Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-787/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Azər Paşayevdən ibarət tərkibdə) xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini t örətməkdə təqsirli bilinərək, CM-nin 181.2.1, 181.2.5ci maddələri ilə 08 il 06 ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 08 ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin, X1, X2, X3, X4 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən Məhkum və onun müdafiəçisi Bağırov Namiq İmran oğlu tərəfindən ayrıayrılıqda verilmiş və digərləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayə tlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, X1 silah tətbiq etməklə və zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə binaya qanunsuz girib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə tanışları X3 və X2 ilə əvvəlcə dən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılığa görə, xx xxxx 2017-ci il tarixdə, saat 00:30 radələrində X3 cinayətkar plana əsasən, ünvan 3 ünvanda yerləşən «**** TV» şirkətinin inzibati binasının giriş qapısından içəri qanunsuz girdikdən sonra X1 əlində olan silah qismində istifadə edilən bıçağı tətbiq etməklə “**** TV” şirkətində siqnalçı işləyən Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla hədələmiş, X3 və X2 isə Zərərçəkmiş şəxs2 əlləri ilə tutub köməksiz vəziyyətdə saxlamışlar və X1 masanın siyirməsində şirkətə məxsus 3.601 manat, həmin siyirmədə Zərərçəkmiş şəxs2 məxsus dəri pul qabından 160 manat, üzərində 3 manat dəyərində ***-***-**-** nömrəsi və nömrədə 5 manatlıq danışıq konturu olan bir ədəd 140 manat dəyərində «Samsung Grand Prime 530» markalı mobil telefonu ələ keçirərək, zərərçəkmiş şəxs “**** TV” şirkətinə 3.601 manat məbləğində və Zərərçəkmiş şəxs2 isə 308 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Bundan başqa, X1 xx xxx 2017-ci il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanında tanışı olan Zərərçəkmiş şəxs5 ilə görüşüb uzun müddət görsənməməsinin səbəbini aydınlaşdırarkən, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs5 onu bir dəfə sifətindən yumruqla vurduqda X1 üstündə olan cib bıçağı ilə Zərərçəkmiş şəxs5 qəsdən bir dəfə vuraraq, sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid-qarının sağ yarısının ön divarının qarın boşluğuna keçən, qaraciyərin yaralanmasına, sağtərəfli X-Xİ qa bırğaların qığırdaq hissələrinin kəsilməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən-sol əlin İ barmağının səthi kəsilmiş yarası kimi bədən xəsarətləri yetirmişdir. Bundan başqa, X1 təkrarən, silah tətbiq etməklə və zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmək məqsədi ilə tanışları Məhkum və X4 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılığa görə, xx xxx 2017-ci il tarixdə, saat 15:23 radələrində üzlərinə tibbi maska gey inib Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, “Xalqlar Dostluğu” metrostansiyasının şimal-şərq çıxışında yerləşən lombarda daxil olmuşlar və orada X4 lombardın qapısının qarşısında dayanmış, X1 isə Məhkum ilə birlikdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla lombardın əməkdaşı Zərərçəkmiş şəxs4 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla hədələmiş, Məhkum isə lombardın digər əməkdaşı Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla hədələyib sol əli ilə sonuncunun ağzından tutmuş, sağ əli ilə isə Zərərçəkmiş şəxs1 əyləşdiyi masanın birinci çəkməcəsindən Zərərçəkmiş şəxs4 məxsus 1.250 manat pulu götürərək, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmişlər. KASSASİYA ŞİK AYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya məhkəmə kollegiyası Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin dairəsini əhatə edən hal mövcud olmadığı təqdirdə həmin maddə ilə ona bəraət verilməsini, Məhkum cəzasını yüngülləşdirən hallar - əvvəllər məhkum olunmaması, əməlindən səmimi peşimançılığı, psixi xəstəliklə əlaqədar 3-cü qrup əlil olması, ailənin yeganə övladı olması, himayəyə ehtiyacı olan anasının da əlil olması, zərərçəkmiş şəxslə barışması və hər hansı şikayət və tələbinin olmaması kimi hallara qanuni və ədalətli yanaşmamış, şərti cəza təyin edilməsi barədə Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə uyğunluğu, CM-in 62-ci maddəs i əsasında maddənin aşağı cəza həddindən az cəza təyin edilməsini apellyasiya şikayətində göstərilsə də, hüquqi tərəfdən nəzərdən keçirməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Məhkum barəsində kompleks stasionar “məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının təyin edilməsi” barədə dəfələrlə vəsatət verilmiş olsa da təmin edilməmişdir. Hansı ki, əgər vəsatət təmin olunmuş olsaydı, Məhkum səhhəti ilə bağlı çox məqamlara aydınlıq gətirilmiş olardı. Həkimlərin qənaətinə görə həqiqətən də məhkumun şəxsiyyət pozğunluğu kimi xəstəliyi mövcud olmuş və indi də qalmaqdadır. Məhkum körpəlikdən xəstə olmuş, doğuş zamanı aldığı travma nəticəsində uzun müddət nevropotoloji nəzarətdə olmuş, ümumi xəstəlikdən 3-cü qrup əlil olmaqla, ona şəxsiyyətin pozuntusu diaqnozu təyin edilmişd ir. Qeyd olunan faktlara baxmayaraq apellyasiya instansiyasi müdafiə tərəfinin təqdim etdiyi dəlilləri qəbul etməmiş, həmin dəlilləri müdafiə tərəfinin subyektiv fikri kimi qiymətləndirmiş,cinayət törədilən anda Məhkum anlaqsız vəziyyətdə olması ilə bağlı dəlilləri əsassız hesab etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının məhkumun şəxsiyyətinə görə ədalətli olmadığından dəyişdirilməsini və həmin iş üzrə Məhkum barəsində cəzanı yüngülləşdirən əsas və müstəsna hallar nəzərə alınmaqla, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu maddənin aşağı həddindən az cəza təyin edilməklə qərar çıxarılmasını xahiş edir. Kassasiya instansiyası məh kəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti nə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdak ıları qeyd edir: Məhkum müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini və ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində həmçinin Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə bəraət verilməli olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini və ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilm əsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prose ssual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin dispozisiyası qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində tədqiq olunmuş sübutlardan, iş materiallarından, həmçinin məhkumların ibtidai istintaq zamanı verdiyi ifadələri ilə müəyyən olumuşdur ki, soyuq silah hesab edilən bıçaq X1 və Məhkum tərəfindən birlikdə qanunsuz olaraq əldə edilmiş, cinayəti törətməzdən əvvəl isə X1 həmin bıçağı üzərində gəzdirmiş və cinayəti törədərkən həmin soyuq silah hesab e dilən bıçaqdan istifadə etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli 1 nömrəli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Cinayət işi materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2018ci il tarixli 1136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli 1 nömrəli Qərarının 15-ci bəndində götərilmişdir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-nin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin məhkuma Azərba ycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə bəraət verilməsi ilə bağlı dəlilləri əsassız hesab olunduğundan təmin edilməməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında, silah tətbiq etməklə və zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədilə binaya qanunsuz girib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları il ə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Kassasiya şikayətində Məhkum anlaqsız olması və xəstəliyi ilə bağlı törətdiyi əməlin ictimai təhlükəliliy ini dərk edə bilməməsinə, hərəkətlərinin mənasını dərk etməməsinə dair iddia irəli sürülmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə həmin iddialar tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2017-ci il tarixli 1755 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə: Məhkum hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticəsindən görünür ki, Məhkum həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini n faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Məhkum eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, qıcığa qarşı tez reaksiya vermək kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Məhkum əqli inkişafına gerilik əlamətləri müəyyən olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə, Məhkum öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məh kum özündən uydurmağa meyillilik aşkar edilmədi. Məhkum iş üçün əhəmiyyətli hallan düzgün qavraya bilmək qabiliyyətinə malikdir. Məhkum başqalarının təsiri altında hərəkət etməyə meyillik aşkar olunmur. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi xahiş olunur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirk arın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı v ə bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəza təyini məsələsinə təsir edə bilən bütü n hallar nəzərə alınmaqla Məhkum Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədləri təmin edə bilən ədalətli cəza təyin olunmuş, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı məhkumun müdafiəçisi Vəliyev Rasim Cəfər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-787/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-787/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver