Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-786/2025 12.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi və zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 1(104)-495/2024 nömrəli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin (X5) xx.xx.2024-ci il tarixli, 1(125)-195/2024 nömrəli hökmü ilə, xx.xx.1997-ci tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Böyük Qaramurad kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Müşfiq Məmmədov və Nural Əliyevdən ibarət tərkibdə) 2024-cü il 30 oktyabr tarixli, 1(104)-495/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum 30 noyabr 2023-cü il tarixdə 12 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən "X4 dayanıqlı vəziyyətdə olan "Mersedes Sprinte r" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa oturacağında əyləşmiş keçmiş arvadı Zərərçəkmiş şəxs yanında əyləşdikdən sonra sonuncunun naməlum avtomobildən düşməsini bəhanə edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə üzərində olan təsrərrüfat-məişət təyinatlı turist bıçağını nümayiş etdirib silah qismində tətbiq etməklə həmin bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən zərbələr endirərək təpə-ənsə və boyun nahiyyələrinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN, MƏHKUMUN MÜDAFİƏÇİSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, zərərçəkmiş şəxs Məhkum ilə 2018-ci il tarixdə ailə qurmuş və 2022-ci il tarixdə Məhkumla aralarında yaranmış münaqişəyə görə ayrılmışlar. Onlar ayrıldıqdan sonra birgə nikahdan olan 2 övladını Məhkum ona verməmişdir. Buna görə də o, Məhkum qarşı Gədəbəy Rayon Məhkəməsində uşaq tələbinə dair iddia qaldırmışdır. Həmin məhkəmə prosesinin davam etdiyi bir ərəfədə Ceyhun vatsap vasitəsi ilə səs göndərərək əgər uşağı ondan tələb etməyə davam edəcəyi təqdirdə onu öldürəcəyini bildirmişd ir. O, onun təhdidlərinə baxmayaraq sivil qaydada məhkəmə müstəvisində uşaqlarını tələb etməyə davam etmişdir. Məhkəmə prosesinin keçiriləcəyi gün, yəni 30 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Gəncə şəhər avtovağzalına getmək üçün yol kənarında dayanmış dövlət qeydiyyat nişanını və markasını xatırlamadığı taksi ilə Təzə Şəmkir avtovağzalına getmiş və avtovağzalda Gədəbəy rayonuna gedən mikroavtobusa minmişdir. Təxminən 10-15 dəqiqə sonra Ceyhun onun əyləşdiyi mikroavtobusa əyləşərək baş və boyur nahiyəsinə bıçaqla xəsarət yetirmiş, daha sonra isə ona əl-ayaq zərbələri ilə vurmuşdur. Daha sonra mikroavtobusun arxa oturacağından tanımadığı şəxslər mikoavtobusun arxa qapısını açıb onu arxa oturacaqların altından dartıb çıxarmış və təxminən 20-25 dəqiqədən sonra təcili tibbi yardım ma şını ilə onu xəstəxanaya aparmışlar. Həmçinin xəsarət yetirən zaman Ceyhun onun ünvanına nalayiq ifadələr də işlətmişdir. Hadisə mikroavtobusda olan sərnişinlərin gözü qarşısında olmuşdur. Hadisəni törətdikdən sonra Məhkum qaçmaq istəyərkən avtovağzalın çıxışında polis tərəfindən saxlanılmışdır. Bunu mikroavtobusun sürücüsü təsdiq etmişdir. Lakin buna baxmayaraq guya Ceyhunun polisə özü tərəfindən könüllü yaxınlaşması kimi qiymət verilmişdir. Məhkəmə tərəfindən Məhkum törətmiş olduğu əməlin kifayət qədər ağır olması nəzərə alınmamış və ona həddindən kifayət qədər az cəza təyin edilmişdir. Əvvəla onun törətmiş olduğu cinayət əməli birbaşa xuliqanlıq niyyəti ilə törədilmişdir. Belə ki, bir Məhkum əvvəlcədən uşaqlarını ondan tələb edəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Bunu məhkə mə iclasında özü də etiraf etmişdir ki, həmin səsi hadisədən 15 gün əvvəl göndərmişdir. Hadisənin uşaq tələbi ilə bağlı məhkəmə prosesinin olacağı gün baş verməsi də onu göstərir ki, həqiqətən Ceyhun səs yazısında qeyd etdiyi niyyətini həyata keçirməyə cəhd etmişdir. Ceyhunun bu cür qanunsuz və əvvəlcədən düşünülmüş şəkildə törətmiş olduğu cinayət əməli bir ana kimi təkcə ona qarşı deyil, ümumi cəmiyyətə qarşı yönəlmiş bir cinayət əməlidir. Məhkum təyin edilmiş cəza törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına ümumiyyətlə cavab vermir. Belə ki, hadisə ictimai yerdə, yəni avtovağzalda baş vermiş, kifayət qədər təhlükəli üsulla törədilmiş, həyati orqana xəsarət yetirməklə törədilmiş, bıçaq şah damardan cuzi məsafədən vurulmuş, əvvəlcədə n bu cinayəti törədəcəyini bildirmiş, lakin hansısa özündən asılı olmayan səbəblərdən niyyətini axıra kimi həyata keçirə bilməmişdir. Lakin yuxarıda qeyd etdiyim kimi onun həyat və sağlamlığına qarşı törədilmiş cinayət əməlinə lazım olandan daha aşağı həddə cəza təyin edilməsi ilə qanunun tələbləri ciddi şəkildə pozulmuşdur. Göründüyü kimi ona qarşı ağır cinayət törədildiyi halda Gəncə şəhər Polis İdarəsi tərəfindən təqsirləndirilən şəxs Məhkum kifayət qədər “kömək” edilərək ona qarşı daha yüngül maddə ilə ittiham verilmiş, Gəncə Şəhər Məhkəməsi tərəfindən isə işin bu halına ümumiyyətlə diqqət yetirilməmişdir. İşin qeyd etdiyi hallarını apellyasiya şikayətinə baxılan ərəfədə apellyasiya kollegiyasının da nəzərinə çatdırsa da, heç bir nəticəsi olmamışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi kass asiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 1(104)-495/2024 saylı qərarının dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə, yəni 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin təmin edilməsini, məhkumun müdafiəçisi Müdafiəçi isə kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə da ir Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya inst ansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların no rmalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsi ni təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkuma onun tərəfindən törədi lmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilk dərəcəsinə uyğun cəza təyin edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin kassasiya şikayətinin dəlilləri əsasında məhkuma təyin edilmiş cəzanın növünü və həddini müzakirə edərək belə qənaətə gəlir ki, məhkuma, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində real cəza təyin edilmişdir. Məhkəmə kollegiyası ittiham tərəfinin kassasiya şikayətinin dəlilləri əsasında məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün heç bir qanuni əsas tapa bilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə al ınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 1(125)-195/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmi ş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 30 oktyabr tarixli, 1(104)-495/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-786/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-786/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver