Məhkəmə qərarları › İş №1(102)-789/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-789/2020

05.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-789/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və Məhkum iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarından məhkum X2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (sədrlik edən hakim Fuad Hüseynov) 1(002)47/2019 nömrəli 22 may 2019-cu il tarixli hökmü ilə, Məhkum, 04 mart 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, ******* rayonu, ******** qəsəbəsi, AZNS, ev ******** qeydiyyatda olan və yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsir li bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 02 (iki) gün həbsdə qaldığı müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 may 2019-cu il tarixdən hesablanmışdır. X1 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasənX2 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncunun idarə etdiyi «Qazel» markalı, **-*** dövlə t nömrə nişanlı yük avtomobili ilə 10.06.2018-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində fəaliyyət göstərən «********» qış otlaq sahəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fermanın yanına gəlmiş, fermanın metal tordan ibarət çəpərinin üstündən keçib fermanın dəmirdən olan qapısını açıb «Qazel» markalı avtomobillə fermanın həyətinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1000 manat dəyərində 2 taylı, 2,2 metr hündürlüyündə ümumi eni 3,5 metr olan, 7 mm qalınlığında metaldan hazırlanmış dəmir qapı və dəmir çərçivəsini, 1 ədəd 400 manat dəyərində 2 taylı, 2,2 metr hündürlüyündə, ümumi eni 1,6 metr olan, 6 mm qalınlığında metaldan hazırlanmış dəmir qapı və dəmir çərçivəsini, 1 ədəd 450 manat dəyərində 2 taylı, 2,4 metr hü ndürlüyündə, ümumi eni 1,8 metr olan, 6 mm qalınlığında metaldan hazırlanmış dəmir qapı və dəmir çərçivəsini, 1 ədəd 300 manat dəyərində 1 taylı, 2,4 metr hündürlüyündə, 6 mm qalınlığında metaldan hazırlanmış dəmir qapı və dəmir çərçivəsini, hər birinin dəyəri 100 manat təşkil edən 8 ədəd ümumi dəyəri 800 manat təşkil edən uzunu 2,4 metr, eni 0,34 metr olan, 8 mm qalınlığında metaldan hazırlanmış, heyvanların su içməsi üçün kustar üsulla metal borulardan kəsilərək düzəldilmiş dəmir kalotları, hər birinin dəyəri 200 manat olan, 2 ədəd ümumi dəyəri 400 manat təşkil edən, eni 0,9 metr, uzunluğu 1,8 metr olan, 7 mm qalınlığında metaldan hazırlanmış stolları, 1 ədəd 600 manat dəyərində 2 ton su tutumlu, 3 mm qalınlığında metaldan zavod üsulu ilə hazırlanmış, çəllək formalı su çənini, hər birini n dəyəri 13 manat təşkil edən 12 ədəd, ümumi dəyəri 156 manat təşkil edən hər birinin uzunluğu 2,4 metr olan 27-lik armaturları, hər birinin dəyəri 4,5 manat olan, 10 ədəd ümumi dəyəri 45 manat təşkil edən hər birinin uzunluğu 2,4 metr olan 20-lik armaturları, hər birinin dəyəri 40 manat olan, 4 ədəd ümumi dəyəri 160 manat təşkil edən hər birinin uzunluğu 3 metr olan, metalının qalınlığı 7 mm, 100-lük boruları, hər birinin dəyəri 100 manat olan, 6 ədəd ümumi dəyəri 600 manat təşkil edən hər birinin uzunluğu 5 metr olan, metalının qalınlığı 8 mm, 120-lik boruları, 10 manat dəyərində 2 ədəd, ümumi dəyəri 20 manat təşkil edən Moskviç markalı avtomobilin qapılarını, 1 ədəd 20 manat dəyərində 1 metrlik dəmir pilləkəni, 1 ədəd 40 manat dəyərində, eni 0,9 metr, uzunluğu 1,8 metr olan, 7 mm qalınl ığında metal lövhəni, hər birinin dəyəri 35 manat olan, 3 ədəd ümumi dəyəri 105 manat təşkil edən metal əl arabalarını gizli olaraq talayıb X4 idarə etdiyi «Qazel» markalı, **-BF-*** dövlət nömrə nişanlı yük avtomobilinə yükləyib göstərilən ünvandan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 5096 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən iş üzrə Məhkum müdafiəçisi X7 tərəfindən verilən apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-954/19 nömrəli 08 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Vaqif Mursaqulov, hakimlər Mirzəli Abbasov və Elmar Rəhimovdan ibarət tərkibdə), apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq - gənc olmasını, subay olmasını, atasının ağır şəkərli diabet və kardioloji xəstəsi olmasını, anasını heç bir əmək qabiliyyətinin olmamasını, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, dəymiş ziyanın tam ödəməsini, onun qarşı heç bir iddia və tələbinin olmamasını bildirmişdir. Odur ki, kassator məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş cəz anın yüngülləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətində işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların nəzərə alınmadığını və ona ağır cəza təyin edildiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassatorun dəlilinə münasibət bildirməmişdən öncə onu qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları məhkum M. İ.Məmmədova aid hissədə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, zərərçəkmiş şəxslərin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri i lə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkuma ağır cəza təyin edilməsi barədə kassatorun dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, hökmdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə almış və törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi Məhkum təyin edilən cəzanı əsaslı və ədalətli hesab etmiş və hökmü ona aid hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret h alda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və iki ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən də görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.04.2011-ci il tarixli hö kmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 06 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26.11.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 2 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Göründüyü kimi Məhkumluğu ödənilməmiş yenidən eyni xarakterli cinayət əməli törətmişdir. İşə baxan məhkəmələr haqlı olaraq onun əməlində cinayətlərin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısın dan, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Məhkum əməlində cinayətlərin residivi olmasını nəzərə alaraq ona iki il altı aydan aşağı azadlıqdan məhrum etmə cəzası təyin edə bilməzdi. Göründüyü kimi işə baxan məhkəmələr iş üzrə cəzanı bütün yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona kifayət qədər ədalətli cəza təyin etmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən qanun no rmalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda məhkəmənin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının növü və müddəti qətiyyən ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, məhkumun şəxsiyyəti, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların fövqündə ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarının məhkuma aid hissədə qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum olunun Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərba ycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 avqust 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar