Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-787/2017 01.06.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-787/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ xx xxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhk um barəsində olan xx xxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarı ilə (sədrlik edən hakim R.A.Əliyev, M.A.Xankişiyev və Ş.B.Məmmədovadan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə, E.T.Ələkbərovun həmin məcəllənin 214.2.1, 214.2.3 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işindən xx xxxxxxx 1977-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM-in)214.2.1, 214.2.3, 2 28.2.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmış, nəzərdə tutulan cinayət əməllərini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilməmiş, qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılmış, Məhkum AR CM-in 214.2.1, 214.2.3, 228.2.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat, Məhkum barəsində tətbiq edilmiş tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi zərurəti aradan qalxanadək dayandırılmışdır. İŞİN H A L L A R İ: Məhkəmənin qərarına əs asən Məhkum və X4 qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dini düşmənçilik zəminində xx xxxxxx 2014-cü il tarixdə saat 02 radələrində İslam dininin «əhlisünnə» təriqətinin «sələfi» məzhəbi üzrə ibadət edən və dini baxışlarına görə radikallıqları ilə fərqlənən şəxslərə qarşı olan nifrətlərini ifadə etməklə əhali arasında vahimə yaratmaq və ictimai təhlükəsizliyi pozmaq məqsədilə əvvəlcədən hazırladıqları benzinlə dolu şüşə qabları götürüb taksi ilə ünvan 2 ünvanında fəaliyyət göstərən «Qaraçuxur qəsəbə dini icması» məscidinin qarşısına gələrək X12 taksidə gözləmiş, Məhkum isə silah qismində istifadə olunan içərisi benzinlə dolu şüşə qabları götürüb məscidin həyətinə daxil olmaqla məscidin inzibati binasının giriş qapısının şüşəsini sındırdıqdan sonra həmin şüşə qabları yandıraraq məsc idin birinci mərtəbəsində yerləşən namaz otağına atmaqla yanğın törətmişdir. Lakin məsciddə törətdikləri yanğının həcminin böyük olmadığı qənaətinə gələrək, onlar yenidən 5 ədəd 0,5 litr həcmli şüşə qabları benzinlə doldurub, saat 03:20 radələrində təkrarən taksi kimi fəaliyyət göstərən X3 idarə etdiyi «Mercedes Benz-C» markalı «**SF-***» dövlət qeydiyyat nişanlı avtomaşınla «Qaraçuxur qəsəbə dini icması» məscidinə gəlmişlər. X12 gəldikləri taksidə gözləmiş, Məhkum isə çantaya yığılmış silah qismində istifadə olunan benzinlə dolu şüşə qabların 4 ədədini yandıraraq birinci mərtəbədə yerləşən zalın qapısını sındırıb namaz otağının içərisinə atmaqla «Qaraçuxur qəsəbə dini icması»na məxsus məscidə ümumilikdə 9.187 manat dəyərində əhəmiyyətli əmlak ziyanının vurulması ilə nəticələnən yanğın və digər hərəkətlər törətməklə terrorçuluq etmişlər. Bundan sonra Məhkum qrupun üzvü Elnur Ələkbərovun qabaq oturacaqda əyləşdiyi və X3 idarə etdiyi «Mercedes Benz-C» markalı «**-SF-***» dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağına əyləşərək üzərində olan bıçağı sonuncunun kürək nahiyəsinə dirəyib hədənin icra ediləcəyi üçün real əsaslar olduğu halda, onu öldürməklə hədələyərək dərhal avtomaşını sürüb hadisə yerindən uzaqlaşmağı tələb etmişdir. Taksi sürücüsü Samir Yusifov hədənin real icra ediləcəyini düşünərək dərhal avtomaşını «Koroğlu» stansiyasının yaxınlığına sürmüş və orada Məhkum və Elnur Ələkbərov avtomaşından düşüb getmişlər. Hadisə ilə bağlı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində x x xxxxxx 2014-cü il tarixdə Məhkum və Elnur Ələkbərov Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində saxlanılarkən, Məhkum üzərindən döyüş sursatı hesab edilən 8 ədəd 9 mm kalibrli patronlar, odlu silah hesab edilən 1 ədəd 9 mm kalibrli «Makarov» konstruksiyalı «UX 0855» nömrəli tapança, Elnur Ələkbərovun üzərindən isə odlu silah hesab edilən 1 ədəd 11,67 mm kalibrli «1874 06» nömrəli «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin qərarından dövlət ittihamçısı Anar Tarverdiyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və C.C.Ramazanovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasi ya protestini təmin etmədən, qərarı isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protesti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN D Ə L İ L L Ə R İ: Dövlət ittihamçısı kassasiya protestində ibtidai araşdırma zamanı keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizası və məhkəmə baxışı zamanı keçirilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının rəylərində ziddiyyətlərin olduğunu, həmçinin ardıcıl olaraq təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının keçirilməsinə baxmayaraq, iş materiallarında olan ekspert rəylərində ümumi cümlələrdən istifadə e dilərək, AR CM-in 93.2-ci maddəsinə uyğun olaraq tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsas olan Məhkum psixi vəziyyətinə görə özü və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradıb-yaratmaması xüsusatının isə ümumiyyətlə araşdırılmadığını göstərmişdir. Bundan başqa cinayət işinin materialları ilə müəyyən edilir ki, iş üzrə bir neçə məhkəmə-psixiatrik ekspertizası keçirilməsinə baxmayaraq dövlət ittihamçılarının ekspert komissiyaları qarşısında qoyduqları suallara tam, obyektiv və dolğun cavab verilməmiş, həmin ekspertiza rəyləri kifayət qədər əsaslı olmayıb şübhə doğurmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə baxışı zamanı stasionar məhkəmə-psixiatrik ekspertizasının rəylərinin kifayət qədər əsaslı olmaması və onların əsaslılığının şübhə doğurması, həmçinin ekspert lərin əsaslandıqları sübutların etibarsız hesab edilməsi ilə əlaqədar iş üzrə Məhkum barəsində təkrar komisyon stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə obyektiv gerçəkliyin aydınlaşdırılması üçün əhəmiyyətli olmasına baxmayaraq əsassız olaraq həmin vəsatəti təmin etməyib, tələskənliyə yol verərək iş üzrə yekun qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarı kifayət qədər əsaslandırmamış, hansı səbəbdən məhkəmə-psixiatrik ekspertizalarının rəylərini sübut kimi qəbul etdiyini izah etməmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı C.Z.Əliyevin çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, iş üzrə zərər çəkmiş şəxs X5, digər zərər çəkmiş şəxs Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi X9 və Məhkum nümayəndəsi X6 isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəməkollegiyasıAzərbaycanRespublikasıCinayət Prosessual Məcəlləsinin (bundan sonra AR CPM-in) 419.4-cümaddəsinəəsasənişəonların iştiraklarıolmada nbaxılmasınımümkünhesabetmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: AR CPM-in 419.1-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Məhkum psixi statusu ilə bağlı zidiyyətlərə münasibət bildirmədiyi, hansı səbəbdən məhkəmə psixiatrik ekspertizalarının rəylərini sübut kimi qəbul etməsini izah etmədiyi və qəbul etdiyi qərarı kifayət qədər əsaslandırmadığı iddia edilməklə buna dair bir sıra dəlillər irəli sürülmüşdür. Protestdə göstərilən dəlillərlə əlaqədar qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı keçi rilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2014-cü il tarixli 1616 nömrəli rəyində Məhkum hər hansı bir psixi xəstəliyin aşkar olunmadığı, xasiyyətin psixopatik əlamətləri müəyyən edildiyi, törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmadığı, onun həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etidyi və onları idarə etmək iqtidarında olduğu göstərilmişdir. Bu səbəbdən də Məhkum törətdiyi əməl barəsində anlaqlı hesab olunmuş, onun hərəkətinin AR CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmədiyi və məcburi müalicəyə ehtiyac olmadığı qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı müdafiə tərəfi Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 6446 saylı xx xxxx 2015-ci il tarixli məktubuna əlavə edilmiş “çıxarış epikrizi”nin ksero surətini təqdim edərək vəsatət vermiş, vəsatətində onun xx.xx.2007-ci il tarixdən xx.xx.2007ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının ruhi xəstəliklər bölməsində müayinə və müalicə olunduğunu göstərməklə Məhkum barəsində stasionar məhkəmə psixiatrik ekspertizasının təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən ambulator məhkəmə psixiatrik ekspertizası rəyi verərkən Məhkum əvvəllər rəsmi olaraq psixiatrik qeydiyyatda olmamasını, psixatriya stasionarlarında müalicə olunmadığını əsas götürdüyü üçün məhkəmə müdafiə tərəfinin vermiş olduğu vəsatəti düzgün olaraq təmin etmiş və stasionar məhkəmə psixatrik ekspertizasının keçirilməsinə dair qərar qəbul etmiş dir. Keçirilmiş stasionar məhkəməpsixiatrik ekspertizasının xx.xx.2015-ci il tarixli 142 saylı rəyi ilə anlaqlı vəziyyətdə cinayət törətmiş təqsirləndirilən şəxs Məhkum sonradan X1 Tip formasında psixi xəstəliyə tutulması və bunun nəticəsində hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrum olması müəyyən edilərək, əməlinin Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşməsi müəyyən olunmuşdur. Ona qarşı Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterili məcburi tədbirlərin tətbiq edilməsi məqsədə müvafiq hesab edilmişdir. AR CPM-in 267.2 və 267.3-cü maddələrinə əsasən, qoyulmuş suallara ekspert tam ca vab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır. Belə ki, iş üzrə keçirilmiş ambulator və stasionar məhkəmə psixiatrik ekspertizalarının rəylərində ziddiyət yaranmış, buna görə də dövlət ittihamçısı tərəfindən birinci instansiya məhkəməsinə verilmiş vəsatətlər təmin edilərək təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizaları keçirilmişdir. Hər iki təkrar komisyon məhkəmə psixiatrik ekspertizasının rəylərində təsdiq olunmuşdur ki, “Məhkum ona ittiham olunan cinayət əməlini törədən zaman onda müəyyən edilən şizoaffektiv pozuntu depressiv tip xəstəliyi remissiya vəziyyətində olduğu üçün o, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Cinayət törətdikdən sonra həbs şəraitində yaranmış gərgin psixoloji amillərin təsiri nəticəsində Məhkum X1 TİP formasinda psixi xəstəliyin kəskinləşməsi baş vermişdir. Bunu hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Məhkum hazırki psixi vəziyyəti ilə əlaqədar hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək imkanından məhrumdur. Buna görə Məhkum əməli AR CM-in 21.3-cü maddəsinin təsiri altına düşür. Məhkum hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı var. Ona qarşı AR CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədə müvafiqdir”. Apellaysiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və qanun tələblərinə tam uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, Məhkum barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsinə dair həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlillə ri də buna əsas vermir. “Məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli 8 saylı qərarına əsasən, məhkəmə-psixiatrik ekspertizasının rəyində istifadə edilən metodlar göstərilməklə aparılmış tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması konkret və dəqiq ifadə olunmalıdır. AR CM-in 93.1-93.1.1-ci maddələrinə görə, məhkəmə bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə, CM-in 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyi n edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. İş materiallarında olan təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2015-ci il tarixli 161 saylı rəyində Məhkum hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükəli əhəmiyyəti kəsb etməsi, yəni onun özünə və başqa şəxslərə zərər yetirməsi təhlükəsinin mövcud olması göstərilmişdir. Bu səbəbdən də Məhkum qarşı Azərbaycan Respublikası CM-in 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi düzgün hesab olunmalıdır. Kassasiya protestində bir sıra cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, m əhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Göründüyü kimi, kassasiya protestinin dəlilləri apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Qərarda göstərilən nəticələr tam qanuni olmaqla protestdə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının və cinayət qanunvericliyinin müvafiq olaraq izahları və müddəaları ilə ziddiyyət təşkil etmir. Bunları nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (AR CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyas ı QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov İnqilab Nəsirov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-787/2017
Ali Məhkəmə Qərar — İş №1(102)-787/2017
01.06.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver