Məhkəmə qərarları › İş №1(102)-789/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-789/2021

09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-789/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov X3 ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2014-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 235.4.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2014-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi X4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) 13 may 2014-cü il tarixli hökmü ilə 12 mart 1975-ci il tarixdə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkum olunmamı ş, Cəlilabad rayonunun Privolnoye kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.1, 206.3.2-ci maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.1, 234.4.2, 234.43-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 235.4.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplaşmaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza sının əvvəlinin 05 sentyabr 2013-cü ildən hesablanması müəyyən edilmişdir. Məhkum narkomaniya xəstəliyindən əziyyət çəkdiyindən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan tibbi xarakterli məcburi tədbir kimi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması qət edilmişdir. Həmin hökmlə həmçinin X2, X8, X12, X9 təqsirli bilinərək məhkum edilmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2014-cü il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və C.C,Ramazanovdan ibarət tərkibdə) Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məh kəməsinin 13 may 2014-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi X4 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət edərək, qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2014-cü il tarixli qərarından məhkumun müdafiəçisi X4 tərəfindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi X4 tərəfindən kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində Apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətlərinin əsassız olaraq təmin edilmədiyini vurğulayaraq kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2014-cü il tarixli qərarı məhk um X5 təqdim edilməmiş, məhkum həmin qərarın tarixini, nömrəsini bilmədiyi üçün kassasiya şikayəti verə bilməmişdir. Göründüyü kimi, prosessual müddətin ötürülməsi məhkumdan asılı olmayan üzrlü səbəbdən, yəni qərarın ona təqdim edilməməsindən irəli gəlmişdir. Əgər qərar ona təqdim edilməyibsə və bu barədə iş materiallarında heç bir sənəd (qəbz) mövcud deyilsə, demək məhkəmə Cinayət Prosessual qanunverici ilə üzərinə düşən vəzifəni vaxtında yerinə yetirməyərək məhkuma qərarın təqdim edilməsini təmin etməmişdir. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kol legiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, 18 (on səkkiz) ay müddətində verilir (2020-ci il iyul ayının 15-də k qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntula rına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2014-cü il tarixli qərarından kassasiya şikayəti vermə müddəti 18 mart 2016-cı il tarixdə bitmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkumun vəsatətinin təmin edilməsi üçün yuxarıda sadalanan obyektiv əsaslar, üzrlü səbəblər yoxdur. Məhkum bilərəkdən uzun müddət ərzində kassasiya şikayəti vermək arzusunda olmamışdır. Belə ki, apelyasiya instansiya məhkəməsinin 18 sentyabr 2014-cü il tarixli məhkəmə iclas protokolundan (cild 6, iş v. 310) görünür ki, Məhkum və müdafiəçisi X7 məhkəmə iclasında iştirak etmişlər, və Apellyasiya in stansiya məhkəməsi tərəfindən ona qərarın qanuni qüvvəyə minməsi və ondan şikayət vermə qaydası izah edilmiş, bununla bağlı müddəalar Bakı Apelyasiya Məhkəməsinin 19 aprel 2011-ci il tarixli qərarının nəticə hissəsində əks olunmuşdur. Ona görə də qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2014-cü il tarixdə qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 18 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin həmin müddəti üzrsüz səbəbdən buraxmaqla kassasiya şikayəti verildiyindən və iş materialları onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rə hbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 235.4.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2014-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar