Məhkəmə qərarları › İş №1(102)-787/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-787/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-787/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkum Məhkum2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Paşayev Tofiq Temir oğlu) Məhkum1, xx xxxxx il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2950 (iki min doqquz yüz əlli) manat miqdarında cərimə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ilə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən isə cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2950 (iki min doqquz yüz əlli) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, 05 may 2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanı nda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşamış, və Məhkum2, xx xxxx il tarixdə Şamaxı rayonunun Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli qərarıı ilə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 24 (iyirmi dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad o lunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, hər birisi CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə: - Məhkum1 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2950 (iki min doqquz yüz əlli) manat miqdarında cərimə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilərək ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə və 2950 (iki min doqquz yüz əlli) manat miqdarında cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə cəzası nın müstəqil icra olunması qərara alınmış; - Məhkum2 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının məhkum edilmişdir. İşin halları: Hökmə əsasən, məhkumlar Məhkum1 və Məhkum2 özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 dekabr 2019-cu il tarixdə saat 06:15 radələrində, digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, X3 icarə əsasında işlədərək mühasibatlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 4 ünvanda yerləşən, bina hesab edilən ofisə giriş qapısının dəmir barmaqlıqları üzərində olan asma qıfılı və plastik materialdan hazırlanmış giriş qapısını mismarçıxaran alətlə sındıraraq, qanunsuz daxil olub orada olan 350 manat dəyərində “Dell” markalı “İnspiron 15” modelli İntel Core İ3” xüsusiyyətli noutbuku gizli yolla talayaraq oğurluq etmişlər. Hökmdən məhkumlar M əhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 31 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə apellasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2, hər birisi ayrı-ayrılıqda kassasiya şikayətləri verərək onlara təyin edilmiş cəzaların yüngülləşdirilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunl a əsaslandırmışdır ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam olaraq ödənilmişdir, zərərçəkmişin heç bir şikayət və tələbi yoxdur, törədilmiş cinayət əməlindən səmimi peşmandır, himayəsində bir azyaşlı uşağı var. Həmçinin bildirir ki, xəstə olan valideyinləri də onun himayəsindədir. Həmin hallara görə məhkum ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsi barədə tələb irəli sürür. Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsin ona heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmış Məhkum1 məh kəmə iclasında iştirak etmək arzusunu bildirməmiş, zərərçəkmiş zərərçəkmiş şəxs isə naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısının və Məhkum2 rəylərini dinləyərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətlərinə Məhkum1 və zərərçəkmiş zərərçəkmiş şəxsnın iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həmin şikayətlərin müəllifləri onlara təyin olunmuş cəzaları həddindən artıq ağır hesab edərək həmin cəzaların yüngülləşdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 416.1.21-ci maddəsində nəzərə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə onların, hər birisinin məhkum olunmasına dair cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəs i müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apell yasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qəra rını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəm əsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hü quq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünl üyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya şikayətlərini nəzərdə keçirib qanunvericiiyin yuxarıda şərh edilən tələblərindən çıxış edərək məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların və zifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1-ci maddəsindən görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.2-ci maddəsinin tələblərinə görə isə, cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Bu normanın tələbi həmçinin ona dəlaləlt edir ki, dövlət ciayət törətmiş şəxslə yanaşı eyni zamanda cinayət əməlləri nəticəsində hər hansı zərər çəkmiş şəxsin də konstitusiyon hüquq və azalıqlarının təmin edilməsi, bu mənada cinayət törətmiş şəxsin qanuna müvafiq qaydada məsuliyyətə cəlb edilərək barəsində cinayət hüqüqi tədbrin tətbiq edilməsi vəzifəsini öz üzərinə götürür, zərər çəkmiş şəxsə isə ona vurulmuş zərəri tələb etmə hüququnun həyata keçirilməsi üçün imkanlar yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunubolunmaması ilə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun ol malı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbə r sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayətprosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icr aatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. Kassasiya şikayətlərinin dəlillərinə cavab verən məhkəmə kollegiyası qeyd edir ki, həmin şikayətlərin məzmununa görə, məhkumlar öz şikayətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onların ittiham olunduqları cinayət əməlini törətmələrinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmirlər, lakin cəza tədbirinin seçilməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən onların barəsində qeyri-humanist və ədalətsiz yekun aktlarının qəbul edilməsini iddia edirlər. Ona görə də məhkəmə kollegiyası məhkumların təqsirliliyi, onların əməlinin hüququ tövsifi barədə məsələləri n müzakirə edilməsini zəruri hesab etmir və məhkumların barəsində cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM -nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 5 9.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa e dilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yan var 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəs din obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum1 və Məhkum2 barələrində seçilmiş cəza tədbirinin onların şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onların törətdiyi cinayət əməllərinə görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıq dan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkumlar tərəfindən mübahisələndirən apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə məhkumlara CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin olunmuş cəzanın dəyişdirmədən saxlanılmasını məqsədə müvafiq hesab edərkən iş üzrə yüngülləşdirilən və ağırlaşdırılan halları nəzərə alaraq məhkumların barəsində cəza tədbirinin seçilməsi məsələsində də qanunun tələblərinə tam əməl etmişdir. Əvvəla məhkəmə kollegyiası xatırladır ki, 139.0.5-c maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum1 kassasiya şikayətində onun himayəsində bir azaşlı uşağının və qoca valideynlərinin olmalarını və bu halın məhkəm ələr tərəfindən nəzərə alınmamasını iddia etsə də, bu halı təsdiq edən sübutlar istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmiş, digər tərəfdən ittiham aktında, hökmdə və apellyasiya instansyası məhkəməsinin qərarında adı çəkilən məhkumun subay olması göstərilmişdir. Bundan başqa, hər iki məhkum kassasiya şikayətlərində zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəmələrini və onunla barışıq əldə etmələrini göstərsələr, iş üzrə toplanmış sübutlarla müəyyən edilir, Məhkum1 və Məhkum2 13 dekabr 2019-cu il tarixdə zərərçəkmiş şəxsya məxsus olan 350 manat dəyərində “Dell” markalı “İnspiron 15” modelli İntel Core İ3” xüsusiyyətli noutbuku oğurladıqdan sonra Məhkum2 həmin noutbuku 60 manata Şahid2 satmış, sonuncu da əldə etdiyi əmlakın oğurlanmasını bildikdə onu könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin noutbuq ibtidai araşdırma orqanı tərəfindən zərər çəkmiş şəxsə qaytarılmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərə qarşı tələbinin olmamasını göstərsə də, sonuncularla barışıq əldə etməsini, onları bağışlamasını bildirməmiş və onların qanuna müvafiq qaydada cəzalandırılmalırını xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təhlil edilmiş iki hal üzrə əldə edilmiş sübutlara əsasən, birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq Məhkum 1 və Məhkum2 barəsində cəza tədbiri seçərkən iş üzrə CM-nin 59.1.4 (cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması) və 59.1.12-ci (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi) maddələrində göstərilən cəzanı yüngüləşdirən hallar kimi nəzərə almaqdan imtina etmiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Bundan əlavə, cinayət işi üzrə toplanmış sübutlarla həm Məhkum1, həm də Məhkum2 törətdiyi əməl nəticəsində cinayətlərin residivinin yaranması müəyyən edilmiş və bu hal məhkəmələr tərəfindən onların barəsində cəza tədbirinn seçilməsi məsələsinin həlli zamanı düzgün olaraq CM-nin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Belə ki, işə əlavə edilmiş əvvəlki hökmlərin surətlərindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi arayışdan görünür ki, Məhkum1 əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4. maddələri ilə təqsirli bilinərək 2950 (iki min doqquz yüz əlli) manat miqdarında cərimə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ilə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 66.2 və 67.1-ci maddələrinə əsasən isə cinayətlərin və hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 2950 (iki min doqquz yüz əlli) manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, 05 may 2019-cu il tarixdə azadlıqdan məhrum etmə cəz asının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmçinin işə əlavə edilmiş digər məhkəmələrin yekun məhkəmə aktlarının surətləri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə Məhkum 2 da əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı ilə ona həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 3 (üç) ilədək endirilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli q ərarı ilə cəzasının çəkilməmiş qalan 6 (altı) ay 24 (iyirmi dörd) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması və məhkumuluğu öldənilmədən və ya götürülmədən yenidən az ağır cinayət törətməsi müəyyən edilir. Bu məlumatların hazırki cinayət işinin materalları ilə bir təhlili onu göstərir ki, həm Məhkum1, həm də Məhkum2 əvvəllər qəsdən az ağır cinayətlər törətmələrinə, bu cinayətlərə görə azadlıqdan mərum etmə cəzasına məhkum olunaraq həmin cəzalarını Məhkum1 bütövlükdə, Məhkum2 isə bir hissəsini çəkərək cəzadan azad edildikdən sonra məhkumluqlarının ödənilməməsinə və ya götürülməməsinə baxmayaraq yenidən qəsdən az ağır cinayət törətmişlər və bu hal onların hərəkətlərində cinayətlərin residivinin yaranmasına səbəb olmuşdur. Belə nəticə cinayət qanunvericiliyinin aşağıdakı norm alarının tələblərinə əsaslanır. Belə ki, CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinin tələblərindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 84.3.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edild ikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-nin 61.1.1-ci maddəsində isə cinayətlərin residivi cəzanı ağırlaşdran hallara aid edilmişdir. CM-nin 65.2-ci maddəsinin tələblərindən görünür ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 65.3-cü maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsi ndə nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyin etmənin ümumi prinsiplərini, həm törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cinayət qanunu normalarının tələblərini kifayət qədər nəzərə alan birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansyası məhkəməsi məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilindikləri CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmayan cəza təyin edilməsini mümkün bilərək qanunun hər hansı tələbinin pozulmasına yol verməmiş, bu məsələn həll edərkən istisnasız olaraq iş üzrə sübuta yetirilmiş bütün hallara əsaslanmış, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə bu məsələ ilə bağlı aşağı instansiası məhkəmələri tərəfindən nəzərə alınmamış hər hansı hal, o cümlədən cinayətlərin residivi nəzərə alınmadan cəzanın təyin edilməsinə əsas ola bilən müstəsna hallar müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum2, həmin şikayətl ərin təmin edilməməsi barədə isə dövlət ittihamçısının çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayətləri təmin edilməməklə Məhkum1 və Məhkum2, hər birisinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 və Məhkum2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzr ə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 avqust 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar