Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-786/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Həsənzadə İradə Xəlil qızı (sədrlik edən və məruzəçi), Paşayev Azər İslah oğlu və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası keçmiş İliç (hal hazırda Şərur) rayonunun Axura kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaşlar ı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki ünvansız yeni tikilidə yaşamış, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və ona narkomaniyadan müalicə edilməsi üçün tibbi xarakterli məcburi tədbirin tətbiq olunması və ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Məhkum 2021-ci il aprelin 08-də saa t 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivində yerləşən «Meşə» kafesində tanışı X6 ona borclu olduğu 3.500 manat puldan 30 manatının ödənilmiş hesab edilməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi təmiz çəkisi 2,892 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 2021-ci il aprelin 08-də saat 18 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən «İnsaf» marketinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirildiyi zaman əynində olan göy rəngli qolsuz gödəkcənin sağ üst yan cibindəki bir ədəd qara rəngli plastik siqare t qabının içərisindən bir ədədi ağ kağıza, altı ədədi şəffaf sellofana və altı ədədi qara siqaret kağızına bükülmüş halda cəmi 13 ədəd bükümdə ümumi çəkisi 2,892 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edildikdə götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 06 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il ta rixli qərarından Məhkum kassasiya şikayəti verərək əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməklə həmin qərarın dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi toplanmış və məhkəmə iclasında araşdırılmış, lakin ibtidai araşdırma zamanı saxtalaşdırılmış sübutlara düzgün qiymət verməyərək onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi barədə səhv nəticəyə gəlmiş, apellyasiya inrstansiyası məhkəməsi də həmin səhvi təkrarlayaraq onun hökmdən verdiyi apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. Halbuki o, cinayət təqibinin bütün mərhələlərində narkotik vasitələrin və psixotrop maddələr in satışı məşğul olmamasını dəfələrlə bildirmiş, lakin onun belə əməli törətməsini təsdiq edən heç bir sübut əldə edilmədiyinə baxmayaraq, məhkəmələr öz yekun məhkəmə aktlarında sadəcə sübutları sadalamaqla kifayətlənmiş, nəticədə isə o, törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq, Məhkum onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, onun CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə nətiəcəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə səhv olaraq onun əməlinin həmin maddə ilə tövsif edilməsi barədə yekun məhkəmə aktları qəbul etmişlər. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə məhkum olunmuş şəxsin dəlillərini, habelə CPM-nin 419.1-ci maddəsinə əsasən bu dəlillərdən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını məhkum olunmuş şəxsin barəsindəki cinayət işinin materiallarının və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının fövqündə onların qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kas sasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə biri nci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada təd qiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edi lmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin öz başına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir.Konstitusiyanın bu müddəaları həmçinin öz ictimai təhlüküliyinə görə yüngül cinayət törətmiş şəxsin daha ağır cinayətə görə təqsirli bilinməərək məhkum olunmasının yol verilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinmə sinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi həmçinin onu da nəzərdə tutur ki, hər hansı şəxsə qarşı irəli sürülmüş ittiham araşdırılarkən onun bu ittiham üzrə cinayət əməlini törətməsi deyil, başqa, öz ictimai təhlükəliliyinə görə daha yüngül cinayəti törətməsi müəyyən edildikdə (sübuta yetirildikdə), bu nəzərə alınmadan onun məhz elan olunmuş ittiham üzrə təqsirli bilinməsi yolverilməzdir və belə hallarda işə baxan məhkəmələr CPM-nin 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq əməlin cinayət qanunun Xüsusi hissəsinin ağır maddəsindən daha yüngül maddəsi ilə tövsif etmək, yaxud ittihamdan bu və ya digər müddəalarını və ya CM-nin hansısa maddələrini xaric etmək və bu kimi digər qərar qəbul etmək hüququna malikdirlər. Belə hökmlər çıxarılarkən və ya qərarlar qəbul edilərkən isə cinayət mühakimə icraatının prinsipləri və şərtləri, habelə təqsirkarın fundamental hüquqları, o cümlədən müdafiə hüququ pozulmamalıdır. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının tə min edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdır maq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda cinayət mühakimə icraatına münasibətdə bu konstitusiyon tələb məhkəməni də zəruri ha llarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericil ikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməy i zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm m əntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1. 1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəz ərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdud laşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirs iz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli o lduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı mə lumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələ bini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğ un olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - mə hkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsd iqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddə alar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdir sə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və az adlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutl ara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun A vropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Al i Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildik də məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu süb utların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-pros essual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyy ən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi, habelə iş üzrə ilkin araşdırma zamanı toplanmış və sonradan Məhkum qarşı irəli sürülmüş ittihamın əsasına qoyulmuş bir sıra sübutların qanun pozuntusu ilə əldə edilməsi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi, habelə müdafiə tərəfinin vəsatətlərinə əsasən və məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılsa da (apellyasiya instansiyası məhkəməsi də özü bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək onların bir qisminə öz qərarında istinad etmişdir) məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında həmin sübutlara onların mümkünlüyü, mötəbərliyi, mənsubiyyəti və kifayətliliyi üzrə qanuna müvafiq qaydada qiymət verməmiş və buna baxmayaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə yekun məhkəmə aktları qəbul etmişlər. Toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların öyrənilməsi və təhlili nəticəsində müəyyən edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətini həyata k eçirən orqanda Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hər hansı digər cinayətin törədilməsində şübhəli bilinməsi barədə heç bir əməliyyat və ya digər məlumat və əsaslar olmadan, elə bu səbəbdən də sonuncunun ətrafında hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilmədən, yalnız üzərində şəxsiyyət vəsiqəsi olmadığından və buna görə özünü şübhəli apararaq polis əməkdaşlarından yayınmağa cəhd göstərdiyindən, belə olan halda polis əməkdaşları Məhkum üzərində qanunla qadağan olunmuş əşyalar olmasından şübhələndiklərindən (Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkilləri Şahid2 və Şahid1 08 aprel 2021-ci il tarixli raportu), o, 08 aprel 2021-ci il tarixdə saat 18.50 radələrində Sabu nçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyinin ərazisində yerləşən “İnsaf market”in qarşısında saxlanılaraq göstərilən polis şöbəsinə aparılmış və orada şöbənin təhqiqatçısı polis baş leytenantı X12 tərəfindən saat 18.55 dəqiqədə raportda göstərilən eyni əsaslarla onun tutulması haqqında qərar qəbul edilərək bu tədbirin tətbiq edilməsində müdafiəçinin iştirakı təmin olunmadan saat 19.00-da şübhəli şəx qsmində tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallara görə Məhkum şəxsi toxunulmazlıq və azadlıq və müdafiə hüquqları kobud şəkildə pozulmuş, lakin məhkəmələr bu pozuntulara və həmin pozuntularla əldə edilmiş sübutlara öz münasibətlərini bildirməmişlər. Öz qənaəti ilə bağlı məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı normalarına istinad edərək qeyd etməyi lazım bilir ki, K onstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 32-ci maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. CPM-nin 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. CPM-nin 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, c inayət işinin materiallarına əsasən, Məhkum barəsində bu kimi məlumatlar təhqiqat orqanına daxil olmamış və o, 08 aprel 2021-ci il tarixdə yalnız özünü şübhəli apardığına görə saxlanılaraq polis şöbəsinə aparılmışdır. CPM-nin 148.4-cü maddəsinin tələblərindən görünür ki, Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. İlkin araşdırma zamanı toplanmış sübutlardan daha sonra görünür ki, təhqiqat orqanı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbləri kobud şəkildə pozularaq Məhkum saxlanılması və tutulması üçün əsaslar olmadan, onun şəxsi to xunulmazlıq və azadlıq hüququ pozulmuş, Məhkum tutulması üçün həm də CPM-nin 149-152-ci maddələrində göstərilən əsaslar müəyyən edilməmiş, onun haqqında cinayət işinin başlanması haqqında 09 aprel 2021-ci tarixli qərarın isə nə vaxt (24 saat keçənədək və ya bundan sonra) qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Yalnız tutulduqdan sonra təhqiqatçı tərəfindən Məhkum dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə onun ərizəsi alınıb bununla bağlı müvafiq prosessual sənədlər tərtib edilmiş, bu sənədlərə görə şübhəli şəxsin hüquqlarının müdafiəsi 07 saylı Vəkil Bürosunun vəkili X4 həvalə edilərək sonuncu Məhkum təqdim olunmuş, daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında 08 aprel 2021-ci il tarixli qərar qəbul edilmiş, həmin istintaq hərəkətinin isə müdafiəçinin iştirak ı olmadan keçirilməsinin xahiş etməsi haqda Məhkum kompyuterdə çap olunmuş ərizəsi alınmış, bu səbəbdən də göstərilən istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan keçirilərək onun üzərindən təqsirli bilindiyi ittihamda göstərilən qaydada bükümlərə bölünmüş, lakin çəkisi sonradan məhkəməkimyəvi ekspertizasının 09 aprel 2021-ci il tarixli 6/1393 saylı rəli ilə müəyyən edilmiş külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. İş materialarından görünür ki, Məhkum şübhəli şəxs qismində tutulduqdan bir qədər sonra – saat 19.25-dən 19.35-dək onun üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin aparılmasında isə, sonradan tərtib olunmuş sənədlərə görə, hələ də polis şöbəsində olan müdafiəçi M.F.Mahmudov iştirak etməmiş (həmin istintaq hərəkəti aparıldıqdan s onra sonuncu Məhkum izahatının alınmasında iştirak edərək həm bu haqda tərib edilmiş sənədi, həm də şəxsi axtarış və götürmə haqqında protokolla tanış olaraq onları imzalamışdır) və bunun əsası kimi, Məhkum kompyuterdə icra olunmuş və Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisinə ünvanlanmış ərizəsi, yəni şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə xahişi nəzərə alınmış, lakin həmin ərizəni də müdafiəçi sadəcə imzalamış, şübhəli şəxsin bu müraciəti üzrə isə heç bir qərar qəbul edilməmiş və protokol tərtib olunmamışdır. Eyni zamanda həmin ərizənin kim tərəfindən və nə vaxt alınması da müəyyən edilmir, şəxsi axtarışın aparılması zamanı isə Məhkum CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının izah olunması 08 aprel 2021-ci il tarixli protokolda gös tərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Halbuki, CPM-nin 92.3.1 və 92.3.9-cü maddələrində şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə və ya şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda, yaxud da təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə), müdafiəçinin cinayət prosesində iştirakı imperativ şəkildə tələb olunur. CPM-nin 92.6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 92.7-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Hazırki iş üzrə təhqiqat zamanı tərtib edilmiş sənədlərdən Məhkum müdafiəsini öz üzərinə götürməsi görünmür. CPM-nin 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxıl arkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Göründüyü kimi, həm təsvir olunan maddədə, həm də həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orq an tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqdan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da Məhkum hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-nin 244.2-ci maddəsinə əsasən, şübhəli və ya tə qsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə, şübh əli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya dig ər istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, Məhkum üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək bu istintaq hərəkətinin aparılmasında iştirak etmək hüququnu ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə yalnız qüvvəsi olmayan ərizəyə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılmasının nəticələrinə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-nin 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanı na daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-nin 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardı mından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-nin 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət- prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-nin 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin isti ntaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-nin imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-nin 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafi əni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarix li Qərarı). İş materiallarından göründüyü kimi, Məhkum ərizəsini əsassız olaraq qəbul etmiş təhqiqatçı belə qərar da çıxarmamışdır. Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-nin 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-nin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsinin baxımından və CPM-nin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-nin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-nin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdaf iəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərilən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Məhkum 08 aprel 2021-ci il tarixdə saxlanılaraq Polis şöbəsinə gətirilib müdafiəçisi olmadan şübhəli şəxs qismində tutularkən, daha sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yanız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr bu hallara diqqət yetirməmiş, onlara qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət verməmişlər. Məhkəmə kolleg iyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Məhkum hüquqlarının müdafiə olunması 07 saylı Vəkil Bürosunun vəkili M.F.Mahmudova həvalə edilərək sonradan başqa müdafiəçi ilə əvəz olunana qədər o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif isintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, o nun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş və yalnız tərtib olunmuş prosessual sənədlərlə tanış olmaqla və onları imzalamaqla kifayətlənmişdir. Belə olan halda vəkil M.F.Mahmudov tərəfindən Məhkum hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, habelə iş üzrə prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını yoxlamaq üçün yenə də cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın təsdiq edilməsinə dəlalət edən, ibtidai araşdırm a orqanı ilə yanaşı məhkəmələrin də əsas və mötəbər sübut hesab etdikləri şəxsi axtarışın və götürmənin aparılması haqqında 08 aprel 2021-ci il tarixli protokoldan görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı Məhkum üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə - metamfetamin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-nin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. C PM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Buna görə təsadüfi deyil ki, CPM-nin 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, Məhkum şübhəli şəxs qismində tutulması 08 aprel 2021-ci il tarixdə saat 19.00-da rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 09 aprel 2021-ci il tarixdə saat 18.30-dan 19.20-dək, yəni təxminən iyirmi dördə saat keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-nin 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmiş, lakin buna əsas olmuş səbəblər də məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, CPM-nin 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya b arəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin, bu haqda tərtib edilmiş 08 aprel 2021-ci il tarixli protokolun, habelə bundan sonra məhz bu istintaq hərəkətinə əsasən ibtidai araşdırma zamanı toplanmış bütün sübutların CPM-nin 125.2-ci maddəsinin tələbləri baxımından yolverilməz sübutlar olması barədə nəticəyə gəlmək üçün əsas verir. Bununla belə, qeyd olunan istintaq hərəkəti aparılarkən və bundan sonra 08 aprel 2021-ci il tarixdə naməlum vaxtda verdiyi izahatında, habelə şübhəli şəxsi qismində 09 aprel 2021-ci il tarixdə, təqsirləndirilən şəxs qismində isə 10 aprel 2021-ci il tarixdə dindirilərkən Məhk um bildirmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini ona 04 aprel 2021-ci il tarixdə Ramana qəsəbəsində yaşayan X5 adında şəxs verərək bu maddəni naməlum X adlı şəxsə çatdırılmasını xahiş etmiş, bunun müqabilində isə ona 1000 manat məbəğində pulun veriləcəyini bildirərək həmin puldan da ona 100 manatını ona verəcəyini vəd etmişdir. Buna görə o, edilmiş təkliflə razılaşaraq psixotrop maddəni Şükürovdan qəbul edərək üzərində saxlamış, lakin X adlı şəxsi tapa bilməmiş, 08 aprel 2021-ci il tarixdə isə polis əməkdaşları tərəfindən yuxarıda göstərilən şəraitdə tutulmuşdur. Təhlil göstərir ki, ibtidai araşdırma orqanı və məhkəmələr onun məhz bu ifadələrini mötəbər sübut kimi qiymətləndirsələr də, onun elan olunmuş ittiham üzrə təqsirli bi linməsi barədə nəticəyə gələrkən həmin ifadələrdə göstərilmiş hallara deyil, əsasən sonradan, o cümlədən məhkəmə iclasında təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə əsaslanmışlar. Həmin ifadələrində isə Məhkum özünü ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, psixotrop maddə metamfetamin aludəçisi olsa da, heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. 08 aprel 2021-ci il tarixdə o, tutularkən üzərində öz şəxsi istifadəsi üçün əldə etdiyi üç ədəd bükümdə psixotrop maddə metamfetamin olmuş və polis əməkdaşları tərəfindən bu maddə tərəzi ilə çəkildikdə aşkar edilərək götürülmüş maddənin cəmi 1,5 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra o, qeyd etmişdir ki, narkotik vasitələri və psixotrop maddələr in satışı ilə məşğul olmaqla qonşuluqda yaşayan X5 əvvəllər psixotrop maddə metamfetamin əldə etmiş, onlar birlikdə də həmin maddəni istifadə etmişlər. 2020-ci ildə X5 avtomobil almaqdan ötrü pulu çatmadığına görə ondan borc olaraq 6.000 manat məbləğində pul almış və həmin borcunu noyabr ayına qədər ödəməyi vəd etmişdir. Lakin, o, bu vədinə əməl etməyərək aldığı borcdan yalnız 2500 manatını qaytarmış, sonradan müxtəlif bəhanələrlə qalan borcunu qaytarmaqdan imtina etmiş, onun mobil nömrəsini bloklamış və zənglərinə cavab verməmişdir. 08 aprel 2021-ci il tarixdə səhər saatlarında onun kredit götürdüyü bankdan ona zəng edilərək kredit borcunu ödəməsi tələb edildiyindən o, X5a SMS yazaraq borcunu nə vaxt ödəməsini soruşmuş, bundan sonra X5 həmin tarixdə saat 13 radələrində tanımadığı nömrədən ona zəng edib borcunu qaytarmaq adı ilə ona Ramana qəsəbəsində yerləşən “Meşə” kafesində görüş təyin etmişdir. Təxminən saat 16-16.30 radələrində o, həmin kafeyə gedərək orada X5la görüşmüş və görüş zamanı sonuncu kiməsə zəng edərək ondan pul istəmiş, sonra isə 1-2 saata pulun gətiriləcəyini bildirmişdir. Bu zaman, o, X5da metamfetamin olub-olmamasını soruşduqda, sonuncu buna müsbət cavab verərək üzərində olan, zənn etdiyi kimi üç bükümdə metamfetamini siqaret qutusunda ona vermiş və əvəzində borclu olduğu puldan 30 manatın silinməsini xahiş etmiş, o, da bu xahişlə razılaşmışdır. O, plastmass siqaret qutusunda olan metamfetamini X5dan götürüb bir qədər də kafedə oturduqdan sonra X5 ona evə getməyi təklif edərək pulu gətirib ona evində verəcəyini vəd etmiş, o, da bu təkliflə razılaşdıqda onlar ayrılmışlar. Bundan sonra o, kafedən çıxıb piyada yaşadığı evə tərəf gedərkən “İnsaf market”in yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və 12-ci Polis Şöbəsinə aparılmış, orada tutulduqdan sonra üzərində şəxsi axtarış aparılarkən X5un verdiyi siqaret qutusunu təhqiqatçıya təqdim etmiş, qutu açıldıqda isə onun içərisində 13 bükümdə metamfetamin olması müəyyən edilmişdir. Halbuki, o, X5dan cəmsi üç bükümdə metamfetamin əldə etməsi barədə onunla razılaşmış və qutuda da həmin sayda psixotrop maddənin olmasını ehtimal etmişdir. İlkin ifadələrində o, X5un verdiyi metamfetamini guya onun dediyi X adlı şəxsə çatdıracağını, bunun müqabilində sonuncunun 1000 manat məbləğində pul verəcəyini, bu puldan da X5in ona 100 manat verəcəyini göstərsə də, bu ifadələr həqiqətə uyğun deyil v ə o, həmin ifadələri özünün müdafiəsi üçün vermiş, X5 da belə təklif və vədlə ona müraciət etməmişdir. Hesab edir ki, X5 ona olan borcunu ödəməkdən yayınması üçün əvvəlcədən polis əməkdaşları ilə razılığa gələrək ona bilərəkdən çoxlu sayda bükümlərdə metamfetamin vermiş və bununla da onun daha ağır məsuliyyətə cədb edilməsi məqsədi izləmişdir. X13 həm ibtidai araşdırma zamanı, həm də birinci instansiyası məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilərkən göstərmişdir ki, o, qonşusu Məhkumla yaxın münasibətlərdə olduğuna görə 2020-ci ilin avqust ayında özünə avtomobil almaqdan ötrü pulu çatmadığından ondan borc olaraq 5.000 manat məbləğində pul almış, bir il ərzində borcun 4.000 manatını hissə-hissə qaytarsa da pandemiya ilə bağlı qalan hissəsini ödəməsini ləngitdiyindən Məhkumla m ünasibəti pozulmuş və sonuncu onunla ədavət aparmağa, sosial şəbəkələrdə onun və ailəsinin ünvanına xoşagəlməz ifadələr işlətməyə başlamışdır. Buna görə də o, məsələnin dava-dalaş həddinə çatmaması üçün Məhkumla əlaqələrini kəsib 2021-ci ilin fevral ayında bütün mobil mesajlaşma proqramlarında sonuncunun mobil nömrəsini blok etmişdir. 08 aprel 2021-ci il tarixdə Məhkum polis əməkdaşları tərəfindən saxlanılmazdən əvvəl o, sonuncu ilə görüşməmiş, bundan əvvəl onunla telefon danaşığı aparmamış və Məhkum ona SMS göndərməmişdir. Həmin tarixdə saat 18-dək o, Bakı şəhərində olsa da hansı ünvanlarda olmasını xatırlamır. Sonuncunun üzərindən aşkar edilərək götürülmüş cəmisi 13 bükümdə qablaşdırılmış psixotrop maddə metamfetamini olan qara plastik siqaret qutusunda onun Məhkuma verməsi barədə Məhkum göstərdikləri yalandır, o, özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, habelə ona heç vaxt narkotik vasitələr və ya psixotrop maddələr satmamışdır. İbtidai araşdırma zamanı - 13 iyul 3021-ci il tarixdə Məhkumla X5 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, sonuncular həmin istintaq hərəkətinin aparılması zamanı bundan əvvəl verdikləri ifadələrini təkrarlasalar da, ibtidai araşdırma orqanı tərəfindən X5un verdiyi ifadələri inandırıcı hesab edilməmiş, əksinə Məhkum verdiyi ifadələrin bir hissəsinə üstünlük verilmiş və ona qarşı irəli sürülmüş, hökmlə isə təqsirli bilindiyi ittihamda onun üzərində aşkar edilərək götürülmüş psixotrop maddəni «Meşə» kafesində məhz X5dan ona borclu olduğu 3.500 manat puldan 30 manatının ödənilmiş hesab edilməsi müqabilində əldə edərək üzərində saxlamaqla daşıması göstərilmişdir. Lakin, nə ibtidai araşdırma orqanı, nə də Məhkum qarşı irəli sürülmüş ittihamla razılaşan məhkəmələr sonuncunun ifadələrinin digər hissəsini, yəni onun psixotrop maddəni satış məqsədilə deyil, özünün şəxsi istifadəsi üçün əldə etməsi barədə hissəsini rədd etmələrinin səbəblərini, bununla bağlı sübutların kifayət edib-etməməsini hər hansı şəkildə əsaslandırmamış, X5 məhkəmə iclasında dindirilərkən isə həmçinin Məhkum da onu dindirmək hüqununu təmin etməmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı kimi məhkəmələr də məhz X5un Məhkum hazırki işin predmeti olan psixotrop maddəni satması, sonuncunun da həmin maddəni satış məqsədilə əldə edərək saxlaması və daşıması barədə nəticəyə gəlsələr də, məhkəmələ r diqqət yetirməmişlər ki, sübutların qiymətləndirilməsi haqqında 17 dekabr 2021-ci il tarixli qərarda X5un CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə deyil, yalnız CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin başqa – ********* nömrəli cinayət işində həll edilməsi göstərilmiş, lakin iş materiallarında X5un barəsində materialların başqa icraata ayrılması barədə qərar cinayət işinin materiallarında aşkar edilməmiş, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış tarixsiz və nömrəsiz məktubda isə həmin iş üzrə icraatın 11 dekabr 2021-ci il tarixdə (sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilənə qədər) CPM-nin 53.1.1-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə dayandırılmışdır. Göründüyü kimi, istintaq orqanının ziddiyyətli nəticələrə gəlməsinə də məhkəmələr münasibət bildirməmiş, digər tərəfdən iş materiallarında olan, həm Məhkum, həm də X5un istifadə etdikləri mobil telefon nömrələrinin anten dairələri, daxil olan və çıxan zənglər və telefon yazışmalarını əks etdirən mobil operatorlar tərəfindən verilmiş kifayət qədər məlumatlar olmasına baxmayaraq birinci instansiya məhkəməsi çox səthi şəkildə yalnız həmin məlumatların elan olunması ilə kifayətlənmiş (məhkəmə iclas protokoluna görə), bu məlumatlar qanunda nəzərdə tutulmuş qaydada tədqiq edilməmiş, Məhkumla X5un həqiqətən 08 aprel 2021-ci il tarixdə Ramana qəsəbəsində yerləşən kafedə görüşübgörüşməmələri, həmin vaxt və ya bundan əvvəl sonuncunun, məhkumun i ddia etdiyi kimi, polis əməkdaşları ilə əlaqədə olub-olmaması, onun Məhkum məhz külli miqdarda psixotrop maddəni əldə etməsinə təhrik edib-etməməsi və bununla bağlı digər əhəmiyyətli məsələlər yoxlanılmamışdır. Halbuki bu halların araşdırılması, onlara qanunda nəzərdə tutulmuş qaydada qiymət verilməsi labüd olmuşdur ona görə ki, Məhkum qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham digər mötəbər sübutların mövcudsuzluğunda (belə sübutları ittiham tərəfi məhkəmələrə təqdim etməmişlər) məhz psixotrop maddənin külli miqdarda və xırda bükümlərdə qablaşdırılması əsası irəli sürülmüş ittihamın əsasına isə bu hallarla yanaşı eyni zamanda Məhkum saxlanılmasında və üzərində axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələri qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməs i də Məhkum barəsindəki hökmün dəyişdirilmədən saxlanılması haqqında qəbul etdiyi qərarında eyni mövqedən çıxış etmiş, Məhkum əməlinin, onun apellyasiya şikayətində irəli sürdüyü tələbə görə, CM-nin 234.1-cü maddəsi ilə tövsif edilməsinin mümkünsüzlüyünü isə kifayət qədər əsaslandırmamış, yuxarıda göstərilən qanun pozuntularına və digər ziddiyyətli hallara isə münasibətini bildirməmiş, bu ziddiyyətlərin aradan qaldırılması üçün heç bir araşdırma aparmamışdır. Halbuki, CPM-nin 397.2-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Avropa Məhkəməsi “Ku znetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında qeyd etmişdir ki, əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir. Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Beləliklə, göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılması milli qanunvericiliklə yanaşı Avropa Məhkəməsinin qərarlarında da əks etdirilmişdir. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diq qət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi h esab edilə bilməz (“Fərzəliyev Azərbaycana qarşı” iş üzrə 25 may 2020-ci il tarixli Qərarı, § 35). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyinin yuxarıda təsvir edilmiş normalarına əsasən məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni və əsaslı olmalıdır. Bu məhkəmə aktları Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir, onların əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Lakin hazırki qərarın “Hüquqi məsələlər” hissəsində ətraflı şərh olunanlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmazdan əvvəl buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı yoxlamadan, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, araşdırılmış sübutları isə CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmədiyindən (müvafiq olaraq CPM-nin 416.1.1 və 416.1.2-cı maddələrində nəzərdə tutulmuş pozuntular), digər tərəfdən isə - təhqiqat zamanı və bundan əvvəl məhkum olunmuş şəxsin hüquqlarının, o cümlədə n müdafiə hüququnun pozulmasına diqqət yetirmədiyindən, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 06 dekabr 2022-ci il tarixli qərar qüvvədə saxlanıla bilməz və bu qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsinə dair hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq şikayətin bu hissədə təmin edilməsini məqsədə uyğun hesab edərək onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilərək Məhkum əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması barədə qərarın qəbul edilməsi (kas sasiya şikayətində irəli sürülmüş tələb) mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır v ə həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-786/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-786/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver