Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-788/2021 08.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Nattiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmənin 0 5 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5, 179.2.3, 32.5, 179.2.4, 32.5,313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020ci il tarixli qərarından Məhkum müdafiəçisi İ.V.Həsənov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəmənin 05 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər Allahverdiyeva Ramella Allahverdi qızı (sədrlik edən və məruzəçi) Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, hazırda işləməyən, əvvə llər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 32.5, 179.2.3, 32.5, 179.2.4, 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 32.5,179.2.3, 32.5,179.2.4-ci maddələri ilə 4.000 (dörd min) manat miqdarında, CM-nin 32.5,313-cü maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 179.4, 193-1.3.2, 313, 320.1-ci ilə maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 32.4,32.5,179.4 193-1.3.2, 32,313, 320.1-ci maddələri ilə təqsirli bilinərək müvafiq cəzalara məhkum edilmişlər. Cinayət işi üzrə həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş mülki iddia təqsirləndirilən şəxs Məhkum münasibətdə qismən təmin edilmiş, onun tərəfindən ödənilmiş 3000 manat nəzərə alınmaqla, 33.198,45 manat (otuz üç min yüz doxsan səkkiz manat qırx beş qəpik) məbləğində pulun müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş mülki iddia təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilmiş, mülki iddiada göstər ilən 2.535.353,82 manat məbləğdən təqsirləndirilən şəxs Məhkum ilə bağlı ittihamla əlaqədar ödənilmiş 36.198,45 manat, Şahid5 barəsində olan cinayət işi üzrə ödənilmiş 33.615,86 manat, X13 barəsində olan cinayət işi üzrə ödənilmiş 10000 manat pul vəsaitinin məbləği çıxılmaqla, yerdə qalan 2.455.539,51 manat (iki milyon dörd yüz əlli beş min beş yüz otuz doqquz manat əlli bir qəpik) müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş Təqsirləndirilən şəxs1 adına olan "********” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobil, habelə yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 adına olan "******* ***” markalı, **-*** dövlət qeydiyyat nişanlı avtomobil, "*******” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobil, "*******” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobil, "*******” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobil, "*******” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobil, "*********” markalı, **** dövlət qeydiyyat nişanlı motosikletin, o cümlədən Binəqədi rayon Məhkəməsinin 20.08.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 adına Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 252F və Göyçay şəhəri, Əli Kərim küçəsi ev 2/3, mənzil 16 (1/8 hissə) qeydiyyata alınmış daşınmaz əmlak barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlakların xüsusi hərrac vasitəsilə satılması, əmlakların satışından əldə olanan pul vəsaitinin Azə rbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, qeyd edilən daşınar və daşınmaz əmlakların satışından əldə edilmiş pul vəsaitinin ödənilməsi mülki iddianın təmin edilmiş məbləğindən çıxılması, cinayət işi üzrə X7 mülkiyyətində olan "*******” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs2 adına olan "*********” markalı, ***** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Binəqədi rayon Məhkəməsinin 06.07.2018-ci il tarixli qərarı ilə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum, maddi məsul şəxs tərəfindən özgəyə məxsus olmaqla ona etibar edilmiş əmlakın qulluq mövqeyindən istifadə edilib xeyli miqdarda ziyan vurulmaqla məni msənilməsində və tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti (19.12.2018-ci il tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit vəİnkişaf Agentliyi) ilə arasında bağlanmış 25.06.2015-ci il tarixli D/CS saylı xidməti müqavilə üzrə, habel ə, Xidmətlə arasında bağlanmış həmin müqavilənin müddətinin uzadılması və əlavə olunan düzəlişlər üzrə 16.10.2015-ci il tarixli 1 saylı Düzəlişə əsasən, 25.06.2015-ci il tarixdən "Kənd Təsərrüfatı Rəqabətliliyinin Gücləndirilməsi” layihəsində satınalma üzrə analitik vəzifəsini yerinə yetirərkən, rəfiqəsi olmaqla həmin Xidmətlə arasında bağlanmış müqavilə və düzəlişlərə əsasən İFAD (Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu) Layihə İdarəetmə Qrupunun maliyyə menecerinin köməkçisi vəzifəsində işləyən maddi məsul şəxs olan Təqsirləndirilən şəxs1 etibar edilmiş Agentliyin əmlakını sonuncunun tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qulluq mövqeyindən istifadə edib mənimsəyərək talamasında məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla, habe lə, qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə, Təqsirləndirilən şəxs1 "xxxx” ASC-də adına olan AZ15İBAZ******************** saylı bank hesabı barədə rekvizitləri bildirməklə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub saxta möhür və ştamp hazırlamalarından və qanunsuz yolla əldə ediləcək pul vəsaitini onların qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismindəəldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə konversiya, köçürmə və sair maliyyə əməliyyatları keçirməklə və digər əqdlər bağlama yolu ilə leqallaşdırmaya dair cinayətkar məqsədlərindən xəbəri olmadan, Təqsirləndiri lən şəxs1 qeyd edilən qaydada 07.08.2017-ci il tarixdən 16.04.2018-ci il tarixədək olan dövr ərzində işlədiyi xidmətin ünvan 2 ünvanında yerləşən "Hökumət Evi”-nin 8-ci mərtəbəsində yerləşən xidməti otağında istifadəsində olan kompyuterdə hazırladığı xidmətin "Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə "xxxx” ASC-də olan AZ11AİİB********************, AZ28AİİB********************, AZ45AİİB********************, AZ62AİİB******************** saylı bank hesablarından onun razılığı ilə adına olan "xxxx” ASC-dəki AZ15İBAZ******************** saylı bank hesabına guya həmin layihə üzrə xidmət haqqı, ezamiyyə xərci və sair adla köçürülməsinə dair məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan ödəniş tapşırıqlarında həmin layihə üzrə maliyyə meneceri işləyən cinayətdən xəbərsiz Şahid2 və layihənin rəhbəri Şahid1 əvəzindən imzalayıb, agentliyin adına Təqsirləndirilən şəxs2la birlikdə qanunsuz olaraq hazırladıqları saxta möhürlə təsdiq edib, ödəniş və digər müvafiq sənədlərin "xxxx” ASC-nin müvafiq filiallarına təqdim edib, həmin ödəniş tapşırıqları üzrə müxtəlif məbləğlərdə, o cümlədən, 07.08.2017-ci il tarixli 353 saylı ödəniş tapşırığı üzrə 4.256,25 manat, 06.09.2017-ci il tarixli 403 saylı ödəniş tapşırığı üzrə 5.900 manat, 14.09.2017-ci il tarixli 403 saylı ödəniş tapşırığı üzrə 5.900 manat, 29.09.2017-ci il tarixli 448 saylı ödəniş tapşırığı üzrə 5.900 manat, 16.10.2017-ci il tarixli 467 saylı ödəniş tapşırığı üzrə 3.442,2 manat, 13.12.2017-ci il tarixli 592 saylıödəniş tapşırığı üzrə 5.300 manat və 16.04.2018-ci il tarixli 197 saylı ödəni ş tapşırığı üzrə 5.500 manat olmaqla, cəmi 36.198,45 manat məbləğində pul vəsaitinin köçürülməsindən sonra, 07.08.2017-ci il tarixdən 17.04.2018-ci il tarixədək olan müddətdə qeyd edilən bankın ünvan 3 ünvanında yerləşən Nəsimi filialında olan xəzinəsindən pul vəsaitini hissə-hissə məxaric etdikdən sonra özü ilə birlikdə həmin banka gələn Təqsirləndirilən şəxs1 həmin bankın inzibati binasının içərisində və qarşısında qeyd edilən pul vəsaitini verməklə, sonuncu tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 36.198,45 manat (otuz altı min bir yüz doxsan səkkiz manat qırx beş qəpik) məbləğində pul vəsaitinin qulluq mövqeyindən istifadə edilib xeyli miqdarda ziyan vurulmaqla mənimsəməsində və t amah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Hökmdən dövlət ittihamçısı Hümbətov Fəhmin Zaur oğlu tərəfindən verilmiş apellyasiya protestinə, zərəçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Kərimov Anar Əbdüləli oğlu, Məhkum müdafiəçisi Həsənov İmamqulu Vəliqulu oğlu və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bayramov Əmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 24 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi A.Ə.Kərimovun, Məhkum müdafiəçisi İ.V.Həsənovun və məhkum Təqsirləndirilən şəxs1 apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti tam, zərər çəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti isə qismən təmin edilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 32.5,313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, ona həmin maddə ilə 1.500 ( min beş yüz) manat miqdarında cərimə cəzasının və CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların təyin olunması barədə müddəalar hökmdən xaric edilmiş və onun üzərində hökmlə təqsirli bilindiyi CM-nin 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə təyin edilmiş 4.000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi İ.V.Həsənov kassasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi İ.V.Həsənov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki işə məhkəmələrd ə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, şahidlərin ziddiyət təşkil edən və yalan ifadələrinə görə Məhkum qarşı CM-nin 32.5, 179.2.3, 32.5, 179.2.4, 32.5,313-cü maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi öz kassasiya şikayətində bildirir ki, Məhkum təqsirləndirilən şəxslərdən heç kimə cinayətin törədilməsində məsləhətlər verməmiş, cinayətin törədilməsi üçün alət və ya vasitələr verməmiş, maneələri aradan qaldırmağa yardım etməmiş, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməmiş, belə pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etməmiş, qəsdən cinayət törətməkdə iştirak etməmiş, əməlin cinayət olmasından xəbərsiz olmuşdur. Ona görə də o, cinayətin törədilməsində köməkçi hesab edilə bilməz. Bu səbəbdən müdafiəçi İ.V.Həsənov apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum əməllərində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərəçəkmiş şəxs (mülki iddiaçı) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum və zərər çəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumların və zərər çəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Müdafiəçi İ.V.Həsənovun kassasiya şikayətindən göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkumun ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müdafiəçisi İ.V.Həsənov apellyasiya instansiyası məhkə məsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Belə olan halda, məhkəmə kollegiyası müdafiəçi İ.V.Həsənovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materialların ı, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya i nstansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instan siyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kass asiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasi ya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətləri nin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalı dır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cina yət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymə tləndirilmiş sübutlarla tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən məhkəmə kollegiyası təkrarən həmin sübutların hazırki qərarda təsvirinə ehtiyac görmür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsindən, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədi lmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Odur ki, müdafiəçi İ.V.Həsənovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və həmin qərarın ləğv edilməklə Məhkum bəraət verilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyekt iv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum maddi məsul şəxs – Təqsirləndirilən şəxs1 tərəfindən özgəyə məxsus olmaqla ona etibar edilmiş əmlakın qulluq mövqeyindən istifadə edilib xeyli miqdarda ziyan vurulmaqla mənimsənilməsində və tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində məsləhətləri və məlumatları ilə, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, digər məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin dindirilmələri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CM-nin 32.5, 179.2.3, 32.5, 179.2.4, 32.5,313-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu madd ə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin həmin nəticəsi özgə əmlakının mənimsənilməsi və ya israf edilməsinə, habelə iştirakçılıqla törədilmiş cinayətlərə dair işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ilə də uzlaşır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti CM-nin 179.1-ci maddəsində nəzərdə tutulmuşdur. Bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda törədildikdə isə həmin cinayəti törətmiş şəxsin əməlləri müvafiq olaraq CM-nin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilir. CM-nin 32.5-ci maddəsinin tələblərinə görə, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə çıxarılmış yekun məhkəmə aktlarına əsasən, Təqsirləndirilən şəxs1 digər əməllərlə yanaşı CM-nin 179.4, 193-1.3.2, 313, 320.1-ci maddələri ilə həmçinin təqsirli bilinərək məhkum olu nmuşdur ona görə ki, o, vəzifə saxtakarlığı edərək (maliyyə sənədləri olan ödəniş tapşırıqlarını saxtalaşdıraraq) 2017-ci ilin avqust-dekabr aylarında və 2018-ci il aprel ayında qulluq mövqeyindən istifadə etməklə, təkrarən və zərərçəkmişə xeyli miqdarda ziyan vurmuqla vahid niyyətlə ona etibar edilmiş cəmisi 36.198,45 manat məbləğində pul vəsaitini mənimsəişmidir. Araşdırılmış sübutlara görə, Təqsirləndirilən şəxs1 bu əməlləri törətməsinin asanlaşdırılması üçün, yəni mənimsəmənin predmeti olan pul vəsaitini ələ keçirməkdən ötrün yaxın rəfiqəsi olan Məhkum müraciət edərək sonuncunun "xxxx” ASC-dəki bank hesabının nömrəsini ona bildirməsini xahiş etmiş, sonuncu buna razılığını verərək özünün göstərilən bankda olan hesabının nömrəsini ona demiş, bundan sonra da Təqsirləndirilən şəxs1 "xxxx” ASC-də olan hesablardan ona etibar edilmiş pul vəsaitini saxta ödəniş tapşırıqlarına əsasən yeddi dəfəyə Məhkum bank hesabına köçürülməsinə nail olmuş və hər dəfə Məhkum köçürülmüş pul vəsaitlərini nəğdləşdirərək Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da həmin pullardan bir hissəsini göstərdiyi köməkliyə görə Məhkum qaytarmışdır. Bu halları təsdiq edən sübutların, o cümlədən Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrin təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum onun "xxxx” ASC-dəki hesabına dəfələrlə pulun qanunsuz yolla köçürülməsi, bu pulların Təqsirləndirilən şəxs1 əmək haqqına əlavə olmasının mümkünsüzlüyü barədə bilərək həmin pulların sonuncu tərəfindən mənimsənilməsindən əvvəlcədən xəbərdar olmuş və etdiyi öz hərəkətləri ilə Təqsi rləndirilən şəxs1 ona etibar edilmiş xeyli miqdarda pul vəsaitini mənimsəməkdə köməklik göstərmiş, hətta buna görə Təqsirləndirilən şəxs1 tərəfindən müxtəlif pul məbləğləri ilə mukafaktlandırılmışdır. Məhkum cinayət təqibinin bütün mərhələlrində bu halları inkar etsə də, həmin hallar Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi bütün ifadələri ilə, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə və digər sübutlarla tam təsdiq edilir. Məhkum ilə Təqsirləndirilən şəxs1 arasında ibtiai araşdırma zamanı keçirilmiş üzləşdirmə zamanı da sonuncu Məhkum bank hesabına 07.08.2017-ci il tarixli 353 saylı ödəniş tapşırığı üzrə 4.256,25 manat, 06.09.2017-ci il tarixli 403 saylı ödəniş tapşırığı üzrə 5.900 manat, 14.09.2017-ci il tarixli 403 saylı ödəniş tapşırığı üzrə 5.900 manat, 29.09.2017- ci il tarixli 448 saylı ödəniş tapşırığı üzrə 5.900 manat, 16.10.2017-ci il tarixli 467 saylı ödəniş tapşırığı üzrə 3.442,2 manat, 13.12.2017-ci il tarixli 592 saylı ödəniş tapşırığı üzrə 5.300 manat və 16.04.2018-ci il tarixli 197 saylı ödəniş tapşırığı üzrə 5.500 manat olmaqla, cəmi 36.198,45 manat məbləğində pul vəsaitinin qanunsuz yolla köçürülməsindən xəbərdar olduğunu, həmin pulu özü bankdan məxaric edərək ona verdiyini Məhkum üzünə demişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnkişaf və Dövlət Agentliyindən daxil olmuş ilkin yoxlama materialında olan 08.06.2018-ci il tarixli audit rəyindən görünür ki, 01.01.2016-cıil tarixdən 06.06.2018-ci il tarixə qədər olan dövr üzrə aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, həmin dövr üzrə "Kənd yer lərinin kompleks inkişafı” layihəsinin "xxxx” ASC-də olan hesablardan bir çox fiziki və hüquqi şəxslərin başqa banklarda olan hesablarına, o cümlədən Məhkum “xxxx” ASC-dəki AZ15İBAZ******************** saylı bank hesabına ümumilikdə 1.137.805,41 manat pul köçürülmüşdür. İşin bu halarının Məhkum törətdiyi əməllərə cinayət qanunu normasının tətbiqi məsələsi ilə müqayisəli təhlili onu göstərir ki, həm ibtidai araşıdrma orqanı, həm də məhkəmələr əsaslı olaraq məhkumun həmin əməllərini özgə əmlakının xeyli miqdarda mənimsənilməsində və vəzifə saxtakırlığında köməkçilik etmə kimi qiymətləndirərək həmin əməlləri CM-nin 32.5, 179.2.3, 32.5, 179.2.4, 32.5,313-cü maddələri ilə düzgün tövsif etmişlər və məhkəmə kollegyiası belə tövsifin hər hansı qaydada dəyişdirilməsi üçün əsaslar görmür. Göründüyü kimi, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər araşdırılmış sübutlarla təkzib edilir və buna görə həmin dəlillər və onların əsasında irəli sürülmüş kassasiya tələbi məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər və tələb kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə məhkum T.Məhkum münasibətdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irə li sürülmədiyindən, apellyasiya instansiyası məhkəməsi onun barəsində cəza tədbiri seçilərkən iş üzrə müəyyən olunmuş bütün hallar nəzərə alınaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçinin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi haqda müdafiəçi İ.V.Həsənovun və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısını n çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı isə müdafiəçinin kassasiya şikayətinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.2.3, 32.5, 179.2.4, 32.5,313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli qərarı müdafiəçi İ.V.Həsənovun kassasiya şikayətinə münasibətdə və
Məhkəmə qərarları › İş №1(102)-788/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-788/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver