Məhkəmə qərarları › İş №1(102)-789/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-789/2019

21.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-789/2019 21.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 789/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "21" avqust 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum X5, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Hü seynzadə Mehdi Pəli oğlunun iştirakları ilə Qusar rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X5 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.P.Hüseynzadə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Qusar rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Kazımov Rafiq Vəli oğlu) xx xxxxx 1982-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanıda qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanıda yaşayan X5 Azərbaycan Respublikası CM-nin 2 63.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 263.1-ci maddəsi ilə 01 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, uşağının doğulduğu gündən 14 yaşı tamam olanadək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən təxirə salınmışdır. İŞİN HALLARİ: Qusar rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü ilə X5 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 06 yanvar 2017-ci ildə, saat 22 radələrində Qusar şəhəri, N.Şərifov küçəsində özünə məxsus “Honda CRV” markalı, AZ**-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 40 km/sürətlə hərəkət etdirərkən, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyərək, hərəkət zamanı yolun soluna çıxmış və həmin vaxt öz yolu ilə saatda 50-60 km/sürətlə hərəkət edən, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21074” markalı, AZ**-CM*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs sağlamlığını ehtiyyatsızlıqdan, «Müştərək travma, qapalı kəllə-beyin travması halında baş-beyin silkələnməsi ilə müşayiət olunan başın alın-təpə nahiyəsinin sıyrıqları, sol əlin arxa səthinin sıyrıqları, sağ qaşüstü nahiyəsinin və sağ almacıq nahiyəsinin əzilmiş yaraları, soldan V qabırğanın və döş sümüyünün aşağı ⅓-nin sınığı, sağ diz oynağı sümüklərin qapalı, qəlpəli sınıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuş, yuxarıda sadalanan nəticələrin baş verdiyi halda göstərilən qaydaları pozaraq hadisə yerindən qaçmışdır Hökmdən Məhkum müdafiəçisi Ə.Ş.Kazımov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Nəbiyev Hüseyn Əmir oğlu, hakimlər Mövsümov Nazim Rasim oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 14 sentyabr 2018-ci il tarixli qərarı ilə Qusar rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi M.P.Hüseynzadə kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi M.P.Hüseynzadə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin istintaq materiallarına və hadisənin baş vermə mexanizmini nəzər saldıqda, X4 verilmiş ittiham mötəbər sübutlara əsaslanmadığı açıq-aydın görünür, belə ki cinayət işinin istintaq materiallarından görünür ki, istər ibtidai istintaq orqanı və istərsə də məhkəmələr X4 verilmiş ittihamın əsasını 06 yanvar 2017-ci il tarixdə hadisə yerinə baxış keçirilməsi haqda protokol və həmin tarixli hadisə yerinin sxemi, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış VAZ-21074 markalı AZ**-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1 və şahid X2 ziddiyyətli ifadələri bu sənədlər əsasında “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertiz ası haqqında” təyin olunmuş qərar əsasında verilmiş 23 fevral 2017-ci il tarixli 3894 saylı məhkəmə avtotexniki ekspert rəyidir. Cinayət işinin istintaq materiallarına əsasən ittihamın əsasını təşkil edən sübutlar hadisənin baş vermə mexanizminə uyğun gəlmədiyi üçün istintaq orqanı X4 mötəbər olmayan bu sübutlar əsasında Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə ittiham verməkdə səhvə yol vermişdir. İşə baxan məhkəmələr isə bu qanunsuzluğa əhəmiyyət verməmiş, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkum vəkili olaraq məhkəmə kollegiyasının nəzərinə təkrarən çatdırır ki, istintaq orqanı və məhkəmələr ittihamın sübut olumnasında istinad etdiyi sübutlar nəinki biri-birini tamamlamır, hətta həmin sübutlar bir tərəfdən hadisə mexanizminə uyğun gəlmir, digər tərəfdən də sübutlar arasında mövcud olan kəskin ziddiyyətlər biri-birini inkar edir. İttihamın əsasını təşkil edən sübutlar arasında olan ziddiyyətlərin aradan qaldırılması üçün nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi nə də ki, Sumqayıt Apellyasiya Məhkəməsi faktiki olaraq heç bir əhəmiyyətli tədbir görməmişdir. İş materiallarından görünür ki, məhkəmələr işin faktiki hallarına görə bilavasitə tədqiq edilməli olan sübutları araşdırmaq və onlara obyektiv qiymət vermək əvəzinə, birinci instansiya məhkəməsi zərərçəkən Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X1, hadisə nin bilavasitə şahidi olmayan hadisədən sonra hadisə yerinə gəlmiş zərərçəkmişin qardaşı X10, onun xalası oğlu X13, yaxın dostları X11, X9 və qeyrilərinin ifadələrim istintaq orqanının araşdırması zamanı gəldiyi nəticələri ittiham aktında olduğu kimi hökmə köçürmüş, ittihamın sübut olunmasına istinad olunmuş sübutların işin faktiki hallarına uyğun gəlib-gəlməməsini müəyyən etmək üçün cəhd belə göstərilməmişdir. Apellyasiya Məhkəməsi də bu kobud qanun pozuntusuna əhəmiyyət verməmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası iş üzrə məhkəmə trosoloji ekspertizası təyin edərkən, iş materiallarına və sürücülərin məhkəmə iclasında verdikləri ifadələrə əsasən HONDA markalı avtomobilin təmir olunduğunu, VAZ-21074 markalı avtomobilin istifadəyə yarasız vəziyyətə düşdüyü üçün metal kimi satıldığını bilirdi. Ona görə də, məhkəmə kollegiyası tədqiqat obyekti kimi nəqliyyat vasitələrinə baxış keçirməklə yox, cinayət işində olan avtomobillərin foto şəkilləri əsasında ekspertiza keçirilməsini ekspertə tapşırmalı idi. Çünki istintaq və məhkəmə təcrübəsində də, nəqliyyat vasitələrinin loto şəkilləri əsasında trosoloji ekspertiza keçirilməsi mümkündür. Nəqliyyat vasitələrinin foto şəkilləri əsasında tədqiqat aparılmasının mümkün olması həm hüquq ədəbiyyatlarında və həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi 3-cü dərəcəli ədliyyə müşaviri, professor, Fuad Cavadovun redaktorluğu ilə 2010-cu ildə nəşr olunmuş “Məhkəmə ekspertizası Qarşısında qoyulan sualların nümunəvi siyahısı” kitabının 21-ci fəslinin 121-134-cü səhifələrində d ə göstərilib. Bütün bunları nəzərə alıb 06 sentyabr 2018-ci il tarixdə cinayət işinə əlavə olunmuş nəqliyyat vasitələrinin foto şəkilləri əsasında iş üzrə kompleks qaydada təkrar məhkəmə trosoloji və avtotexniki ekspertizası təyin olunması haqda verdiyi vəsatət məhkəmə tərəfindən əsassız olaraq təmin olunmadı. Bu fakt bir daha onu sübut edir ki, Sumqayıt Apellvasiya Məhkəmə kollegiyası hansı səbəbdənsə obyektivliyi təmin etmək istəməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinin tələbinə əsasən Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bundan başqa, şikayətdə göstərilmişdir ki, məhkəmə iclasında ifadələri alınmış şahidlərdən Qusar RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3, hadisə yerinin müayinə protokolunu və sxemini tərtib etmiş Qusar RPŞ-nin təhqiqatçısı polis baş leytenantı Şükür Hacıyev, şahid X8, təqsirləndirilən şəxs X1 ifadələrindən görünür ki, hadisədən sonra X5 hadisə yerindən qaçmamış, hadisə yerinə baxış keçirilən zaman orada olmuşdur. Hadisə yerinə baxış keçirilib qurtardıqdan sonra polis əməkdaşları ilə birlikdə Qusar RPŞ-nə getmişdir. Lakin məhkəmə kollegiyası qərarının 14-cü səhifəsində qeyd edilib: “ Cinayət işinin 4-6-cı vərəqələrində olan hadisə yerinə baxış protokolundan və yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoluna əlavə olunmuş SXEM-dən görünür ki, 06 yanvar 2016-ci il tarixdə Qusar şəhər N.Şərifov küçəsində Honda CRV markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə VAZ-2107 markalı, AZ**-CM*** nömrəli avtomobilin toqquşması qeydə alınmış dır. Məhkum həmin protokolun və SXEM-in tərtib edilməsində iştirak etməmişdir. Bununla da məhkəmə kollegiyası Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkibi olmadığını sübut edən yuxarıda göstərilən şahid ifadələrinə əhəmiyyət verməyib Qusar rayon Məhkəməsinin hökmünü qüvvədə saxlamaq üçün CM-nin 264-cü maddəsi ilə də ona verilmiş ittihamı qüvvədə saxlamışdır. Bu faktın özü Sumqayıt Apellyasiya Məhkəməsinin hadisənin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyini bir daha sübut edir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət ko llegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində g östərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. X1 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarında göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, məhkəmədə tədqiq edilərək yoxlanılmış sübutların kassasiya şikayətinin dəlilləri baxımından ətraflı təhlili göstərir ki, məhkum X1 təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azər baycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla bir daha təhlil edərək hesab edir ki, onlar X1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin hadisə yerinə baxış protokolunun tərtibi məsələləri və ekspert rəyləri ilə əlaqədar dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin protokol Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun tərtib edi lmiş, həmin protokol və ekspert rəyləri məhkəmədə tədqiq edilərkən qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası CPM-nin 127, 264-268, 272, 331-ci maddələrin və digər normaların müddəalarına riayət olunmuşdur. Bu sənədlərdə olan məlumatlar və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrində göstərilən qaydada tədqiq edilib yoxlanılaraq qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum X4 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum X1 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X5 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim imza imzalar ƏliSeyfəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar