində olan azyaşlı uşağı gördüyünü, həmin uşağın velosipedi idarə edərək mikroavtobusu sağ tərəfindən ötmək istəyərək mikroavtobusla divarın arasında olan boşluğa girib və orada olan dəmir dirəyə dəyib yıxılaraq xəsarət almasını güman etdiyini, uşağın bir ayağı velosipedin üzərində olmaqla yerdə çapaladığını görüb uşağı qucağa götürüb köməyə çağırdığını, 34 nömrəli evdən çıxan uşağın valideyni və yaxınları uşağı öz avtomaşınına qoyub xəstəxanaya apardığını, bir müddət sonra zərərçəkmiş şəxs adlı həmin az yaşlı uşağın aldığı xəsarətlərdən xəstəxanada öldüyünü, hadisə yerində olarkən idarə etdiyi mikroavtobusa baxış keçirib arxa və sağ böyür hissəsində heç bir zədə və c ızıq izləri aşkar etmədiyini, yalnız avtomaşınının arxa sağ təkərinin üzərində yüngül sürtülmə izlərin olduğunu müəyyən etdiyini, hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə hadisənin sənədləşdirilməsində iştirak etdiyini, ölən uşağı ümumiyyətlə tanımadığını, onun valideynini və bir həyətdə yaşayan qohumlarını üzdən tanıdığını, onlarla heç bir münasibəti olmadığını göstərmişdir. Hadisə yerinin müayinə protokolundan görünür ki: “Hadisə ünvan 3ndə baş vermişdir. Küçənin asfalt örtüyü kələ-kötürdür. Asfaltın bəzi hissələri torpaqla örtülüdür. Yolun ehtiyat hissəsi yoxdur. Yolun sağ və sol tərəflərində fərdi yaşayış evləri yerləşir. Yolun başlanğıc hissəsindən hadisə baş verən yerə kimi yol enişlidir Hadisə yerində yerdə qanabənzər ləkələr vardır. Yolun eni 5,03 metrdir. Küçəni içəriyə doğru götürdükdə qanabənzər ləkələrdən yolun sağ tərəfində olan daş divara kimi olan məsafə 1,87 metrdir. Yolun başlanğıc yerindən hadisə yerinə kimi 15 dərəcəli enişdir. Qan ləkəsi olan yerdə yolun eni 3,45 metrdir. Küçənin istiqamətini içəriyə doğru götürdükdə hadisə baş verən yerdə yolun sağ tərəfində olan daş hasarın qarşısında divar boyu bir-birindən 5,20 metr aralı dəmir borular asfalt örtükdən çıxır. Dəmir borunun birincisi divardan 0,46 sm, ikincisi isə 0,33 sm məsafədədir. Qan ləkəsindən 5,6 metr məsafədə asfaltdan kustar üsulla düzəldilmiş tramplin vardır. “Mersedes Benz-215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusa baxış keçirilərkən uzunluğu 5,6 metrdir. Avtomaşının üzərində hər hansı bir zədə, yəni cızıq, batıq, əzik və sair aşkar olunmadı. Mikroavtobusun üzərində olan toz silinməyib.” (cild 1,vərəqə 5-11) Cinayət işinin materiallarında olan 02 may 2018-ci il tarixli “azyaşlı şahidin dindirilməsi” protokolundan görünür ki, anası X3 iştirakı ilə şahid qismində dindirilmiş xx xxxxx 2012-ci il təvəllüdlü Şahid2 ifadəsində 28 aprel 2018-ci il tarixdə babası zərərçəkmiş şəxsin evində qonaq olduğunu, saat 10 radələrində 7 yaşlı dayısı oğlu zərərçəkmiş şəxslə birlikdə küçədə evin qarşısında velosiped sürərək oynadığını, zərərçəkmiş şəxs qarşısında eyni istiqamətində az sürət ilə hərəkət edən mikroavtobusu sağ tərəfindən ötmək istəyəndə ona “ehtiyatlı ol, ötmə, qoy mikroavtobus çıxıb getsin” dediyini, zərərçəkmiş şəxs isə hərəkəti davam edərək həmin mikroavtobusu sağ tərəfdən ötməyə cəhd etdiyini, mikroavtobusla divarın arasında az ara məsafə olduğundan zər ərçəkmiş şəxs bu manevri edə bilmədiyini, mikroavtobus sağ böyür hissəsi ilə zərərçəkmiş şəxs idarə etdiyi velosipedi vurub toqquşduğunu, zərərçəkmiş şəxs idarəçiliyi itirərək yerə yıxıldığını, mikroavtobus sürücüsünün zərərçəkmiş şəxsə yaxınlaşdığını, bundan sonra evə qaçıb baş vermiş hadisə barədə məlumat verdiyini göstərmişdir. Zərərçəkmiş şəxsin atası (hüquqi varisi) X12, şahidlər X6, X9, X4 və Şahid3 dindirilərkən Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Müstəntiqin 12 may 2018-ci il tarixli qərarı ilə cinayət işinin ibtidai istintaqı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməməsi əsası ilə CPM-nin 53.1.1-ci maddəsi rəhbər tutulmaqla dayandırılmışdır. (cild 1,vərəqə 72). Müstəntiq tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə p ozularaq dayandırılmış cinayət işi üzrə icraat təzələnmədən 17 may 2018-ci ildə Şahid1 dindirilmiş və o, aşağıdakı məzmunda ifadə vermişdir: “28.04.2018-ci il tarixdə saat 10:30 radələrində mən rayona getmək üçün yaşadığım evdən çıxıb məhəlləmizdə olan çörək satılan dükana girib çörək alıb dükandan çölə çıxdım....Mən dükandan çıxdıqda gördüm ki, mənim evimin qarşısından keçən küçədə mənim evimin divarının yanında Zərərçəkmiş şəxs velosipedi sürərək.. mikroavtobusun gəldiyini görüb divarın yanında olan turbaya tərəf sıxılıb dayandı. Mən durduğum yerdən hadisənin baş verdiyi yer arasında təxminən 30 metr məsafə var. Mikroavtobus uşağın dayandığı yerdən keçəndə uşaq avtomobilin əks (sağ yan) tərəfində olduğuna görə mən hadisənin necə baş verdiyini görmədim, lakin uşağın durduğu yerdən taqqıl tı səsi gəldiyini eşitdim və Məhyəddinin avtomobili dayandırıb yerə endiyini gördüm. Mən o tərəfə yaxınlaşdıqda gördüm ki, uşaq avtomobilin qabaq sağ təkəri tərəfdə, «velosipedqarışıq» avtomobilin tam da olmasa altında qalıb, lakin avtomobilin təkəri onun üzərində deyil. Elə bil ki, uşaq velosipedlə avtomobilin sağ böyrü tərəfdən avtomobilin aşağı hissəsinə girib. Mən həmin vaxt uşağın üz-gözünün qanlı olduğunu gördüm..... tələsdiyimə görə yardım etmədən Ağsu rayonuna getdim.”(cild 1,vərəqə 69-71). Məhkəmə-trassoloji ekspertizasının 11 iyun 2018-ci il tarixli 11828 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı istifadəsində olmuş velosipedin arxa təkərində, arxa oturacaqda, qabaq oturacaqda aşkar edilən zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamət lərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması, dəyməsi nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə daş, beton, metal (dirəklər) də aiddir. Velosipedin üzərində olan zədələrin kənarlarında digər nəqliyyat vasitələrinə məxsus hər hansı çıxıntı hissələrin əksi aşkar edilmədiyindən həmin zədələrin digər nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. (cild 1,vərəqə 74-77). İbtidai araşdırma orqanı toplanmış sübutlar arasında olan ziddiyyətləri aradan qaldırmadan 10 iyul 2018-ci il tarixli qərarı ilə iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmişdir. Qərardan görünür ki, ibtidai araşdırma orqanı tərəfindən hadisənin baş vermə mexanizmi aşağıdakı kimi müəyyən edilmişdir: “Məhkum 28 aprel 2018-ci ildə saat 11 radələrində idarə etdiyi «Mercedes Benz215CDİ» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla ünvan3 ilə yaşadığı məhəllə istiqamətində saatda 05 kilometr sürətlə hərəkət edərkən 34 nömrəli evin qarşısına çatdıqda yolda – asfalt örtüyünün üstündə olan, hündürlüyü 10 sm təşkil edən beton-daş maneəni keçdiyi vaxt sürətini daha da azaltmış, bu zaman arxadan eyni istiqamətdə hərəkət edən xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi «16BMX Braver» markalı ikitəkərli velosipedlə mikroavtobusla yaşayış evinin divarı arasında qalmış boşluğa keçməklə mikroavtobusu sağ tərəfdən ötməyə cəhd etmiş, bu manevri edərkən velosipedçi idarəetməni itirmiş, nəticədə velosipedin arxa hissəsi ilə mikroavtobusun arxa sağ təkəri toqquşmuş və velosipedin arxa təkəri mikroavtobu sun arxa sağ təkərinə ilişdiyinə görə mikroavtobus velosipedi tam dayananadək, yəni 0,5 – 1 metr məsafədə yerlə sürümüşdür. Qərarda həmçinin qeyd olunur ki, velosipedin mikroavtobusun arxasına dəyməsi mikroavtobusun sürücüsünün görünüş dairəsindən kənarda baş vermişdir. (cild 1, vərəqə 90-91). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti göstərilən qərar üzrə məhkəmə ekspertizasının aparılmasından imtina edərək, bununla bağlı 20 iyul 2018-ci ildə 18445 nömrəsi ilə məlumat tərtib etmişdir. Məlumatda ekspertiza aparılmasından imtinanın əsası arxadan hərəkət edən velosipedçinin mikroavtobusu arxa sağ tərəfdən ötərkən velosipedin mikroavtobusun arxa sağ təkəri ilə toqquşması və bu hadisənin mikroavtobusun sürücüsünün görünüş dairəsindən kənarda baş ve rməsi olmuşdur. Ekspert qeyd etmişdir ki, qərarda təsvir olunmuş həmin halda sürücü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (cild 1, vərəqə 95-96). İş üzrə heç bir araşdırılma aparılmadan baş vermiş hadisə üzrə ilkin mexanizmdən tamamilə fərqlənən mexanizmin hansı əsaslarla müəyyən edilməsini göstərmədən 01 avqust 2018-ci il tarixdə yenidən yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmişdir. Qərarda qeyd edilməsə də, hadisənin təsvir edilən mexanizmindən görünür ki, istintaqçı cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə dindirilmiş Şahid1 ifadəsində təsvir olunan vəziyyəti öz qərarında hadisənin mexanizmi kimi təqdim etmişdir. Lakin həmin ifadə də istintaq orqanının qərarında təsvir olunan mexanizmi tam əks etdirmir. Hadisənin yeni mexanizmi ibtidai araşdırma orqanı tərəfindən aşağıdakı kimi təsvir edilmişdir: “Sürücü Məhkum özünə məxsus «Mercedes Benz-215CDİ» mikroavtobus markalı **VA-*** dövlət qeydiyyat nişanlı avtomobili 28 aprel 2018-ci ildə saat 11 radələrində ünvan3 ilə yaşadığı məhəllə istiqamətində saatda 05 kilometr sürətlə hərəkətdə olarkən, qarşıda yolun sağ kənarındakı divarın yanında olan turbaya sıxılıb dayanan velosipedçi xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yanından keçəndə avtomobilin arxa sağ yan hissəsi ilə velosipedçi ilə toqquşmuş, taqqıltı səsini eşidən sürücü Məhkum dərhal idarə etdiyi mikroavtobusu saxladıqda, velosipedin arxa təkəri mikroavtobusun arxa sağ təkərinə ilişdiyindən velosiped mikroavtobusun tam dayanana kimi 0,5-1 metr məsafə də yerlə sürüşmüşdür.” (cild 1,vərəqə 106-107) Məhkəmə yol-nəqliyyat ekspertizasının 08 avqust 2018-ci il tarixli 20177 nömrəli ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və mikroavtobusun idarə olunmasından ayırmamaqla avtomobilin təhlükəsiz hərəkətini təmin etməli olduğu halda bu tələblərə əməl etməmiş, «Mercedes Benz-215CDİ» mikroavtobus markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qarşısında, yolun sağ kənarındakı divarın yanında olan boruya sıxılıb dayanmış velosipedçi ilə təhlükəsiz yan məsafəsini təmin etməmişdir. Rəyin nəticəvi hissəlində qeyd olunur ki, «İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz-215 markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüs ü Məhkum hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr yol-nəqliyyat ekspertizasının 08 avqust 2018-ci il tarixli 20177 nömrəli ekspert rəyini əsas sübut növü kimi qəbul edərək Məhkum baş vermiş avtoqəza hadisəsində təqsirli olması nəticəsinə gəlmiş və Məhkum CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, ibtidai araşdırma orqanı tərəfindən eyni avtoqəza hadisəsi üzrə eyni sübutlara istinad etməklə iki ekspertiza təyin edilmişdir. Hər iki halda təyin edilən eks pertiza ilkin ekspertiza kimi təyin edilmişdir (yəni CPM-nin 267-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə əlavə və ya təkrar ekspertiza təyin edilməmişdir). İstintaqçı tərəfindən birinci dəfə təyin edilən ekspertizadan fərqli olaraq avtoqəza hadisəsinin baş vermə mexanizmi dəyişdirilməklə ikinci dəfə təyin edilən ekspertiza qərarında yeni mexanizm təsvir edilmişdir. Lakin istintaqçının qərarlarında təsvir etdiyi avtoqəza hadisəsinin baş vermə mexanizmi iş materiallarında olan sübutlara istinad edilmədən göstərilmiş, başlıcası isə həmin mexanizmi təsdiq edən sübutlar iş materiallarında yoxdur. Belə ki, hadisənin mübahisəsiz və obyektiv vəziyyətini əks etdirən hadisə yerinin müayinə protokolundan görünür ki, “hadisə yerində yerdə qanabənzər ləkələr vardır, yolun eni 5,03 metrdir, küçəni içəriyə doğru götürdükdə qanabənzər ləkələrdən yolun sağ tərəfində olan daş divara kimi olan məsafə 1,87 metrdir, qan ləkəsi olan yerdə yolun eni 3,45 metrdir. Küçənin istiqamətini içəriyə doğru götürdükdə hadisə baş verən yerdə yolun sağ tərəfində olan daş hasarın qarşısında divar boyu bir-birindən 5,20 metr aralı dəmir borular asfalt örtükdən çıxır. Dəmir borunun birincisi divardan 0,46 sm, ikincisi isə 0,33 sm məsafədədir.” Göründüyü kimi, eni 3,45 metr olan yolda, sağ tərəfdə olan kənar divardan 1,87 metr məsafədə qanabənzər ləkələr aşkar edilmişdir. Bu o deməkdir ki, qanabənzər ləkələr yolun orta hissəsində aşkar edilmişdir. Avtoqəza hadisəsi Şahid1 (qeyd edildiyi kimi yol-nəqliyyat ekspertizası təyin edilməsinə dair ikinci qərarda avtoqəza hadisəsinin baş vermə mexanizmi onun ifadəsi ilə eyni təsvir edilir) təsvir etdiyi şəkildə, yəni zərərçəkmiş “Zərərçəkmiş şəxs velosipedi sürərək, mikroavtobusun gəldiyini görüb divarın yanında olan turbaya tərəf sıxılıb dayandığı” şəraitdə baş versəydi, qanabənzər ləkələr də həmin dəmir boruların yerləşdiyi yerə, yəni divardan 0,46 sm, yaxud da 0,33 sm məsafədə aşkar edilməli idi. Həmçinin, hadisə yerinin müayinə protokolundan görünür ki, “qan ləkəsindən 5,6 metr məsafədə asfaltdan kustar üsulla düzəldilmiş tramplin vardır. “Mersedes Benz215CDİ” markalı **-VA-*** qeydiyyat nişanlı mikroavtobusa baxış keçirilərkən uzunluğu 5,6 metrdir.” Şahid1 isə ifadəsində göstərir: “Mən o tərəfə yaxınlaşdıqda gördüm ki, uşaq avtomobilin qabaq sağ təkəri tərəfdə, «velosipedqarışıq» avtomobilin tam da olmasa altında qalıb, lakin avtomobilin təkəri onun üzərində deyil. Elə bil ki, uşaq velosipedlə avtomobilin sağ böyrü tərəfdən avtomobilin aşağı hissəsinə girib. Mən həmin vaxt uşağın üz-gözünün qanlı olduğunu gördüm...” İş materiallarında görünür ki, Məhkum idarə etdiyi mikroavtobus asfalt tramplinə çatdıqdan sonra zərərçəkmiş Zərərçəkmiş şəxs idarə etdiyi velosipedlə əlaqədar qəza baş vermişdir. Belə olan halda, Şahid1 ifadəsi əsas sübut kimi qəbul olunacağı təqdirdə qanabənzər ləkələr mikroavtobusun qabaq təkərinin olduğu yerdə aşkar olunmalı idi. Lakin hadisə yerinin müayinə protokolundan görünür ki, qanabənzər ləkələr asfalt tramplindən 5,6 metr məsafədə aşkar edilmişdir. Mikroavtobusun da uzunluğunun 5,6 metr göstərildiyi nəzərə alınsa, həmin ləkələrin mikroavtobusun arxa hissəsi ətrafında aşkar edilməsi nəticəsinə gəlmək olar. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ziddiyyətləri aradan qaldırmadan, hadisənin baş vermə mexanizmi dəqiqləşdirilmədən obyektiv nəticəyə gəlmək olmaz və işin obyektiv halını əks etdirməyən hadisənin baş vermə mexanizmi əsasında təyin edilən ekspertizanın rəyinin mötəbər sübut kimi qiymətləndirilməsi əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Şahid1 ifadəsi yerində yoxlanmaqla, təqsirləndirilən şəxs Məhkum iştirakı ilə istintaq eksperimenti keçirilməklə hadisənin baş vermə mexanizminin dəqiqləşdirilməsi və yalnız bundan sonra zərurət yaranarsa, təkrar məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilib rəy alınması ilə yekun nəticəyə gəlinməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarını n 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-nin 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qey d etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Lakin apellyasiya instansiya məhkəmələri ittihamın sübut olunmasında yaranan, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verməyən şübhələr olmasına baxmayaraq bu şübhələrin aradan qaldırılması üçün qanunda nəzərdə tutulan tədbirləri görmədən, sübutlar arasında ziddiyyəti aradan qaldırmadan qərar çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhk əməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Göründüyü kimi Məhkum ittiham edildiyi Azərbaycan Respublikası CM- in 263.2-ci maddəsi ilə bağlı cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 mart 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-786/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-786/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver