Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-788/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkumlar Məhkum2 və Məhkum1 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in və ya CM-in) 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X9 və X4 ibarət məhkəmə tərkibində) 4 aprel 2023-cü il tarixli, 1(091)-79/2023 nömrəli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddət ə islah işləri cəzasına məhkum olunması, ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancından 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunması, ona təyin edilmiş islah işləri cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə m inənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
2. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət məhkəmə tərkibində) 4 oktyabr 2023-cü il tarixli, 1(107)212/2023 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cin ayətlər Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 1(091)-79/2023 nömrəli qərarının baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 1(107)-212/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İİ. Hüquqi məsələlər:
5. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 412.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir.
6. Həmin Məcəllənin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkild ə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.
7. Şəki Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə daxil olmuş 12 dekabr 2023-cü il tarixli məktubdan və cinayət işi materiallarından görünür ki, cinayət işinin Ali Məhkəməyə göndərilməsi üçün əsas Şəki Apellyasiya Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayətləri verilməsi ilə bağlı olmuşdur.
8. Lakin Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə diqqət yetirdikdə müəyyən edilir ki, zərərçəkmiş şəxs özü də barəsində olan cinayət işi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılır. Buna rağmən, zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şi kayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti vasitəsi ilə deyil, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən birbaşa göndərilmişdir.
9. Belə ki, Azərbaycan Respublikası CPM-in 409.1-ci maddəsinə əsasən kassasiya qaydasında şikayət vermək hüququna məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), onun qanuni nümayəndəsi və ya nümayəndəsi, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü, barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-t ərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi malikdir.
10. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CİM-in və ya CİM-in) 10.2, 10.2.7-ci maddələrinə əsasən cəzaların icrası və çəkilməsi zamanı məhkumların hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək kimi hüquqları vardır.
11. Həmin Məcəllənin 14.1-ci mad dəsinə əsasən məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilər.
12. CİM-in 14.2-ci maddəsinə əsasən azadlıqdan məhrum edilmiş şəxslərin bu Məcəllənin 10.2.12-ci maddəsində göstərilən təşkilatlara ünvanlanmış təklif, ərizə və şikayətləri cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir. Digər cəza növlərinə məhkum edilmiş şəxslər təklif, ərizə və şikayətlərini sərbəst göndərirlər.
13. Zərərçəkmiş şəxs hazırda cəzaçəkmə müəssisəsində saxlanıldığı (cəza çəkdiyi) üçün göndərdiyi müraciətlər həmin müəssisənin müdiriyyətinin müşayiətedici məktubu ilə məhkəməyə daxil olmalıdır. Lakin, hazırkı kassasiya şikayətləri məhkəməyə sərbəst şəkildə, yəni poçt vasitəsilə göndərildiyindən həmin müraciətin Zərərçəkmiş şəxs tərəfindən verilməsini və imzalanmasını şübhə altına al ır. Buna görə də kassasiya şikayətləri müvafiq hüquqa malik olmayan şəxs tərəfindən verilmiş hesab edilməlidir.
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən kassasiya şikayəti və ya protestinin mümkünlüyü məsələsi araşdırılarkən şikayət vermiş şəxslərin CPM-in 412-ci maddəsində göstərilən “Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydası”-na riayət edib-etməmələri mütləq araşdırılmalıdır.
15. Lakin hazırda müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin müəyyən edilmiş qaydada verilməsinə diqqət etməmiş, bununla da, Azərbaycan Respublikası CPM-in 412-ci maddəsində təsbit olunmuş prosessual qanunvericilyinin, həmçinin Azərbaycan Respublikası CİM-in 14-cü maddəsinin tələblərini pozaraq kassasiya şikayətlə rinin mümkünlüyünə qiymət vermədən kassasiya şikayətlərini iş materialları ilə birlikdə Ali Məhkəməyə göndərmişdir.
16. Azərbaycan Respublikası CPM-in 418.3-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.
17. Kassasiya kollegiyası eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə dövlət ittihamçısı tərəfindən verilmiş kassas iya protesti də mövcud olduğundan, həmin kassasiya protestinə baxılması Zərərçəkmiş şəxs kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxılıb həll edilənədək qeyri-müəyyən müddətə təxirə salınmalıdır.
18. Odur ki, göstərilənləri ümumiləşdirərək kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 oktyabr 2023-cü il tarixli, 1(107)212/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 412 və 415-ci maddələrinin tələblərinin yoxlanılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə həmin kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxılıb həll edilənədək qeyri-müəyyən müddətə tə xirə salınmalıdır.
19. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cinayət işi məhkəmə baxışından çıxarılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri şikayətlərin mümkünlüyü məsələsinin yoxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti zərərçəkmiş şəxsin kassasiya şikayətlərinin mümkünlüyü məsələsinə baxılıb həll edilənədək qeyri-müəyyən müddətə təxirə salınsın.