Məhkəmə qərarları › İş №1(102)-786/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-786/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-786/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234. 4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1982-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Şirvan Şəhər Məhkəməsinin 06 yanvar 2009-cu il tarixli hökmü ilə CM-nin 128, 132 və 180.1-ci maddələri ilə təqsirli bili nərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə islah işləri və 200 (iki yüz) manat miqdarnda cərimə cəzalarına, Şirvan Şəhər Məhkəməsinin 23 oktyabr 2009-cu il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, daha sonra Şirvan Şəhər Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli hökmü ilə CMnin 315.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2017-ci il tarixli qərarı ilə əməli CM-nin 31 5.2-ci maddəsindən həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilməklə CM-nin 315.1 və 221.3-cü maddələrinə əsasən üzərində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) il 06 (altı) ayadək, Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı ilə isə 04 (dörd) ilədək endirilmiş, Salyan Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərə k cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 6 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum naməlum vaxtda və şəraitdə şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən göndərilmiş, təmiz çəkisi 18,742 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 25 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində naməlum mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, 26 aprel 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (DİN, BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-ax tarış tədbirləri nəticəsində həmin gün saat 18:15-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinin inzibati binasına aparılmış və PŞ-də üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən üzərində “Rothmans” yazısı olan bir ədəd siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 18,742 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkum Şahid6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 11 oktyabr 2022-ci il tarixli q ərarı ilə məhkumun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş, ona elan olunmuş ittihamdan CM-nin 234.4.1-ci maddəsi çıxarılmış, Şahid6 CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra madd ələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarlarına istinad edən və işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında cinayət işinin materiallarında olan, biri digəri ilə ayrılmaz surətdə bağlı o lan və iş üçün əhəmiyyətli sayılan sənədləri bütün sübutların məcmusu ilə müqayisəli şəkildə təhlil etməyərək Şahid6 cinayət əməlinə düzgün hüquqi qiymət verməmiş, nəticədə sonuncunun əməlindən CMnin 234.4.1-ci maddəsini ittihamdan xaric etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Şahid6 üzərindən aşkar edilmiş telefona baxış keçirilməsi və orada olan video və səs yazılarının tədqiq edilməsi barədə cinayət işində olan materiallardan görünür ki, o, məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətmiş, bu barədə ibtidai istintaq zamanı verdiyi ifadələrini sonradan öz imzası ilə təsdiq etməsə də, telefon məlumatlarına və sms yazışmalarına keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət tö rətməsi sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə Şahid6 təyin edilmiş cəzanı yüngülləşdirməkdə haqlı olmamış, təyin edilmiş cəzanın məhkumun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini qeyd edərkən nəyi nəzərdə tutduğunu açıqlamamışdır. Şahid6 törətdiyi cinayət əməlinin obyekti narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi hesab olunmaqla həmin cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum tamah məqsədilə, satış niyyəti ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsini təşkil etmiş, bu əməli birbaşa qəsdlə törətmişdir. Göründüyü kimi əməlin ictimai təhlükəliliyi və xarakteri təqsirləndirilən şəxsə yalnız daha ağır cəza təyin edilməsi üçün əsas ola bilərdi ki, apellyasiya instansiyası məhkəməsi bunun əksini qərarında qeyd etmişdir. Bundan əlavə məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əvvəllər də dəfələrlə məhkum olunmasını nəzərə almamış, yalnız sonuncu məhkumluğunun cinayətlərin residivinin yaratmasına əsaslanaraq təyin edilmiş cəzanı residivə görə təyin edilən cəzanın mümkün həddinə qədər yüngülləşdirmişdir. Kassasiya protestində istinad etdiyi dəlillərə əsasən dövlət ittihamçsı Z.A.Ramazanov onun həmin protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı məhkum Şahid6 da qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçı sı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum Şahid6 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestinin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkə məsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkuma elan olunmuş ittihamdan CM-nin 234.4.1-ci maddəsini xaric etməklə düzgün nəticəyə gəlməmiş və Şahid6 təyin edilmiş cəzanı yüngülləşdirməkdə haqlı olmamışdır. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edlmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan c əza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Şahid6 məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış və kassasiya qaydasında mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiy a instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam veri lməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həm in əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikas ı Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməl lərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. CM-nin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsində müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qan unlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Şahid6 barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticədən fərqli olaraq həmin qərarında Şahid6 ona elan olunmuş ittiham üzrə cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdı rılmış sübutlara əsasən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli qabaqcadan əlbir nolan bir qrup şəxs halında törətməsini müəyyən etməyərək CM-nin 234.4.1-ci maddəsin ona qarşı irəli sürülmüş ittihamdan xaric etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Protestdə göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkum Şahid6 təmiz çəkisi 18,742 qram çəkidə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə, daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmaya n, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin əksinə olaraq, dövlət ittihamçısı hesab edir ki, Şahid6 məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etmiş, bu barədə ibtidai istintaq zamanı verdiyi ifadələri sonradan təsdiq etməsə də telefon məlumatlarına və sms yazışmalarına keçirilən baxış zamanı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi sübuta yetirilmişdir. Halbuki, bu elefon məlmatlarında Şahid6, ona elan olunmuş ittihamda göstərdilmiş İran İslam Respublikasının müəyyən edilməmiş hansısa “Məhəmməd” adlı şəxslə deyil, tamamilə başqa şəxslərlə yazışması müəyyən edilmişdir ki, istər bu şəxslərin, istərsə də “Məhəmməd” adlı şəxs barəsində ibtidai araşdırma orqanı tərəfindən heç bir mötəbər məlumat əldə olunmamış, həmin şəxslər ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında dindirilməmiş, bununla bağlı birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında dövlət ittihamını müdafiə edən prokurorlarla da təşəbbüslə çıxış etməmiş, digər tərəfdən isə şəxsiyyəti müəyyən olunmamış “Məhəmməd” istisna olmaqla, Məhkum telefon yazışmaları apardığı hər hansı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamasına və daşımasına görə ittiham elan olunmamışdır. CPM-nin 318.1-ci maddəsinə əsasən isə, əhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələş dirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işi üzrə toplanmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Şahid6 məhz satış məqsədilə qanunsuz olaraq külli miqdarda – 18,742 qram çəkidə heroini əldə edib üzərində saxlayaraq daşıması, onun özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlər Şahid1, Şahid3, Şahid2, hal şahidləri qismində işə cəlb edilmiş Şahid5 və Şahid4 ifadələri ilə, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 aprel 2021-ci il tarixli protokolla, məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 aprel 2021-ci il tarixli 6/1666 saylı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2021-ci il tarixli 1474 saylı, məhkəmə-fonoskopik və məhkəmə-videofonoqrafik ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 4/966-4/969 nömrəli rəyləri ilə, əməliyyataxtarış maddi sübutla, əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi və bir sıra istintaq hərəkətlərinin aparılması haqqında prosessual sənədlərlə və və iş üzrə toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilir və bu sübutlar biri-biri ilə tam uzlaşdığından onun təsvir edilən əməli CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə ibtidai istintaq orqanının və məhkəm ələrin gəldikləri nəticə qanuni və əsaslıdır. Şahid6 əməlinin hüquqi tövsifi ilə bağlı kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Şahid6 törətdiyi cinayət əməlinin məhz “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin ehtimal xarakterli nəticələri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinin materiallarına əsaslanmaqla və cinayət prosesinin iştirakçıları dinlənilməklə yoxlanılmış və apellyasiya instansiya məhkəməsi CM-nin 234.4.1-ci maddəsini ittihamdan xaric etməklə gəldiyi nəticəni qəbul etdiyi qərarında kifayət qədər, inandırıcı şəkildə əsaslandırmışdır. Belə ki, qeyd olunan cinayətin qabaqcadan əlbi r olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi isə CM-nin 34.2-ci maddəsində verilmişdir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətlə ri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkild ə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən “qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesa edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən ci nayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhr ikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da təhlil edilən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi anlayışlarına yuxarıda göstərilən təfsirə və hüquqi mövqeyə uyğun müvafiq izah və tövsiyələr vermişdir. Belə ki, həmin Qərarın 1 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-nin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmələrə izah edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-nin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərd ə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-nin 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallard a əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Şahid6 İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, ümumiyətlə belə şəxsin olub-olması ilə bağlı har hansı bir sübut əldə edilməmiş, “Məhəmməd” adlı şəxs barəsində isə Məhkum yalnız ifadələrində göstərmişdir. Həmçinin “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid6 verilən suallara cavab olaraq narkotik vasitəni Suraxanı rayonu ərazisində əldə etdiyini, vaxtaşırı narkotikdən istifadə etdiyini bildirmiş, həmin narkotik vasitənin İran İslam Respublikası vətəndaşı “Məhə mməd” adlı şəxsdən əldə edilməsi ilə bağlı hər hansı xüsusat bildirməmişdir. Eyni zamanda iş üzrə dindirilmiş bütün şahidlərin ifadələrindən görünür ki, sonuncular Şahid6 narkotik vasitəni Suraxanı rayonu ərazisində əldə etdiyini göstərməsi barədə ifadə vermiş, məhkumun narkotik vasitənin məhz İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsdən əldə edilməsi ilə bağlı hər hansı ifadə verməsini göstərməmişlər. Şahid6 məxsus telefonda da, onun İİR vətəndaşı “Məhəmməd” adlı şəxslə əlaqəsinin olmasını təsdiq edən har hansı xüsusat müəyyən edilməmişdir. Məhkəmə kollegiyası CM-nin 34.2-ci maddəsində nəzərdə tuulmuş anlayışa, həmin anlayışa verilmiş təfsirə, şərhə və izaha əsaslanaraq xüsusilə onu vurğulamağı lazım bilir ki, nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə iclaslarında Şahid6 və barəsində heç bir məlumat olmayan “Məhəmmədin” narkotik vasitənin satışı barədə razılşmalarını, məhz bu məqsədlə sonuncunun hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış vasitəni Məhkum verməsi (satması, hədiyyə eməsi və s.), bununla bağlı bu və ya digər əldə edəcəkləri barədə sövdələşmələri, yəni cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri birlikdə icra etməklə onun eyni nəticələrinə nail olmaq məqsədini izləmələrini təsdiq edən sübutlar da cinayət işinin materiallarında aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda Şahid6 ona istinad olunan cinayəti məhz qabaqcadan əlbir olmuş bir qrüp şəxs halında törətməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur.Belə olan halda verilən və təfsirə xüsusGöründüyü kimi işin faktiki hallarına əsasən müəyyən ol unur ki, məhkumun “Məhəmməd” adlı şəxslə aralarında cinayətkar razılaşma olmamış, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı il bağlı qabaqcadan razılığ əldə edilməmiş, bununla bağlı heç bir mötəbər sübut olmamış, belə olan halda, apellyasiya instansiya məhkəməsi Şahid6 əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməsi barədə qanuni nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı kassasiya qaydasında baxılmış, habelə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi üçün öyrənilmiş cinayət işlərinin təhlili göstərir ki, müəyən edilməmiş mənbədən narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədilə əldə etmiş şəxslərə qarşı bir qayda olaraq bu cinayət i qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmələrinə görə CM-nin 234.4.1-ci maddəsi ilə itiham irəli sürülməmiş, bununla ibtidai araşdırma orqanı ilə yanaşı, həm də dövlət ittihamçıları da razılaşmış və bu kimi hallarda sonuncular məhkəmələrdə CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxslərə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatətlərlə çıxış etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin qərarında onun gəldiyi nəticənin arxasında duran bütün sübutlar ətraflı təsvir olunmuş və məhkəmə bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəkildə qiymətləndirərək Şahid6 onun təqsirli bilindi yi, yəni CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirilməməsini hesab etmiş, onun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair isə heç bir sübut əldə olunmamış, kassasiya protestində də belə sübutlara istinad olunmamışdır. Buna görə məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Şahid6 qarşı irəli sürülmüş ittihamdan CM-nin 234.4.1.-ci maddəsinin xaric edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərinə də əməl etməklə bütün şübhələri onun xeyrinə həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icra atı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəs ini qoyur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I-III hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət mühakimə icratının eyni prinsipini nəzərdə tutan CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydad a sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CP M-nin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzə rdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdi r ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda apellyasi ya instansiyası məhkəməsi Şahid6 istinad olunan cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə də əsaslı olaraq sonuncunun həmin əməlinin yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Şahid6 əməlinin yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin aşağıdakı normalarının tələblərini də kifayət qədər nəzərə almışdır. Belə ki, CPM-nin 349.5-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmənin hökmü (apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə isə, məhkəmənin ittiham hökmü (həmin hökmün apellyasiya qaydasında yoxlanılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərarı-m.k) ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həm də bu normaların tələblərindən çıxış edib işin faktiki hallarına (araşdırımış sübutlara) əsaslanaraq Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi əməlini məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək törətməsini müəyyən etməyib ehtimal xarakterli qərar qəbul etməkdən imtina etmiş, digər tərəfdən isə müvafiq mötəbər və kifayət edən sübütların mövcudsuzluğunda bütün şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll edərək onun cinayət əməlinin yalnız CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya protesti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol ver ilmədiyini göstərir. Şahid6 barəsində seçilmiş cəza tədbiri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ həll edilərkən Şahid6 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, eyni əvvəlki məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətməsinin CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş halın - cinayətlərin residivininin yaranmasına səbəb olmasını kifayət qədər nəzərə alınmış və ona təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi Şahid6 cəza təyini məsələsinə münasibət bildirərkən həm də cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət qədər nəzərə almışlar. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəala rından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədil miş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü ma ddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixl i qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prin sipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərə findən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vu rulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təq sirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran hallar ı müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Bütün təsvir edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaəə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Şahid6 onun təqsirli bilindiyi CM-nin 234.4.3-cü maddəsi ilə cəza təyin etmə məsələsini həll edərkən həm maddi hüquqi normalarının tələblərinə əməl etmiş, eyni zamanda Azərbaycan Respublikası Konstiusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun izah və t övsiyələrini nəzərə almış, nəticə etibarı ilə isə CPM-nin 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə apellyasya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Şahid6 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar